300
Bakı Slavyan Universiteti fəaliyyət göstərir, rus dilində çoxsaylı
mətbuat orqanları və müxtəlif təyinatlı ədəbiyyat nəşr edilir. Bu
ildən Moskva Dövlət Universitetinin Bakı filialının işə
başlaması da ictimai-siyasi və elmi-mədəni həyatımızın
diqqətəlayiq hadisələrindən biridir.
Bu gün müstəqil Azərbaycan Respublikasında dilindən,
dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə
vətəndaşlarına insan hüquq və azadlıqlarından sərbəst istifadə
üçün hərtərəfli ictimai-siyasi şərait təmin edilmişdir.
Respublikamızın digər xalqları kimi, rus əhalisi də bu
demokratik-hüquqi şəraitdən geniş yararlanmaqla, ölkədə gedən
böyük yenidənqurma və quruculuq işlərində, dövlət
müstəqilliyimizin daha da möhkəmləndirilməsində yaxından
iştirak edir.
Əziz həmvətənlər!
İldönümü mərasiminə toplaşdığınız Azərbaycanın Rus
icması təşkilatı fəaliyyət göstərdiyi 15 il ərzində respub-
likamızda demokratik-hüquqi islahatların həyata keçirilməsində
və azad vətəndaş cəmiyyəti quruculuğunda ictimai fəallığı ilə
seçilmiş,
Azərbaycan həqiqətlərinin, ölkəmiz haqqında
obyektiv
gerçəkliyin dünya ictimaiyyətinə çatdırılması sahəsində
təqdirəlayiq işlər görmüşdür. Əminəm ki, təşkilatınız bundan
sonra da cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, xalqlar
arasında dostluq və qardaşlıq münasibətlərinin daha da
güclənməsinə, xalq diplomatiyasının inkişafına layiqli töhfələr
verəcəkdir.
Bu nəcib və xeyirxah yolda hər birinizə uğurlar, cansağlığı
və xoşbəxtlik arzulayıram.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı,
22 sentyabr 2008-ci il