İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə85/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   81   82   83   84   85   86   87   88   ...   100

 
309 
işgüzarlıqlarının artırılması istiqamətində yeni addımlar atmağa 
sövq edir. 
İnanıram  ki,  sivilizasiyaların  qovuşuğunda  –  ölkəmizdə  ke-
çirilən  bu  toplantı  dövlətlərimiz  arasındakı  qarşılıqlı  əmək-
daşlığı  möhkəmləndirməklə  yanaşı,  problemlərin  qlobal 
xarakter  daşıdığı  indiki  dövrdə  irimiqyaslı  müxtəlif layihələrin 
həyata keçirilməsinə də töhfəsini əsirgəməyəcəkdir. 
 
Dərin hörmətlə
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 24 sentyabr 2008-ci il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 310 
 
 
 
 
 
QEYDLƏR 
 
1.  Türkiyə  Cümhuriyyəti  –  Qərbi  Asiyada  və  Avropanın 
cənub-şərqində dövlət. Sahəsi 783,5 min km
2
, əhalisi 79,4 mln. 
nəfərdir.  İnzibati  cəhətdən  81  ilə  (vilayətə)  bölünür.  Paytaxtı 
Ankara  şəhəridir.  Dövlət  başçısı  prezident,  Ali  qanunvericilik  or-
qanı  Türkiyə  Böyük  Millət  Məclisidir.  –  5–14.27,101,  148,152–
157,198. 
 
2. Ərdoğan Rəcəb Tayyib (d.1954) – Türkiyə siyasi və dövlət 
xadimi.  R.T.Ərdoğan  1980-ci  ildən  siyasi  fəaliyyətə  başlamışdır. 
1994-cü ilin martında İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri,  
Ədalət  və  İnkişaf  Partiyasının    lideri  olmuşdur.  2002-ci  ildə 
keçirilən  növbədənkənar  seçkilər  nəticəsində  Ədalət  və  İnkişaf 
Partiyası    təkbaşına  hakimiyyətə  gəlmək  imkanı  əldə  etdi  və  Ər-
doğan TBMM-də Türkiyənin Baş naziri, 2014-cü ilin sentyabrında 
Türkiyə Cümhuriyyətinin  Prezidenti  seçildi. – 5–14,148. 
 
3. Abid Şərifov,  A b i d  Q o c a  o ğ l u (d.1940) – inşaatçı. 
1995-ci  ildən  Azərbaycan  Respublikası  Baş  nazirinin  müavini. 
Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 
5. 
 
4. Bakı–Tbilisi–Ceyhan –1998-ci il oktyabrın 29-da Azərbay-
can,  Türkiyə,  Gürcüstan,  Qazaxıstan,  Özbəkistan  prezidentləri  və 
ABŞ-ın  Energetika  naziri  Bakı–Tbilisi–Ceyhan    marşrutunu 
müdafiə edən  «Ankara bəyannaməsini»  imzalamışlar. Uzunluğu 


 
311 
1695  km  olan  Bakı–Tbilisi–Ceyhan  neft  kəməri  2006-cı  ildə 
istifadəyə verilmişdir. – 10,12,27,97,153,156. 
 
5. Bakı–Tbilisi –Ərzurum  – Cənubi Qafqaz qaz kəməri. Rəs-
mən  2007-ci  ildə  açılmışdır.  Kəmərin  uzunluğu  970  km-dir  (442 
km  Azərbaycandan,  248  km  Gürcüstandan  keçir,  280  km  isə 
Gürcüstan–Türkiyə  sərhədindən  Ərzuruma  qədərdir).  –  10, 
12,27,97,153,156. 
 
6. Rusiya, R u s i y a   F e d e r a s i y a s ı – Avropanın şər-
qində, Asiyanın şimalında dövlət. Sahəsi 17 milyon  km
2
, əhalisi 
146,5 milyon nəfərdir. Rusiya Federasiyasına 22 respublika, 9 di-
yar,  46  vilayət,  federal  əhəmiyyətli  Moskva  və  Sankt-Peterburq 
şəhərləri, 4 muxtar vilayət və mahal daxildir. 
Dövlət  başçısı  prezident,  qanunverici  orqanı  ikipalatalı  Dövlət 
Duması  və  Federasiya  Şurasıdır.  Paytaxtı  Moskva  şəhəridir.  – 
10,27,29,32,36,92,93,105,112,191,201–213,245,262. 
 
7. Gürcüstan,  G  ü  r  c  ü  s  t  a  n      R  e  s  p  u  b  l  i  k  a  s  ı  – 
Cənubi Qafqazın mərkəzi və qərb hissəsində dövlət. Sahəsi 69,7 
min  km
2
,  əhalisi  3,7  milyon  nəfərdir.  Dövlət  başçısı  prezident, 
qanunverici  orqanı  parlamentdir.  Paytaxtı  Tbilisi  şəhəridir.  – 
10,11,13,14,27,28,29,30,112,156,202,262. 
 
8.  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  –  Azərbaycan  Respub-
likası  ərazisində  muxtar  vilayət.  1923-cü  il  iyulun  7-də  təşkil 
edilmişdir.  Dağlıq  Qarabağda  1988-ci  ilə  qədər  170  min  əhali 
yaşayırdı. Sahəsi 4 min  km
2
-dir. Mərkəzi Xankəndidir.  
1988-ci ildə  muxtar  vilayətin  erməni  separatçıları  və  millət-
çiləri Ermənistan silahlı qüvvələri ilə birlikdə bu ərazidə yaşa-
yan  azərbaycanlıları  doğma  torpaqlarından  çıxararaq  Dağlıq 
Qarabağı işğal etdilər. BMT-nin 822, 853, 874, 884 saylı qətna-


 312 
mələrinə görə, erməni işğalçıları Azərbaycan torpaqlarını qeyd-
şərtsiz  tərk  etməlidirlər.  Ancaq  Azərbaycan  torpaqları  hələ  də 
erməni 
tapdağı 
altındadır. 
– 
11,12,30,76,106,111,112,154,155,157,168,174,175,198,205, 
207,222,235,260,262. 
 
9.  Bakı–Tbilisi–Qars  –  Azərbaycan,  Gürcüstan  və  Türki-
yəni dəmir yolu ilə birləşdirən nəqliyyat dəhlizi. Yolun tikin-
tisinə 2007-ci ildə başlanılmışdır. Yolun uzunluğu 826 km-dir. 
– 12,97,156,253. 
 
10.  ATƏT  –  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təş-
kilatı. Əsası 1975-ci il iyulun 3–9-da Helsinkidə qoyulmuşdur. 
Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və 
hökumət  rəhbərləri  iştirak  edirdi.  ATƏT  «soyuq  müharibə»nin 
qurtarmasından  sonra  Ümumavropa  təhlükəsizlik  sistemini 
formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil 
birgəyaşayış  qaydalarını  müəyyən  edən,  dövlətlərarası  mü-
nasibətləri  rəqiblik  və  münaqişə  yolundan  əməkdaşlıq  və 
qarşılıqlı  mənafe  istiqamətlərinə  yönəldən  bir  təşkilat 
funksiyasını icra edir. 
Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin 
ikinci yarısından ATƏT-in zirvə görüşlərində  Azərbaycan nüma-
yəndə heyəti fəal iştirak edir. – 13,151. 
 
11.  Moskva    –  Rusiya    Federasiyasının  paytaxtı.  Ölkənin 
siyasi,  inzibati  və  mədəni  mərkəzi,  mühüm  nəqliyyat  qovşağı-
dır. Əsası 1147-ci ildə Suzdal knyazı Yuri Dolqoruki tərəfindən 
qoyulmuşdur. – 13,175,201–213. 
 
12. Slovakiya, S l o v a k i y a   R e s p u b l i k a s ı  – Şərqi 
Avropada  dövlət.  Sahəsi  49  min  km
2
,  əhalisi  5,5  milyon  nə-


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə