296
meydançaları, tennis kortu, habelə mehmanxana, avtomobil
dayanacağı inşa olunacaqdır. Ərazidə istirahət meydançasının,
fəvvarələrin, qonaqlar və yarış iştirakçıları üçün kotteclərin
inşası da nəzərdə tutulmuşdur. 2009-cu ilin sonunadək hazır
olacaq kompleksdə respublika əhəmiyyətli və beynəlxalq
yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.
Prezident İlham Əliyev Qəbələnin idman və turizm ob-
yektlərinin perspektiv layihələri ilə tanış oldu. Bildirildi ki,
rayonda turizmin inkişafı üçün nəzərdə tutulan bu layihələr icra
olunduqdan sonra buraya gələn xarici turistlərin sayının
artması gözlənilir.
Dövlətimizin başçısı turizmin iqtisadiyyatın mühüm sa-
hələrindən biri olduğunu xatırladaraq layihələrin uğurla ic-
rası, ümumən turizm sektorunun inkişafı ilə bağlı fikirlərini
söylədi, müvafiq tövsiyə və tapşırıqlarını verdi.
Yengicə «İstisu» sağlamlıq və istirahət
kompleksi ilə tanışlıq
Sentyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva Qəbələ rayonunun Yengicə kəndində
yerləşən «İstisu» sağlamlıq və istirahət kompleksində olmuşlar.
Dövlətimizin başçısına məlumat verildi ki, tikintisinə 2006-
cı ildə başlanılmış 50 yerlik kompleksdə 21 vanna, müayinə və
istirahət otaqları, yeməkxana vardır.
Avadanlıqla birlikdə dəyəri 2 milyon 200 min manat olan
kompleksin ərazisində 80 yerlik beşmərtəbəli yeni korpus da
tikilmişdir. Kompleksdə 50 nəfər çalışır.
Buradakı müalicəvi sudan götürülmüş nümunələr 1964–68-ci,
1973–77-ci illərdə keçmiş Leninqrad, indiki Sankt-Peterburq
şəhərində yoxlanılmış və suyun minerallarla zəngin olduğu
təsdiqlənmişdir. Çay daşları ilə qızdırılan sudan revmatizmin,
oynaq və dəri xəstəliklərinin, sümük ağrılarının, ostroxondrozun
və sair xəstəliklərin müalicəsi üçün istifadə olunur. Suyun
297
tərkibində natrium, kalium, ammonium, maqnezium, kalsium,
xlor, sulfid vardır.
Prezident İlham Əliyevə yeni tikilən 56 yerlik müalicəvi
mərkəz barədə məlumat verildi. Dövlət başçısının ölkəmizdə
turizmin inkişafı ilə bağlı fərmanından sonra tikintisinə
başlanılmış mərkəzdə vanna otaqları, buxar hamamı, əlillər üçün
müalicəvi su hovuzu, masaj otaqları, palçıq vannaları, labora-
toriya, müayinə otaqları və sair olacaqdır.
Dövlətimizin başçısı mərkəzin layihəsi ilə tanış oldu,
«İstisu»da görülən işləri yüksək qiymətləndirdi və bu
kompleksin insanlara şəfa verəcəyini bildirdi.
«Qafqaz» turizm-istirahət kompleksi ilə tanışlıq
Sentyabrın 20-də prezident İlham Əliyev «Qafqaz»
turizm-istirahət kompleksi ilə tanış olmuşdur.
Tikintisi 2005-ci ildə başlanan 250 yerlik kompleksdə 2 beş-
mərtəbəli mehmanxana, 20 kottec, restoran, bar, konfrans salonu
vardır. Tikintinin başa çatmış birinci mərhələsinə və avadanlıq
alınmasına 24 milyon manat xərclənmişdir.
İkinci hissədə işlər davam edir. Burada açıq və qapalı
hovuzlar, kotteclər, fitnes və digər əyləncə mərkəzlərinin tikin-
tisi nəzərdə tutulur. Kompleksdə 180 nəfər daimi işlə təmin
olunacaqdır.
Dövlətimizin başçısı ərazini gəzdi, mehmanxana və kottec-
lərlə yaxından tanış oldu, yaradılan şəraiti yüksək qiymət-
ləndirdi. Turizm sahəsinin həm regionun inkişafı, həm də
ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsi üçün
mühüm vasitə olduğunu vurğuladı.
* * *
Bununla da prezident İlham Əliyevin Balakən, Zaqatala,
Şəki, Qax, Oğuz,Qəbələ bölgələrinə səfəri başa çatdı.
298
299
«RUS İCMASI – 15 İLLİK YOL» KONFRANSININ
İŞTİRAKÇILARINA
Hörmətli konfrans iştirakçıları!
Sizi Azərbaycanın Rus İcması İctimai Birliyinin yara-
dılmasının 15 illiyi münasibətilə ürəkdən salamlayır, hamınıza
ən xoş arzularımı yetirirəm.
170 ildən artıqdır ki, müxtəlif tarixi-siyasi səbəblərdən öz
taleyini Azərbaycanla bağlamalı olmuş yüz minlərlə rus əhalisi
haqlı olaraq buranı özünün doğma vətəni hesab edir. Ötən
onilliklər boyu rus icması Azərbaycanda tarixən mövcud olmuş
dostluq və qardaşlıq mühitində, əmin-amanlıq şəraitində
yaşamış, milli-dini adət-ənənələrini, etnik özünəməxsusluğunu,
dil və mədəniyyətini qoruyub saxlamaqla cəmiyyətimizə
tamamilə inteqrasiya olunmuşdur. Bu gün çoxmillətli
Azərbaycan cəmiyyətini rus vətəndaşlarımız olmadan təsəvvür
etmək qeyri-mümkündür.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hazırda
Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır.
Təsadüfi deyildir ki, 1988-89-cu illərdə Ermənistanda
azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və
deportasiya zamanı mürtəce erməni şovinizmindən əziyyət
çəkən minlərlə rus daimi yaşayış yeri kimi, məhz bizim ölkəyə
üz tutmuşdur. Bu, Azərbaycanda millətlərarası münasibətlərin
sivil normalarla tənzimlənməsinin, mövcud etnik-dini
tolerantlığın bariz nümunəsidir.
Sovetlər birliyinin süqutundan sonra postsovet məkanında
rusdilli əhaliyə və rus dilinə qarşı baş vermiş müəyyən mənfi
hallara Azərbaycanda yol verilməmiş, bu dildə təhsilə heç bir
məhdudiyyət qoyulmamışdır. Hazırda ölkəmizdə həmişəki
kimi, rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil
ocaqlarında rus bölmələri, zəngin elmi-pedaqoji ənənələri olan
Dostları ilə paylaş: |