İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə88/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   84   85   86   87   88   89   90   91   ...   100

 320 
H.Əliyev 1998-ci il oktyabrın 11-də xalqın  yüksək siyasi fəal-
lığı  şəraitində  keçirilən  seçkilərdə  yekdilliklə  yenidən  prezident 
seçildi. 
H.Əliyev  bir  sıra  beynəlxalq  mükafatlara,  o  cümlədən  Bey-
nəlxalq Atatürk  Sülh Mükafatına, müxtəlif ölkə universitetləri-
nin Fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara la-
yiq görülmüşdür.  – 36,42,43,60,68,71,90, 96,124, 131,132,146, 
162,172,176,177,179,182,183,192, 193, 198,232,244,255. 
 
37.  Dünya  Bankı  –  BMT-nin  hökumətlərarası  ixtisaslaş-
dırılmış idarəsi. 1944-cü ildə ABŞ-da Bretton-Vuds Konfran-
sında təsis olunmuşdur. İdarə heyəti Vaşinqtondadır. Məqsədi 
inkişaf  etməkdə  olan  ölkələrin  iqtisadi  və  sosial  dirçəlişinə 
kömək  etməkdir.  Səhmdar  cəmiyyəti  formasındadır  və 
iştirakçıları  yalnız  Beynəlxalq  Valyuta  Fondunun  üzvləridir. 
Banka 130-dan artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan 
Respublikası Dünya Bankının üzvüdür. – 39,195,256,278. 
 
38. Heydər Əliyev Fondu – qeyri-hökumət, qeyri-kommer-
siya  təşkilatı.  Rəsmi  açılışı  10  may  2004-cü  ildə  olmuşdur. 
Heydər  Əliyev  Fondunun  prezidenti  YUNESKO  və  İSESKO-
nun  Xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı,  Azərbaycanın 
birinci xanımı Mehriban Əliyevadır. 
Fondun  yaradılmasında  məqsəd  ümummilli  lider  Heydər 
Əliyevin xatirəsinə ehtiramı ifadə etmək, Heydər Əliyev siyasi 
məfkurəsinin  həmişəyaşar  səciyyəsini  əks  etdirmək,  Heydər 
Əliyevin  yaratdığı  milli  dövlətçilik  ideyalarını  yeni  nəsillərə 
daima aşılamaq olmuşdur. 
Fondun prezidenti onun səlahiyyətli qanuni nümayəndəsidir. 
Fondun işinə bilavasitə rəhbərlik icraçı direktora aiddir. Fondun 
nəzdində  Ekspert  Şurası  və  digər qurumlar fəaliyyət göstərir. – 
40,73,122,123,131,134,179,181,198,232,272. 


 
321 
 
39.  Mehriban  Əliyeva,  M  e  h  r  i  b  a  n    A  r  i  f    q  ı  z  ı 
(d.1964)  –  ictimai  və  siyasi  xadim,  fəlsəfə  doktoru,  prezident 
İlham Əliyevin həyat yoldaşı. 1988-ci ildə M.Seçenov adına 1-
ci  Moskva  Dövlət  Tibb  İnstitutunu  bitirmişdir.  1988–93-cü 
illərdə Krasnov adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri 
İnstitutunda  işləmişdir.  1995-ci  ildə  Mehriban  Əliyeva  «Azər-
baycan  Mədəniyyətinin  Dostları»  xeyriyyə  fondu  yaratmışdır. 
Fəaliyyətə  başladığı  ilk  gündən  fond    milli  mədəniyyətimizin 
inkişafı,  təbliği,  tanınması  üçün  xeyli  işlər  görmüşdür.  1996-cı 
ildə fond Azərbaycan mədəniyyətini xarici ölkələrdə geniş təbliğ 
etmək üçün üç dildə – Azərbaycan, rus və ingilis dillərində çıxan 
«Azərbaycan – İrs» jurnalını təsis etmişdir. 2004-cü ildən Meh-
riban  Əliyeva  Azərbaycan  xalqının  ümummilli  liderinin  zəngin 
irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin milli dövlətçilik 
ideyalarını  yeni  nəsillərə  aşılamaq  məqsədilə  yaranmış  Heydər 
Əliyev Fonduna başçılıq  edir. 
Mehriban  Əliyevanın  təşəbbüsü  ilə  Heydər  Əliyev  Fondu 
respublikanın bir çox şəhər, rayon və kəndlərində yeni məktəb bi-
naları  tikdirmiş  və  təmir  etdirmişdir.  Onun  keçirdiyi  xeyriyyə 
aksiyaları  şəkər, talassemiya  və anemiya xəstəliklərindən əziy-
yət çəkən Azərbaycan uşaqlarına  yardım məqsədilə təşkil olunur.  
Azərbaycanın  şifahi  xalq  yaradıcılığı  və  musiqi  irsinin 
qorunub  saxlanılması  və  inkişaf  etdirilməsi  sahəsindəki  yo-
rulmaz  işlərinə  görə  Mehriban  Əliyeva  YUNESKO  və 
İSESKO-nun Xoşməramlı səfiri seçilmişdir. 
Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası Siyasi Şurasının 
üzvü, 2005-ci ildən Milli Məclisin deputatıdır. Ölkəmizdə təhsil 
sisteminin 
inkişafına, 
milli-mədəni 
irsimizin 
qorunub 
saxlanılmasına və dünyada təbliginə, xarici ölkələrdə xalqımızın 
müsbət imicinin möhkəmlənməsinə, genişmiqyaslı xeyriyyəçilik 


 322 
işlərinə  xüsusi  diqqət  yetirir.  –  40,59,60,68,71,73,131, 
192,198,225,231,232,245,247,248,251,270,272,283,291,298. 
 
40.  Xaçmaz  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu  ildə  təşkil  edilmişdir.  1963-cü  ildə  ləğv  edilərək    ərazisi 
Quba və Qusar rayonlarına verilmiş, 1965-ci ildə yenidən müstəqil  
rayon  olmuşdur.  Sahəsi  1046  km
2
,  əhalisi  162,1  min  nəfərdir.  – 
43,89. 
 
41. Cəfər Cabbarlı, C ə f ə r   Q a f a r   o ğ l u (1899–1934) 
–  böyük  Azərbaycan  yazıçısı,  dramaturq.  Cabbarlı  yaradıcılığı 
Azərbaycan  ədəbiyyatının  inkişafına  böyük  təsir  göstərmiş, 
istedadlı  dramaturqlar  nəslinin  yetişməsində  mühüm  rol 
oynamışdır.  C.Cabbarlının  zəngin  irsi  Azərbaycan  ədəbiyyatı 
tarixində layiqli yer tutur. – 44. 
 
42. Xızır– türk, islam və Yaxın Şərq inanclarında adı çəkilən 
peyğəmbər. Çətin anlarda insanların köməyinə gələn, fövqəladə 
xüsusiyyətləri olan peyğəmbərdir. Qurani - Kərimdə birbaşa adı 
çəkilmir.  Şumer  mənşəli  bir  insan  olduğu  iddia  edilir.  Onun 
havada  və  su  üstündə  gəzdiyini  güman  edənlər  də  var.  Bəzən 
ona Xızır ata da deyirlər. – 44. 
 
43. Hüseynqulu  Bağırov,  H ü s e y n q u l u  S e y i d  o ğ- 
l u (d.1955) – iqtisadçı. 2000–2001-ci illərdə  Azərbaycan Res-
publikası  Ticarət  naziri,  2001-ci  ilin  may  ayından  Azərbaycan 
Respublikası Ekologiya və Təbii Sərvətlər naziridir. H.Bağırov 
bir  sıra  beynəlxalq  akademiyaların  və  assosiasiyaların  həqiqi 
üzvüdür.  Azərbaycan  Respublikasının  «Şöhrət»  ordeni  ilə  təltif 
edilmişdir.  – 45,91,163. 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə