İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə91/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   87   88   89   90   91   92   93   94   ...   100

 330 
 
74. Abşeron rayonu – Azərbaycan Respublikasında inzibati 
rayon.  1963-cü  ildə  təşkil  edilmişdir.  Sahəsi  1,36  min  km
2

əhalisi 203 min nəfərdir. – 89,274. 
 
75. Azərbaycan Respbublikası Dövlət Neft Şirkəti (ARDNŞ; 
beynəlxalq  adı  SOKAR  –  State  Oil  Compani  of  Azerbaijan)  – 
Azərbaycan Respublikası ərazisindəki neft sərvətlərindən istifadəni 
vahid siyasəti əsasında həyata keçirən, neft sənayesinin idarəetmə 
strukturunu təkmilləşdirən, yanacaq enerji kompleksinin inkişafını 
təmin  edən  şirkət.  ARDNŞ    respublikanın  bütün  ərazisində  (o 
cümlədən  quru  və  dənizdə)  neft  və  qaz  yataqlarının  axtarışı, 
kəşfiyyatı və işlənməsi, emalı və nəqli, həmçinin onlardan alınan 
məhsulların  daxili  və  xarici  bazarlarda  satışı  ilə  məşğul  olur. 
ARDNŞ    1992-ci  ildə  «Azərneft»  Dövlət  Konserninin  və 
«Azərneftkimya»  İstehsalat  Birliyinin  bazasında  yaradılmışdır. 
ARDNŞ    Azərbaycan  Respublikasının  təmsilçisi  kimi,  dünyanın 
tanınmış  neft  şirkətləri  ilə  hasilatın  pay  bölgüsü  sazişi  üzrə  30-a 
qədər neft müqaviləsi imzalamışdır. 
ARDNŞ    2008-ci  ildən  mühasibat  hesablarının  beynəlxalq 
standartlarına keçmişdir. – 96,240,241,243,246. 
 
76. Zaqatala – Azərbaycan Respublikasında inzibati rayon. 
1930-cu ildə təşkil edilmişdir. Şimal-şərqdə Dağıstanla, cənub-
qərbdə Gürcüstanla həmsərhəddir. Sahəsi 1348 km
2
, əhalisi 125 
min nəfərdir. – 96,246–265,296. 
 
77.  Naxçıvan  Muxtar  Respublikası  –  Azərbaycan  Respubli-
kasının  tərkibində  muxtar  dövlət.  1920–23-cü  illərdə  Naxçıvan 
Sovet Sosialist Respublikası, 1923–24-cü illərdə Naxçıvan Muxtar 
Diyarı,  1924–90-cı  illərdə  Naxçıvan    Muxtar  Sovet  Sosialist 
Respublikası, 1990-cı ildən Naxçıvan Muxtar Respublikası adlanır.  


 
331 
Muxtar respublika ərazisinin sahəsi 5,5 min km
2
, əhalisi 440 
min nəfərdir. Hazırda 7 inzibati rayonu (Babək, Culfa, Ordubad, 
Sədərək, Şahbuz, Şərur, Kəngərli),  4  şəhəri (Naxçıvan, Ordu-
bad, Culfa, Şərur), 9 qəsəbəsi, 160 kəndi vardır. – 90. 
 
78. Oqtay  Şirəliyev, O q t a y   K a z ı m   o ğ l u (d.1950) – 
tibb  elmləri  doktoru,  professor.  2005-ci  ildən  Azərbaycan  Res-
publikasının Səhiyyə naziridir. – 91. 
 
79.  Yaponiya  –  Sakit  okeanın  Şərqi  Asiya  sahilləri  yaxın-
lığındakı adalarda dövlət. Sahəsi 378 min km
2
,  əhalisi 127 mil-
yon  nəfərdir.  İnzibati  cəhətdən  47  prefekturaya  bölünür.  Ya-
poniya  konstitusiyalı  monarxiyadır.  Paytaxtı  Tokio  şəhəridir.  – 
92. 
 
80. İsmət Abasov, İ s m ə t  D u r s u n  o ğ l u  (d.1954) – 
iqtisadçı, iqtisad elmləri namizədi. 2008–2013-cü illərdə Azərbay-
can  Respublikasının  Kənd  Təsərrüfatı  naziri  olmuşdur.  2013-cü 
ildən Baş nazirin müavinidir.  – 92. 
  
81.  Çin  Xalq  Respublikası  (ÇXR)  –  Mərkəzi  və  Şərqi 
Asiyada  dövlət.  Sahəsi  9,6  milyon  km
2
,  əhalisi  1,373  milyard 
nəfərdir.  İnzibati  cəhətdən  22  əyalətə  (Tayvansiz),  5  muxtar 
rayona  və  mərkəz  tabeliyində  olan  3  şəhərə  (Pekin,  Şanxay, 
Tyantszin)  bölünür.  Ali  dövlət  hakimiyyəti  orqanı  Ümumçin 
Xalq  Nümayəndələri  Məclisidir.  Dövlət  başçısı  Çin  Xalq 
Respublikasının Sədridir. Paytaxtı Pekindir. –93,101,214. 
 
82. Cahangir Əsgərov, C a h a n g i r    C ə l a l   o ğ l  u 
(d.1950)  –  təyyarəçi.  1991–93-cü  illərdə  Aviasiya  İşçiləri  Həm-
karlar  İttifaqı  Respublika  Komitəsinin  sədri,  1996-cı  ildən 


 332 
«Azərbaycan  Hava  Yolları»  Dövlət  Konserninin  Baş  direk-
torudur. – 96,251. 
 
83.  «Boinq»  –  Amerika  korporasiyası.  Dünyanın  ən  böyük 
aviasiya,  kosmos  və  hərbi  texnika  istehsalçılarından  biri.  Bu 
korporasiyanın tərkibinə bir sıra nəhəng korporasiyalar daxildir. 
Korporasiyanın  əsası  1916-cı  ildə  mühəndis  Corc  Konrod 
Vestervelt 
tərəfindən 
qoyulmuşdur. 
Mənzil-qərargahı 
Çikaqodadır (İllinoys ştatı, ABŞ).  
Kompaniya  genişhəcmli  mülki  və  hərbi  aviasiya  texnika-
sının,  həmçinin  ən  böyük  aerobusların  istehsalçısıdır.  Bundan 
əlavə,  «Boinq»  hərb  üçün  geniş  masştablı  aviasiya-kosmos 
texnikası istehsal edir. Genişhəcmli kosmos proqramlarını həya-
ta  keçirir.  Dünyanın  67  ölkəsində  «Boinq»  zavodu  var. 
Dünyanın 100 ölkəsinin 5200 tədarükçüsü ilə əməkdaşlıq edir.  
– 96,252. 
 
84.  «Airbus»  (S.A.S.)  –  dünyada  ən  böyük  aviasiya  kam-
paniyası. 60-cı illərdə Avropanın bir neçə avia istehsalçılarının 
birləşməsi  nəticəsində  yaradılmışdır.  «Airbus»  markası  ilə 
sərnişin və yükdaşıma, hərbi-nəqliyyat təyyarələri istehsal edir. 
Mənzil-qərargahı  Blanyak  (Fransa)  şəhərindədir.  2001-ci  ildə 
Fransa  qanunvericiliyinə  uyğun  olaraq  S.A.S.  Səhmdar 
Cəmiyyəti  ilə  birləşdirildi.  «Airbus»  əsasən  Avropanın  dörd 
(Fransa,  Almaniya,  Böyük  Britaniya,  İspaniya)  ölkəsində 
cəmlənmiş  və  50  min  nəfər  işçisi  var.  Avadanlığın  axırıncı 
montajı kampaniyanın Tuluza (Fransa) və Hamburq (Almaniya) 
şəhərlərində həyata keçirilir. – 96,252. 
 
85. AzərTAc , A z ə r b a y c a n   D ö v l ə t   T e l e q r a f    
A  g  e  n  t  l  i  y  i    –  Azərbaycanda  dövlət  informasiya  orqanı. 
1919-cu  ildə  yaradılmışdır.  1921-ci  ildən  Azərbaycan  Teleqraf 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə