346
müharibə vəziyyətində olduğu üçün ali qanunverici orqanı yoxdur.
Paytaxtı Bağdaddır. – 221.
142. Horst Köler (d.1943) – alman dövlət və siyasi xa-
dimi, iqtisadçı-politoloq. 2000–2004-cü illərdə Beynəlxalq
Valyuta Fondunun prezidenti, 2004–2010-cu illərdə Alma-
niyanın prezidenti olmuşdur. – 215.
143. Angela Merkel (d.1954) – Almaniya siyasətçisi,
Xristian-Demokrat İttifaqı Partiyasının lideri, 2005-ci ildən
Almaniyanın Federal kansleridir. – 216.
144. Li Mən Bak (d.1941) – 2008–2013-cü illərdə Koreya
Respublikasının Prezidenti olmuşdur. –217.
145. Hüseyn Cavid, H ü s e y n A b d u l l a o ğ l u R
a s i z a d ə (1882–1941) – böyük Azərbaycan şairi, dramaturq.
Hüseyn Cavid Azərbaycan romantizminin banilərindən biri
olmuşdur. O, lirik şeirlərin, lirik-epik, epik poemaların
müəllifidir.
Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun
fəlsəfi və tarixi faciələri forma yeniliyi baxımından Azərbaycan
dramaturgiyasında yeni bir mərhələ yaratmış, milli teatr
mədəniyyətinin inkişafına qüvvətli təsir göstərmişdir.
Azərbaycanın ən dəyərli milli ziyalı nümayəndələrini məhv
edən sovet totalitar rejiminin repressiya qurbanlarındandır. –
224.
146. Təbriz – İranda şəhər. Cənubi Azərbaycanın ən böyük
şəhəri, iqtisadi və mədəniyyət mərkəzi, Şərqi Azərbaycan
ostanının inzibati mərkəzidir. Əhalisi 1,1 milyon nəfərdir.
347
Təbriz Azərbaycanın ən qədim şəhərlərindəndir. «Təbriz»
sözünün etimologiyası və şəhərin salınma tarixi haqqında
müxtəlif fikirlər mövcuddur. Təbriz Rəvvadilər dövlətinin
(852), Eldənizlər dövlətinin (1174), Ağqoyunlular dövlətinin
(1468), Səfəvilər dövlətinin (1501) paytaxtı olmuşdur. XV–
XVII əsrlərdə Təbriz Yaxın Şərqin mühüm sənətkarlıq və
ticarət mərkəzlərindən idi. Təbrizi «Şərqin paytaxtı» da adlan-
dırırdılar.
1826–28-ci illər Rusiya–İran müharibəsi nəticəsində Türk-
mənçay müqaviləsinə (1828) görə Təbriz İranın hakimiyyəti al-
tında qalır. –224.
147. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)–
Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin
edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən ali
dövlət elmi təşkilatı. 1945-ci ildə Bakıda təsis edilmişdir. 2001-
ci ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyası
adlanır. Azərbaycan Milli EA-nın aşağıdakı bölmələri var:
fizika; texnika və riyaziyyat elmləri; kimya elmləri; yer elmləri;
biologiya elmləri; aqrar elmləri; humanitar və ictimai elmlər.
Burada elmin müxtəlif sahələrinə dair aktual problemlər
üzərində tədqiqat işləri aparılır. Hər il onlarla elmi işin nəticəsi
istehsalatda tətbiq olunur. – 224.
148. Bakı Musiqi Akademiyası – 1921-ci ildə yaradılıb.
Bakı Musiqi Akademiyası Azərbaycanda ilk musiqi tədris mü-
əssisəsidir. 4 fakültəsi vardır. Təhsil iki pilləlidir – bakalavr və
magistratura. – 225–232.
149. Qara Qarayev, Q a r a Ə b ü l f ə s o ğ l u (1918–
1982) – dahi Azərbaycan bəstəkarı. Musiqisi ümumdünya şöh-
rəti qazanmış, baletləri respublikamızın və bir sıra dünya
348
teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. Q.Qarayevin
musiqi dili sahəsinə gətirdiyi yeniliklər Azərbaycan və dünya
musiqisinin inkişafında mühüm rol oynamışdır. SSRİ Xalq
artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət və Lenin
mükafatları laureatıdır. – 226.
150. Şövkət Məmmədova, Ş ö v k ə t H ə s ə n q ı z ı
(1897–1981) – Azərbaycan müğənnisi, pedaqoq, musiqi
xadimi, ilk azərbaycanlı professional qadın müğənni. SSRİ
Xalq artisti. İki dəfə Milanda (1911,1927–29) məşhur Qərb
müğənnilərindən dərs almışdır. Güclü musiqi duyumu və
yüksək vokal mədəniyyətinə, məlahətli, axıcı səsə malik olan
Ş.Məmmədovanın ifası, həmçinin aktyorluq məharəti ilə
fərqlənmişdir. O, Azərbaycan opera səhnəsində rus və dünya
vokal
sənətinin ən yaxşı ənənələrini milli musiqi
xüsusiyyətləri ilə əlaqələndirmişdir. – 226.
151. Üzeyir bəy Hacıbəyli, Ü z e y i r Ə b d ü l h ü s e y n
o ğ l u (1885–1948) – dahi Azərbaycan bəstəkarı, musiqişünas
alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim. Müasir
Azərbaycan professional musiqi sənətinin və milli operasının
banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı. –
226,231,232.
152. Fərhad Bədəlbəyli, F ə r h a d Ş ə m s i o ğ l u
(d.1947) – Azərbaycan pianoçusu və musiqi xadimi. Ü.Hacıbə-
yov adına Bakı Musiqi Akademiyasının (1991) rektoru,
professor. Azərbaycan Dövlət mükafatı laureatı. Azərbaycan və
SSRİ Xalq artisti. B.Smetana və Viana da Motta adına
beynəlxalq müsabiqələr laureatıdır. Azərbaycan piano
məktəbini ləyaqətlə təmsil edən çoxlu sayda pianoçu yetişdir-
miş istedadlı pedaqoqdur. Azərbaycan Respublikası Musiqi Xa-
349
dimləri İttifaqının sədridir. Azərbaycan Respublikasının
«Şöhrət» ordeni ilə təltif edilmişdir. – 231–232.
153. YUNESKO – BMT-nin maarif, elm və mədəniyyət iş-
lərinə baxan hökumətlərarası təşkilatı. 1945-ci ilin noyabrında
yaradılmış, 1946-cı ildən fəaliyyətə başlamışdır. Ali orqanı iki
ildən bir çağırılan konfransdır. Katibliyi Parisdədir. Azər-
baycan 1992-ci ildən YUNESKO-nun üzvüdür. – 232.
154. İSESKO – elm, təhsil və mədəniyyət məsələləri üzrə
islam təşkilatı. 1979-cu ildə təşkil edilmişdir. İSESKO-nun Baş
direktoru Əbdüləziz bin Osman əl-Tüveycridir. Azərbaycan
dövləti İSESKO ilə yaxından əməkdaşlıq edir və islam aləmin-
də mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. –
232.
155. Rostropoviç M s t i s l a v L e o p o l d o v i ç (1927–
2007) – Bakıda doğulmuş görkəmli musiqiçi, violonçelist,
dirijor. Lenin mükafatı laureatı, SSRİ Xalq artisti. Bakı Musiqi
Akademiyasının Fəxri professoru. Azərbaycan Respublikasının
«İstiqlal» və «Heydər Əliyev» ordenləri ilə təltif edilmişdir. –
232.
156. Bülbül, M u r t u z a M ə ş ə d i R z a o ğ l u M ə m- m
ə d o v (1897–1961) – Azərbaycan klassik vokal məktəbinin
banisi, musiqi folkloru tədqiqatçısı. Bülbülün yaradıcılığı
müasir Azərbaycan musiqili teatrı tarixində mühüm bir
mərhələ təşkil edir. Bülbül Azərbaycan xalq mahnılarını,
təsnifləri böyük sənətkarlıqla ifa etmişdir. SSRİ Xalq artisti
və SSRİ Dövlət mükafatı laureatıdır. – 232.
Dostları ilə paylaş: |