330
74. Abşeron rayonu – Azərbaycan Respublikasında inzibati
rayon. 1963-cü ildə təşkil edilmişdir. Sahəsi 1,36 min km
2
,
əhalisi 203 min nəfərdir. – 89,274.
75. Azərbaycan Respbublikası Dövlət Neft Şirkəti (ARDNŞ;
beynəlxalq adı SOKAR – State Oil Compani of Azerbaijan) –
Azərbaycan Respublikası ərazisindəki neft sərvətlərindən istifadəni
vahid siyasəti əsasında həyata keçirən, neft sənayesinin idarəetmə
strukturunu təkmilləşdirən, yanacaq enerji kompleksinin inkişafını
təmin edən şirkət. ARDNŞ respublikanın bütün ərazisində (o
cümlədən quru və dənizdə) neft və qaz yataqlarının axtarışı,
kəşfiyyatı və işlənməsi, emalı və nəqli, həmçinin onlardan alınan
məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur.
ARDNŞ 1992-ci ildə «Azərneft» Dövlət Konserninin və
«Azərneftkimya» İstehsalat Birliyinin bazasında yaradılmışdır.
ARDNŞ Azərbaycan Respublikasının təmsilçisi kimi, dünyanın
tanınmış neft şirkətləri ilə hasilatın pay bölgüsü sazişi üzrə 30-a
qədər neft müqaviləsi imzalamışdır.
ARDNŞ 2008-ci ildən mühasibat hesablarının beynəlxalq
standartlarına keçmişdir. – 96,240,241,243,246.
76. Zaqatala – Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. Şimal-şərqdə Dağıstanla, cənub-
qərbdə Gürcüstanla həmsərhəddir. Sahəsi 1348 km
2
, əhalisi 125
min nəfərdir. – 96,246–265,296.
77. Naxçıvan Muxtar Respublikası – Azərbaycan Respubli-
kasının tərkibində muxtar dövlət. 1920–23-cü illərdə Naxçıvan
Sovet Sosialist Respublikası, 1923–24-cü illərdə Naxçıvan Muxtar
Diyarı, 1924–90-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist
Respublikası, 1990-cı ildən Naxçıvan Muxtar Respublikası adlanır.
331
Muxtar respublika ərazisinin sahəsi 5,5 min km
2
, əhalisi 440
min nəfərdir. Hazırda 7 inzibati rayonu (Babək, Culfa, Ordubad,
Sədərək, Şahbuz, Şərur, Kəngərli), 4 şəhəri (Naxçıvan, Ordu-
bad, Culfa, Şərur), 9 qəsəbəsi, 160 kəndi vardır. – 90.
78. Oqtay Şirəliyev, O q t a y K a z ı m o ğ l u (d.1950) –
tibb elmləri doktoru, professor. 2005-ci ildən Azərbaycan Res-
publikasının Səhiyyə naziridir. – 91.
79. Yaponiya – Sakit okeanın Şərqi Asiya sahilləri yaxın-
lığındakı adalarda dövlət. Sahəsi 378 min km
2
, əhalisi 127 mil-
yon nəfərdir. İnzibati cəhətdən 47 prefekturaya bölünür. Ya-
poniya konstitusiyalı monarxiyadır. Paytaxtı Tokio şəhəridir. –
92.
80. İsmət Abasov, İ s m ə t D u r s u n o ğ l u (d.1954) –
iqtisadçı, iqtisad elmləri namizədi. 2008–2013-cü illərdə Azərbay-
can Respublikasının Kənd Təsərrüfatı naziri olmuşdur. 2013-cü
ildən Baş nazirin müavinidir. – 92.
81. Çin Xalq Respublikası (ÇXR) – Mərkəzi və Şərqi
Asiyada dövlət. Sahəsi 9,6 milyon km
2
, əhalisi 1,373 milyard
nəfərdir. İnzibati cəhətdən 22 əyalətə (Tayvansiz), 5 muxtar
rayona və mərkəz tabeliyində olan 3 şəhərə (Pekin, Şanxay,
Tyantszin) bölünür. Ali dövlət hakimiyyəti orqanı Ümumçin
Xalq Nümayəndələri Məclisidir. Dövlət başçısı Çin Xalq
Respublikasının Sədridir. Paytaxtı Pekindir. –93,101,214.
82. Cahangir Əsgərov, C a h a n g i r C ə l a l o ğ l u
(d.1950) – təyyarəçi. 1991–93-cü illərdə Aviasiya İşçiləri Həm-
karlar İttifaqı Respublika Komitəsinin sədri, 1996-cı ildən
332
«Azərbaycan Hava Yolları» Dövlət Konserninin Baş direk-
torudur. – 96,251.
83. «Boinq» – Amerika korporasiyası. Dünyanın ən böyük
aviasiya, kosmos və hərbi texnika istehsalçılarından biri. Bu
korporasiyanın tərkibinə bir sıra nəhəng korporasiyalar daxildir.
Korporasiyanın əsası 1916-cı ildə mühəndis Corc Konrod
Vestervelt
tərəfindən
qoyulmuşdur.
Mənzil-qərargahı
Çikaqodadır (İllinoys ştatı, ABŞ).
Kompaniya genişhəcmli mülki və hərbi aviasiya texnika-
sının, həmçinin ən böyük aerobusların istehsalçısıdır. Bundan
əlavə, «Boinq» hərb üçün geniş masştablı aviasiya-kosmos
texnikası istehsal edir. Genişhəcmli kosmos proqramlarını həya-
ta keçirir. Dünyanın 67 ölkəsində «Boinq» zavodu var.
Dünyanın 100 ölkəsinin 5200 tədarükçüsü ilə əməkdaşlıq edir.
– 96,252.
84. «Airbus» (S.A.S.) – dünyada ən böyük aviasiya kam-
paniyası. 60-cı illərdə Avropanın bir neçə avia istehsalçılarının
birləşməsi nəticəsində yaradılmışdır. «Airbus» markası ilə
sərnişin və yükdaşıma, hərbi-nəqliyyat təyyarələri istehsal edir.
Mənzil-qərargahı Blanyak (Fransa) şəhərindədir. 2001-ci ildə
Fransa qanunvericiliyinə uyğun olaraq S.A.S. Səhmdar
Cəmiyyəti ilə birləşdirildi. «Airbus» əsasən Avropanın dörd
(Fransa, Almaniya, Böyük Britaniya, İspaniya) ölkəsində
cəmlənmiş və 50 min nəfər işçisi var. Avadanlığın axırıncı
montajı kampaniyanın Tuluza (Fransa) və Hamburq (Almaniya)
şəhərlərində həyata keçirilir. – 96,252.
85. AzərTAc , A z ə r b a y c a n D ö v l ə t T e l e q r a f
A g e n t l i y i – Azərbaycanda dövlət informasiya orqanı.
1919-cu ildə yaradılmışdır. 1921-ci ildən Azərbaycan Teleqraf
Dostları ilə paylaş: |