İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə86/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   82   83   84   85   86   87   88   89   ...   100

 
313 
fərdir.  İnzibati  cəhətdən  3  vilayətə  bölünür.  Dövlət  başçısı 
prezident,  qanunverici  orqanı  Milli  Şuradır.  Paytaxtı  Bratis-
lavadır.  1992-ci  ilin  noyabrına  qədər  Çexoslovakiyanın  tərki-
bində olmuşdur. – 15. 
 
13. Özbəkistan,  Ö z b ə k i s t a n   R e s p u b l i k a s ı – Orta 
Asiyanın mərkəzində dövlət. Sahəsi 447,4 min km
2
, əhalisi 31,5 
milyon  nəfərdir.  Özbəkistanın  tərkibinə  Qarakalpak  Muxtar 
Respublikası və 12 vilayət daxildir. Dövlətin başçısı prezident, 
qanunverici  orqanı    Məclisdir.  Paytaxtı  Daşkənd  səhəridir.  – 
16,158–187. 
 
14.  İslam  Kərimov,  İ  s  l  a  m      Ə  b  d  u  q  ə  n  i    o  ğ  l  u 
(d.1938)  –  Özbəkistanın  siyasi  və  dövlət  xadimi.  1989–90-cı 
illərdə  Özbəkistan  KP  MK-nın  Birinci  katibi,  1990-cı  ildən 
Özbəkistan Respublikasının Prezidentidir. – 16,158–187. 
 
15. Liviya, L i v i y a  Ə r ə b  X a l q  S o s i a l i s t  C ə -m 
a  h i r i  y  y  ə  s i –  Şimali  Afrikada  dövlət.  Sahəsi  1759,5  min 
km
2
,  əhalisi  6,5  milyon  nəfərdir.  Liviyanın  rəhbər  orqanı 
inqilabi  rəhbərdir.  Qanunverici  orqanı  Ümumi  Xalq  Konqre-
sidir.  Dövlətin  funksiyasını  Ali  Xalq  Komitəsi  yerinə  yetirir. 
Paytaxtı Tripolidir. – 17. 
 
16. Müəmmər əl-Qəddafi (1942–2011) – Liviyanın  dövlət 
və  siyasi  xadimi,  1970–2011-ci  illərdə  Liviyanın  prezidenti 
olmuşdur. – 17. 
 
17. İspaniya – Cənub-Qərbi Avropada dövlət. Sahəsi 504,8 
min  km
2
,  əhalisi  47,3  milyon  nəfərdir.  İnzibati  ərazisi  17 
muxtar  vilayətə  daxil  olan  50 əyalətə  bölünür.  İspaniya  kons-
titusiyalı monarxiyadır. Dövlət başçısı kral, qanunverici orqanı 


 314 
korteslərdir (ikipalatalı parlament). Mərakeş sahilindəki Seuta 
və  Melilya  şəhər  rayonları  İspaniyanın  mülküdür.  Paytaxtı 
Madriddir. – 18,19. 
 
18.  I  Xuan  Karlos  (d.1938)  –  1975–2014-cü  illərdə  İspa-
niya  kralı.  1975-ci  ildə  diktator  Frankonun  ölümündən  sonra 
kral elan edilmişdir. – 18. 
 
19.  Xose  Luis  Rodriges  Sapatero  (d.1960)  –  İspaniya  si-
yasətçisi.  2004–2011-ci  illərdə  İspaniyanın  Baş  naziri  olmuş-
dur. – 19. 
 
20.  Qətər,  Q  ə  t  ə  r      d  ö  v  l  ə  t  i  –  Cənub-Qərbi  Asiyada 
dövlət. Sahəsi 11,5 min km
2
,  əhalisi  2  milyon  nəfərdir.  Dövlət 
başçısı əmir, paytaxtı Doha şəhəridir. – 20. 
 
21.  Həməd  bin  Xəlifə  əl-Tani  (d.1952)  –  1995–2013-cü 
illərdə Qətər əmiri olmuşdur, O, 1997-ci ildə regionda ilk dəfə 
Qətərdə  qadınlara  seçkilərdə  iştirak  etmək  hüququ  verdi.  – 
20,101. 
 
22. San-Marino, S a n - M a r i n o  R e s p u b l i k a s ı – 
Cənubi  Avropada,  Apennin  yarımadasında  dövlət.  Sahəsi  61 
km
2
, əhalisi 32 min nəfərdir. Ölkə inzibati cəhətdən 12 mahala 
bölünür. Dövlət başçısı funksiyasını bərabərhüquqlu 2 kapitan 
- regent icra edir. Ali qanunverici orqan 5 il müddətinə seçilən 
Böyük Baş Şuradır. Paytaxtı San-Marinodur. – 21. 
 
23.  Rumıniya,  R  u  m  ı  n  i  y  a      R  e  s  p  u  b  l  i  k  a  s  ı    – 
Cənubi  Avropada,  Dunayın  aşağı  hövzəsində  dövlət.  Sahəsi 
238,4  min  km
2
,  əhalisi    19,9  milyon  nəfərdir.  Dövlət  başçısı 


 
315 
prezident,  qanunverici  orqanı  ikipalatalı  parlamentdir.  Paytaxtı 
Buxarest şəhəridir. – 22–30,58. 
 
24.  Trayan  Besesku  (d.1951)  –  Rumıniya  siyasi  və  dövlət  
xadimi.  2004–2014-cü  illərdə  Rumıniya  Respublikasının  Pre-
zidenti olmuşdur. – 22–30. 
 
25. Avropa İttifaqı – 1992-ci ildə 12 ölkəni  (Belçika, Bö-
yük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İs-
paniya,  İtaliya,  Lüksemburq,  Niderland,  Portuqaliya,  Fransa) 
birləşdirən  Avropa  Birliyi  bazasında  1993-cü  ildə  Maastrixt 
müqaviləsinə əsasən yaradılmışdır.  
Sonralar Avropa İttifaqına bir çox dövlətlər də daxil olmuş-
dur.  Müqavilə  vahid  siyasi,  iqtisadi  mühitin  və  valyutanın 
yaradılmasını,  malın,  kapitalın  və  adamların    azad  hərəkətinə 
bütün  maneələrin  aradan  qaldırılmasını  irəli  sürmüşdür.  Vahid 
Avropa  vətəndaşlığı  qəbul  edilmişdir.  Avropa  Mərkəzi  Ban-
kında Avropa valyuta interneti fəaliyyət göstərir, 1999-cu ildən 
vahid  valyuta–avro  işlənir,  (Danimarka  və  Böyük  Britaniya 
istisna olmaqla) vahid pul-kredit siyasəti aparılır. – 24,29. 
 
26.  Bakı–Supsa  neft  kəməri  –  1994-cü  ilin  sentyabrında  
Azərbaycan  hökumətinin  xarici  neft  şirkətləri  ilə  imzaladığı 
«Əsrin  müqaviləsi»nin  həyata  keçirilməsinin  mühüm  bir 
vəsiləsi Bakı–Supsa neft kəməridir. Kəmərin uzunluğu 830 km, 
gündəlik  maksimum  ötürmə  gücü  115  min  barreldir.  Supsada 
hər birinin tutumu 250 min barrel olan dörd terminal tikilmişdir.  
1999-cu  il  aprelin  17-də  Supsada  ilkin  Xəzər  neftinin  qərb 
istiqamətində  nəqli  üçün  Bakı–Süpsa  ixrac  boru  kəmərinin  və 
Supsa  yerüstü  terminalının  təntənəli  rəsmi  açılış  mərasimi 
olmuşdur. – 27. 
 


 316 
27. Bakı–Novorossiysk neft kəməri – 1994-cu ilin sentyabrın-
da  Azərbaycan  Respublikası  Hökumətinin  xarici  neft  şirkətləri 
ilə  imzaladığı  «Əsrin  müqaviləsi»nin  həyata  keçirilməsinin 
mühüm  bir  hissəsi  Bakı–Novorossiysk  neft  kəməridir.  Bu 
kəmər 1997-ci ilin noyabrında istifadəyə verilmişdi. – 27. 
 
28.  Dmitri  Medvedev  (d.1965)  –  Rusiya  dövlət  və  siyasi 
xadimi,  2008–2012-ci  illərdə  Rusiya  Federasiyasının  Prezidenti 
olmuşdur,  2012-ci  ilin  may  ayından  Rusiyanın    Baş  naziridir.  – 
29,191,202–203,204–208. 
 
29. Mixeil  Nikolozoviç Saakaşvili (d.1967) – hüquqşünas, 
2003–2013-cü  illərdə  Gürcüstan  Respublikasının  Prezidenti, 
2000–2001-ci  illərdə  Gürcüstanda  Ədliyyə  naziri  olmuşdur. 
Vahid  Milli  Hərəkat  Partiyasının  sədri,  «məxməri  inqilab»ın 
liderlərindən  biri  olmuşdur.  Hazırda  Ukraynanın  Odessa    vila-
yətinin  qubernatorudur. –29. 
 
30.  Fransa,  F  r  a  n  s  a      R  e  s  p  u  b  l  i  k  a  s  ı  –  Qərbi 
Avropada  dövlət.  Sahəsi  674,6  min  km
2
,  əhalisi  66,2  milyon 
nəfərdir.  İnzibati  cəhətdən  101  departamentə  bölünür.  Qanun-
verici    orqanı  iki  palatadan  (Milli  Məclis  və  Senat)  ibarət 
parlamentdir.  İcra  hakimiyyəti  prezident  və  Nazirlər  Şurasına 
məxsusdur. Paytaxtı Paris şəhəridir. – 29,198,252. 
 
31.  Nikola Sarkozi (d.1955)  –Fransa dövlət və siyasi xadimi. 
2007–2015-ci illərdə Fransa Respublikasının Prezidenti olmuşdur. 
1993–95, 2002–2004 və 2005–2007-ci illərdə Fransa hökumətində 
nazir vəzifəsində çalışmışdır. – 29. 
 
32.  Nabukko  –  Türkmənistan  və  Azərbaycan  qazının  Av-
ropa Birliyi ölkələrinə, əsasən Avstriya və Almaniyaya ötürül-


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə