İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə83/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   79   80   81   82   83   84   85   86   ...   100

 
303 
Prezident İlham Əliyev XIII Pekin Paralimpiya oyunlarında 
göstərdikləri  yüksək  nailiyyətlərə  görə  idmançılara  və  onların 
məşqçilərinə pul mükafatları təqdim etdi. 
İ  l  h  a  m      Z  ə  k  i  y  e  v  (Paralimpiya  oyunlarının qalibi, 
cüdo üzrə ikiqat Olimpiya çempionu): Cənab Prezident, çox sağ 
olun.  Mən  paralimpiyaçılar  adından  və  milli  komandanın 
kapitanı  kimi,  idmançılarımızın  adından  Sizə  təşəkkürümü 
bildirirəm.  Bizi  yola  salanda  Sizə  söz  verdik  ki,  qələbələrlə 
qayıdacağıq.  Bu  gün  biz  üzüağ  Sizin  qarşınızdayıq.  Söz 
verdiyimiz  kimi,  bu  qələbəmizi  Sizə  həsr  etmişik.  Çalışacağıq 
ki,  inşallah,  London  Paralimpiya  oyunlarindan  da  Vətənə 
yüksək  nailiyyətlərlə  dönək.  Biz  bu  qələbələrə  görə  xüsusilə 
Sizə  minnətdarıq.  Milli  Paralimpiya  Komitəsinin  və  «Neftçi» 
İdman  Sağlamlıq  Mərkəzinin  rəhbərliyinə  minnətdarlığımızı 
bildiririk. Cənab Prezident, bir daha çox sağ olun. 
İ l h a m   Ə l i y e v: Sağ olun. Mən də səni ürəkdən təbrik 
edirəm.  Sən  ikiqat  olimpiya  çempionusan.  Bu,  böyük  bir 
nailiyyətdir,  böyük  qələbədir.  Səni  və  komandanın  bütün 
üzvlərini  böyük  qələbə  münasibətilə  bir  daha  ürəkdən  təbrik 
edirəm.  Əminəm  ki,  siz  növbəti  yarışlarda  da  yaxşı  çıxış 
edəcəksiniz. Əlbəttə ki, London Paralimpiya oyunlarinda bizim 
gözəl  idman  ənənələrimiz  daha  da  möhkəmlənəcəkdir.  Təbrik 
edirəm, sağ olun. 
 
 
 
 
* * * 
Sonra prezident İlham Əliyev paralimpiyaçılarla və onların 
məşqçiləri ilə xatirə şəkli çəkdirdi. 
 


 304 
 
 
 
HEYDƏR ƏLİYEV VƏ ZİYA BÜNYADOV 
PROSPEKTLƏRİNİN KƏSİŞMƏSİNDƏ İNŞA 
OLUNAN YOL QOVŞAĞININ BİRİNCİ 
HİSSƏSİNİN AÇILIŞI  
 
23 sentyabr 2008-ci il  
  
 Sentyabrın  23-də  Bakıda  Heydər  Əliyev  və  Ziya  Bün-
yadov  prospektlərinin  kəsişməsində  inşa  olunan  yeni  yol 
qovşağının birinci hissəsi istifadəyə verilmişdir. 
Azərbaycan  prezidenti  İlham  Əliyev  körpünün  açılış 
mərasimində iştirak etmişdir. 
Bakı  şəhərində  nəqliyyat  sisteminin  təkmilləşdirilməsinə  dair 
tədbirlər  planına  uyğun  olaraq,  paytaxtda  ən  böyük  yol 
qovşaqlarından  biri  Heydər  Əliyev  və  Ziya  Bünyadov  pros-
pektlərinin kəsişməsində tikilir. Mürəkkəb və eyni zamanda, müasir 
konstruksiyalı  bu  yol  qovşağının  birinci  hissəsi  artıq  hazırdır. 
Regionda analoqu olmayan yol ötürücüsünün bu hissəsinin ümumi 
uzunluğu  1286  metrdir.  Layihəyə  görə  bu  hissədə  körpünün  936 
metrinin  eni  23,4  metrdir,  burada  hərəkət  dördcərgəli  olacaqdır. 
Qalan  350  metrinin  eni  isə  11,4  metrdir,  burada  hərəkət  zolağı 
ikicərgəlidir.  İstinad  divarlarının  uzunluğu  710  metrdir.  Tikinti 
işlərinə  2006-cı  ilin  martında  başlanılan  yol  qovşağını 
«Azərkörpü»  Səhmdar  Cəmiyyəti  inşa  edir.  Burada  65  metr 
uzunluğunda  körpü  aşırımları  var.  Körpünün  ətrafı  abadlaş-
dırılmış, müasir işıqlandırma sistemi qurulmuşdur. Bu körpü həm 
xarici  görünüşü,  həm  də  müasir  tipli  olması  ilə  şəhərə  xüsusi 
gözəllik verəcəkdir. 
Prezident  İlham  Əliyev  tikinti  işlərinin  gedişini  əks  etdirən 
fotoşəkillərə  baxdı,  yol  qovşağının  layihəsi  ilə  tanış  oldu. 
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, yol qovşağı 
Bakının mərkəzi ilə ətraf yaşayış məntəqələrini və hava limanını 


 
305 
birləşdirəcəkdir.  Regionda  ilk  dəfə  olaraq  tikintidə  körpü 
aşırımlarını  birləşdirmək  üçün  deformasiya  tikişi  –  daraqlı 
toxumalar quraşdırılıb ki, bu da nəqliyyatın rahat və təhlükəsiz 
hərəkətinə  təminat  verir.  Tikinti  zamanı  ən  müasir 
texnologiyalardan  istifadə  olunmuş,  əsasən  yerli  inşaat 
materialları  işlədilmişdir.  Yol  qovşağını  digərlərindən  fərqlən-
dirən əsas cəhət asma körpünün inşa olunmasıdır. Asma körpü 
hava  limanından  gələn  nəqliyyat  vasitələrini  maneəsiz  olaraq 
Qara Qarayev prospektinə çıxaracaqdır. 
Prezident  İlham  Əliyev  yol  qovşağının  birinci  hissəsinin 
açılışını  bildirən  lenti  kəsdi,  körpünün  tikintisində iştirak  edən 
inşaatçılara müraciətlə dedi: 
–  Yeni,  gözəl  körpünün  açılışı  münasibətilə  sizi  təbrik 
edirəm.  Bu,  böyük  bir  nəqliyyat  qovşağının  birinci  hissəsidir. 
Amma özlüyündə çox mürəkkəb bir inşaat konstruksiyalarından 
ibarətdir.  Sxemdə  onun  bütün  gələcək  parametrləri  göstərilir. 
Demək  olar,  nəinki  Bakının,  yəqin  ki,  bütün  bu  bölgənin  ən 
böyük,  ən  gözəl  nəqliyyat  qovşağı  olacaqdır.  İlk  növbədə, 
yaranan  tıxacları  aradan  qaldıracaqdır.  Digər  tərəfdən,  bu  bir 
memarlıq  əsəridir  və  dünyanın  ən  inkişaf  etmiş  şəhərlərində 
olan  nəqliyyat  qovşaqlarından  bir  faiz  də  geri  qalmır.  Bu  onu 
göstərir  ki,  Azərbaycanın  həm  maliyyə  imkanları,  həm  də 
texniki imkanları genişlənir. Çox sevindirici haldır ki, bu gözəl 
körpünü və gələcək qovşağın digər hissələrini yerli şirkət tikir. 
Bizim  yerli  mütəxəssislərimiz  artıq  böyük  peşəkarlığa 
malikdirlər.  Daha da çox iş görəndə  yerli şirkətlərin  imkanları 
artır, burada yerli fəhlələr işləyir və dövlət tərəfindən bu nəhəng 
infrastruktur layihələrinə ayrılan xərclər Azərbaycanda qalır. 
Əvvəllər  belə  nəhəng  layihələri  biz  özümüz  icra  edə 
bilmirdik. Xaricdən şirkətlər gətirilirdi, tenderlər elan olunurdu 
və bu tenderlərdə daha çox xarici şirkətlər iştirak edirdi. Bizim 
yerli  şirkətlər,  ən  yaxşı  halda,  sadəcə  olaraq,  subpodratçı  kimi 
iştirak  edirdilər,  yaxud  da  yerli  fəhlələrdən  istifadə  olunurdu. 
Amma indi bütün bu işləri yerli şirkətlər görür – həm layihəsini, 
həm    tikintisini,  həm  də  daha  çox  yerli  materiallardan  istifadə 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə