İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə79/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   75   76   77   78   79   80   81   82   ...   100

 290 
 
 
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı  
 
Əziz qəbələlilər! 
Əziz dostlar! 
Bu  gün  Qəbələ  rayonunun  həyatında  çox  əlamətdar  bir 
gündür.  Bu  gün  Qəbələdə  yeni,  gözəl  Müalicə-Diaqnostika 
Mərkəzi  açılır.  Bu  gözəl  hadisə  münasibətilə  sizin  hamınızı 
ürəkdən təbrik edirəm. Qəbələ Müalicə-Diaqnostika Mərkəzinin 
tikintisi  Azərbaycanda  aparılan  sosial  siyasətin  nəticəsidir.  Bu 
kompleksdə ən qabaqcıl texnologiyalar tətbiq olunur. Ən müasir 
avadanlıqlar və müayinədən keçmək, müalicə almaq üçün bütün 
şərait  var.  Mən  çox  şadam  ki,  Azərbaycanda  belə  gözəl 
komplekslərin,  mərkəzlərin  sayı  getdikcə  artır.  Ölkəmizin 
müxtəlif  bölgələrində ən müasir  tibb  ocaqları  yaradılır.  Bunlar 
həm  Səhiyyə  Nazirliyinin  xətti  ilə,  həm  də  Dövlət  Neft 
Şirkətinin vəsaiti hesabına tikilir. Beləliklə, qısa müddət ərzində 
Azərbaycanda  səhiyyə  problemlərinin  həlli  üçün  yeni  müasir 
infrastruktur  yaradılır.  Deyə  bilərəm  ki,  belə  mərkəzlərin  işə 
düşməsi təsadüfi deyildir. Çünki Azərbaycanda son illər ərzində 
sosial  siyasət,  insanların  həyat  səviyyəsinin  yaxşılaşdırılması, 
sağlamlığının 
möhkəmləndirilməsi 
işində 
məqsədyönlü 
tədbirlər görülür, dövlət proqramları icra olunur. Bu məqsədlərə 
dövlət xərcləri ildən- ilə artır.  
Əlbəttə, sosial siyasətin güclü olması hər bir ölkənin iqtisadi 
imkanlarından asılıdır. Bizim bu imkanlarımız var. Azərbaycan 
zəngin dövlətə çevrilir. Azərbaycanda büdcə xərcləri artır, son 5 
il  ərzində  bizim  büdcəmiz  10  dəfədən  çox  artıbdır.  Bunun 
hesabına gözəl binalar, tibb mərkəzləri, olimpiya kompleksləri, 
müəssisələr  tikilir,  yollar  abadlaşır.  Azərbaycanın  bütün 
bölgələrində bunu görürük.  
Bir  daha  demək  istəyirəm  ki,  bu  kompleksdə,  bu  mərkəzdə 
yaxşı tibbi xidmət almaq üçün bütün imkanlar var, həkimlər də 
artıq  hazırlanır.  Əlbəttə,  müasir  avadanlıqlarla  işləmək  böyük 


 
291 
peşəkarlıq  tələb  edir.  Yəni  biz  bu  məsələyə  kompleks  şəkildə 
yanaşırıq. Həm müasir avadanlıqlar alınır, şərait yaradılır, həm 
də ki, həkimlərin səviyyəsinin qaldırılması üçün lazımi tədbirlər 
görülür. Bir müddət bundan əvvəl başlanan bu ənənə bu gün də 
davam  edir.  Azərbaycanın  bütün  bölgələrində  belə  mərkəzlər 
tikilir,  gələcək  illərdə  isə  əminəm  ki,  hər  bir  rayonda  müasir 
tibb  müəssisələri  yaradılacaqdır.  Köhnə  xəstəxanalar  təmir 
olunur,  yeniləri  tikilir.  Beləliklə,  Azərbaycanda  səhiyyə 
sahəsində yaranmış problemlər tezliklə həll olunacaqdır.  
Siz  –  Qəbələ  rayonunun  sakinləri  çox  yaxşı  görürsünüz  ki, 
rayonunuz  son  illər  ərzində  necə  inkişaf  edir.  Burada  sənaye 
potensialı, yeni müəssisələr yaradılır. Bunlar həm daxili tələbatı 
ödəyir, həm də ki, onların ixrac qabiliyyəti yüksəlir.  
Xüsusilə  Azərbaycanın  müxtəlif  yerlərində  kənd  təsərrüfatı 
məhsullarının  emalı  müəssisələri  yaradılır.  Bunları  sahibkarlar 
edirlər, bir hissəsi isə Azərbaycan dövlətinin sahibkarlara etdiyi 
yardımlar  hesabına  yaradılır.  Azərbaycan  dövləti  hər  il  yerli 
sahibkarlara  100  milyon  dollar  səviyyəsində  güzəştli  kreditlər 
verir. Bu kreditlər hesabına çox böyük işlər görülür, o cümlədən 
Qəbələ rayonunda da. Nəzərə alsaq ki, bu proqram 4-5 ildir icra 
olunur və hər il böyük məbləğdə kreditlər ayrılır, əlbəttə ki, biz 
bunun  nəticələrini  görürük  və  gələcək  illərdə  də  görəcəyik. 
Yəni həm sənaye müəssisələrinin, həm də səhiyyə ocaqlarının, 
idman  qurğularının,  məktəblərin  tikilməsi  –  bütün  bu  vacib 
məsələlər hər bir rayonun inkişafını müəyyən edir. Azərbaycan 
iqtisadiyyatı  çox  sürətlə  artır,  bizim  iqtisadi  imkanlarımız, 
maliyyə imkanlarımız genişlənir və ilk növbədə, biz səylərimizi 
insanları  narahat  edən  problemlərin  həllinə  yönəldirik.  Əsas 
infrastruktur  layihələrimiz,  demək  olar  ki,  başa  çatmaq  üzrədir. 
Azərbaycanda  çox  güclü  infrastruktur  layihələri  icra  olunur  və 
insanların normal həyatını təmin etmək üçün bütün proqramlar 
yerinə yetirilir: kənd təsərrüfatı, sənaye, sosial məsələlərin həlli. 
Mən əminəm ki, 2009-cu ildə Azərbaycanın dövlət büdcəsinin 
həcmi  daha  da  böyük  olacaqdır.  Artıq  biz  investisiya 
məsələlərinə ildə 5 milyard dollar xərcləyirik və bu vəsait bütün 


 292 
ölkədə  gedən  proseslərə  müsbət  təsir  göstərir.  Həm  dövlət 
xərcləri,  həm  gözəl  investisiya  mühiti,  sahibkarların 
dəstəklənməsi  –  bütün  bu  amillər  bir-birini  tamamlayır. 
Azərbaycanda  sabit  ictimai-siyasi  vəziyyətin  möhkəm  olması 
həm  yerli sahibkarlara əlavə ruh verir, həm də xarici iş adam-
larını  Azərbaycana  cəlb  edir.  Ölkəmizin  bütün  bölgələrində 
gedən  inkişaf  bizim  uğurumuzun  ən  başlıca  təzahürüdür.  Əgər 
belə olmasaydı, ölkə hərtərəfli inkişaf edə bilməzdi.  
2004-cü  ilin  əvvəlində  qəbul  edilmiş  regionların  sosial-
iqtisadi  inkişafı  Dövlət  Proqramının  uğurlu  icrası  nəticəsində 
biz  bu  inkişafa  nail  ola  bilmişik.  Onu  da  demək  istəyirəm  ki, 
2004-cü ildə qəbul edilmiş proqrama, sonrakı illərdə – 2005-ci, 
2006-cı,  2007-ci  ildə  əlavələr  olunmuşdur.  O  proqramın 
xaricində  çoxlu  işlər  görülübdür.  Hesab  edirəm  ki,  növbəti  5 
illik  proqram  bütün  qalan,  həll  olunmamış  məsələləri  əhatə 
etməlidir. Hər bir rayonun xüsusi proqramları var və növbəti 5 
il  üçün  hazırlanır.  O  proqramlarda  hər  bir  rayonun,  rayondakı 
hər bir kəndin problemləri öz həllini tapacaqdır.  
Biz gələcəyə çox nikbinliklə baxırıq. Azərbaycan həm siyasi 
baxımdan  çox  möhkəm  ölkədir  və  bu  bölgədə  sabitləşdirici 
funksiyanı  icra  edir,  həm  də  iqtisadi  inkişaf  baxımından 
ölkəmiz  son  dörd  il  ərzində  nəinki  bölgədə,  dünyada  birinci 
yerdədir.  Sosial  məsələlər  öz  həllini  tapır.  Çünki  bazar 
iqtisadiyyatı  şəraitində  yaşayan  ölkələrdə  bəzi  hallarda  sosial 
ədalətsizlik də artır.   
Biz  bazar  iqtisadiyyatının  mənfi  cəhətlərinin  qarşısının 
alınması  üçün  çox  güclü  sosial  siyasət  aparırıq.  Bunu  bu 
Müalicə-Diaqnostika  Mərkəzinin  timsalında,  insanların  əmək 
haqlarının,  pensiyaların  artırılmasında  görürük.  Çünki  insanlar 
sosial cəhətdən müdafiə olunmalıdırlar. Azərbaycanda ən kasıb 
şəraitdə yaşayan 500 mindən çox insan  hər ay dövlətdən sosial 
müavinət alır. Ölkəmizdə yoxsulluğun səviyyəsi kəskin şəkildə 
aşağı düşübdür. Əminəm ki, 2008-ci ilin yekunlarına görə daha 
da  aşağı  düşəcəkdir.  Qarşıya  məqsəd  qoyulmuşdur  ki, 
Azərbaycanda  bir  nəfər  də  yoxsul  adam  olmamalıdır,  işləmək 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə