İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə75/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   71   72   73   74   75   76   77   78   ...   100

 
277 
bu  qədər  inkişaf  etməzdi.  Bizim  5  milyard  dollar  həcmində 
Dövlət İnvestisiya Proqramımız var. Yəqin ki, gələn il ondan da 
çox  olacaqdır.  Bax,  bu  vəsait  bütün  rayonların  abadlaşmasına, 
yeni gözəl xəstəxanaların, müəssisələrin, yolların, aeroportların 
tikilməsinə  yönəldilir.  Bu  gün  mən  Zaqatalada  beynəlxalq 
aeroportun  açılışında  iştirak  etdim,  bu  çox  gözəl  hadisədir  və 
bütün bölgəyə yeni imkanlar gətirəcəkdir.  
Biz  Bakı–Balakən  avtomobil  yolunun  təmirinə  və  geniş-
ləndirilməsinə başlamışıq. Yəni belə hallar çoxdur. Bu gün biz 
Zaqatalada  yeni  Müalicə-Diaqnostika  Mərkəzinin  açılışını 
etdik.  Şəkidə  gözəl  xəstəxananın,  Qaxda  yeni  idman 
kompleksinin təməlini qoyduq. Balakəndə böyük bir parkın və 
kanat yolunun açılışında olduq. Yəni həm iqtisadi, həm sənaye 
məsələləri,  həm  də  sosial  məsələlər  həll  olunur.  Bizim  bütün 
səylərimiz bir məqsədi güdür: Azərbaycan xalqı daha da yaxşı 
yaşasın,  Azərbaycan  dövləti  möhkəmlənsin,  bölgədə  öz 
mövqelərini  daha  da  gücləndirsin,  Azərbaycanda  sabitlik  daha 
da  möhkəm  olsun,  pozulmasın,  sülh,  təhlükəsizlik    əmin-
amanlıq  olsun  və  Azərbaycan  xalqı  rahat  yaşasın.  Biz  adada 
yaşamırıq,  biz  bölgədə  yaşayırıq  və  bölgədə  gedən  proseslər 
hamımıza  bəllidir.  Azərbaycanın  üstünlüyü  ondan  ibarətdir  ki, 
burada xalqla iqtidar arasında birlik var. Bu birlik bizim bütün 
uğurlarımızın təməlindədir. Sabitlik, inkişaf, quruculuq – bizim 
əsas iş prinsiplərimiz bunlardır.  
Azərbaycan  xalqının  maraqlarına  nə  cavab  verirsə,  o  da 
olacaqdır.  Nə  cavab  vermirsə,  o  heç  vaxt  olmayacaq,  kim  nə 
deyir  desin.  Mən  Azərbaycan  xalqının  dəstəyinə  arxalanıram. 
Əgər  mən  bunu  hiss  etməsəydim,  həm  xarici,  həm  də  daxili 
siyasəti  aparmaq  mənim  üçün  daha  da  çətin  olardı.  Ona  görə 
bütün  bu  uğurların  səbəbkarı  sizsiniz,  Azərbaycan  xalqıdır, 
Azərbaycan vətəndaşlarıdır. Mən də sizə xidmət edirəm. 
S a k i n l ə r: Cənab Prezident, çox sağ olun, minnətdarıq. 
Allah köməyiniz olsun.  
İ l h a m   Ə l i y e v: Bu beş ildə çalışmışam ki, yaxşı xid-
mət edim. Sizə uğurlar, cansağlığı arzulayıram. Xəstələnməyin, 


 278 
amma  işdir  xəstəlik  olsa,  yaxın  zamanlarda  gözəl  xidmət 
göstəriləcəkdir.  
 
 
 
 
* * * 
Şəki  ictimaiyyətinin  nümayəndələri  ilə  söhbət  zamanı  
dövlətimizin  başçısı  İlham  Əliyev  Azərbaycanın  öz  müstəqil 
siyasətini bundan sonra da davam etdirəcəyini bildirdi:  
–  Əlbəttə  ki,  müstəqil  siyasət  aparmaq  Azərbaycan  üçün, 
çox  da  böyük  olmayan  ölkə  üçün  o  qədər  də  asan  məsələ 
deyildir.  Bir  daha  demək  istəyirəm,  əgər  mən  bu  dəstəyi  hiss 
etməsəydim,  çətin  olardı.  Əlbəttə,  Azərbaycanın  bölgədəki  və 
dünyadakı  mövqeləri  də  möhkəmlənir,  önəmi  də  artır  və 
Azərbaycana  diqqət  də  artır.  Burada  bəzi  hallarda  müxtəlif 
maraqlar  da  toqquşur.  Mən  qoymuram  ki,  toqquşsun  və 
qoymayacağam    da.  Mən  həmişə  demişəm  ki,  böyük  ölkələr 
var,  çox  da  böyük  olmayan  ölkələr  var,  maraqlar  ola  bilər. 
Azərbaycanın  da  öz  hüdudlarından  kənarda  maraqları  var. 
Amma Azərbaycan qarşıdurma məkanına çevrilməyəcəkdir. Biz 
əməkdaşlığa  hazırıq.  Əgər  bizim  maraqlarımıza  uyğundursa, 
istənilən ölkə ilə istənilən formada əməkdaşlıq edəcəyik. Uyğun 
deyilsə,  biz  bunu  açıq  deyirik.  Həm  qonşular,  həm  də  böyük 
dövlətlər  bunu  bilir  və  bunu  qəbul  etməyə  öyrəşiblər  ki, 
Azərbaycanın öz mövqeyi var. Azərbaycan xalqının iradəsindən 
başqa, heç bir qüvvə bu mövqeyə təsir edə bilməz.  
Müstəqil  siyasət  aparan  ölkə  özünü  müəyyən  risklərdən 
sığortalayır.  Çünki  o,  sadəcə  olaraq,  öz  bildiyini,  öz  xalqının 
maraqlarını  müdafiə  edir.  Müstəqil  siyasət  aparmaqda  çətinlik 
çəkən  ölkələr  də  bəzi  hallarda  bundan  əziyyət  çəkirlər.  İndi 
dərinə  getmək  istəmirəm,  hər  kəs  hər  şeyi  görür.  Əminəm  ki, 
bundan  sonrakı  illərdə  Azərbaycanın  dünyadakı  mövqeləri 
ancaq  möhkəmlənəcəkdir.  Bunun  üçün  bütün  şərait  var,  bütün 
imkanlar  var.  Həm  qəbul  edilmiş  proqramlar,  həm  neft 
siyasətimiz,  həm  ölkədə  yaranmış  vəziyyət,  həm  də, 
ümumiyyətlə, Azərbaycanın uğurlu inkişafı belə deməyə imkan 
verir. 


 
279 
Y a q u b   M a h m u d o v (AMEA-nın Tarix İnstitutunun 
direktoru,  Milli  Məclisin  deputatı):  Cənab  Prezident,  xalq 
sizinlədir.  Siz  səmimi,  qətiyyətli,  cəsarətli  siyasətinizlə,  heç 
kəsin  arxasınca  getmədən  Heydər  Əliyevin  qurduğu  Azər-
baycanı  göylərə  qaldırdınız.  Öz  yolunuz  var.  O  yol  da 
Azərbaycan xalqını təmin edir. Biz həmişə Sizinləyik, bilin ki, 
xalq Sizinlədir.  
İ l h a m   Ə l i y e v: Sağ olun.  
 
«Aqro-İndastri» MMC-nin  süd emalı zavodunda   
 
Prezident  İlham  Əliyev  sentyabrın  19-da  Şəki  «Aqro-
İndastri»  MMC-nin  rayonun  Orta  Zəyzid  kəndində,  keçmiş 
Kökəltmə  birliyinin  ərazisində  tikilmiş  müasir  tipli  süd  emalı 
zavodunda olmuşdur. 
Dövlətimizin  başçısına  müəssisənin  əsas  iqtisadi  texniki 
göstəriciləri  barədə  məlumat  verildi.  Bildirildi  ki,  müəssisənin 
tikintisinə  Azərbaycan  Beynəlxalq  Bankı  ilə  Hollandiyanın 
«Roqobank»ı  arasında  imzalanmış  kredit  müqaviləsi  əsasında 
2006-cı  ildə  başlanılmışdır.  Müqavilənin  ümumi  dəyəri  7,28 
milyon avrodur.  
Şəki–Oğuz  şosesinin  kənarındakı  70  hektar  ərazidə  müasir 
tipli  heyvandarlıq  kompleksi,  damazlıq  və  südçülük  sahələri, 
pendir  zavodu  və  mal-qara  üçün  yem  istehsalı  sexi  yerləşir. 
Kompleksə  Hollandiyadan  yüksək  məhsuldarlığı  olan  660  cins 
inək gətirilmişdir. İndiyədək onlardan 472 bala alınmışdır.  
Kompleksdə  adi  və  mexanikləşdirilmiş  tövlələr  tikilmişdir. 
İcarəyə  götürülmüş  400  hektara  yaxın  ərazidə  yem  üçün 
qarğıdalı, yonca və vələmir əkilir. Hər gün heyvanlara 10 tona 
yaxın yem verilir. Yem istehsalı üçün müasir tipli dəyirman da 
tikiləcəkdir. 
Müəssisədə  gün  ərzində  15  min  litr  süd  istehsal  olunmaqla 
1500  kiloqram  Hollandiya  pendiri  hazırlanması  nəzərdə 
tutulur.  İndiyədək  müəssisədə  140  iş  yeri  açılmışdır.  İşçilərə 
pulsuz  nahar  yeməyi  verilir.  Gələcəkdə  iş  yerlərinin  sayının 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə