İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə76/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   72   73   74   75   76   77   78   79   ...   100

 280 
200-ə  çatdırılması  və  ərazisinin  genişləndirilməsi  nəzərdə  tu-
tulur.  
Süd  sağımı  sexindəki  bütün  avadanlıqlar  Hollandiyadan 
gətirilmişdir.  Sağılmış  süd  xüsusi  borularla  çənlərə  vurulur, 
buradan isə pendir istehsalı sexinə ötürülür. 
Prezident  İlham  Əliyev  istehsal  sahəsinin  rəmzi  işə  salın-
masını  bildirən  düyməni  basdı.  Sonra  tövlələrə,  süd  sağımı  və 
pendir istehsalı sexinə baxdı, quraşdırılmış müasir avadanlıqla 
tanış oldu. 
Görülən  işləri  yüksək  qiymətləndirən  dövlətimizin  başçısı 
bölgələrdə  bu  cür  müəssisələrin  yaradılmasının  əhəmiyyətini 
vurğuladı. 
 
 
 


 
281 
 
 
 
OĞUZ OLİMPİYA İDMAN KOMPLEKSİNİN  
AÇILIŞ MƏRASİMİ 
 
20 sentyabr 2008-ci il  
  
Azərbaycan  prezidenti  İlham  Əliyev  sentyabrın  20-də 
Oğuz rayonuna gəlmişdir. 
Dövlətimizin  başçısı  əvvəlcə  Oğuz  Olimpiya  İdman  Kom-
pleksinin  təntənəli  açılış  mərasimində  iştirak  etdi.  Mərasimə 
toplaşanlar prezidenti və xanımı Mehriban Əliyevanı səmimiyyətlə 
qarşıladılar.  
Prezident  İlham  Əliyev  kompleksin  rəmzi  açılışını  bildirən 
lenti kəsdi.  
Məktəblilər  səmaya  sülh  rəmzi  olan  ağ  göyərçinlər  burax-
dılar.  
Dövlətimizin başçısı komplekslə tanış oldu. Məlumat verildi 
ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun 
olaraq  tikilən  idman  qurğusunun  inşasına  2007-ci  ilin 
fevralında başlanılmışdı. Gənclər və İdman Nazirliyinin sifarişi 
ilə  inşa  olunan  kompleksin  smeta  dəyəri  7,5  milyon  manatdır. 
«Rövşən-Oğuz-İnşaat»  MMC-nin  həyata  keçirdiyi  inşaat 
işlərinə  150  nəfər  cəlb  olunmuşdu.  İşçilərin  orta  aylıq 
əməkhaqqı 300–500 manat təşkil etmişdir.  
4,5 hektar ərazidə yerləşən kompleksin əsas korpusuna 575 
tamaşaçı  yeri  olan  universal  idman  salonu,  trenajor  və  100 
yerlik konfrans salonları, restoran-bar, habelə inzibati otaqlar 
daxildir.  Digər  korpusda  25  metrlik  üzgüçülük  hovuzu  vardır. 
Kompleksin  ərazisində  tribunaları  olan  və  beynəlxalq 
standartlara cavab verən 1850 yerlik futbol stadionu, voleybol, 
basketbol  meydançaları,  tennis  kortu  tikilmiş,  idmançıların 
qalması  və  istirahəti  üçün  hərəsi  dördnəfərlik  5  kottec 


 282 
tikilmişdir.  Stadiona  Türkiyədən  gətirilmiş  süni  örtük  döşən-
mişdir.  
İdman  qurğusunun  nasos  stansiyası,  transformatoru, 
qazanxanası, hər birinin tutumu 400 kubmetr olan 2 ehtiyat su 
anbarı, yanğından mühafizə məntəqəsi də vardır. Ərazidə geniş 
abadlıq  işləri  aparılmış,  çəmənlik  salınmış,  6  min  ədəd 
dekorativ gül kolu əkilmişdir.  
Prezident  İlham  Əliyev  kompleksin  trenajor  salonu, 
üzgüçülük  hovuzu,  basketbol,  voleybol  və  futbol  meydançaları 
ilə tanış oldu. 
Sonra  kompleksin  açılmasına  həsr  olunmuş  mərasim  ke-
çirildi. 
Prezident İlham Əliyev mərasimdə çıxış etdi. 
 
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı  
 
Əziz oğuzlular! 
Əziz dostlar!  
Bu  gün  Oğuz  rayonunun  həyatında  çox  gözəl  və 
əlamətdar  bir  gündür.  Bu  gün  Oğuzda  yeni,  gözəl,  müasir 
Olimpiya  İdman  Kompleksi  açılır.  Mən  bu  münasibətlə  sizin 
hamınızı ürəkdən təbrik edirəm.  
Əminəm  ki,  bu  kompleksdən  həm  idmançılar  səmərəli 
istifadə  edəcəklər,  həm  də  Oğuz  rayonunun  sakinləri.  Burada 
bütün şərait var. Həm idman zalı, həm üzgüçülük hovuzu, trena-
jor zalı – bir sözlə, idmanla məşğul olmaq və sağlamlığı möh-
kəmləndirmək üçün bütün imkanlar var. Mən çox şadam ki, bu 
gözəl  gündə  sizinlə  bərabər  bu  kompleksin  açılışında  iştirak 
edirəm. 
Mən  xatırlayıram,  keçən  il  Oğuzda  olarkən  kompleksin 
tikintisi  ilə  tanış  olmuşdum.  Kompleks  qısa  müddət  ərzində 
yüksək  keyfiyyətlə  və  böyük  zövqlə  tikilibdir.  Bunun  həm 
xarici  görünüşü  gözəldir,  həm  də  daxili  təchizatı  bütün  dünya 
standartlarına uyğundur. Əminəm ki, bu kompleksin fəaliyyətə 
başlaması nəticəsində burada idmanın inkişafına daha da böyük 


 
283 
təkan  veriləcəkdir.  Mən  çox  istəyirəm  ki,  Azərbaycanın  hər 
yerində,  hər  bir  rayonunda  güclü  idmançılar  yetişsin,  insanlar 
sağlam  olsunlar.  Gənc  nəsil  həm  fiziki  cəhətdən,  həm  də 
mənəvi  cəhətdən  sağlam  olsun.  Beləliklə,  Azərbaycanın  həm 
idman  şöhrəti  daim  yüksəklərdə  qalacaq,  həm  də  Azərbaycan 
vətəndaşları,  xüsusilə,  uşaqlar,  yeniyetmələr,  gənclər  fiziki 
cəhətdən sağlam olacaqlar.  
Azərbaycanın  çox  böyük  idman  uğurları,  idman  qələbələri 
var.  Bizim  idmançılarımız  –  bizim  qaliblərimiz,  Olimpiya 
oyunlarının  çempionları,  mükafatçıları  –  bu  gün  burada  iştirak 
edirlər,  Azərbaycanın  idman  şöhrətinin  qaldırılması  üçün  çox 
böyük  işlər  görürlər.  Beynəlxalq  yarışlarda,  çempionatlarda, 
əlbəttə  ki,  Olimpiya  oyunlarında  Azərbaycanı  ləyaqətlə  təmsil 
edirlər.  Azərbaycan  dünya  idman  ailəsində  özünəlayiq  yerini 
tuta  bilibdir  və  dünyada  idman  ölkəsi  kimi  tanınır.  Bizim 
uğurlarımız,  əlbəttə  ki,  hər  bir  vətəndaşı  sevindirir,  eyni 
zamanda,  idmançılarımızın  uğurlu  çıxışları  gənclərə  də 
örnəkdir,  gənclərə  də  gözəl  nümunədir.  Əminəm  ki,  bu  gözəl 
qələbələrdən sonra idman bölmələrinə axın daha da güclənəcək, 
idmanla  məşğul  olmaq  istəyənlərin  sayı  artacaqdır.  Əlbəttə  ki, 
bütün  bu  məqsədlərə  nail  olmaq  üçün,  idmanla  məşğul  olmaq 
üçün  gərək  yaxşı  şərait  olsun.  Biz  bu  şəraiti  yaradırıq.  Sadəcə 
olaraq, hansısa idman qurğularının tikilməsi ilə kifayətlənmirik. 
Mən  istəyirəm  ki,  hər  bir  rayonda  ən  müasir  idman 
infrastrukturu  yaradılsın.  Hər  bir  yerdə  idmanla  məşğul  olmaq 
üçün yaxşı şərait olsun və biz Oğuz rayonunun timsalında bunu 
görürük. 
Siz,  rayonun  sakinləri  yaxşı  bilirsiniz  ki,  əhali  baxımından 
Oğuz  böyük  rayon  deyildir.  Amma  mənim  üçün  bu  heç  vaxt 
meyar  olmamışdır.  Mənim  üçün  bütün  rayonlar  əzizdir,  bütün 
Azərbaycan  vətəndaşları  əzizdir.  Rayonun  böyük-kiçikliyindən 
asılı  olmayaraq,  mən  düşünürəm  ki,  hər  bir  yerdə,  hər  bir 
rayonda çox gözəl şərait olmalıdır. Həm idmanla məşğul olmaq 
üçün  şərait,  həm  infrastruktur  layihələri,  həm  də  səhiyyə 
obyektləri,  məktəblər,  yollar    olmalıdır.  Biz  Oğuz  rayonunda 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə