İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə73/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   69   70   71   72   73   74   75   76   ...   100

 270 
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.  
Qax  şəhərinin  Heydər  Əliyev  küçəsində  yerləşən  muzeyin 
tikintisinə  2007-ci  ildə  başlanılmışdır.  Binanın  layihəsini 
«Azkommunallayihə»  İnstitutu  hazırlamış,  tərtibat  işlərini 
Heydər  Əliyev  Fondunun  rəhbərliyi  ilə  «Elit»  dizayn  şirkəti 
həyata  keçirmişdir.  Muzey  ekspozisiya  salonu,  kitabxana,  oxu 
zalı, inzibati və yardımçı otaqlardan ibarətdir.  
Ekspozisiya  salonunun  ümumi  sahəsi  190  kvadratmetrdir. 
Burada  ulu  öndərin  büstü  qoyulmuşdur.  8  bölmədən  ibarət 
ekspozisiyada  ümummilli  liderimizin  həyat  və  fəaliyyətinin 
müxtəlif  dövrlərini  əks  etdirən  çoxsaylı  fotoşəkillər,  müxtəlif 
kitablar  və  digər  nəşrlər  toplanmışdır.  Muzeydə  7  ədəd 
komputer qoyulmuşdur. 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ekspo-
zisiya ilə tanış oldular, oxu zalına, otaqlara baxdılar. 
Dövlətimizin  başçısı  muzeylə  tanışlıqdan  sonra  Xatirə 
kitabına ürək sözlərini yazdı.  
 
İdman kompleksinin təməlqoyma mərasimi  
 
Sentyabrın  19-da  Qax  şəhərində  idman  kompleksinin 
təməlqoyma mərasimi keçirilmişdir.  
Mərasimə  toplaşan  inşaatçılar,  şəhər  sakinləri  prezident 
İlham  Əliyevi  və  xanımı  Mehriban  Əliyevanı  böyük  hörmət  və 
ehtiramla qarşıladılar.  
Dövlətimizin  başçısı  kompleksin  əsas  texniki-iqtisadi 
göstəriciləri  ilə  tanış  oldu.  Gənclər  və  İdman  naziri  Azad 
Rəhimov  məlumat  verdi  ki,  ümumi  ərazisi  5  hektar  olacaq 
kompleksin  layihəsini  «Azkommunallayihə»  İnstitutu  hazırla-
mışdır. Tikintinin smeta dəyəri 6,5 milyon manatdır.  
Əsas  binada  universal  idman  zalı,  məşq  zalı,  inzibati 
otaqlar,  habelə  25  metrlik  üzgüçülük  hovuzu  yerləşəcəkdir. 
Kompleksin  həyətində  2  min  yerlik  tribunaları  olan  futbol 
stadionu,  voleybol  və  basketbol  meydançaları,  tennis  kortu, 


 
271 
habelə idmançıların qalması üçün hər biri dördnəfərlik 4 kottec 
tikiləcəkdir. 
Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığı 
tökdü.  
İnşaatçıları  təbrik  edən  dövlətimizin  başçısı  tikinti  işlərinin 
vaxtında  və  müasir  standartlara  uyğun,  keyfiyyətlə  başa 
çatdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verdi. 
 


 272 
 
 
 
ŞƏKİ ŞƏHƏR MƏRKƏZİ XƏSTƏXANASININ 
YENİ KORPUSUNUN TƏMƏLQOYMA 
MƏRASİMİ 
 
19 sentyabr 2008-ci il 
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  sentyabrın  19-da 
Qax rayonundan  Şəki şəhərinə gəlmişdir.  
Dövlətimizin  başçısı  əvvəlcə  Şəki  Şəhər  Mərkəzi  Xəs-
təxanasının  100  çarpayılıq  yeni  korpusunun  təməlqoyma 
mərasimində  iştirak  etdi.  İnşaatçılar,  şəhər  ictimaiyyətinin 
nümayəndələri  prezident  İlham  Əliyevi  və  xanımı  Mehriban 
Əliyevanı hərarətlə qarşıladılar.  
Dövlətimizin başçısı yeni korpusun layihəsi ilə tanış oldu.  
Məlumat  verildi  ki,  Şəki  şəhərinin  girəcəyində,  Olimpiya 
İdman  Kompleksinin  yaxınlığında  inşa  ediləcək  bina  Dünya 
Bankının və Azərbaycan hökumətinin birgə layihəsi olan «Tibbi 
xidmətlər 
sahəsində 
islahatların 
aparılması» 
layihəsi 
çərçivəsində  tikilir.  Layihənin  həyata  keçirilməsi  üçün  Şəki, 
Qax,  Ağdaş,  İsmayıllı  və  Abşeron  pilot  rayonları  kimi  seçil-
mişdir.  Layihəni  Dünya  Bankı,  Azərbaycan  hökuməti,  ABŞ-ın 
Beynəlxalq  Agentliyi,  YUNİSEF  və  Dünya  Səhiyyə  Təşkilatı 
maliyyələşdirir.  
Yeni  korpusun  birinci  mərtəbəsində  təcili  tibbi  yardım, 
poliklinika, diaqnostika şöbəsi, 8 çarpayılıq hemodializ, sterili-
zasiya  şöbələri,  laboratoriya,  yeməkxana,  exokardiologiya, 
kompyuter tomoqrafiyası, endoskopiya, rentgen şöbələri fəaliy-
yət göstərəcəkdir.  
İkinci  mərtəbədə  isə  28  çarpayılıq  cərrahiyyə  şöbəsi,  iki 
əməliyyat  bloku  ilə  birlikdə  12  çarpayılıq  anesteziologiya  və 
reanimasiya şöbəsi, 55 çarpayılıq terapiya şöbəsi yerləşəcəkdir. 
Binanın 2011-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.  


 
273 
Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığı 
tökdü.  Sonra  Şəki  ictimaiyyətinin  nümayəndələri  ilə  görüşüb 
söhbət etdi.  
N a ğ d ə l i   B a l a ş  o v (Şəki Şəhər Mərkəzi Xəstəxa-
nasının Baş həkiminin müavini): Cənab Prezident, Sizin hər bir 
gəlişiniz  Şəkiyə  yeni  həyat  gətirir.  Bu  gün  bizim  qəlbimiz 
sevinclə,  fərəhlə  döyünür.  2006-cı  ildə  Siz  Şəkidə  modul  tipli 
elektrik stansiyasının açılışı ilə bizə işıq verdiniz və biz o vaxt 
Sizi şəriksiz prezidentimiz adlandırdıq. Bu gün isə yeni müalicə 
korpusunun  təməlinin  qoyulması  ilə  bizə,  insanlarımıza 
sağlamlıq bəxş edirsiniz. 
Əziz  Prezidentimiz,  Sizin  andiçmə  mərasimində  dediyiniz 
kəlam  var  idi:  «Mən  hər  bir  azərbaycanlının  prezidenti  olaca-
ğam».  Bu,  həyatda  öz  əksini  tapmışdır.  Siz  bizə  işıq,  istilik 
vermisiniz,  əmək  haqlarımızı  artırmısınız  və  balalarımızın 
təhsili üçün Şəkidə çoxlu məktəblər tikmisiniz. Buna görə Sizə 
öz  minnətdarlığımızı  bildiririk.  Azərbaycanda 700  mindən çox 
iş  yeri  açılmışdır.  Əvvəllər  ölkəmizi  tərk  edib  gedən 
soydaşlarımız  artıq  Azərbaycana  qayıdır,  onlar  işlə  təmin 
olunurlar.  Hətta  əcnəbi  vətəndaşlar  da  iş  dalınca  Azərbaycana 
gəlirlər.  Biz  inanırıq  ki,  bundan  sonra  Azərbaycanda  həm 
yoxsulluq, həm də işsizlik olmayacaqdır.  
Azərbaycanda  sülh  bərqərar  olmuş  və  ölkəmiz  təhlükəli 
vəziyyətlərdən  azad  olmuşdur.  Hesab  edirik  ki,  Qarabağ 
məsələsi də öz həllini tapacaqdır. Möhtərəm Prezidentimiz, Siz 
xalqın  içərisində  olursunuz,  xalq  Sizi  sevir,  hər  kəs  Sizi  öz 
ailəsinin üzvü kimi qəbul edir. Siz bizim üçün hər şey etmisiniz. 
Buna  görə  də  Sizə  minnətdaram.  Şəkidə  son  illər  quruculuq, 
abadlıq  işləri  getmişdir.  Şəkinin  incisi  olan  Şəki  xanlarının 
sarayı  bərpa  olunmuşdur.  Mədəniyyət  ocaqları  bərpa  olunub 
xalqın istifadəsinə verilmişdir.  
İ  l  h  a  m      Ə  l  i  y  e  v:  Çox  şadam  ki,  bu  gün  yenidən 
Şəkidəyəm,  sizinlə  birlikdəyəm.  Mən  Şəkidə  dəfələrlə  olmu-
şam. Hər dəfə burada olarkən sizinlə bərabər gözəl obyektlərin 
açılışını,  yaxud  da  ki,  təməlinin  qoyulmasını  birlikdə  qeyd 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə