İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə72/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   68   69   70   71   72   73   74   75   ...   100

 
267 
maddi imkanlar nəyə gətirib çıxarıbdır?! Pensiyalar artır, maaşlar 
artır, minimum əməkhaqqı artır. Düzdür, biz istəyirik ki, daha da 
böyük sürətlə artsın. Hələ ki, bu minimum təminat bizi qane edə 
bilməz. Bu da həqiqətdir. Əgər dinamikaya baxsaq görərik ki, son 
5  il  ərzində  dövlət  xərcləri  təxminən  8-10  dəfə  artıbdır. 
Azərbaycan  xalqı  dinc  şəraitdə  yaşayır.  Azərbaycanda 
təhlükəsizlik var, sabitlik var, insanlar çox yaxşı yaşayırlar, bu da 
hər  bir  ölkənin  inkişafını  şərtləndirən  əsas  amillərdən  biridir. 
Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayırlar. Azərbaycan 
çoxmillətli  ölkədir,  o  cümlədən    Qax  rayonunda  müxtəlif 
millətlərin nümayəndələri yaşayırlar. Bir ailə kimi yaşayırlar, heç 
bir ayrı-seçkilik, necə deyərlər, anlaşılmazlıq yoxdur. Həm dövlət 
siyasəti  belədir,  həm  də  Azərbaycan  xalqının  qəlbi  təmizdir. 
Azərbaycan  xalqı  həmişə  başqa  xalqlarla  mehribanlıq  şəraitində 
yaşamışdır.  Bütün  Azərbaycan  vətəndaşları  bir  ailə  kimi  yaşayır. 
Bu da çox vacibdir. Elə ölkələr var ki, orada başqa millətdən bir 
nəfər  də  yoxdur.  Fakt  –  bizim  qonşuluğumuzdakı  Ermənistan 
monodövlətdir.  Orada  heç  bir  başqa  millət  yaşamır.  Amma 
Azərbaycanda  bütün  millətlər  yaxşı  yaşayır.  Bizim  gördüyümüz 
işlər – bu inkişaf, abadlıq, quruculuq işləri Azərbaycanda yaşayan 
bütün  millətlər  üçündür.  Bax,  belədir  bizim  nəticələrimiz. 
Gələcəkdə də görüləsi çox işlər var və biz hamımız bu işlərdə çox 
fəal olmalıyıq. Həm dövlət, mənim bölgələrdəki nümayəndələrim, 
həm  də  rayonların  fəalları.  Mən  burada  gəncləri  də  görürəm, 
gənclər də fəal olmalıdırlar, digərləri də.  
Ş ə k ə r   A b d u l l a y e v a (Qax şəhər 2 nömrəli məktəb-
liseyin direktoru):  Cənab Prezident! 
Respublikamızın  bu  gözəl  guşəsində  Sizi  görməyimizə  çox 
şadıq.  Qaxlılar  Sizi  çox  böyük  intizarla,  səbirsizliklə  gözləyir-
dilər. Sizin keçəndəfəki gəlişinizdən sonra, doğrudan da Qaxımız 
əsl mənada dəyişibdir. Bizim mahnımızda deyilir ki, «Bir də dön 
Qaxa  bax».  Doğrudan  da,  Qax  indi  elədir  ki,  Siz  bir  dəfə 
baxmaqla  doymayacaqsınız.  Gərək  bir  neçə  dəfə  Qaxa  baxaq. 
Sizin  dediyiniz  kimi,  gələcəkdə  Qax  bütün  Azərbaycanda  ən 
gözəl rayonlardan birinə çevriləcəkdir. 


 268 
Sizin  və  Mehriban  xanımın  Qax  camaatına  göstərdiyiniz 
qayğını  biz  çox  yüksək  qiymətləndiririk.  Mən  45  ildən  artıqdır 
müəllimə  işləyirəm,  40  ildir  məktəb  direktoruyam.  İşlədiyim  bu 
illər  ərzində  Azərbaycanda  heç  vaxt  indiki  qədər  sürətli  inkişaf,  
təhsilə  belə  qayğı  göstərildiyini  görməmişəm.  Siz  təkcə  yeni 
məktəblər  tikməklə,  məktəbləri  təmir  etməklə  kifayətlənmirsiniz, 
təhsil  işçilərinə  mənəvi  cəhətdən  də  dayaqsınız.  Bu  bizi  ürəkdən 
sevindirir.  Sizin  müəllimlər  və  məktəblər  üzrə  keçirdiyiniz 
müsabiqədən  sonra  müəllimlərimiz  daha  böyük  nailiyyətlər  əldə 
etmək  üçün  yeni  yollar  axtarıb  tapmağa  çalışırlar.  Rayonumuzun 
bir  məktəbi,  yəni  mənim  rəhbərlik  etdiyim  məktəb-lisey  də  50 
məktəb  sırasına  düşdü  və  balaca  rayon  olsaq  da,  altıncı  yerdə 
qərarlaşdıq. Məktəbimizin ədəbiyyat müəllimi, rayonumuzun digər 
bir ibtidai sinif müəllimi də bu müsabiqədə yer tutdular. Bunların 
hamısı  üçün  Sizə  minnətdarıq.  Mən  ulu  öndərimizin  dövründə 
«Şərəf nişanı» ordeni, Sizin dövrünüzdə isə  «Əməkdar müəllim» 
adı  almışam.  Bundan  sonra  da  bütün  həyatımı  dövlətimizin  daha 
da  möhkəmlənməsinə  sərf  edəcəyəm.  Biz  uşaqları  elə  tərbiyə 
edəcəyik  ki,  onlarda  yüksək  vətənpərvərlik  hissi  formalaşsın, 
dövlətçiliyə,  müstəqilliyimizə,  azadlığımıza  onlarda  məhəbbət 
hissi  formalaşdıra  bilək.  Qalan  ömrümün  hamısını  buna  həsr 
edəcəyəm. Mən çox şadam ki, Siz həmişə xalqlasınız. Sizin xalqla 
olmağınız xalqın da Sizinlə olmağına gətirib çıxarır. Biz qarşılıqlı 
şəkildə  bir-birimizi  çox  sevirik.  Qaxlılar  Sizi  lap  çox  sevirlər, 
Mehriban xanımı da çox sevirlər. Mehriban xanımın təşəbbüsü ilə 
Qaxda neçə-neçə məktəb inşa olunubdur. Mən hər ikinizə bir ana 
kimi,  bir  ağbirçək  kimi,  öz  minnətdarlığımı,  öz  təşəkkürümü 
bildirirəm.  Camaatımızın  belə  bir  fikrini  də  Sizə  çatdırmaq 
istəyirəm  ki,    Mehriban  xanım  da,  Prezident  də  Qaxa  tez-tez 
gəlsinlər, Qaxda daha çox  olsunlar. 
Qaxa  gəldiyinizə,  bizi  yad  etdiyinizə  görə,  bizimlə 
ünsiyyətdə  olduğunuza  görə  Sizə  təşəkkürümü  bildirirəm. 
Ümidvarıq  ki,  Siz  bizim  rayonumuzun,  respublikamızın  çiçək-
lənməsi  üçün,  lider  dövlət  olan  Azərbaycan  Respublikasının 
dünyada  daha  da  yüksək  zirvələrə  qaldırılması  üçün  bundan 


 
269 
sonra  da  çalışacaqsınız.  Biz  Sizə  cansağlığı,  uzun  ömür 
arzulayırıq. Sağ olun. 
İ l h a m   Ə l i y e v: Mən beş il  əvvəl Azərbaycan xalqına 
söz  vermişdim  ki,  əgər  mənə  etimad  göstərilərsə,  doğma 
xalqıma xidmət edəcəyəm. Beş il keçdi, düzdür çox tez keçdi, 
amma bu beş il ərzində çox işlər görülübdür. Daha da çox işlər 
görməliyik.  
M a s i k o   B a b a c a n a ş v i l i (İngiloy Kötüklü kənd 
orta  məktəbinin  direktoru):  Cənab  Prezident,  mən  Sizi 
salamlayıram. Mən azsaylı xalqın nümayəndəsiyəm. Çox şadam 
Sizin  gəlməyinizə.  Heydər  Əliyev  Fondunun  prezidentinə, 
Azərbaycanın  birinci  xanımı  Mehriban  xanıma  gürcü  xalqı 
adından təşəkkür edirəm. Gürcü dilində olan məktəblərə dərslik 
verdiyinizə  görə  çox  sağ  olun,  var  olun.  Gürcü  xalqı  adından 
çox minnətdaram.  
Hörmətli Prezident, Sizin xarici səfərlərinizi daim izləyirəm.  
Azərbaycan  və  gürcü  xalqlarının  dostluğu  əbədidir.  Biz,  Qax 
rayonunun kəndlərində yaşayan 8 minə qədər gürcülərin hamısı 
Sizinləyik.  Sözlə  yox,  işlə!  Eşq  olsun  müstəqil  Azərbaycana! 
Sağ olun.  
İ l h a m   Ə l i y e v: Çox sağ olun. Azərbaycanda bütün xalqlar 
bir  ailə  kimi  yaşayır  və  bu  bizim  uğurumuzun  əsas  şərtidir. 
Azərbaycanda bütün millətlər arasında yaranmış bu gözəl mehriban 
münasibətlər ən yüksək zirvədədir. Bir də demək istəyirəm ki, bu həm 
dövlət siyasətidir, həm də insanların ürəyində olan duyğulardır. Bizim 
gücümüz  birliyimizdədir.  Azərbaycan  tarixində  heç  vaxt  milli 
zəmində ayrı-seçkilik olmamışdır, heç vaxt da olmayacaqdır. Burada 
yaşayan xalqların hamısı bütün gözəl imkanlardan bəhrələnirlər. Heç 
vaxt bizdə milli zəmində nəinki problem, kiçik bir anlaşılmazlıq da 
olmamışdır, olmamalıdır və əminəm ki, olmayacaqdır. Sağ olun. 
 
                Heydər Əliyev Muzeyinin açılışı  
 
Prezident  İlham  Əliyev  sentyabrın  19-da  Qax  şəhərinin 
mərkəzində Heydər Əliyev Muzeyinin açılışında iştirak etmişdir. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə