İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə80/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   76   77   78   79   80   81   82   83   ...   100

 
293 
istəyən  hər  bir  insan  işlə  təmin  olunmalıdır.  Bu  məsələlər  həll 
olunduqda,  demək  olar  ki,  bizim  əsas  sosial  problemlər  həll 
edilmiş olur və növbəti illərdə biz daha sürətlə inkişaf edəcəyik.  
Bizim  inkişafımız  üçün  bütün  imkanlar,  hər  bir  sahə  üzrə 
çox  ciddi  dövlət  proqramları  var.  Digər  tərəfdən  də,  xalqla 
iqtidar arasında vəhdət var və bizim bütün təşəbbüslərimiz xalq 
tərəfindən dəstəklənir. Azərbaycan təbii ehtiyatlarla çox zəngin 
olan  ölkədir  və  biz  bu  ehtiyatlardan  səmərəli  şəkildə  istifadə 
edirik.  Bunu  həm  Azərbaycan  əhalisi  bilir,  həm  də  dünyada 
olan  ən  qabaqcıl  beynəlxalq  maliyyə  qurumları,  beynəlxalq 
təşkilatlar  Azərbaycanın  bu  istiqamətdəki  fəaliyyətini  böyük 
təqdirlə qarşılayırlar.  
Azərbaycanda  çox  istedadlı  insanlar  yaşayır.  Azərbaycanın 
çox gözəl coğrafi mövqeyi vardır və biz bundan uğurla istifadə 
edirik. Bölgədəki bütün qonşularımızla yaxşı, qarşılıqlı hörmət 
əsasında  yaranmış  münasibətlərimiz  var.  Azərbaycanın  dünya 
miqyasında  önəmi  də,  hörməti  də  artır.  Hamı  bilir  ki,  bizim 
sözümüzlə  əməlimiz  arasında  heç  bir  fərq  yoxdur.  Bunu 
Azərbaycan  xalqı  da,  bütün  dünya  ictimaiyyəti  də  bilir. 
Azərbaycan dünya miqyasında özünə layiq olan yerini tutub və 
bu yeri möhkəmləndirir.  
O ki qaldı bölgə məsələlərinə, bizim iştirakımız olmadan heç 
bir  təşəbbüs  həll  edilə  bilməz,  heç  bir  iqtisadi,  yaxud  da  ki, 
siyasi layihə icra oluna bilməz. Biz nəinki bölgədə icra olunan 
bütün  layihələrin  iştirakçısıyıq,  onların  bir  çoxunun 
təşəbbüskarıyıq.  Bizimlə  əməkdaşlıq  etmək  istəyən  ölkələrin 
sayı artmaqdadır.  
Beləliklə,  çox  güclü  sosial  siyasət,  daxili  vəziyyətin  sabit 
olması, güclü iqtisadiyyat, liberal islahatlar – istər siyasi, istərsə 
də iqtisadi islahatlar – çevik xarici siyasət və bölgələrin inkişafı 
hesabına  biz  ölkəmizi  inkişaf  etdiririk  və  növbəti  illərdə  bu 
inkişaf davam edəcəkdir.  
Qəbələ  rayonunun  timsalında  biz  son  illər    Azərbaycanda 
əldə edilmiş müsbət nəticələri görürük. Burada həm quruculuq, 
abadlıq  işləri  gedir,  yeni  müəssisələr  tikilir,  həm  də  şəhər 


 294 
gözəlləşir. Qəbələnin  gözəl təbiəti var və bundan çox səmərəli 
istifadə  olunur.  Mən  bu  gün  yeni  yaradılmış  mehmanxana-
turizm  kompleksinə  də  baş  çəkəcəyəm.  Bilirəm  ki,  bunlar  da 
yüksək səviyyədə yaradılır. Xəbərim var ki, Bakıdan, ölkəmizin 
digər  bölgələrindən  istirahət  etmək  üçün  Qəbələyə  gələn 
insanların  sayı  artır.  Əminəm  ki,  qarşıdakı  illərdə  xaricdən  də 
gələcəklər. 
Bakı–Qəbələ 
avtomobil 
yolu 
yeniləşib, 
genişləndirilibdir.  Zaqatala  aeroportu  artıq  hazırdır.  Digər 
vasitələrdən  də  istifadə  edilməklə,  Qəbələ  Azərbaycanın  ən 
gözəl turizm mərkəzlərindən birinə çevriləcəkdir.  
Mən bütün qəbələlilərə hörmət və məhəbbətimi ifadə etmək 
istəyirəm.  Arzu  edirəm  ki,  rayonda  gedən  proseslər  bundan 
sonra  da  belə  templə  davam  etsin  və  burada  insanlar  yaxşı 
yaşasınlar.  Qəbələ  rayonu  Azərbaycanın  bütün  digər  rayonları 
ilə  bərabər,  inkişafa  doğru  getsin.  Bu  gözəl  mərkəzin  açılışı 
münasibətilə  bir  daha  sizi  təbrik  edirəm,  sizə  uğurlar 
arzulayıram.  
Sağ olun! 
 
Qəbələ rayonu müəssisələrində istehsal olunan yeni 
məhsulların sərgisi 
 
Sentyabrın  20-də  prezident  İlham  Əliyev  Qəbələ  ra-
yonundakı  müəssisələrin  istehsal  etdiyi  yeni  məhsulların 
sərgisinə baxmışdır.  
Dövlətimizin  başçısı  əvvəlcə  «Gilan  Holdinq»  şirkətlər 
qrupuna  daxil  olan  Qəbələ  lift  zavodunun  məhsulunun 
nümunələri ilə tanış oldu. Bildirildi ki, müxtəlif yükgötürmə və 
sərnişinqaldırma  qabiliyyətli  liftlər  müasir  dizayna  malikdir. 
Zavodda hazırlanan liftlərə ölkəmizdə ehtiyac olduğundan onun 
perspektivli müəssisə olduğu diqqətə çatdırıldı.  
Prezident İlham Əliyev şirə və şərab məhsullarına da baxdı. 
Qeyd  edildi  ki,  Qəbələ  rayonunda  istehsal  olunan  bu  məh-
sullara xarici bazarda da tələbat var. 


 
295 
Sərgidə  ölkəmizdə  ərzaq  proqramı  ilə  əlaqədar  kənd 
təsərrüfatı sahəsində görülən işlər ekranda nümayiş etdirildi. 
 
         Süd emalı zavodu istifadəyə verildi  
 
Sentyabrın  20-də  Qəbələdə  süd  emalı  zavodu  istifadəyə 
verilmişdir.  
Bu  münasibətlə  Azərbaycan  prezidenti  İlham  Əliyev 
zavoda gəldi. 
Dövlətimizin  başçısı  zavodu  işə  saldı  və  müəssisə  ilə 
yaxından  tanış  oldu.  Bildirildi  ki,  2007-ci  ilin  martında 
tikintisinə  başlanılmış  müəssisəyə  avadanlıqla  birlikdə  3,5 
milyon  manat  xərclənmişdir.  Sutkada  10  ton  süd  emal  etmək 
gücündə olan  müəssisədə pendir,  kəsmik, yağ,  ayran  və  s.  süd 
məhsulları istehsal edilir.  
«Gilan  Holdinq»  şirkətlər  qrupuna  daxil  olan  zavodda 
Türkiyə  və  Almaniyadan  gətirilmiş avadanlıqlar  quraşdırılmış, 
35  nəfər  işlə  təmin  olunmuşdur.  Alınmış  14  süddaşıyan 
maşından  3-ü  bu  müəssisəyə,  qalanları  isə  digər  rayonlarda 
fəaliyyət göstərən süd emalı müəssisələrinə veriləcəkdir. 
Prezident  İlham  Əliyev  sexləri  gəzdi,  məhsulların  qablaş-
dırılması prosesini izlədi.  
Dövlətimizin  başçısı  ölkəmizin  kənd  təsərrüfatı  sektorunda 
nailiyyətlərin  əldə  olunduğunu  bildirdi,  yeni  zavodun 
məhsullarının xarici bazara da çıxarılmasını tövsiyə etdi. 
 
Olimpiya İdman Kompleksinin tikintisi ilə tanışlıq  
 
Sentyabrın  20-də  prezident  İlham  Əliyev  Qəbələ 
Olimpiya  İdman  Kompleksində  tikinti  işlərinin  gedişi  ilə  tanış 
olmuşdur. 
Prezident  İlham  Əliyev  kompleksin  baş  planı  ilə  tanış  oldu. 
Obyektin  əsas  iqtisadi  göstəriciləri  barədə  məlumat  verilərək 
bildirildi  ki,  4,3  hektar  sahədə  yerləşəcək  kompleksdə  böyük 
idman  salonu,  üzgüçülük  hovuzu,  futbol,  basketbol,  voleybol 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə