İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə81/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   77   78   79   80   81   82   83   84   ...   100

 296 
meydançaları,  tennis  kortu,  habelə  mehmanxana,  avtomobil 
dayanacağı  inşa  olunacaqdır.  Ərazidə  istirahət  meydançasının, 
fəvvarələrin,  qonaqlar  və  yarış  iştirakçıları  üçün  kotteclərin 
inşası  da  nəzərdə  tutulmuşdur.  2009-cu  ilin  sonunadək  hazır 
olacaq  kompleksdə  respublika  əhəmiyyətli  və  beynəlxalq 
yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.  
Prezident  İlham  Əliyev  Qəbələnin  idman  və  turizm  ob-
yektlərinin  perspektiv  layihələri  ilə  tanış  oldu.  Bildirildi  ki, 
rayonda turizmin inkişafı üçün nəzərdə tutulan bu layihələr icra 
olunduqdan  sonra  buraya  gələn  xarici  turistlərin  sayının 
artması gözlənilir.  
Dövlətimizin  başçısı  turizmin  iqtisadiyyatın  mühüm  sa-
hələrindən  biri  olduğunu  xatırladaraq    layihələrin  uğurla  ic-
rası,  ümumən  turizm  sektorunun  inkişafı  ilə  bağlı  fikirlərini 
söylədi, müvafiq tövsiyə və tapşırıqlarını verdi. 
 
Yengicə «İstisu» sağlamlıq və istirahət  
kompleksi ilə tanışlıq 
 
Sentyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev və 
xanımı Mehriban Əliyeva Qəbələ rayonunun Yengicə kəndində 
yerləşən «İstisu» sağlamlıq və istirahət kompleksində olmuşlar. 
Dövlətimizin başçısına məlumat verildi ki, tikintisinə 2006-
cı ildə başlanılmış 50 yerlik kompleksdə 21 vanna, müayinə və  
istirahət otaqları, yeməkxana  vardır. 
Avadanlıqla  birlikdə  dəyəri  2  milyon  200  min  manat  olan 
kompleksin  ərazisində  80  yerlik  beşmərtəbəli  yeni  korpus  da 
tikilmişdir. Kompleksdə 50 nəfər çalışır.  
Buradakı müalicəvi sudan götürülmüş nümunələr 1964–68-ci, 
1973–77-ci  illərdə  keçmiş  Leninqrad,  indiki  Sankt-Peterburq 
şəhərində  yoxlanılmış  və  suyun  minerallarla  zəngin  olduğu 
təsdiqlənmişdir.  Çay  daşları  ilə  qızdırılan  sudan  revmatizmin, 
oynaq və dəri xəstəliklərinin, sümük ağrılarının, ostroxondrozun 
və  sair  xəstəliklərin  müalicəsi  üçün  istifadə  olunur.  Suyun 


 
297 
tərkibində  natrium,  kalium,  ammonium,  maqnezium,  kalsium, 
xlor, sulfid vardır.  
Prezident  İlham  Əliyevə  yeni  tikilən  56  yerlik  müalicəvi 
mərkəz  barədə  məlumat  verildi.  Dövlət  başçısının  ölkəmizdə 
turizmin  inkişafı  ilə  bağlı  fərmanından  sonra  tikintisinə 
başlanılmış mərkəzdə vanna otaqları, buxar hamamı, əlillər üçün 
müalicəvi  su  hovuzu,  masaj  otaqları,  palçıq  vannaları,  labora-
toriya, müayinə otaqları və sair olacaqdır.  
Dövlətimizin  başçısı  mərkəzin  layihəsi  ilə  tanış  oldu, 
«İstisu»da  görülən  işləri  yüksək  qiymətləndirdi  və  bu 
kompleksin insanlara şəfa verəcəyini bildirdi. 
 
 
«Qafqaz» turizm-istirahət kompleksi ilə tanışlıq 
 
Sentyabrın  20-də  prezident  İlham  Əliyev  «Qafqaz» 
turizm-istirahət kompleksi ilə tanış olmuşdur.  
Tikintisi  2005-ci  ildə  başlanan  250  yerlik  kompleksdə  2  beş-
mərtəbəli mehmanxana, 20 kottec, restoran, bar, konfrans salonu 
vardır. Tikintinin başa çatmış birinci mərhələsinə və avadanlıq 
alınmasına 24 milyon manat xərclənmişdir. 
İkinci  hissədə  işlər  davam  edir.  Burada  açıq  və  qapalı 
hovuzlar, kotteclər, fitnes və digər əyləncə mərkəzlərinin tikin-
tisi  nəzərdə  tutulur.  Kompleksdə  180  nəfər  daimi  işlə  təmin 
olunacaqdır.  
Dövlətimizin  başçısı  ərazini  gəzdi,  mehmanxana  və  kottec-
lərlə  yaxından  tanış  oldu,  yaradılan  şəraiti  yüksək  qiymət-
ləndirdi.  Turizm  sahəsinin  həm  regionun  inkişafı,  həm  də 
ölkəmizin  iqtisadi  potensialının  möhkəmləndirilməsi  üçün 
mühüm vasitə olduğunu vurğuladı.  
 
 
 
 
* * * 
Bununla  da  prezident  İlham  Əliyevin  Balakən,  Zaqatala, 
Şəki, Qax, Oğuz,Qəbələ bölgələrinə səfəri  başa çatdı. 
 


 298 
 
 
 
 


 
299 
 
 
 
«RUS İCMASI – 15 İLLİK YOL» KONFRANSININ 
İŞTİRAKÇILARINA 
 
Hörmətli konfrans iştirakçıları! 
Sizi  Azərbaycanın  Rus  İcması  İctimai  Birliyinin  yara-
dılmasının  15  illiyi  münasibətilə  ürəkdən  salamlayır,  hamınıza 
ən xoş arzularımı yetirirəm. 
170  ildən  artıqdır  ki,  müxtəlif  tarixi-siyasi  səbəblərdən  öz 
taleyini Azərbaycanla bağlamalı olmuş yüz minlərlə rus əhalisi 
haqlı  olaraq  buranı  özünün  doğma  vətəni  hesab  edir.  Ötən 
onilliklər boyu rus icması Azərbaycanda tarixən mövcud olmuş 
dostluq  və  qardaşlıq  mühitində,  əmin-amanlıq  şəraitində 
yaşamış, milli-dini adət-ənənələrini, etnik özünəməxsusluğunu, 
dil  və  mədəniyyətini  qoruyub  saxlamaqla  cəmiyyətimizə 
tamamilə  inteqrasiya  olunmuşdur.  Bu  gün  çoxmillətli 
Azərbaycan  cəmiyyətini  rus  vətəndaşlarımız  olmadan  təsəvvür 
etmək qeyri-mümkündür. 
Məmnuniyyət  hissi  ilə  qeyd  etmək  istəyirəm  ki,  hazırda 
Cənubi  Qafqazda  ən  böyük  rus  icması  Azərbaycanda  yaşayır. 
Təsadüfi  deyildir  ki,  1988-89-cu  illərdə  Ermənistanda 
azərbaycanlılara  qarşı  həyata  keçirilmiş  etnik  təmizləmə  və 
deportasiya  zamanı  mürtəce  erməni  şovinizmindən  əziyyət 
çəkən minlərlə rus daimi yaşayış yeri kimi, məhz bizim ölkəyə 
üz  tutmuşdur.  Bu,  Azərbaycanda  millətlərarası  münasibətlərin 
sivil  normalarla  tənzimlənməsinin,  mövcud  etnik-dini 
tolerantlığın bariz nümunəsidir. 
Sovetlər  birliyinin  süqutundan  sonra  postsovet  məkanında 
rusdilli  əhaliyə  və  rus  dilinə  qarşı  baş  vermiş  müəyyən  mənfi 
hallara  Azərbaycanda  yol  verilməmiş,  bu  dildə  təhsilə  heç  bir 
məhdudiyyət  qoyulmamışdır.  Hazırda  ölkəmizdə  həmişəki 
kimi,  rus  dilində  orta  ümumtəhsil  məktəbləri,  ali  təhsil 
ocaqlarında  rus  bölmələri, zəngin  elmi-pedaqoji ənənələri  olan 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə