İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə78/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   74   75   76   77   78   79   80   81   ...   100

 
287 
Avropa və  milli  memarlıq  üslubunda  salınacaq  parkda   6 
fəvvarə  (o  cümlədən  musiqili  fəvvarə),  2  konsert  səhnəsi, 
uşaqlar üçün karusellər olacaqdır.  
Hazırda  ərazidə  torpaq  və  dəmir-beton  işləri  davam 
etdirilir.  
 
«Afra-Hotel» kurort və biznes mərkəzinin açılışı  
 
Prezident İlham Əliyev sentyabrın 20-də Oğuz rayonunda 
«Afra-Hotel»  kurort  və  biznes  mərkəzinin  açılışında  iştirak 
etmişdir. 
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.  
Tikintisinə  2006-cı  ilin  iyununda  başlanılmış,  yarımzirzəmi 
ilə  birlikdə  6  mərtəbədən  ibarət  olan  bu  mərkəzin  binasının 
ümumi  sahəsi  6780  kvadratmetrdir.  Binanın  yarımzirzəmi 
hissəsində  bar,  kabinetlər,  bilyard  və  oyun  otaqları,  habelə 
qazanxana,  anbar,  transformator  yardımçı  stansiyası  yerləşir. 
Əsas  mərtəbələr  biznes  mərkəzi,  inzibati  otaqlar,  65  yerlik 
konfrans salonu, 60 və 200 yerlik restoranlar, eyni vaxtda 108 
nəfərin qalması üçün 1 və 2 yerlik 31 nömrə, o cümlədən 4 ədəd 
lyuks nömrə vardır.  
Polşa  və  Cənubi  Koreya  istehsalı  olan  istilik  və  hava-
landırma sistemləri olan binada 6 və 8 nəfərlik 2 sürətli lift də 
quraşdırılmışdır.  Qonaqlar  sürətli  internet  və  peyk  rabitə 
xidmətlərindən də geniş istifadə edəcəklər.  
Mərkəzin tikintisində Sahibkarlığa Kömək Milli Fondundan 
alınmış  500  min  manatlıq  güzəştli  kreditlərdən  də  istifadə 
olunmuşdur.  
Burada 40 daimi iş yeri yaradılmışdır. 
Prezident  İlham  Əliyev  konfrans  salonu,  restoranlar, 
həyətdəki  4 ədəd kottec,  25  metrlik  su  hovuzu,  tennis  kortu,  əl 
oyunları meydançası, disko-klub, sağlamlıq mərkəzi, avtomobil 
dayanacağı və digər tikililərlə tanış oldu, ərazini gəzdi. 
 


 288 
Oğuzda  qlükoza zavodunun tikintisi ilə tanışlıq   
 
Prezident İlham Əliyev sentyabrın 20-də Oğuzda qlükoza 
zavodunun tikintisində olmuşdur.  
Dövlətimizin  başçısı  zavodun  maketi  və  baş  planı  ilə  tanış 
oldu.  Məlumat  verildi  ki,  Azərbaycan  Beynəlxalq  Bankının 
maliyyələşdirdiyi  tikintinin  smeta  dəyəri  12  milyon  ABŞ 
dollarıdır.  Bunun  4  milyon  dolları  tikinti  işlərinə,  qalanı  isə 
avadanlığın alınıb quraşdırılmasına xərclənəcəkdir.  
Zavod  tam  gücü  ilə  işlədikdə  gündə  80  ton  qarğıdalı  emal 
ediləcək,  bundan  qida  sənayesində  istifadə  olunan  50  tona  yaxın 
qlükoza  istehsal  ediləcəkdir.  Müəssisədə  Türkiyədən  və  Avropa 
ölkələrindən  gətirilmiş  və  müasir  tələblərə  cavab  verən  ən 
qabaqcıl  texnoloji  avadanlıqlar  quraşdırılır.  Qlükoza  istehsalı 
xəttinin  2008-ci  ilin  noyabrında,  qarğıdalıdan  nişasta  istehsalı 
xəttinin isə 2009-cu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə 
tutulmuşdur.  Müəssisədə  53    işçi  çalışacaqdır.  İstehsalın  həcmi 
çoxaldıqca, işçilərin sayı 200 nəfərə qədər artırılacaqdır.  
İlkin mərhələdə texnoloji proseslərə türkiyəli, sonra isə yerli 
mütəxəssislər nəzarət edəcəklər. Zavodun işə salınması rayonda 
qarğıdalı  əkininə  marağı  daha  da  artıracaq,  maldarlıq  və 
quşçuluğun inkişafına ciddi təkan verəcəkdir.  
Bu  cür  müəssisələrin  yaradılmasının  əhəmiyyətini  vurğula-
yan  prezident  İlham  Əliyev  tikinti  işlərinin  vaxtında,  yüksək 
səviyyədə  və  keyfiyyətlə  başa  çatdırılması  ilə  bağlı  tapşırıq-
larını verdi. 
 
 
 


 
289 
 
 
 
QƏBƏLƏ RAYONUNDA ÜMUMMİLLİ LİDER 
HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT 
 
20 sentyabr 2008-ci il  
 
Prezident İlham Əliyev sentyabrın 20-də Qəbələ rayonu-
na gəlmişdir. 
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə 
ulu  öndər  Heydər  Əliyevin  rayon  mərkəzində  ucaldılmış 
abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. 
 
Müalicə-Diaqnostika Mərkəzinin açılış mərasimi 
 
Sentyabrın 20-də Qəbələ şəhərində Müalicə-Diaqnostika 
Mərkəzinin təntənəli açılışı olmuşdur. 
Bu  münasibətlə  keçirilən  mərasimdə  iştirak  edən  prezident 
İlham  Əliyevi  və  xanımı  Mehriban  Əliyevanı  rayon  sakinləri 
böyük səmimiyyətlə qarşıladılar.  
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.  
Yüksək standartlara uyğun tikilmiş 6 mərtəbəli mərkəzdə ən 
müasir  avadanlıqlar  quraşdırılmışdır.  Burada  poliklinika 
şöbəsi,  təcili  yardım  stansiyası,  20  çarpayılıq  cərrahiyyə,  10 
çarpayılıq  dializ,  5  çarpayılıq  reanimasiya  şöbələri,  aptek, 
qəbul otağı, lor, stomatoloji, exokardioloji, rentgen kabinetləri 
vardır.  Tikintiyə  40  milyon  manat,  inventar  və  avadanlığın 
alınmasına isə 6 milyon manat vəsait sərf olunmuşdur.  
Tibb ocağında 200 nəfər işləyəcəkdir. Mərkəzin qarşısında 3 
hektar  ərazidə  park  da  salınmışdır.  Burada  musiqili  fəvvarə 
quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmışdır.  
Mərkəzlə tanış olan prezident İlham Əliyev reanimasiya, qəbul 
şöbələrinə, lor, göz, stomatoloji, rentgen kabinetlərinə baxdı.  
Mərkəzin açılış mərasimində dövlətimizin başçısı çıxış etdi. 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə