İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə74/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   70   71   72   73   74   75   76   77   ...   100

 274 
edirik. Bu gün də Şəkidə ən müasir, dünya standartlarına cavab 
verəcək yeni böyük xəstəxananın təməlini qoyduq. Buna böyük 
ehtiyac  var.  Çünki  sosial  məsələləri,  o  cümlədən  səhiyyə 
sisteminin  təkmilləşməsi  ilə  bağlı  olan  bütün  məsələləri  biz 
daha  da  sürətlə  həll  etməliyik.  Azərbaycan  vətəndaşları  çox 
gözəl  tibbi  xidmət  almalıdırlar.  Təkcə  Bakıda  yox,  bütün 
bölgələrdə. Bu gün bizim belə imkanlarımız var. Məhz Şəkidə 
belə  gözəl  xəstəxananın  tikilməsi,  əlbəttə  ki,  Şəkiyə,  şəkililərə 
olan münasibətin təzahürüdür. Mən çox istəyirəm ki, xəstəxana 
tezliklə  tikilsin  və  burada  ən  yüksək  tibbi  xidmət  göstərilsin. 
Bütövlükdə rayonun və şəhərin inkişafı üçün biz hələ çox işlər 
görməliyik. Düzdür, siz qeyd etdiniz ki, keçən dəfə mən burada 
olarkən modul tipli stansiyanın açılışında iştirak edirdik. Bu gün 
stansiya  həm  Şəkini  təmin  edir,  həm  də  ətraf  rayonları, 
ümumiyyətlə, 
Azərbaycanın 
energetika 
sisteminin 
möhkəmlənməsi işində çox mühüm rol oynayır. Ondan əvvəlki 
səfərlərdə  Olimpiya  İdman  Kompleksi  açılmışdır.  Bilirəm  ki, 
indi  Şəkidə  çox  böyük  quruculuq  işləri  aparılır.  Şəhər 
gözəlləşir,  öz  gözəl  tarixi  simasını  saxlamaqla  müasirləşir, 
abadlaşır,  yeni  məktəblər  tikilir,  mədəniyyət  ocaqları,  küçələr 
abadlaşır.  Yəni  Şəki  çox  yaxşı  inkişaf  edir.  Mən  buna  çox 
sevinirəm. Amma istəyirəm ki, bu inkişaf daha da sürətlə getsin 
və insanları narahat edən bütün məsələlər öz həllini tapsın.  
Bu gün bizim iqtisadi imkanlarımız genişlənir. Azərbaycan-
da  aparılan  köklü  iqtisadi  islahatlar  öz  bəhrəsini  verir  və  biz 
bunu  statistik  rəqəmlərdə  və  insanların  gündəlik  həyatında 
görürük.  Maddi  imkanlar,  büdcə  xərcləri  artır,  yoxsulluğun 
səviyyəsi  aşağı  düşür.  700  mindən  çox  yeni  iş  yeri  açılmışdır, 
onlardan  600  minə  yaxını  daimi  iş  yerləridir  və  bu  proses 
davam edir. Bu gün deyə bilərəm ki, biz işsizlik kimi çox çətin 
və  ağır  sosial  problemi,  demək  olar,  əsasən  həll  etmişik.  İndi 
sirr  deyil  ki,  Azərbaycana  işləmək  üçün  başqa  ölkələrdən 
vətəndaşlar  gəlirlər.  Onların  sayı  getdikcə  artır.  Biz  onları 
Bakıda  gedən  bütün  tikintilərdə  görürük.  Təkcə  Bakıda  yox, 
artıq  Azərbaycanın  başqa  şəhərlərində  də  xaricdən  gələn 


 
275 
fəhlələr çalışırlar. Bir tərəfdən, bu onu göstərir ki, Azərbaycan 
vətəndaşları artıq azmaaşlı işlərə o qədər də meyil göstərmirlər, 
daha da yüksək maaş almaq istəyirlər. Bu da çox gözəl və təbii 
bir  haldır.  Digər  tərəfdən,  onu  göstərir  ki,  Azərbaycanda  artıq 
işsizlik  problemi,  demək  olar  ki,  öz  həllini  tapıbdır.  Biz  buna 
regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramının  icrası 
nəticəsində  nail  ola  bilmişik.    Həm  sosial  məsələlərin  həllinə, 
həm də iqtisadi, sənaye potensialının möhkəmlənməsinə.  
Bu  gün  mən  yeni  sənaye  obyektinin  açılışında  iştirak 
edəcəyəm. O cümlədən Şəki rayonunda belə müəssisələrin sayı 
çoxalır.  Mən  bu  gün  səhərdən  bu  bölgənin  müxtəlif 
rayonlarında  görüşlər  keçirirəm.  Balakən,  Zaqatala,  Qax  – 
bütün  rayonlarda  çox  ürəkaçan  mənzərələr  var.  Bütün  rayon-
larda  inkişaf  var,  əhval-ruhiyyə  çox  yüksəkdir,  çox  yaxşıdır. 
Deyə bilərəm ki, insanlar gələcəyə nikbinlik hissləri ilə baxırlar. 
Çünki  gündəlik  həyatda  bu  dəyişiklikləri  görürlər,  şəhərlər 
abadlaşır.  Şəkinin  hər  bir  sakini  həm  Azərbaycan  dövlətinin 
vətənpərvər  insanıdır,  həm  də  doğma  şəhərinin    vətənpərvər 
sakinidir.  Hər  bir  vətəndaş  görəndə  ki,  onun  doğma  şəhərində 
vəziyyət yaxşılaşır, abadlaşır, yeni müəssisələr işə düşür, əlbəttə 
ki,  buna  sevinir.  Azərbaycanın  inkişafı  bundan  sonra  bax,  bu 
yolla  davam  edəcəkdir.  Həm  güclü  iqtisadi  potensial,  iqtisadi 
islahatlarımızın  dərinləşməsi  və  davamı,  həm  özəl  sektora, 
sahibkarlara  dəstək,  həm  də  sosial  məsələlərin  həlli.  Maaşlar 
artır, bilirsiniz ki, pensiyalar ildə iki dəfə artırılır. Əlbəttə ki, bu 
bizi hələ tam şəkildə qane edə bilməz. Minimum əməkhaqqı 75 
manatdır. Minimum pensiya 75 manatdır. Əlbəttə, bu o məbləğ 
deyil ki, insanın tələbatını tam şəkildə ödəsin. Ancaq biz 2-3 il 
bundan əvvəlki  vəziyyətə  baxsaq  görərik  ki,  bu  çox sürətli  bir 
artımdır və dinamika da çox gözəldir. Dinamika onu göstərir ki, 
biz bu istiqamətdə gələcəkdə də lazımi tədbirləri görəcəyik. 
Bu  gün  Azərbaycan  iqtisadi  islahatlar  baxımından  dünya 
miqyasında  birinci  ölkədir.  Özü  də  bunu  biz  demirik.  Bunu 
Dünya Bankı, Beynəlxalq Valyuta Fondu qeyd edir. Bilirsiniz, 
dünyada  çoxsaylı  təşkilatlar  var,  həm  Azərbaycanda,  həm  də 


 276 
xaricdə  qeyri-hökumət  təşkilatları  var.  O  təşkilatları  sadəcə 
olaraq, onların təsisçiləri təşkil edir. Adı var ki, təşkilatdır və bu 
təşkilatlar  vaxtaşırı  ölkələrin  müxtəlif  istiqamətlərdəki 
fəaliyyətini təhlil edir və qiymət verir. Bəzi hallarda bu qiymət 
subyektiv  xarakter  daşıyır.  Ancaq  bu  bəyanatlar,  bu 
qiymətləndirmə  məsələləri  xarici  mətbuatda  öz  əksini  tapır  və 
istər-istəməz  ölkə  haqqında  rəy  formalaşır.  Onu  da  bilirik  ki, 
Azərbaycan  haqqında  bir  çox  hallarda  formalaşan  və  qəsdən 
formalaşdırılan rəy həqiqəti əks etdirmir.  
Amma  Dünya  Bankı  dünyanın  ən  qabaqcıl,  ən  birinci 
beynəlxalq  maliyyə  qurumudur.  Beynəlxalq Valyuta  Fondu  da 
həmçinin. Bax, bu təşkilatlar Azərbaycanı bir nömrəli islahatçı 
ölkə  kimi  qiymətləndirir.  Yəni  bundan  yuxarı  qiymət  ola 
bilməz. 
Birləşmiş  Millətlər  Təşkilatı  Azərbaycan  Dövlət  Neft 
Fondunu  mükafatla  təltif  etdi.  Yəni  bu  nəyi  göstərir?  Onu 
göstərir  ki,  Azərbaycanda  şəffaflıq  təmin  olunur,  iqtisadi  isla-
hatlar təmin olunur. Düzdür, Azərbaycan qədim neft ölkəsidir. 
Neft  bizim  təbii  sərvətimizdir  və  Azərbaycan  xalqına  xidmət 
göstərir. Bəzi hallarda bəzi bədxahlar sübut etməyə çalışırlar ki, 
Azərbaycanın  sürətli  artımı  təkcə  neftlə  bağlıdır.  Bu  belə 
deyildir.  Əlbəttə  ki,  neft  amilinin  ümumi  iqtisadi  inkişafda 
çəkisi  böyükdür.  Amma  bizdən  daha  da  çox  neft-qaz  hasil  və 
ixrac edən, daha da böyük resurslara malik olan ölkələr var. Nə 
üçün  o  ölkələrdə iqtisadi  artım  bizdəki  kimi  deyil?!  Yəni  mən 
onu demək istəyirəm ki, bizim iqtisadiyyatın inkişafının səbəbi 
təkcə 
təbii 
resurslar 
deyil, 
bizim 
islahatlarımızdır, 
Azərbaycanda hökm sürən sabitlikdir, burada fəaliyyət göstərən 
yerli və xarici şirkətlərin işləridir, investisiyalarıdır.  
İlk  dəfədir  ki,  daxili  investisiyalar  xarici  investisiyaları 
üstələyir.  Bu  nə  deməkdir?!  Azərbaycan  dövlətinin  imkanları 
artır  və  daxili  investisiyaların  əksər  hissəsi  dövlət  investi-
siyalarıdır.  Digər  tərəfdən,  Azərbaycan  şirkətləri  böyüyür. 
Nəyin  hesabına  böyüyür?!  Daha  çox  dövlət  tərəfindən  verilən 
sifarişlər  hesabına.  Əgər  bu  sifarişlər olmasaydı,  yerli  şirkətlər 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə