İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə82/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   78   79   80   81   82   83   84   85   ...   100

 300 
Bakı Slavyan Universiteti fəaliyyət göstərir, rus dilində çoxsaylı 
mətbuat orqanları və müxtəlif təyinatlı ədəbiyyat nəşr edilir. Bu 
ildən  Moskva  Dövlət  Universitetinin  Bakı  filialının  işə 
başlaması  da  ictimai-siyasi  və  elmi-mədəni  həyatımızın 
diqqətəlayiq hadisələrindən biridir. 
Bu  gün  müstəqil  Azərbaycan  Respublikasında  dilindən, 
dinindən,  etnik  mənsubiyyətindən  asılı  olmayaraq,  bütün  ölkə 
vətəndaşlarına  insan  hüquq  və  azadlıqlarından  sərbəst  istifadə 
üçün  hərtərəfli  ictimai-siyasi  şərait  təmin  edilmişdir. 
Respublikamızın  digər  xalqları  kimi,  rus  əhalisi  də  bu 
demokratik-hüquqi şəraitdən geniş yararlanmaqla, ölkədə gedən 
böyük  yenidənqurma  və  quruculuq  işlərində,  dövlət 
müstəqilliyimizin  daha  da  möhkəmləndirilməsində  yaxından 
iştirak edir. 
Əziz həmvətənlər! 
İldönümü  mərasiminə  toplaşdığınız  Azərbaycanın  Rus 
icması  təşkilatı  fəaliyyət  göstərdiyi  15  il  ərzində  respub-
likamızda demokratik-hüquqi islahatların həyata keçirilməsində 
və  azad  vətəndaş  cəmiyyəti  quruculuğunda  ictimai  fəallığı  ilə 
seçilmiş, Azərbaycan həqiqətlərinin, ölkəmiz haqqında obyektiv 
gerçəkliyin  dünya  ictimaiyyətinə  çatdırılması  sahəsində 
təqdirəlayiq  işlər  görmüşdür.  Əminəm  ki,  təşkilatınız  bundan 
sonra  da  cəmiyyətimizdə  vətəndaş  həmrəyliyinin,  xalqlar 
arasında  dostluq  və  qardaşlıq  münasibətlərinin  daha  da 
güclənməsinə,  xalq  diplomatiyasının  inkişafına  layiqli  töhfələr 
verəcəkdir. 
Bu  nəcib  və  xeyirxah  yolda  hər birinizə  uğurlar,  cansağlığı 
və xoşbəxtlik arzulayıram. 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 22 sentyabr 2008-ci il 
 
 
 


 
301 
 
 
 
XIII PEKİN PARALİMPİYA OYUNLARINDA 
ÖLKƏMİZİ TƏMSİL EDƏN İDMANÇILAR VƏ 
ONLARIN MƏŞQÇİLƏRİ İLƏ GÖRÜŞ  
 
Prezident sarayı 
 
22 sentyabr 2008-ci il  
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  sentyabrın  22-də 
Prezident  sarayında  XIII  Pekin  Paralimpiya  oyunlarında 
ölkəmizi təmsil edən idmançıları və onların məşqçilərini qəbul 
etmişdir. 
İ l h a m   Ə l i y e v: Əziz dostlar!  
Əziz idmançılar!  
Mən  sizin  hamınızı  Pekin  Paralimpiya  oyunlarında  qaza-
nılmış  böyük  qələbə  münasibətilə  ürəkdən  təbrik  edirəm.  Bu 
qələbə  tarixi  bir  nailiyyətdir.  Müstəqil  Azərbaycanın  tarixində 
ilk  dəfədir  ki,  bizim  paralimpiyaçılarımız  10  medal 
qazanmışlar.  Onlardan  2-si  qızıl,  3-ü  gümüş  və  5-i  bürünc 
medaldır. Bu çox böyük nailiyyətdir, çox böyük qələbədir. Bu 
onu  göstərir  ki,  bizim  idmançılarımız    yüksək  peşəkarlığa 
malikdirlər,  onlarda  ruh  yüksəkliyi  vardır.  Baxmayaraq  ki, 
Paralimpiya  oyunlari  çox  çətin  bir  yarışdır,  onlar  yüksək 
nəticələr göstərməklə həm öz imkanlarını bütün dünyaya sübut 
etmişlər,  həm  də  Azərbaycanın  şöhrətini  yüksəklərə 
qaldırmışlar. 
Biz  sizinlə  Sumqayıtda  yeni  tikilmiş  Paralimpiya  İdman 
Kompleksində görüşmüşdük, sizi oyunlara yola salırdıq. Bütün 
Azərbaycan xalqı böyük ümidlərlə sizin yarışlarınızı gözləyirdi. 
Bu  ümidlər  həyatda  öz  əksini  tapdı.  Sizin  hər  bir  qələbəniz 
Azərbaycan  xalqı  tərəfindən  çox  böyük  sevinclə  qarşılanırdı. 
Çünki  hər  bir  qələbəniz  Azərbaycanın  idman  imkanlarını, 


 302 
idman potensialını bir daha göstərir və Azərbaycanın doğrudan 
da idman dövləti olduğunu bir daha sübut edir.  
Bizim Olimpiya oyunlarında çıxışımız çox yaxşı olubdur və 
bir  neçə  medallar  qazanılmışdır.  Bu  gün  biz  paralimpiyaçıları 
qeyd  edirik,  sizin  uğurlarınıza  sevinirik.  Bildiyiniz  kimi, 
bütövlükdə  Azərbaycanda  idmanın  inkişafı  çox  sürətlə  gedir. 
Yeni  idmançılar  öz  bacarıqlarını  göstərirlər.  İdmanla  məşğul 
olmaq  üçün  yeni  imkanlar  yaradılır.  Bax,  son  günlər  ərzində 
Azərbaycanın  müxtəlif  yerlərində  iki  yeni  olimpiya  idman 
kompleksi  açılmışdır.  Növbəti  idman  komplekslərinin  açılışı 
gözlənilir.  Bu gün bizim Paralimpiya İdman Kompleksimiz var 
və əminəm ki, siz o imkanlardan səmərəli istifadə edəcəksiniz. 
Artıq sizin öz idman bazanız var. Ümid edirəm ki, bu, gələcək 
qələbələrin  qazanılması  üçün  sizə  daha  yaxşı  imkan 
yaradacaqdır. 
Mən  sizin  hamınızı  ürəkdən  təbrik  edirəm.  Bütün  idman-
çıları,  məşqçiləri,  Milli  Paralimpiya  Komitəsinin  rəhbərlərini, 
üzvlərini, qələbənin qazanılmasında iştirakı olan bütün insanları 
bu  yüksək  nəticə  münasibətilə  təbrik  edirəm.  Bu  sizin 
qələbənizdir, 
bütün 
Azərbaycan 
xalqının 
qələbəsidir. 
Azərbaycanda idmanın inkişafının göstəricisi və təntənəsidir. 
Mən  əminəm  ki,  bu  uğur  sizi  yeni  qələbələrə  sövq  edəcək, 
sizə  əlavə  stimul,  qüvvə  verəcəkdir.  Əminəm  ki,  bütün 
paralimpiyaçılar,  onların  məşqçiləri  və  Milli  Paralimpiya 
Komitəsinin  üzvləri  səylə  çalışacaq,  idmançılarımız  gələcək 
yarışlarda  da  çox  yüksək  peşəkarlıqla  çıxış  edəcək  və  Azər-
baycanın idman şöhrətini daim yüksəklərdə saxlayacaqlar.  
İndi isə mən istərdim ki, sizə dövlətin mükafatlarını təqdim 
edim.  Bildiyiniz  kimi,  Paralimpiya  oyunları  ərəfəsində  mən 
idmançıların  mükafatlandırılması  ilə  əlaqədar  sərəncam 
imzalamışam.  İndi  isə  çox  böyük  məmnunluq  hissi  ilə  bu 
mükafatları sizə təqdim edəcəyəm. 
 
 
 
 
 
 
* * * 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə