İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə77/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   73   74   75   76   77   78   79   80   ...   100

 284 
bütün  bunları  görürük.  Bu  idman  kompleksi  ilə  üzbəüz  böyük 
xəstəxana  kompleksi  tikilir  və  orada  çox  gözəl  avadanlıqlar 
quraşdırılacaqdır. Sakinlərin müayinəsi və müalicəsi üçün bütün 
şərait yaradılacaqdır.  
Oğuz  rayonu  çox  gözəl  təbii  sərvətlərə  malikdir.  Gözəl 
təbiəti var, iqlimi var. Çox gözəl mənzərəli yerləri var. Əminəm 
ki, turizmin inkişafı Oğuz rayonunun gələcək inkişafına böyük 
xidmət  göstərəcəkdir.  Bu  gün  eyni  zamanda,  yeni 
mehmanxananın  açılışında  iştirak  edəcəyəm.  Yəni  bütün  bu 
hadisələr  onu  göstərir  ki,  hər  bir  rayonun  potensialından  biz 
səmərəli  şəkildə  istifadə  etməliyik.  Elə  etməliyik  ki,  rayonda 
gedən işlər onun iqtisadi imkanlarını genişləndirsin. 
Əlbəttə  ki,  Azərbaycan  dövləti  öz  iqtisadi  imkanlarını  işə 
salaraq bütün rayonlarda gedən abadlıq-quruculuq işlərinə kömək 
göstərir.  Deyə  bilərəm  ki,  Azərbaycanın  bütün  rayonları  dövlət 
büdcəsindən dotasiyalar hesabına yaşayırlar. Bu bundan sonra da 
davam edəcəkdir. Hər bir rayonun infrastruktur layihələrinə, belə 
gözəl  komplekslərin,  xəstəxanaların  məktəblərin  tikintisinə  və 
sair işlərin görülməsinə Azərbaycanın dövlət büdcəsindən vəsait 
ayrılır. Əlbəttə ki, gələcəkdə bizim iqtisadi imkanlarımız daha da 
böyük  olanda,  daha  da  böyük  işlər  görəcəyik.  Amma  hər  bir 
rayon da öz iqtisadi, sənaye və turizm potensialından səmərəli şə-
kildə istifadə etməlidir və Oğuz rayonunda da belə imkanlar var.  
Biz  çalışmalıyıq  və  bundan  sonra  da  bunu  edəcəyik  ki, 
Azərbaycanın bütün bölgələrində çox geniş quruculuq, abadlıq 
işləri davam etsin, bu yüksək templər saxlanılsın. Azərbaycanın 
bütün  bölgələrində  yaxşı  yaşamaq,  yaxşı  işləmək,    yaxşı 
oxumaq  və idmanla yaxşı məşğul olmaq üçün bütün imkanlar 
olsun. 
Azərbaycanın  inkişafı  bu  gün  çox  sürətlidir.  Bütün 
bölgələrdə  böyük  quruculuq-abadlıq  işləri  aparılır.  Bizim 
iqtisadi  islahatlarımız  istər  sənaye  potensialının  inkişafında, 
istərsə  də  kənd  təsərrüfatının  inkişafında  öz  bəhrəsini  verir. 
Böyük infrastruktur layihələri icra olunur. Xüsusilə bu zonanın 
hərtərəfli  inkişafı  üçün  lazımi  tədbirlər  görülür.  Dünən  mən 


 
285 
Zaqatala  şəhərində  yeni  aeroportun  açılışında  iştirak  etdim. 
Aeroportun  tikintisi,  o  cümlədən  Oğuz  rayonunun  turizm 
imkanlarına  da  böyük  dəstək  olacaqdır.  Əminəm  ki,  həm 
Bakıdan, həm Azərbaycanın başqa şəhərlərindən, həm də xarici 
ölkələrdən buraya gələn turistlərin sayı getdikcə artacaqdır. İlk 
növbədə,  ona  görə  ki,  buranın  çox  gözəl  təbiəti  var.  Təbiət 
baxımından  Oğuz  rayonu  dünyanın  istənilən  yerindən  geridə 
qalmır. 
Digər  tərəfdən,  Azərbaycanda  hökm  sürən  sabitlik,  əmin-
amanlıq,  əlbəttə  ki,  turistlərin  cəlb  olunmasında  öz  rolunu 
oynayacaqdır.  Turizmin  inkişafı o  ölkələrdə  daha  sürətlə  gedir 
ki,  orada  vəziyyət  sabitdir,  heç bir  qarşıdurma  yoxdur,  heç  bir 
daxili,  yaxud  da  xarici  təhlükə  yoxdur.  Azərbaycan  bu 
baxımdan  bütün  başqa  ölkələrdən  daha  da  əlverişli 
vəziyyətdədir.  Çünki  bizdə  sabitlik,  əmin-amanlıq,  vətəndaş 
həmrəyliyi var. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafına, 
o cümlədən turizmin inkişafına xidmət göstərir. 
Yəni  Azərbaycanı,  Oğuz  kimi  başqa  rayonları  turizm 
mərkəzlərinə  çevirmək  üçün  bizim  bütün  imkanlarımız  var. 
Yenə də deyirəm, hər bir rayonun öz xüsusiyyətləri var. Hər bir 
rayonda  o  rayonun  xüsusiyyətlərinə  uyğun  işlər  aparılmalıdır. 
Haradasa  sənaye  potensialı  artırılır,  haradasa  kənd  təsərrüfatı, 
turizm  inkişaf  etdirilir  və  sair.  Azərbaycanın  hərtərəfli  inkişafı 
bu işlərlə bağlıdır.  
Əlbəttə  ki,  bizim  böyük  təbii  ehtiyatlarımız  var  –  neft,  qaz 
və biz bu ehtiyatları dənizin dibindən çıxarır və boru xətləri ilə 
dünya  bazarlarına  ixrac  edirik.  Bundan  Azərbaycan  dövləti 
böyük  gəlirlər  əldə  edir.  Bu  gəlirlər  bizə  imkan  verir  ki,  belə 
gözəl  komplekslər  və  başqa  obyektlər  tikək.  Ancaq 
uzunmüddətli inkişafımız üçün Azərbaycanın qeyri-neft sektoru 
inkişaf etməlidir. Mənim son beş il ərzində apardığım siyasətin, 
demək  olar,  əsas  istiqaməti  bundan ibarətdir  ki,  Azərbaycanda 
bölgələr də, iqtisadiyyatın qeyri-neft sektoru da, xidmət sektoru 
da inkişaf etsin ki, gələcəkdə dövlətimiz təbii resurslardan asılı 
olmasın.  Bu  gün  bunu  etmək  mümkün  deyil  və  bu  təbiidir. 


 286 
Ancaq biz bu yolla gedirik və qeyri-neft sektoru ildən-ilə daha 
da artır.  
Bu  gün  biz  özümüzü  ərzaq  məhsulları  ilə,  demək  olar  ki, 
maksimum  dərəcədə  təmin  edirik  və  görüləcək  əlavə  tədbirlər 
nəticəsində  Azərbaycan  ərzaq  təhlükəsizliyini  100    faiz  təmin 
edəcəkdir. Bugünkü dünyada bu, böyük bir nailiyyətdir. Çünki 
istisna olunmur ki, gələcək illərdə ərzaq təminatı ilə problemlər 
daha  da  ciddiləşəcək  və  o  ölkələr  ki,  idxaldan  asılılıqları  var, 
onlar  böyük  problemlərlə  üzləşə  bilər.  Bunun  qabağını  almaq 
üçün  biz  bu  gün  tədbirlər  görürük.  Ərzaq  təhlükəsizliyi, 
nəqliyyat  təhlükəsizliyi,  enerji  təhlükəsizliyi  –  dünya  birliyini 
narahat  edən  bu  üç  əsas  məsələ  Azərbaycanda  uğurla  həll 
olunur və biz bunları gələcəkdə də həll edəcəyik. Azərbaycanın 
uğurlu, dayanıqlı inkişafını təmin etmək üçün nə lazımdırsa, biz 
onu edəcəyik. 
Əziz  oğuzlular,  mən  bu  gün  sizi  bir  daha  ürəkdən  təbrik 
etmək istəyirəm. Mən əminəm ki, siz bu idman kompleksindən 
səmərəli  istifadə  edəcəksiniz  və  burada  yeni  çempionlar 
yetişəcəkdir.  Onlar  da  öz  növbəsində,  görkəmli  olimpiyaçılar 
kimi,  Azərbaycanın  idman  şöhrətini  daim  yüksəklərdə 
saxlayacaqlar.  
Sizi  bir  daha  təbrik  edirəm,  sizə  uğurlar,  cansağlığı 
arzulayıram. 
Sağ olun! 
 
       Şəhərdə yeni salınan mərkəzi parkla tanışlıq  
 
Sentyabrın 20-də prezident İlham Əliyev Oğuz şəhərində 
yeni salınan mərkəzi parkda olmuşdur. 
Dövlətimizin  başçısının  tövsiyəsinə  uyğun  olaraq  salınan 
parkda  inşaat  işlərinə  bu  ilin  mayında  başlanılmışdır.  Ərazisi 
2,6 hektar olacaq parkın layihəsi yerli və xarici mütəxəssislərin 
birgə iştirakı ilə hazırlanmışdır.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə