Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə19/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   15   16   17   18   19   20   21   22   ...   112

tamaşa salonunda Mirzə Davudu birinci sırada oturmuş görür, səhnə-
dən çıxır. Bu vaxt Mustafa Mərdanov ona yaxınlaşıb deyir:
– Evini Allah yıxsın, Mirzə Davud xan səni soruşdu və xəbər aldı
ki, Ağayi Mirzağa xandan nə xəbər var, Teyrandadır?
Mən də özümü itirib, bir söz tapa bilmədim dedim:
– Mirzağa xan budur Məşədi İbad rolunu oynayır
Tamaşa sona çatır Mirzəağa paltarını dəyişib teatrdan çıxmaq is-
təyəndə Mirzə Davud xan onun qabağına çıxır, qollarını açıb boy-
nunu qucaqlayır, üz-gözündən öpür və gülə-gülə deyir:
– Pədərsüxtə sən artist imişsən, səd afərin? Çox yaxşı tamaşa
göstərdin, rolunu əla oynadın.
Mirzə Davud xan öz arzusuna çatıbmış Rəşddə işə düzəlibmiş.
O indi, Mirzağanı bir də qucaqlayır, hamısını evinə qonaq çağırır.
1917-ci ildə Tiflis Azərbaycan Teatrının artistləri M.Ə.Abbasov,
M.X.Quliyev, Əşrəf Yüzbaşov, İ.İsfahanlı, H.Həşimli, İ.Əliyev, M.Mər-
danov və b. İrana və Cənubi Azərbaycanagedib “Dəmirçi Gavə”,
“Nadir şah”, “Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”, “Dağılan
tifaq”, “Arşin mal alan”, “Əlli yaşında cavan” tamaşalarını Mərənd,
Rəşt, Təbriz və digər şəhərlərin tamaşaçılarına göstərirlər. Həmin vaxta
Təbrizin inqilabi ruhlu əhalisi bu tamaşalara çox böyük maraq göstə-
rirlər. Hər bir səhnəni diqqətlə izləyir. Hətta iş o yerə çatır ki, tamaşa
zamanı tamaşaçılarla ifaçılar arasınla sıx bir əlaqə yaranırmış.
Deyilənlərə görə “Dəmirçi Gavə” tamaşasında Zöhhakın adam-
ları Gavənin uşaqlarını ilanlara yem üçün apardıqları səhnədə tama-
şaçılar özlərini güclə saxlayırlar. Tamaşaçılara elə gəlir ki, Zöhhakın
adamları Gavənin uşaqlarını deyil, onların öz uşaqlarını aparırlar.;
odur ki, səhnəyə atılıb onları boğmaq istəyirlər. Tamaşaçı zalında ol-
duqca gərgin vəziyyət yaranır. Tamaşanın son pərdəsində balaları əl-
lərindən alınan kəndlilər belə böyük bir zülmə dözə bilməyib, üsyana
qalxır, Zöhhakın sarayına hücum edirlər, barigahı dağıtmağa başla-
yırlar. Bu səhnədə artıq zaldakılar dözə bilmir, səs-küylə ayağa qalxıb
səhnədəki kəndlilərə qoşulur, onların qarşısını alıb saxlamaq olmur.
Yüzlərlə tamaşaçı səhnədəki kəndlilərə köməyə gəlir, artistlərə qo-
şulub Zöhhakın sarayını alt-üst edirlər.
65


* * *
1919-cu ildə Tiflis Azərbaycan teatrı Türkiyəyə uzun qastrol sə-
fərinə gedir. İstambulda “Arşin mal alan”, “O olmasın, bu olsun”,
“Nadir şah”, “Əsli və Kərəm”, “Ağa Məhəmməd şah Qacar”, “Pəri
cadu”, “Bəxtsiz cavan”, “Əlmənsur”, “Dəmirçi Gavə”, “Əlli yaşında
cavan”, “Evliykən subay” tamaşalarını göstərirlər.
O vaxt İstambulda üç teatr binası var idi. “Darulbədaye” adlanan
teatr Avropa məhləsində yerləşirdi. İlin on bir ayını məşq edib, bir
ayını tamaşa göstərərdilər; özləri də əyan və kubarlar üçün oynayar-
dılar. Bu teatrda Ə.Möhsün, Fəhmi Əfəndi, Rəşid Rza kimi görkəmli
sənətkarlar çıxış edirdi. Qalan iki teatr binası isə türklərin əsas yaşa-
yış yeri olan “Sirkəçi”də yerləşirdi. Bunlardan biri Rəşid bəyin “Mil-
lət teatrı”, ikincisi isə “Kəl Həsənin teatrı” idi. Bunlar daima bir-biri
ilə rəqabət aparardı. Rəşid bəy də, Kəl Həsən də – hər ikisi yaxşı sə-
nətkar olublar, həm də teatr sahibi sayılırdılar. Artistlərlə müəyyəm
müddətə müqavilə bağlayıb işləyirdilər.
Türkiyənin müqtədir aktyoru və rejissoru Əltoğrul Möhsün
(1892-1979) Tiflis Azərbaycan Teatrı aktyorlarının Türkiyə qastrolu
barədə 1 mart 1919-cu il tarixli “Tamaşa” jurnalında “Azərbaycanlı-
ların İstambula ziyarətləri münasibətilə” adlı məqalə dərc etdirir.
Orada Mir Seyfəddin Kirmanşahlı, Tərlan xanım, Əşrəf bəy Yüzba-
şov, Möhsün Cəfərov, Həsən Abdullazadə, Mustafa Mərdanov, Pa-
şabəy Məmmədov, İbrahim İsfahanlı və tar çalan Hüseyn Qasımovun
hər biri haqqında qısa məlumat verərək yazmışdı: “Azərbaycanlılar
istər müqtədir, istərsə də qeyri-müqtədir olsunlar bizə Qafqazın öh-
dəsindən irqdaşlarımızdan əsəri sənət gətirirlər. Onların vəzifəsi uyu-
nan diyarın xalqına bir parca zövq, pir parca nəşə, bir pərca sənət,
bir parca gözəllik gətirməkdir. Onlar bizə kafi dərəcədə bunları gə-
tirdilər. Çox təşəkkür edirik. İstambulun sənətə biganə xalqına gəlin -
cə onlara alman filosofu Nicenin Zərdüştə söylədiyi sözü təkrar
edirik. “Gözəlliyin səsi qayət pərdə arxasından çıxır. Və bunu ancaq
ən oyanıq, ən həssas ruhlar duyarlar və anlarlar”.
Əlbəttə, söz yox idi ki, çox böyük cətinliklərlə qostrol səfərinə
gedən Azərbaycan aktyorları getdikləri yerlərdə mütərəqqi ziyalılar
66


tərəfindən rəğbət və hörmətlə qarşılanırdılar; bununla yanaşı, həm də
mürtəce qüvvələr hər vəchlə onların işinə mane olmağa çalışırdılar.
Yaxşı cəhət burası idi ki, mütərəqqi qəzet və jurnal artistləri mü-
dafiə etmiş, onların çıxışlarını tərifləmişdilər. “Tamaşa” jurnalında
yazılmışdır: “Teatronun nəşr etdiyi proqramdan fazla bir şey istəmək
qətiyyən bir fakt olmadığı kimi, ədəbə də münafidir. Məmləkətimizdə
müsafir bulunan bu heyyət təmsilədə hörmətsizlik də şayan təccüb-
dür. Bu kimi əhvala bir daha meydan verilməyəcəyini əhalimizin nə-
zahət xəlqiyyələrindən ümid ediriz”.
“Müzaif səfillər (“Yaramaz qulluq məmurları”) adlı başqa bir
məqalədə isə göstərilirdi ki, 10-15 nəfərdən ibarət olan azərbaycanlı
artistlər “Şahzadə başında”kı teatrda müsəmirə verdikləri zaman polis
rəisləri, senzor məmurları, hərbi zabitlər öz ailələri ilə bilet almadan
teatra gəlmiş, zor ilə lojaları açdırıb oturmuşlar. Həmin lojalara bilet
almış tamaşaçılar isə ayaq üstə qalmağa məcbur olmuşlar”.
Ölkənin mədəni və siyasi həyatında mühüm yeniliklər yaradan
1905-ci il inqilabı çarizmə və burjuaziyaya qarşı mübarizə aparan
xalqlar arasında möhkəm məqsəd birliyi yaratdı; bu mənəvi birlik nə-
ticəsində Azərbaycanda yüksək inqilabi ideyaların yayılması sürət-
ləndi, milli şüurun yetişməsinə böyük imkan yarandı. Köhnə dünyaya
qarşı insanların mübarizə əzmi möhkəmləndi. Ölkənin ictimai-siyasi
həyatında olduğu kimi, mədəni həyatında da ciddi və əhəmiyyətli ye-
niliklər əmələ gəldi; Azərbaycanda teatr, mətbuat, məktəb, maarif,
ədəbiyyat və musiqi sahəsində, o vaxta qədər görünməmiş bir can-
lanma yarandı. Teatr sənətimizin də mübarizə meydanı, inkişaf isti-
qaməti aydın idi. Teatr sahəsində çalışan demokratik fikirli ziyalılar
zamanın böyük tələblərinə cavab verə bilən mübariz səhnə xadimləri
teatrın məfkurəvi istiqamətini təyin edir. Onun ideya parlaqlığına ça-
lışırdılar. Teatr truppalarının sayı artır, fəaliyyəti geniş lənirdi. 1906-
cı ilin aprel ayında “Müsəlman dram artistləri şirkəti” yarandı. Həmin
ilin avqust ayından “Nicat” mədəni-maarif cəmiyyəti özünün teatr
truppasını təşkil etdi. İki ay sonra, 1906-cı ilin oktyabr ayında “Hə-
miyyət” adında bir teatr truppası da fəaliyyətə başladı. “Həmiyyət”
teatr truppası öz tamaşalarını fəhlə rayonlarında – Qaraşəhərdə, Sa-
bunçuda, Balaxanıda, Bayılda və s. göstərirdi.
67


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə