İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında



Yüklə 8.48 Kb.
tarix17.09.2017
ölçüsü8.48 Kb.

İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI


"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli, 581 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ


Bakı şəhəri, 31 iyul 2002-ci il


№ 120
Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 31 iyul tarixli, 120 nömrəli qərarı ilə


TƏSDİQ EDİLMİŞDİR
İnsan psixikasına təsir göstərən maddələrin

sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi
QAYDASI

1. İnsan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiya (maddələrin və ya onların dağılması məhsullarının orqanizmdən çıxarılması yolu ilə orqanizmin zəhərlənmə nəticəsində pozulmuş funksiyalarının bərpası, insan psixikasına təsir göstərən maddələrin doğurduğu abstinent sindromunun və asılılığın aradan qaldırılması) narkoloji tibb müəssisəsində təşkil olunmuş intensiv terapiya palatasında həyata keçirilir.

2. İstisna hallarda xəstənin həyatı üçün bilavasitə təhlükə yarandıqda, detoksifikasiya digər tibb müəssisələrində (reanimasiya, toksikologiya şöbələri) həyata keçirilə bilər. Xəstənin həyatı üçün təhlükə aradan qaldırıldıqdan sonra o, narkoloji tibb müəssisəsinə köçürülməlidir.

3. Detoksifikasiya müddəti narkoloji xəstənin psixi və somatik vəziyyətindən asılı olaraq müəyyən edilir.

4. Detoksifikasiya əsasən dezintoksikasiya, hemosorbsiya və plazmaferez metodlarla həyata keçirilir.

5. Göstərilən detoksifikasiya metodları aşağıdakı hallara tətbiq edilə bilər:

narkoloji xəstəliklərlə əlaqədar həyat üçün təhlükə yaradan vəziyyətlərin (ağır abstinensiya halı, psixozlar, koma və s.) mövcudluğu;

narkoloji xəstəliklərlə yanaşı, digər xəstəliklərin (diabet, onkoloji xəstəliklər, hepatitlər, vərəm və s.) olması;



xəstələrin arzusu ilə (yazılı şəkildə) seçilən detoksifikasiya üsulunun Həkim Məsləhət Komissiyasının qərarı əsasında qiymətləndirilməsi və təyininin mümkünlüyü.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə