www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
41
oynamışdır. Hətta, bəzi millətlər bu günə qədər var olmaların-
da tapındıqları dinə borcludurlar. Çünki dinin cəmiyyətin
şüuruna təsiri qan-nəsil birliyindən daha çox etiqad, inam və
inanclarla bağlıdır. Bu inanclar, inamlar müxtəlif millətlər
daxilində fərqli mahiyyətlərə malik olmalarına baxmayaraq,
onların əsas təsiretmə vasitəsi ilk növbədə, şüurla bağlıdır.
Yəni din ideyasında insanları birləşdirən onların şüurlarındakı
hər hansı sitayiş obyektləri və ona gətirilən inamlar,
etiqadlardır.
Özəlliklə, müstəmləkə halına düşmüş bir çox
millətlərin bundan qurtulmaq üçün milli ideya kimi
tapındıqları hər hansı dini seçmələri də təbiidir. Məlum
olduğu kimi milli özünütəyin, milli özünüdərklə bağlı ideyalar
yaranana qədər din ideyası milli ideya rolunda çıxış etmişdir.
Təsadüfi deyil ki, orta əsrlərdə bir çox Avropa millətlərinin
əsas milli ideyası Xristian dini olmuşdur. Avropa millətləri
(fransızlar, ingilislər və b.) yalnız XVII-XVIII əsrlərdən
başlayaraq millət və din ideyalarını bir-birindən fərqləndir-
məyə başladılar. Bununla da, həmin dövrdən etibarən
Avropanın xristian toplumları millətləşmə prosesinə üz
tutdular. Bu prosesdə N.Makiavelli, T.Hobbs, C.Lokk,
Ş.L.Mönteskye və başqaları mühüm rol oynadılar.
Maraqlıdır ki, Xristian Avropasında millətləşəmə pro-
sesi getdiyi bir dövrdə İslam Şərqində dinləşmə daha da güc-
ləndi. Məsələn, Osmanlı, Səfəvilər kimi böyük müsəlman
dövlətlərində milli kimlik tamamilə aradan qalxır, onun yerini
sünni osmanlılığı, şiə iranlılığı tuturdu. Bu baxımdan həmin
əsrlərdə Avropa mütəfəkkirləri milləti xristianlıqdan
fərqləndirməyə
çalışdıqları
halda,
müsəlman
Şərqi
mütəfəkkirləri tərsinə ümmətçiliyi gücləndirməyə çalışırdılar.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
42
42
Bu mənada, müsəlman xalqlarının (ərəb, türk, fars və b.)
mütəfəkkirlərinin bir qismi islamçılığı həmişə milli ideya kimi
qəbul etmişlər. Onlar bu fikirlərini isə daha çox «müsəlmanlar
qarşadırlar» prinsipi ilə əsaslandırmağa çalışıblar. Sadəcə, bu
zaman hər bir müsəlman mütəfəkkiri İslam dininə təmsil
olunduğu millətin (ərəb, fars, türk və s.) milli-mənəvi
dəyərləri çərçivəsində yanaşıblar. Başqa sözlə, milli mədəniy-
yətləri ilə dini mədəniyyətlərini müxtəlif yollarla bir-birinə
uyğunlaşdırmağa cəhd göstəriblər. Hətta, bəzi millətlər
(farslar və b.) bir qədər də qabağa gedərək milli mədəniy-
yətlərini müsəlman mədəniyyəti adı altında təqdim edərək,
digər millətlər üzərində milli üstünlükləri bu formada həyata
keçirməyə çalışmışlar.
Ümumiyyətlə, XIX əsrin sonu – XIX əsrin əvvəllərinə
qədər istər müsəlman ölkələrində, istərsə qeyri-müsəlman
imperiyalarda müstəmləkəçiliyə qarşı mübarizə aparan
müsəlman xalqları İslam amilini aparıcı ideya kimi görmüşlər.
Yalnız bu dövrdən etibarən din ideyasına münasibətdə iki əsas
məsələ özünü qabarıq surətdə büruzə vermişdir. Bunlardan
birincisi, “İslam biriliyi” ideyasını əxlaqi-mənəvi dəyər kimi
qəbul edib, onu milliliklə paralel şəkildə aparmaqdır
(C.Əfqani, M.İqbal, Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b.). Yəni
millilik və islamlığı bir-birindən fərqləndirərək onlar
arasındakı oxşar və fərqli cəhətləri görməyi bacarmaqla
yanaşı, istənilən halda onların sintezindən çıxış etməkdir.
Türklüklə islamlıq arasındakı oxşar və fərqliliklər heç də bir-
birini tamamilə ya təsdiq və ya da tamamilə inkar etməsi
anlamında başa düşülməməlidir. Başqa sözlə, heç bir halda
bunların arasında mütləq bərabərlik və qeyri-bərabərlik işarəsi
qoyulmamalıdır. Əgər kimlərsə məsələyə əvvəlcədən bu cür
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
43
yanaşacaqlarsa, bu zaman müsbət nəticə əldə etmək də çətin
olacaqdır. Eyni sözləri, türklük və müasirlik, islamçılıq və
müasirlik anlayışlarına da aid edə bilərik.
Ola bilər ki, milliliyə, yaxud da müasirliyə aid hər
hansı bir əməl dinlə səsləşməsin. Bu zaman millətin üzvlərinin
istənilən məsələyə nə qatı millilik (bəzilərinə görə müasirliyin
ziddinə olaraq) baxımından yanaşması, nə də islamlıqdan çıxış
etməsinin vacibliyini irəli sürmək doğru deyildir. Ümumiyyət-
lə, millətin üzvləri istənilən məsələyə münasibətdə millillik və
islamlıq nəzər nöqtəsindən fərqli yanaşsalar da, son nəticədə
həm millətin, həm də dinin ortaq çıxarılarına uyğun hərəkət
etməlidirlər. Ən azı ona görə ki, dini əxlaqi-mənəvi dəyər
kimi qəbul edən millət dövlət siyasətində prioritet olaraq milli
maraqlardan çıxış edir. Din isə bu milli maraqların tərkib
hissəsi kimi dövlətin işinə qarışmır, əksinə lazım gələn
anlarda millilik ideyasına dəstək olur. Fikrimizcə, bu halda
millilik müəyyən mənada, şərti olaraq din ideyasından üstün
mövqe tutur. Əlbəttə, bu çox nisbi bir məsələdir. Ancaq bütün
hallarda,
milli
maraqlar
baxımından milliliyin dinə
münasibətdə nisbi də olsa, üstünlüyü vacib məsələdir. Çünki
əksər millətlərin (fransızlar, ingilislər, türklər, almanlar, ruslar
və b.) müstəqil varlığında millilik amili əsas götürülür, nəinki
din faktoru.
Din ideyasına münasibətdə ikinci önəmli məsələ,
ondan siyasi ideologiya kimi istifadə olunmasıdır. Yəni bəzi
millətlər, xüsusilə İslam Şərqinə aid bir çox xalqlar (ərəblər,
farslar və b.) var ki, müstəqil varlıqlarına görə, ilk növbədə
din faktoruna borcludurlar. Ancaq bu o demək deyil ki, bu
ölkələrdə millilik faktoru nəzərə alınmır. Sadəcə, müsəlman
inanclı bəzi millətlər, o cümlədən ərəblər, farslar və başqaları
Dostları ilə paylaş: |