İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə162/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   158   159   160   161   162   163   164   165   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

488 



488 

sının daxilindən deyil, xarici ölkələr (Rusiya, ABŞ, Fransa, Al-

maniya  və  b.)  və  onların  məhsulu  olan  ideologiyalar  (kom-

munizm  və  b.)  tərəfindən  olmuşdur.  Bu  gün  də  həmin  kənar 

ideologiyaların təsiri Azərbaycan toplumunda hiss olunur.  

Hazırda  Azərbaycanda  saxta  «beynəlmiləlçilik»,  yaxud 

da  kosmopolitizm  şüuru  yalnız  türklüyü,  islamlığı  deyil, 

müstəqil milli ideologiyaya  çevrilməyə çalışan azərbaycançılığı 

da  hədəf  almışdır.  Çünki  azərbaycançılıq  məhz  çağdaş  ruhlu 

türkçülük  və  islamçılığın  sintezindən  meydana  çıxmışdır. 

Xüsusilə, azərbaycançılığın yaranmasında türkçülüyün müstəsna 

rolu,  onun  əhəmiyyətli  dərəcədə  milli  məna  kəsb  etməsini 

saxlayır. Azərbaycan filosofu Ağayar Şükürov doğru qeyd edir-

di  ki,  hazırda  bəşəri  ideyaları  və  ənənəvi  dəyərləri  birləşdirən, 

yeganə ideologiya türkçülüyün sinonimi olan azərbaycançılıqdır: 

«Bu ideologiya bəşəri ideyaları Azərbaycanın ənənəvi dəyərləri 

ilə  birləşdirərək  həm  milli  və  deməli,  beynəlmiləl  xarakterə 

malik  olmalıdır.  Bu  ideologiya  azərbaycançılıq  ideologiyası 

olmalıdır.  Türkçülük,  onun  Azərbaycan  variantı  olan 

azərbaycançılıq  milli  ideologiyanın  əsasını  təşkil  etməlidir. 

Çünki  burada  nə  hakim  millətçilik  idyeası  var,  nə  də  yalançı 

beynəlmiləlçilik şüuru» [209, 235].  

Buradan  belə  bir  nəticə  də  çıxartmaq  olar  ki,  əslində 

azərbaycançılıq  kimi,  türkçülük  də  hakim  millətçilik  ideyası 

deyildir,  heç  vaxt  da  belə  olmamışdır.  Sadəcə,  Azərbaycan 

xalqının  nüvəsi  olan  türklər  həmişə  bu  coğrafiyadakı  bizə  bəlli 

tarixdəki  dövlətlərin  yaradıcısı  olduqları  üçün,  türkçülük  istər-

istəməz önə çıxmışdır. Ancaq bu önə çıxmaq heç də türkçülüyün 

hakim  millətçilik  kimi  şovinist  məna  daşımasına  səbəb 

olmamışdır.  Sadəcə,  türkçülüyə  münasibətdə  daha  çox  qıcıq 

yaradan  onun  mahiyyəti  deyil,  adıdır.  Bu  mənada 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

489 


azərbaycançılıq  ona  görə  qıcıq  yaratmır  ki,  onun  adında  milli 

kimlik  öz  əksini  tapmır.  Əgər  taparsa  onda  azərbaycançılıq  da 

türkçülük kimi şovinizm mənasında yozulacaq.  

Bu baxımdan azərbaycançılığın cəlbedici olmasında əsas 

məsələ kimi onun başlıca prinsipinin  «azərbaycanlı» kimliyi və 

«Azərbaycan  dili»  ilə  bağlı  olduğu  ifadə  edilir,  bununla  da 

dolayısıyla türk kimliyini və türk dilini ifadə etməməsi göstərilir. 

Başqa  sözlə,  bəzi  tədqiqatçılara  görə  (R.Mehdiyev, 

Ə.Daşdəmirov  və  b.)  «azərbaycanlı»  kimliyi  və  «Azərbaycan 

dili»nin mövcudluğu imkan verir ki, yalnız Azərbaycan türkləri 

deyil,  Azərbaycanın  azsaylı  etnosları    (talış,  ləzgi,  tat  və  b.) 

özünü bu kimliyə və dilə aid etsinlər. Əslində bu dolayısıyla da 

olsa,  «azərbaycanlı»  kimliyi  və  «Azərbaycan  dili»  ilə  yanaşı, 

özünü  başqa  kimlikdə  və  dildə  görənlərin  varlığını  təsdiq  edir. 

Bu  mənada,  bəziləri  azsaylı  etnosların  ikili  kimliyini 

(azərbaycanlı-talış,  azərbaycanlı-ləzgi  və  s.)  və  ikili  dilini 

(Azərbaycan  dili-talış  dili  və  s.)  normal  qəbul  etdikləri  halda, 

milli  çoxluğun  –  Azərbaycan  türklərinin  eyni  statusla 

(azərbaycanlı-türk, Azərbaycan dili-türk dili) çıxış etməsinə bir o 

qədər  də  dözümlü  yanaşmırlar.  Halbuki  bu  statuslar,  yəni 

azərbaycanlı-türk  kimliyi,  Azərbaycan  dili-türk  dili  bir  medalın 

iki üzüdür. Çünki burada nə qədər qəribə olsa da, bir millətin iki 

adı və iki dili var. Əslində isə azərbaycanlı adlanan millət  türk 

milləti,  Azərbaycan  dili  türk  dilidir.  Belə  olduğu  təqdirdə, 

yalnız  türk millətinin  və türk dilinin üstündən xətt çəkilərək 

uyğun  olaraq  «azərbaycanlı»  milləti  və  «Azərbaycan  dili»ni 

müdafiə etmək doğru deyildir.  

Bizə  elə  gəlir  ki,  məhz  bu  faktı  nəzərə  alaraq  son 

illərdə Azərbaycanda «azərbaycanlı» kimliyi və «Azərbaycan 

dili»  ilə  paralel  «azəri»  kimliyi  və  «azəri  dili»nin  təbliğatına 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

490 



490 

başlanmışdır.  Bu  da,  türklüyə,  türk  ruhuna  qarşı  yönəlmiş 

təbliğatdan başqa bir şey deyildir. Fikrimizcə, bu məsələdə də 

əsas məqsəd hansı yolla olursa-olsun «azərbaycanlı» kimliyini 

və «azərbaycan dili»ni türklükdən uzaqlaşdırmaq, Azərbaycan 

türklərinin  milli  varlığını  danmaqdır.  Başqa  sözlə,  «azəri» 

kimliyi  və  «azəri  dili»nin  təbliğatı  ilk  növbədə,  türklüyü 

Azərbaycan  türklərinin  yaddaşından  silmək,  milli  mənlik 

şüurunun zədələnməsini daha da dərinləşdirməyə xidmət edir.  

Qeyd  edək  ki,  «azəri»  anlayışının  təbliğində  iki  amil: 

1)  vaxtilə  Sovet-Rus  və  İran-Fars  ideoloqlarının  bu  sahədə 

apardıqları  iş  və  2)  bunun  Azərbaycan  və  Türkiyə 

ədəbiyyatına təsiri mühüm rol oynamışdı.   

Azərbaycan  Cümhuriyyətini  süquta  uğramasından 

sonra  (1920)  «azəri»  anlayışı  daha  geniş  istifadə  olunmağa 

başlamışdır  ki,  bunda  Sovet-Rus  və  İran-Fars  ideoloqlarının 

«əməyi»  danılmazdır.  İrançılığın  ideoloqlarından  Əhməd 

Kəsrəvi 1926-cı ildə «Azəri, yaxud Azərbaycanın qədim dili» 

əsərini yazdı. Həmin dövrdə Sovet-Rus alimləri də Ə.Kəsrəvi 

kimi, sübut etməyə çalışırdılar ki, Azərbaycan xalqının qədim 

dili  farsmənşəli  azəri  dilidir  [46

a

,  226-227].  «Azəriçilik» 



nəzəriyyəsinin  1920-ci  illərdə  -  Azərbaycan  Cümhuriyyətnin 

və  Qacarlar  dövlətinin  devrilməsindən  sonra  dövriyyəyə 

buraxılması Azərbaycan türk mütəfəkkiri Əmin Abidin  həmin 

dövrdə  qələmə  aldığı  bir  məqaləsində  də  açıq  şəkildə  qeyd 

olunmuşdur:  «…Bu  gün  «azəri»  kəlməsi  Azərbaycanda 

yaşayan bir fərdə elm olmuşsa da, bu kəlmə ancaq son on sənə 

içində  bu  mənada  kullanmağa  başlamışdır;  daha  əvvəllər  bir 

azərbaycanlıya azəri denildiyi görülməmişdir» [37, 21].  

Sovet-Rus və İran-Fars ideoloqlarının apardığı təbliğat 

nəticəsində  çox  keçmədi  ki,  Azərbaycanda  «azəri» 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə