İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə170/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   166   167   168   169   170   171   172   173   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

512 



512 

qeyri-rəsmi  şəkildə  qadağa  qoyması,  üstəlik  Azərbaycanı 

bilərəkdən  etnik  qruplara  bölüb  13-14  «millət»  meydana 

çıxarması  milli  mənlik  şüurunu  ciddi  şəkildə  zədələmişdir. 

Bütün  bunların  nəticəsi  olaraq  türkçülük,  islamçılıq  eyni 

zamanda,  Cümhuriyyət  dövründə  vahid  Vətəni  və  vahid 

Dövləti  qorumaq  naminə  irəli  sürülən  Azərbaycan  milli 

ideyası  –  azərbaycançılıq  Sovetlər  Birliyi  dönəmində  siyasi-

ideoloji  təhriflərə  məruz  qalmışdı.  Vəli  Osmanlının  təbrincə 

desək, 


SSRİ 

dövründə 

Azərbaycan 

türklərinin 

«azərbaycanlılar»a  çevrilməsi  təsadüfi  olmamışdır:  «Sovet 

quruluşundan  sonra  bizə  «azərbaycanlılar»  demişlər. 

Gürcüstanda  və  indii  Ermənistan  adlandırılan  ərazilərdə 

yaşayan  Türklərə  də  «azərbaycanlılar»  deyilib.  Bu  isə 

bilərəkdən  Türklərin  yaşadıqları  bütünlükdə  Qfaqazı 

«Azərbaycanla» 

kiçildib 

məhdudlaşdırmaq 

siyasətini 

güdmüşdür» [175

a

, 367].  



Beləliklə,  SSRİ  dövründə  azərbaycançılıq  ideyası 

yalnız təhrif edilməmiş, ona SSRİ ideoloqları tərəfindən yeni 

bir  forma  geyindirilərək  Azərbaycan  türklərinin  şüuruna 

yeridilməyə  başlamışdır.  SSRİ  ideoloqlarının  təqdimatındakı 

azərbaycançılıq  (Azərbaycan  dövləti,  azərbaycanlı  milləti, 

Azərbaycan  dili,  Azərbaycan  tarixi,  Azərbaycan  ədəbiyyatı 

anlayışlarının  üst  səviyyəyə  gətirilməsi  baxımından)  milli 

şüura  deyil,  «sovet  beynəlmiləlçiliyi»  şüuruna  əsaslandığı 

üçün ilk növbədə, sözdə «beynəlmiləl» mahiyyət vurğulanmış 

və milli-türk nə varsa birmənalı şəkildə  «beynəlmiləlçiliyin», 

yaxud da qeyri-müəyyən kommunizm quruluşunun tərkibində 

məhv  edilməyə  çalışılmışdır.  Başqa  sözlə,  SSRİ  ideoloqları 

beynəlmiləlçilik ideyasını saxtalaşdırdıqları, yəni saxta «sovet 

beynəlmiləlçiliyi»  yaratdıqları  kimi,  bu  mənada  milli  ruhlu 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

513 


azərbaycançılığa 

tam 


zidd 

olan 


sovet 

kosmopolit 

azərbaycançılığı  irəli  sürmüşlər.  Bu  baxımdan  «sovet 

beynəlmiləlçiliyi»  nə  qədər  beynəlmiləlçilik  ideyaları  ilə 

eynilik  təşkil  edə  bilərdisə  də,  milli-türk  azərbaycançılıqla 

sovet-kosmopolit azərbaycançılığı da bir o qədər üst-üstə düşə 

bilərdi.  Bu  isə  o  deməkdir  ki,  SSRİ  ideoloqları  Azərbaycan 

milli 


ideyasının 

(indiki 


anlamda 

azərbaycançılığın) 

mahiyyətini  saxtalaşdırmaqla  Azərbaycan  xalqında,  onun 

əksəriyyətini təşkil edən Azərbaycan türklərində milli şüurun 

formalaşmasına  əngəl  olmuşlar.  Bunun  da  nəticəsində 

Azərbaycan  türkləri  başda  olmaqla  azsaylı  etnik  qrupların 

vahid  millət  –  azərbaycanlı  siyasi  kimliyi  əsasında 

formalaşması  prosesi  millilikdən  çıxaraq  sovet  kosmopolit-

izminə yuvarlanmışdır.  

Beləliklə, yeni siyasi millətin formalaşması prosesində 

Azərbaycan  türklərinin  aparıcılığı  «beynəlmiləlçilik»  adı 

altında inkar olunmuş, üstəlik onların milli kimliyinə və milli 

dilinə  qadağa  qoyulmuşdur.  Bütün  bunlarla  yanaşı,  yalnız 

Azərbaycan 

türklərinin 

timsalında 

qeyri-müəyyən 

azərbaycanlı  etnik  kimliyi  və  dili  irəli  sürülmüş,  bu  mənada 

azsaylı  etnik  qruplara  demək  olar  ki,  toxunulmamışdır. 

Üstəlik,  naməlum  azərbaycanlı  milləti  və  Azərbaycan  dilinin 

əsaslandırılması  işində  onların  ziyalılarına  Azərbaycan 

elminin  bütün  sahələrində  müəyyən  mənada  şərait 

yaradılmışdır.  Fikrimizcə,  bu  zaman  azsaylı  etnik  qrupların 

ziyalılarının xüsusilə tarix, etnoqrafiya və  dilçilik sahələrində 

yetişdirilməsində SSRİ rəhbərliyi daha çox maraqlı olmuşdur. 

Təsadüfi  deyil  ki,  istər  Sovetlər  Birliyi  dövründə,  istərsə  də 

müstəqiliyimiz  bərpa  edildikdən  sonra  azərbaycanlıların 

əksəriyyətinin  türk  olmasını  danmaq  yolu  tutanların  əksəriy-




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

514 



514 

yəti  özlərini  türk  hesab  etməyən  İqrar  Əliyev,  Fəridə 

Məmmədova,  Ağamusa  Axundov  və  başqa  tarixçi,  dilçi 

alimlər olmuşlar. 

Bu  isə  o  deməkdir  ki,  SSRİ  rəhbərliyi  və  ideoloqları 

Azərbaycan  türkçülüyünü-milli  azərbaycançılığı  inkar  edib 

onun yerində sovet azərbaycançılığı ideyasını formalaşdırması 

yolunda  uğurlar  əldə  etmək,  ən  əsası  gələcəkdə  Azərbaycan 

dövlətində  yeni  siyasi  millətin  Azərbaycan  türklərinin 

əsasında formalaşmasının qarşısını almaq üçün, hələ o vaxtlar 

məkrli  planlar  cızmışlar.  Yəni  sovet  rəhbərliyi  bir  yandan 

Azərbaycan  türklərinin  milli  klimliyini  və  milli  dilini  inkar 

etmək  yolu  tutduqları  halda,  digər  tərəfdən  türk  olmayan 

azsaylı  etnik  qrupların  nəinki  etnik  kimliyinə  və  dilinə  qarşı 

ciddi şəkildə hər hansı repressiyaya  yol verməmişlər, üstəlik, 

onların  da  Azərbaycan  türklərinin  kimliyini  və  dilini 

saxtalaşdırmaq  prosesinə  cəlb  etməyə  çalışmışlar.  Şübhəsiz, 

bu məsələlərdə tarixən Azərbaycan türkləri ilə yanaşı yaşayan, 

onlarla  qaynayıb-qarışan,  özəlliklə  vahid  dini  kimliyi  və 

demək olar ki, eyni mədəniyyəti paylaşan azsaylı etnik qruplar 

(talışlar,  ləzgilər,  tatlar,  kürdlər  və  b.)  yuxarıdakı  bəzi 

istisnaları  da  nəzərə  almasaq,  sovet  rəhəbərliyinin  riyakar, 

məkirli  oyunlarının  təsiri  altına  düşməyiblər.  Görünür,  məhz 

bu  baxımdan  SSRİ  rəhbərliyi  həmin  dövrdə  Azərbaycan 

türklərinə  qarşı  daha  çox  gəlmə  «erməni  kartı»ndan  istifadə 

etmişdir.  

Bütün  bunlar  bizə  onu  deməyə  əsas  verir  ki,  SSRİ 

rəhbərliyi  və  ideoloqlarının  apardıqları  «sovet  beynəlmiləl-

çiliyi»nə  uyğun  sovet-kosmopolit  azərbaycançılq  ideyası 

Azərbaycan  türkləri  ilə  azsaylı  etnik  qruplar  arasında  tarixi 

birliyin  qorunmasına  deyil,  əksinə  vaxtilə  mövcud  olan  milli 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə