www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
500
500
türkçülük aparıcı ideyaya çevrilə bilmir. Üstəlik, türkçülük
tərəfdarları türkçülük ideyasının bu gün Türkiyədə və
Azərbaycanda hakim ideya olmasından çox, həmin ideyanın
bu və ya digər formada qorunması və yaşadılması uğrunda
mücadilə aparırlar. Çünki Türkiyədə və Azərbaycanda
türkçülük daha çox şovinizm mənada millətçilik kimi qələmə
verilir və bunun fonunda türkiyəçilik, azərbaycançılıq,
yurddaşlıq, vətəndaşlıq, dövlətçilik önə çəkilir. Deməli, bu
gün istər Türkiyədə, istərsə də Azərbaycanda türkçülüyə
məhdud, hətta millətçi ideya kimi baxanlar vardır.
Digər tərəfdən, türk millətinin özü də ancaq bir
dövlətin tərkibində yaşamır. Belə ki, türklərin yaşadığı
coğrafiya böyük olduğu üçün, onların bir yox, bir neçə dövləti
(Azərbaycan, Türkiyə, Türkmənistan, Qırğızıstan və b.)
mövcuddur. Hətta, türklərin bir qismi Çin, İran kimi bəzi
dövlətlərdə hüquqsuz və haqsız bir şəraitdə yaşayırlar. Bu
zaman məlum olur ki, türkçülük iki halda: 1) hər hansı türk
dövlətində türklər monomillət olmadıqları; 2) müxtəlif
məkanlarda, müxtəlif dövlətlərin tərkiblərində yaşadıqları
üçün özünü konkret bir ideya kimi doğrultmur.
Deməli, türkçülüyün ideyadan ideologiyaya çevrilə
bilməsini əngəlləyən əsas faktorlardan biri, bu ideyanın türk
olmayan etnik qrupların mənafeləri ilə «ziddiyyət» təşkil
etməsidir. Əslində «ziddiyyət» deyilən şey Azərbaycan və
Türkiyə türklərinin hər hansı üstünlüyü və sair ilə deyil, daha
çox milli kimliyini və milli dilini türk olaraq göstərməsidir.
Maraqlıdır ki, azsaylı etnik qruplar (kürdlər, lazlar, çərkəzlər,
talışlar, ləzgilər və b.) bu cür etdikdə o, «ziddiyyət» deyil,
onların təbii haqqı kimi qələmə verilir. Ancaq Azərbaycan və
Türkiyə türkləri eyni prizmadan çıxış etdikdə millətçilik kimi
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
501
yozulur. Bununla da iddia olunur ki, türkçülük yalnız türklərin
maraqlarını müdafiə edən ideyadır. Ancaq bu doğurdanmı
belədir? Bizə elə gəlir ki, burada problem yalnız türkçülüyün
digər etnosların maraqları ilə uzlaşıb-uzlaşmaması ilə deyil,
həm də qeyri-türk etnosların özlərinin buna hansı münasibət
bəsləməsi ilə bağlıdır.
Bunun üçün 20-ci əsrdə Türkiyə və Azərbaycanda baş
verən siyasi-ideoloji proseslərə nəzər salmaq yetərlidir.
Məsələn, 1920-1930-cu illərdə türkçülüyün yalnız Türkiyə
türklərinin deyil, bütün türk xalqları açısından daha geniş
anlam kəsb etdiyi bəyan edilərək, onun əvəzində konkret
Türkiyədə yaşayan türk və qeyri-türk vətəndaşların birliyini
hədəfləyən xalqçılıq, millətçilik, inqilabçılıq, dünyəvilik,
respublikaçılıq və dövlətçilik irəli sürülmüşdür [216
a
, 141].
Burada məqsəd türk olmayan azsaylı etnik qrupların
mənafeyini nəzərə almaq idi. Halbuki Türkiyə Cümhuriyyət
qurulana (1923) qədər Z.Gökalpın müdafiə etdiyi türkləşmək,
müasirləşmək və islamlaşmaq «düsturu» Türkiyə türklərinin
əsas ideologiyası idi. Özü də bu ideologiyanın arasında
türkçülük ideyası aparıcı rola malik idi.
Bununla
belə,
Türkiyə
Cümhuriyyətinin
qurulmasından sonra türkçülük ideyası müəyyən mənada arxa
plana keçirilməyə başladı və onun yerini müəyyən mənada
türkiyəçilik, xalqçılıq, ya da dövlətçilik ideyaları tutmağa
başladı. Bununla da, türkçülükdən imtina olunmasa da, ancaq
onun Türkiyədə əsas ideya kimi rolu bir qədər
məhdudlaşdırıldı. Belə ki, bir tərəfdən türk dili rəsmi dil elan
olunub, vahid türk millətinin olması barədə müədəalar Ana
Yasada öz əksini tapsa da, digər tərəfdən vahid Türk milləti
dedikdə etnik deyil, siyasi millət nəzərdə tutulurdu. Bu siyasi
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
502
502
millətə isə türk, kürd, laz və bütün etnoslar daxil edilirdi.
Bununla da Türkiyə daxilində bir neçə ideya (dövlətçilik,
xalqçılıq, müasirləşmək və s.) ilə birlikdə mövcud olan
türkçülüyün, yalnız ölkə xaricində qalan türklərin mənafeyini
müdafiə etməsi baxımından milli ideologiya ola bilməsi
vurğulanırdı. Hətta, əvvəllər türkçülük, islamlaşmaq və
müasirləşmək uğrunda mübarizə aparan Z.Gökalp özü də
yazırdı ki, Türkiyə üçün hazırda türkçülük deyil, real olaraq
türkiyəçilik vacibdir. Onun fikrincə, türkçülük-oğuzçuluq və
turançılıq isə bütün türklərin gələcək idealıdır. Bu mənada
Atatürkün də əsas siyasəti türkçülük deyil, heç bir milli və
dini ayrı-seçkilik qoyulmadan vahid türk millətinin yaranması,
yəni türkiyəçilik-dövlətçilik üzərində qurulmuşdur. Ancaq
Z.Gökalpın bu yöndəki ideyaları, Atatürkün siyasi islahatları
xeyli dərəcədə uğurlu olsa da, milli məsələnin həllində yetərli
olmadı.
Hər halda, bunu, Türkiyənin bugünkü siyasi-ideoloji
mənzərəsi də bizə deməyə əsas verir. Belə ki, Türkiyədə yeni-
dən milli məsələ müzakirə obyektinə çevrilmişdir. Son zaman-
lar Türkiyədə baş verən proseslər göstərir ki, Türkiyə türk
milləti yenidən seçim qarşısındadır [248
a
, 358]. Hətta, hazırda
Ana Yasada dəyişiklik edilərək Türkiyə dövlətində «türk
milləti» anlayışının yurddaşlıq-vətəndaşlıq (Türk vətəndaşlığı,
Türkiyə vətəndaşlığı və s.) anlayışı ilə əvəz olunması ilə bağlı
fikirlər səslənməkdədir. Ümumiyyətlə, 1995-ci il Azərbaycan
Konstitusiyasında olduğu kimi, Türkiyənin yeni Ana
Yasasında da «Türk» anlayışının (türk milləti, türk dili, türk
dövləti və s. anlamlarda) çıxardılmasını təklif edən siyasi-
ideoloji dairələr vardır.
Dostları ilə paylaş: |