İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə29/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   25   26   27   28   29   30   31   32   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

89 


yaxıcı, yıxıcı və əzici cərəyanların altında nə edəcəyini bilmədi, 

mühakiməsini itirdi. Ancaq Türkiyə türklərinin onların imdadına 

çatması ilə yalnız Azərbaycan deyil, həm də Türkiyə türkləri də 

xilas oldu [111, 367].  

Deməli,  Ə.Hüseynzadə  Azərbaycan  milli  məfkurəsinin 

gerçəkliyə  çevrilərək  onun  əsasında  siyasi  və  hüquqi  cəhətdən 

müstəqil  Azərbaycan  Cümhuriyyətinin  yarandığını  görərək,  iki 

müstəqil  türk  dövlətindən  (Azərbaycan  və  Türkiyədən)  və 

onların  bir-birinə  dayaq  olmasından  bəhs  etmişdir.  Doğrudur, 

T.Svyatoçovski  yazır  ki,  həmin  dövrdə  Ə.Hüseynzadə  Cənubi 

Qafqaz 

bölgəsi 


üçün 

üç 


seçənəkdən: 

1) 


Qafqaz 

Federasiyasından;  2)  müstəqil  türk,  gürcü  və  erməni 

dövlətlərindən; 

və 


3) 

Qafqaz 


türklərinin 

Türkiyəyə 

birləşməsindən  bəhs  etmişdir  [260].  Fikrimizcə,  bu  seçənəklər 

arasında  Ə.Hüseynzadə  Azərbaycan  Cümhuriyyətinin  müstəqil 

bir türk dövləti kimi var olmasını daha vacib hesab etmişdir.  

«Osmanlı  türkçülüyü»nün  ikinci  amilini  təşkil  edən 



mədəni-mənəvi  türkçülüyə  gəlincə,  öncə  qeyd  edək  ki,  1900-

1920-ci illərdə Azərbaycanda dil və ədəbiyyat məsələsi ilə bağlı 

iki  istiqamət  mövcud  idi.  «Həyat»,  «Füyuzat»  və  s.  qəzet-

jurnallarda  Ə.Hüseynzadə  başda  olmaqla  Məhəmməd  Hadi, 

Əhməd  Kamal,  İskəndər  bəy  Məlikov  və  başqaları  bütün 

türklərin  bir  araya  gəlməsi  və  vahid  ideya  ətrafında  birləşməsi 

üçün  ortaq  dilin  vacibliyini  irəli  sürür,  və  bütün  türklərin  ortaq 

ədəbi dili kimi Türkiyə türkcəsini görürdülər [30, 155; 80

a

, 263]. 


Onların fikrincə, ədəbi dil kütləvi ola bilməz, o ancaq oxumuşlar, 

yaxşı  təhsilli  alanlar  üçündür;  buna  görə  də  ədəbi  dilin 

sadələşməsinə çalışmaq lazım deyildir; ədəbi dil nə qədər çətin 

və  ağır  olsa,  bir  o  qədər  də  mötəbər  olar.  Məsələn, 

Ə.Hüseynzadə  qeyd  edirdi  ki,  ədəbi  dildə  yazmağa  nə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

90 



90 

Qafqazdakı  türk  şivələri,  nə  də  qədim  türkcə  yaramır.  Bu 

baxımdan  o,  dilimizi  əcnəbi  lüğətlərlə  doldurmaq  əvəzinə 

Türkiyənin  İstanbul  şivəsinin  ədəbi  dil  kimi  işlədilməsini 

məqsədəuyğun hesab etmişdir [28, 71-74]. 

Ə.Hüseynzadə  «Yazımız,  dilimiz  və  «ikinci  il»imiz» 

(1909) məqaləsində də Türkiyənin İstanbul şivəsinin ortaq türkcə 

olmasını əsaslandırmaq üçün yazırdı ki, ayrı-ayrı türk ləhcələrini 

inkişaf  etdirməkdənsə,  vahid  türkcə  üzərində  düşünmək 

lazımdır.  Ancaq  Hüseynzadənin  «Osmanlı  türkçülüyü»  istər 

1900-1920-cu  illərdə,  istərsə  də  sonralar  bəzi  Azərbaycan 

ziyalıları tərəfindən tənqid olunmuşdur. Bu məsələdə onu tənqid 

edənlər  buna  əsas  səbəb  kimi,  Hüseynzadənin  «Osmanlı 

türkçülüyü»nü  həddən  artıq  ideallaşdırmasını,  xüsusilə  dil  və 

ədəbiyyat məsələsində ifrata varmasını göstərirlər. Bu baxımdan 

bəzi  Azərbaycan  ziyalıları  Ə.Hüseynzadəni  milli  bir  ideoloq 

kimi  «türkləşmək,  islamlaşmaq  və  avropalaşmaq»  üçlü 

düsturunu  qəbul  etməklə  yanaşı,  ancaq  siyasi-ideoloji  mənada 

Türk birliyi, dil və ədəbiyyat da «osmanlı şivəsi»nin ortaq türkcə 

kimi qəbulu məsələsində onunla həmrəy olmamışlar.  

«Osmanlı türkçülüyü»ndən çıxış etdiklərinə görə Ə.Hü-

seynzadə,  M.Hadi  və  başqalarını  tənqid  edən  çağdaşlarından 

C.Məmmədquluzadə, 

Ö.F.Nemanzadə, 

F.B.Köçərli, 

Ə.Haqverdiyev hesab edirdilər ki, türk (Azərbaycan) ədəbi dilini 

osmanlılaşdırmaq  əvəzinə  xalqa  yaxınlaşmaq  yolunu  tutmaq 

lazımdır. Onların fikrincə, bu dili mürəkkəbləşdirmək deyil sadə-

ləşdirmək, yəni geniş xalq kütlələrinin anlaya biləşcəyi bir şəklə 

salmaq  lazımdır.  Çünki  ədəbi  dil  xalqın  öz  dilidir,  bu  dil  hamı 

üçündür;  hamı  yazıb  oxumalı,  cəmiyyətin  inkişafında  yaxından 

iştirak  etməlidir.  Xüsusilə,    «mollanəsrəddinçi»lər,  o  cümlədən 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

91 


C.Məmmədquluzadə  osmanlı  türkcəsinin  bütün  türklərin  ortaq 

ədəbi dil olması ideyasına qarşı çıxmışlar [147, 519].  

Bütün  bunlara  baxmayaraq,  yalnız  türk  dünyasının 

aydınları  deyil,  sovet  müəllifləri  də  Ə.Hüseynzadəni  islamçılıq 

və türkçülüyün tanınmış fikir adamı, ideoloq kimi böyüklüyünü 

etiraf  etmək  məcburiyyətində  qalmışlar  [171,  448;  162,  111].  

Türk dünyasının tannımış simalarından Z.Gökalp, Y.Akçuraoğlu 

və başqaları da qeyd edirdilər ki, islamçılığın və türkçülüyün, o 

cümlədən  ilk  siyasi  türkçülüyün  yaranmasında  və  formalaşma-

sında  H.Tunalı,  Y.Akçuraoğlu  ilə  yanaşı,  Azərbaycan 

türklərindən Ə.Hüseynzadə də mühüm rol oynamışdır [22, 174]. 

Fikrimizcə,  bu  mənada  XX  əsrin  ilk  on  ilində  islamçılığın  və 

türkçülüyün  Azərbaycanda  ən  böyük  dava  adamlarından  biri 

olmuş Ə.Hüseynzadənin dəyərini anlatmaq üçün  yeni  «kəşflər» 

etmək  deyil,  sadəcə  onun  elmi-fəlsəfi  irsini  cəmiyyətə  doğru-

dürüst  çatdırmaq  lazımdır.  Xüsusilə,  qeyd  olunmalıdır  ki, 

Ə.Hüseynzadənin  «üçlük»  düsturu  və  «Osmanlı  türkçülüyü» 

ideyası  türkçülüyün  üçüncü  mərhələsini  təşkil  edən  və  onun 

nəticəsində  meydana  çıxan  Azərbaycan  türkçülüyü  ideyasının-

azərbaycançılığın formalaşmasında mühüm rol oynamışdır. 



Müasirlik,  onun  mahiyyəti  və  əsas  istiqamətləri. 

Müasirləşmək,  yeniləşmək  anlayışları  ayrı-ayrı  millətlərin 

həyatında  müxtəlif  şəkildə  başa  düşülmüş  və  izah  olunmuşdur. 

Belə ki, müasirləşməyi milliliyə və dinə qarşı qoyanlar da, onlar 

arasında  ortaq  nöqtələr  tapmaq  istəyənlər  də,  ondan  imtina 

edənlər də olmuşdur. Əslində müasirləşmək, yeniləşmək həmişə 

milliliyə  və  dinə  münasibətdə  özünü  büruzə  vermişdir.  Başqa 

sözlə,  milli  və  dini  şüurda  dəyişikliyə,  yeniləşməyə,  islahatlara 

cəhd  yenlişəmək və müasirləşmək kimi  yozulmuşdur.  XIX-XX 

əsrlərdə  milli-dini  ideyalara  əsas  rəqib  ideyalar  kimi  daha  çox 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə