www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
98
98
1905-1907-ci illərdən etibarən Krım-Tatar və Qafqaz türkləri
arasında qəbiləvi fərqlər azalaraq milli birlik fikrinə dayanan
ciddi bir «milli şüur» formalaşmağa başlamış və bu məsələdə ən
mühüm rollardan birini Topçubaşı oynamışdır: «1905-1907-ci il
hərəkatları, zahirən Rusiya müsəlmanları birliyi adı altında
yürüdülmüşdürsə də, həqiqətdə bu milli bir hərəkat idi. Rusiyada
türkləri, məzhəb baxımından ikiyə, sünni və şiə qisimlərinə
ayıran ixtilafın qaldırılmasına da bu zaman ciddi surətdə
çalışılmışdır. Bütün Rusiya müsəlmanlarının III konqresində,
qəbul olunan qərarlardan biri də bu idi: «Müxtəlif məzhəblər
arasındakı fərqlər önəmli deyildir. Bu fərqlər Rusiya
müsəlmanlarının ruhani işləri üçün ümumi bir müəssisənin
vücuduna dini baxımdan bir maneə törədə bilməz». Bu qərarı şiə
məzhəbindən olan azərbaycanlı Əli Mərdan bəy Topçubaşoğlu
təklif etmiş, üzvləri arasında bir çox sünni və şiə ruhanilər olan
konqres isə bu təklifi «sünnilik, şiəlik yoxdur, Yetsin ixtilaf!»
sədaları ilə və dəqiqələrcə sürən alqışlarla, səs birliyi ilə qəbul
etmişdir» [22, 200].
M.Ə.Rəsulzadə,
H.Baykara,
Y.Akçuraoğlu
və
M.B.Məmmədzadənin mülahizələri bir daha təsdiq edir ki,
Topçubaşı «İttifaq»ın timsalında Rusiya türklərinin milli-mədəni
birliyinin yaranmasına inanmış və türk-müsəlman «ittifaqçı»ların
bir araya gəlməsini də milli bayram kimi qəbul etmişdir. Bunu,
Topçubaşının «İttifaq»ın Nijni-Novqorodda Oka çayı üzərində
keçirilən üçüncü qurultayının sonundakı çıxışı da göstərir: «Biz
türk balaları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir.
Günbatandan gündoğana qədər bizim babalarımızın mülki idi.
Babalarımız qəhrəman millət olduqları halda, Qafqaz dağlarında,
Krım bağlarında, Kazanın çöllərində – ata və babalarımızın
mülki olan öz vətənimizdə, öz torpağımızda, öz ehtiyaclarımız
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
99
barədə danışmağa ixtiyarımız qalmadı. Şükürlər olsun Allaha ki,
bu qədər çətinliklərə, zəhmətlərə baxmayaraq, bu gün sular
üzərində ürəklərimizi açıb, bir-birimizi üz-üzə görüb, qucaqlaşıb,
hal-əhval tutmağa müvəffəq olduq» [52, 162-163].
Fikrimizcə, bütün bunlar bir daha təsdiq edir ki,
Topçubaşı ümumi və utopik xarakter daşıyan türkçülüyü (türk
birliyini) və islamçılığı (islam birliyini) ideallaşdırmaqdansa, ilk
növbədə konkret olaraq Rusiya ərazisində məhkum həyat
yaşayan müsəlman türklərinin milli birliyini vacib saymışdır. O,
bu zaman liberal-demokratik prinsiplərdən çıxış edərək Rusiya
türklərinin milli-mədəni muxtariyyət və başqa azadlıqlara sahib
olmasına çalışmışdır. Bu baxımdan H.Baykara doğru qeyd edir
ki, Ə.Topçubaşının rəhbəri olduğu «Rusiya Müsəlmanları
İttifaqı» partiyası əsarətdə yaşayan türklərin liberal-demokratik
burjua hərəkatıdır [52, 112].
Fikrimizcə, Hüseynzadə, Ağaoğlu və Topçubaşının
müasirləşmək-qərbləşmək-avropalaşmaqla bağlı bir-birinə yaxın
və ziddiyyətli mülahizələrini Məhəmməd Əmin Rəsulzadə bir
ideoloq kimi ümumiləşdirə bilmişdir. O, «Azərbaycan
Cümhuriyyəti» kitabında yazırdı: «Bayrağındakı məzmun, fikir
surətilə müasir bir türk və islam siyasi mövcudluğuna qovuşmaq
ümidilə…» [183, 97]. Fikrimizcə, burada qeyd edilən «müasir
bir türk və islam» kəlməsi göstərir ki, müasirlik dedikdə, ilk
növbədə milli və dini sahədə, yəni islamda və türklükdə
yeniləşmə, milli və bəşəri mədəniyyətin bütövlüyü – dünyəvilik
(layiqlik) nəzərdə tutulur. Bunu, Rəsulzadənin bayrağın mənası
ilə bağlı kitabda öz əksini tapmış xüsusi qeydi, açıqlaması da bir
daha təsdiq edir: «Azərbaycan bayrağındakı mavi rəng –
türklüyü, yaşıl rəng – müsəlmanlığı, al rəng də – təcəddüd
(yeniləşmə – F.Ə.) və inqilab rəmzi olmaq həsbilə əsrliyi tərmiz
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
100
100
edər ki, möhtərəm Ziya Gökalp bəyin «türk millətindənəm, islam
ümmətindənəm, qərb mədəniyyətindənəm» – düsturunu ifadə
etmiş olur» [183, 97].
Rəsulzadə «qərb mədəniyyətindənəm» anlayışını
yeniləşmə və inqilab kimi başa düşmüşdür. Bu anlayışlar da
dünyəviliklə (layiqliklə), mədəniyyətlə bağlıdır. Bunu, tanınmış
mütəfəkkir, milli operanın banisi Üzeyir Hacıbəyli də bu mənada
başa düşmüşdür. Onun fikrincə, bayrağımızın mənəvi mənası
olaraq al (qırmızı) boya türkçülüyə, yaşıl boya islamlığa, mavi
boya isə mədəniyyətə işarədir [91]. Deməli, Ü.Hacıbəyli qırmızı
boyanı türkçülüyə aid edərək mavi rəngi mədəniyyət mənasında
qəbul etmişdir. Biz, Ü.Hacıbəylinin nədən bayrağımızın
boyalarına fərqli şəkildə yozmasını geniş izah etmədən, burada
mavi rəngin mədəniyyət kimi yozulmasına diqqəti cəlb etmək
istərdik. Fikrimizcə, mədəniyyət və müasirlik anlayışları bir-
birini tamamlayırlar. Çünki yalnız müasirləşməyə meyilli
millətlər mədəniyyət yarada bilirlər. Bu mənada, «müasirlik» ilk
baxışda zəmanənin dəyərlərini və tələblərini əks etdirirsə,
«mədəniyyət» anlayışı daha geniş məna kəsb edərək nəinki bu
günün, həm də keçmişin və gələcəyin nişanəsidir. Eyni zamanda
«mədəniyyət» anlayışında milli və dini dəyərlərlə yanaşı, Qərb-
Avropa mədəniyyətinin mütərəqqi cəhətlərinin də öz əksini
tapması mümkündür.
Fikrimizcə, bu mənada bayrağımızın «müasirlik» adı
altında avropalaşmaq, qərbləşmək kimi deyil, milli və dini
dəyərlərə zidd olmadan yeniləşmə və inqilab (islahatlar həyata
keçirilməsi), yaxud da dünyəvilik (layiqlik) olaraq yozulması
daha məqsədəuyğundur. Atatürkün bərincə desək, dövlət daima
güclü olmalıdır ki, din birliyi tərəfdarları «ümmətçilik» adı
altında «qəza-cihad» ideyasına qapılmasınlar. Atatürkün fikrincə,
Dostları ilə paylaş: |