İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə32/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   28   29   30   31   32   33   34   35   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

98 



98 

1905-1907-ci  illərdən  etibarən  Krım-Tatar  və  Qafqaz  türkləri 

arasında  qəbiləvi  fərqlər  azalaraq  milli  birlik  fikrinə  dayanan 

ciddi bir «milli şüur» formalaşmağa başlamış və bu məsələdə ən 

mühüm rollardan birini Topçubaşı oynamışdır: «1905-1907-ci il 

hərəkatları,  zahirən  Rusiya  müsəlmanları  birliyi  adı  altında 

yürüdülmüşdürsə də, həqiqətdə bu milli bir hərəkat idi. Rusiyada 

türkləri,  məzhəb  baxımından  ikiyə,  sünni  və  şiə  qisimlərinə 

ayıran  ixtilafın  qaldırılmasına  da  bu  zaman  ciddi  surətdə 

çalışılmışdır.  Bütün  Rusiya  müsəlmanlarının  III  konqresində, 

qəbul  olunan  qərarlardan  biri  də  bu  idi:  «Müxtəlif  məzhəblər 

arasındakı  fərqlər  önəmli  deyildir.  Bu  fərqlər  Rusiya 

müsəlmanlarının  ruhani  işləri  üçün  ümumi  bir  müəssisənin 

vücuduna dini baxımdan bir maneə törədə bilməz». Bu qərarı şiə 

məzhəbindən  olan  azərbaycanlı  Əli  Mərdan  bəy  Topçubaşoğlu 

təklif etmiş, üzvləri arasında bir çox sünni və şiə ruhanilər olan 

konqres  isə  bu  təklifi  «sünnilik,  şiəlik  yoxdur,  Yetsin  ixtilaf!» 

sədaları  ilə  və  dəqiqələrcə  sürən  alqışlarla,  səs  birliyi  ilə  qəbul 

etmişdir» [22, 200]. 

M.Ə.Rəsulzadə, 

H.Baykara, 

Y.Akçuraoğlu 

və 

M.B.Məmmədzadənin  mülahizələri  bir  daha  təsdiq  edir  ki, 



Topçubaşı «İttifaq»ın timsalında Rusiya türklərinin milli-mədəni 

birliyinin yaranmasına inanmış və türk-müsəlman «ittifaqçı»ların 

bir araya gəlməsini də milli bayram kimi qəbul etmişdir. Bunu, 

Topçubaşının  «İttifaq»ın  Nijni-Novqorodda  Oka  çayı  üzərində 

keçirilən üçüncü qurultayının sonundakı çıxışı da göstərir: «Biz 

türk  balaları,  əslimiz  bir,  nəslimiz  bir,  dinimiz  birdir. 

Günbatandan  gündoğana  qədər  bizim  babalarımızın  mülki  idi. 

Babalarımız qəhrəman millət olduqları halda, Qafqaz dağlarında, 

Krım  bağlarında,  Kazanın  çöllərində  –  ata  və  babalarımızın 

mülki  olan  öz  vətənimizdə,  öz  torpağımızda,  öz  ehtiyaclarımız 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

99 


barədə danışmağa ixtiyarımız qalmadı. Şükürlər olsun Allaha ki, 

bu  qədər  çətinliklərə,  zəhmətlərə  baxmayaraq,  bu  gün  sular 

üzərində ürəklərimizi açıb, bir-birimizi üz-üzə görüb, qucaqlaşıb, 

hal-əhval tutmağa müvəffəq olduq» [52, 162-163].  

Fikrimizcə,  bütün  bunlar  bir  daha  təsdiq  edir  ki, 

Topçubaşı  ümumi  və  utopik  xarakter  daşıyan  türkçülüyü  (türk 

birliyini) və islamçılığı (islam birliyini) ideallaşdırmaqdansa, ilk 

növbədə  konkret  olaraq  Rusiya  ərazisində  məhkum  həyat 

yaşayan müsəlman türklərinin milli birliyini vacib saymışdır. O, 

bu  zaman  liberal-demokratik  prinsiplərdən  çıxış  edərək  Rusiya 

türklərinin milli-mədəni muxtariyyət və başqa azadlıqlara sahib 

olmasına çalışmışdır. Bu baxımdan H.Baykara doğru qeyd edir 

ki,  Ə.Topçubaşının  rəhbəri  olduğu  «Rusiya  Müsəlmanları 

İttifaqı»  partiyası  əsarətdə  yaşayan  türklərin  liberal-demokratik 

burjua hərəkatıdır [52, 112].  

Fikrimizcə,  Hüseynzadə,  Ağaoğlu  və  Topçubaşının 

müasirləşmək-qərbləşmək-avropalaşmaqla bağlı bir-birinə yaxın 

və ziddiyyətli mülahizələrini Məhəmməd Əmin Rəsulzadə bir 

ideoloq  kimi  ümumiləşdirə  bilmişdir.  O,  «Azərbaycan 

Cümhuriyyəti»  kitabında  yazırdı:  «Bayrağındakı  məzmun,  fikir 

surətilə müasir bir türk və islam siyasi mövcudluğuna qovuşmaq 

ümidilə…» [183, 97].  Fikrimizcə, burada qeyd edilən  «müasir 

bir  türk  və  islam»  kəlməsi  göstərir  ki,  müasirlik  dedikdə,  ilk 

növbədə  milli  və  dini  sahədə,  yəni  islamda  və  türklükdə 

yeniləşmə, milli və bəşəri mədəniyyətin bütövlüyü – dünyəvilik 

(layiqlik)  nəzərdə tutulur. Bunu, Rəsulzadənin bayrağın mənası 

ilə bağlı kitabda öz əksini tapmış xüsusi qeydi, açıqlaması da bir 

daha  təsdiq  edir:  «Azərbaycan  bayrağındakı  mavi  rəng  – 

türklüyü,  yaşıl  rəng  –  müsəlmanlığı,  al  rəng  də  –  təcəddüd 

(yeniləşmə – F.Ə.) və inqilab rəmzi olmaq həsbilə əsrliyi tərmiz 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

100 



100 

edər ki, möhtərəm Ziya Gökalp bəyin «türk millətindənəm, islam 

ümmətindənəm,  qərb  mədəniyyətindənəm»  –  düsturunu  ifadə 

etmiş olur» [183, 97].  

Rəsulzadə  «qərb  mədəniyyətindənəm»  anlayışını 

yeniləşmə  və  inqilab  kimi  başa  düşmüşdür.  Bu  anlayışlar  da 

dünyəviliklə (layiqliklə),  mədəniyyətlə bağlıdır. Bunu, tanınmış 

mütəfəkkir, milli operanın banisi Üzeyir Hacıbəyli də bu mənada 

başa  düşmüşdür.  Onun  fikrincə,  bayrağımızın  mənəvi  mənası 

olaraq  al  (qırmızı)  boya  türkçülüyə,  yaşıl  boya  islamlığa,  mavi 

boya isə mədəniyyətə işarədir [91]. Deməli, Ü.Hacıbəyli qırmızı 

boyanı türkçülüyə aid edərək mavi rəngi mədəniyyət mənasında 

qəbul  etmişdir.  Biz,  Ü.Hacıbəylinin  nədən  bayrağımızın 

boyalarına  fərqli  şəkildə  yozmasını  geniş  izah  etmədən,  burada 

mavi  rəngin  mədəniyyət  kimi  yozulmasına  diqqəti  cəlb  etmək 

istərdik.  Fikrimizcə,  mədəniyyət  və  müasirlik  anlayışları  bir-

birini  tamamlayırlar.  Çünki  yalnız  müasirləşməyə  meyilli 

millətlər mədəniyyət yarada bilirlər. Bu mənada, «müasirlik» ilk 

baxışda  zəmanənin  dəyərlərini  və  tələblərini  əks  etdirirsə, 

«mədəniyyət»  anlayışı  daha  geniş  məna  kəsb  edərək  nəinki  bu 

günün, həm də keçmişin və gələcəyin nişanəsidir. Eyni zamanda 

«mədəniyyət» anlayışında milli və dini dəyərlərlə yanaşı, Qərb-

Avropa  mədəniyyətinin  mütərəqqi  cəhətlərinin  də  öz  əksini 

tapması mümkündür.  

Fikrimizcə,  bu  mənada  bayrağımızın  «müasirlik»  adı 

altında  avropalaşmaq,  qərbləşmək  kimi  deyil,  milli  və  dini 

dəyərlərə  zidd  olmadan  yeniləşmə  və  inqilab  (islahatlar  həyata 

keçirilməsi),  yaxud  da  dünyəvilik  (layiqlik)  olaraq  yozulması 

daha məqsədəuyğundur. Atatürkün bərincə desək, dövlət daima 

güclü  olmalıdır  ki,  din  birliyi  tərəfdarları  «ümmətçilik»  adı 

altında «qəza-cihad» ideyasına qapılmasınlar. Atatürkün fikrincə, 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə