İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə40/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   36   37   38   39   40   41   42   43   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

122 



122 

və  istismara  məruz  qalanların  hamısı  fəhlədir.  Burada  milli  və 

dini inanclara toxunulmur. Burada əsas məsələ fəhlənin insanlıq 

qürurunun tapdalanmasıdır ki, Sabir onları buna qarşı çıxmağı və 

haqlarına nail olmaq üçün mübarizəyə səsləyir.  

Ancaq «müsəlman» anlayışında yalnız insanlıq deyil, həm 

dini,  həm  də  həmin  coğrafiyada  yaşayan  türk  millətinin  milli 

kimlik  qüruru  var.  Özü  də  bu  müsəlman  19-cu  əsrdə  meydana 

çıxan fəhlə sinfi deyil, onun böyük bir tarixi və mədəniyyəti var. 

Bu mənada, «müsəlman» və «fəhlə»nin tənqidi eyni formada ola 

bilməz.  Başqa  sözlə,  fəhlədə  və  müsəlmanda  oyadılacaq  qürur 

hissinin  insanlıq  və  yırtıcı  heyvanla,  xortdanla  müqayisəsi  çox 

düşündürücüdür. 100 il əvvəl olduğu kimi bu günün özündə və 

gələcəkdə  də  də  haqları  əlindən  alınmış  fəhləyə  eyni  sözləri 

demək, bu cür formada mübarizəyə səsləmək olar. Ancaq müsəl-

manlarla  bağlı  ümumilişədirilərək  bu  cür  sözlər  demək  100  il 

bundan əvvəl olduğu kimi, indi də yanlış olardı. Çünki «müsəl-

man» demək yalnız müsəlmanlığı qəbul etmiş insanlar anlamını 

ifadə  etmir,  «müsəlman»  həm  də  bir  dinin  adıdır.  Yəni  İslam 

dinini  qəbul  etmiş  müsəlman,  eyni  zamanda  onun  rəmzidir. 

Bəlkə  də,  hardasa  fəhləni  «axmaq  kişi»  adlandırmağa  haqq 

qazanırmaq olar, ancaq yırtıcı heyvanın, xotdanın, cinin, «xarici 

mülkündə də hətta gəzib, çox tühaf insan»ın müsəlmandan üstün 

olmasına yox.     

Sabirin  «müsəlman»  kimliyi  ilə  yanaşı,  türklüyü  ifadə 

edən  «qafqazlı»  kimliyinə  münasibətdə  də  radikallığa  yol 

vermişdi:  «Əqrəb  kimi  neştər  gücü  var  dırnağımızda,  İslam 

sussuz olsa, su yox bardağımızda,  Hər küncdə  min tülkü yatıb 

çardağımızda,  Min  hiylə  qurub,  rütbəvi  ikram  alarız  biz, 

Qafqazlılarız, yol kəsiriz, nam alarız biz! [197, 113]. Fikrimizcə, 

şair  həmin  dövrdə  müsəlmanların-qafqazlıların  (türklərin) 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

123 


əksəriyyətinin  Avropa  millətləri  ilə  müqayisədə  geridə  qalması 

və cahilpərəst olması məsələsində xeyli dərəcə də haqlı olsa da, 

ancaq  onları  yalnız  başkəsən,  yolkəsən,  hiyləgər  kimi  qələmə 

verməklə  onların  bir  qismində  oyanışa  səbəb  olmaqla  yanaşı, 

digər qisminin də özünə haqq qazandırmasına rəvac vermişdir.  

Hazırda 


da 

Sabirin 


şeirlərində 

müsəlmanlara,  

azərbaycanlılara verdiyi radikal «tərif»lərin bu gün əhəmiyyətini 

itirmədiyindən  ağızdolusu  danışanlar  məsələyə  birtərəfli 

yanaşırlar. Yəni bu cür düşünənlər deyirlər ki, Sabir 100 il öncə 

necə  demişdirsə,  demək  olar  ki,  heç  nə  dəyişməyib.  Deməli, 

Sabir çox uzaqgörən və dahi bir şair-insan olmuşdur. Fikrimizcə, 

burada  incə  bir  məqam  var  ki,  Sabirin  «tərif»  verdiyi 

müsəlmanların 100 il sonra da əsasən dəyişməməsində, onun da 

müəyyən payı var. Çünki Sabirin bu ruhlu şeirlərini oxuyanların 

xeyli bir qismi özlərini inkişaf etdirməkdən çox, tərsinə özlərinə 

haqq  qazandırmış  olmuşlar.  Bu  isə  o  deməkdir  ki,  şairin  satirik 

şeirlərində    müsəlmanları  və  milləti  aşağılayıcı  məqamlar  həm 

yaşadığı  cəmiyyətin,  həm  də  ondan  sonra  gələn  nəsillərin 

şüurunda mənfi iz buraxmışdır. Yəni biz dünən də belə olmuşuq, 

bu  gün  də  beləyik,  sabah  da  belə  olacağıq.  Təsadüfi  deyil  ki, 

SSRİ  dövründə  Sabirin  bu  cür  şeirləri  geniş  şəkildə  orta  və  ali 

məktəblərdə geniş şəkildə təbliğ olunmuş, bütün kitablarında öz 

əksini tapmışdır. Bunu əvəzində Sabirin milli-dini ruhlu şeirləri 

ali  və  orta  məktəb  dərsliklərindən  və  əsərlərindən  kənarda 

qalmışdır.  

Bütün bunlarla yanaşı onu da qeyd etməliyik ki, «Molla 

Nəsrəddin» 

jurnalının 

qurucusu 

C.Məmmədquluzadənin 

«beynəlmiləlçilik»  təsiri  altında  olduğu  dövrdə  də  Sabir  milli 

ruhlu  şeirlər  yazmağa  davam  etmişdir.  Ancaq  həmin  şeirlər  çar 

Rusiyası  və  SSRİ  dövründə  gölgədə  qalmışdır.  Məsələn,  bir 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

124 



124 

şeirində milli şair  yazırdı ki, hazırda türk millətinin daxilindəki 

nifaqlar bu günün işi deyil, ötən zamanlarda da bu cür hallar baş 

vermişdir.  Belə  ki,  Çingizlərlə  Xarəzmşahların,  Teymurlarla 

İldırımların, Teymurlarla Toxtamışların, Şah İsmayılılarla Sultan 

Səlimlərin  və  başqalarının  bir-birilə  mübarizə  nəticəsində  itirən 

turanlılar – Türk milləti və İslam dini, qazanan isə farslar, ruslar 

və  başqa  millətlər  olmuşlar.  Xüsusilə,  Teymurun  Toxtamışı 

məğlub etməsi rusların işinə yaramış, bununla da ruslaşmağa və 

dinimizdən  uzaqlaşmağa  başlamışıq:  «Teymuri  şəhi-ləngə  olub 

tabeyi-fərman, Xan Toxtamışı eylədik al qanına qəltan, Ta oldu 

Qızıl  Ordaların  dövləti  talan,  Məsko  şəhinə  faidəbəxş  oldu  bu 

meydan…  Əlyövm  uruslaşmaq  ilə  zişərəfiz  biz!  Öz  dinimizin 

başına əngəlkələfiz biz!» [197, 124]. Şair bu şeirində açıq şəkildə 

yazırdı ki, bir tərəfdə ruslaşdırmaq, o bir tərəfdə iranlılaşdırmaq 

və osmanlılaşdırmaq siyasəti aparılır ki, bununla da, türklük ruhu 

arxa  plana  çəkilir:  «İndi  yenə  var  tazə  xəbər,  yaxşı  təmaşa, 

İranlılıq, osmanlılıq ismi olub ehya» [197, 124]. 

Sabirin 

şeirlərindən  hiss  etmək  olur  ki,  o, 

«beynəlmiləlçi»liyin  təsiri  altında  olduğu  dövrdə  də,  şiəlik  və 

sünilik,  osmanlılıq  və  iranlılıq  adları  altında  türk  millətinin 

parçalanmasının  əleyhinə  olmuş,  türk-müsəlman  xalqları 

arasında  ən  azı  mənəvi  birliyin  olmasına  çalışmışdı.  Buna  ən 

bariz  nümunələrdən  biri  də  Sabirin  vahid  türk  dili  ideyasını 

müdafiə  etməsidir.  Belə  ki,  Sabir  Türkiyə  türkcəsindən 

Azərbaycan  türkcəsinə  bir  şeir  tərcümə  etdiyini  iddia  edən 

Ə.Qəmküsarı  bu  sözlərinə  görə  tənqid  etmişdir:  «Omanlıcadan 

türkə  tərcümə»  -  bunu  bilməm,  Gerçək  yazıyor  gəncəli,  yainki 

hənəkdir;  Mümkün  iki  dil  bir-birinə  tərcümə,  amma, 

«Omanlıcadan türkə tərcümə» nə deməkdir?! [197, 313]. 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə