İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə43/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   39   40   41   42   43   44   45   46   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

131 


N.Nərimanov  və  b.)  birmənalı  şəkildə  ruspərəst-qərbpərəst-

beynəlmiləçi məfkurəyə əsaslanmış və Azərbaycanın gələcəyini 

Rusiyadan  və  ruslardan  ayrı  təsəvvür  etməmişlər.  Bu  mənada, 

milli-dini 

məfkurəyə  əsaslananlarla  ruspərəst-qərbpərəst-

beynəlmiləlçi  məfkurəsinə  söykənənlərin  sosial-demokratiyaya 

baxışlarında kəskin fərqlər olmuşdur. 

Milli 

sosial-demokratiya. 

Məsələn, 

milli-dini 

məfkurəyə  əsaslananlardan  bir  qrupunun  sosial-demokratiyaya 

münasibəti  yalnız  rəğbət  xarakter  daşımışdır.  Bu  ruhda  olan 

aydınlarımızdan  Əhməd  bəy  Ağaoğlu ilk dövrlərdə marksizmi 

İslam dininə  zidd saymamış, hətta 1905-1906-cı illərdə  yazdığı 

bəzi məqalələrində sosializmi təqdir etmiş, onun əsas qayəsinin 

bəşər  övladının  mənəvi  və  maddi  səadəti  olduğunu  bəyan 

etmişdi  [159,  172].  Ancaq  sonralar  bir  neçə  məqaləsində 

Ağaoğlu  marksizmi,  xüsusilə  rus  bolşevizmini  kəskin  şəkildə 

tənqid  etmiş,  onun  sosializmlə  bağlı  yazılarına  istinad  edilərək 

«sosialist»  adlandırılmasını  isə  səhv  hesab  etmişdi  [10].  Hətta, 

«Materializmin  təntənəsi  və  əsassızlığı»  məqaləsində  fəlsəfədə 

materializm  cərəyanının  əsassızlığını  sübut  etməyə  çalışan 

Ağaoğlunun fikrincə, müəyyən bir dövrdə «qalib» durumda olan 

Marksın materialist təlimi hazırda öz əhəmiyyətini itirmişdir [9]. 

Ancaq  sonrakı  dönəmlərdə  bu  fikrinin  ziddinə  olaraq 

Ağaoğlunun  yenidən  marksist-leninçiləri  təqdir  etməsi  ilə 

qarşılaşırıq.  

Fikrimizcə, müasirləşməyin yalnız dini sahədə deyil, eyni 

zamanda  milli  məsələdə  (türkçülüklə)  də  uzlaşdırılmasının 

vacibliyi  XX  əsrin  əvvəllərində  müəyyənləşmişdir.  Bu  sahədə 

isə ilk uğurlu addım Əli bəy Hüseynzadə tərəfindən atılmışdır. 

O  hesab  edirdi  ki,  yalnız  islamlıq  və  müasirlik  deyil,  türklükdə 

müasir  ruhlu  olmalıdır.  Bir  sözlə,  müsəlman-türk  dünyasının 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

132 



132 

əsas  hədəfi  türkçülük  (Türk  qanlı),  müasirlik  (Avropa  qiyafəli) 

və  islamçılıq  (İslam  imanlı)  olmalıdır.  Ancaq  müasir  ruhlu 

türklük və islamlıq Avropanı təqlid olmamalıdır. Əgər bu təqlid 

xarakter  daşıyarsa  o  zaman  qarşımızda  müasir  ruhlu  islam  və 

türk deyil, Avropa ruhlu Türk və İslam dayanmış olar. Bununla 

da, Hüseynzadə avropalaşmaq dedikdə, onun təzahürünü qəbulu 

etsə  də,  mahiyyətini    qəbul  etməmişdir.  Başqa  sözlə,  o, 

yeniləşməyi  zahirən  Qərb  mədəniyyəti,  mahiyyət  baxımdan 

İslam-Türk dəyərləri çərçivəsində görmüşdür. 

İslamla  sosial-demokrat  təlimi  arasında  oxşarlıqların 

olması  iddiasını  irəli  sürən  milli  ideoloq  Ə.Hüseynzadə 

«Milliyyət  və  insaniyyət»  məqaləsində  yazırdı  ki,  sosial-

demokratlar  bütün  xalqların  çıxış  yolunu  nasiyonalizmdə-

millətçilikdə,  milli  müxtariyyətlərdə  deyil,  sosializmdə, 

internasiyonalizmdə, bir sözlə beynəlmiləliyyətdə gördüyü kimi, 

müsəlmanlar  isə  bunu,  islamiyyət  daxilində  ittihad  və  ittifaq 

etməkdə 


görürlər. 

Deməli, 


islamiyyət 

sosializmə, 

beynəlmiləlçiliyə  nəinki  ziddir,  əksinə  bir  çox  cəhətlərinə  görə 

üst-üstə düşür. Ə.Hüseynzadə yazırdı ki, bu mənada sosializmin, 

beynəlmiləliyyətin  mahiyyəti  milliyyətdə  deyil,  insanlığın 

istiqlalına  müsaid  olduğu  kimi,  islamiyyətin  də  məqsədi 

insanlığın istiqlalıdır:  «Çünki islamiyyət bir dindir ki, millət və 

milliyyət  tanımaz,  kəlmeyi-şəhadət  gətirib  onunla  mütədəyyin 

olanlara  rəsmsiz,  şəklsiz,  yoldaşsız  bir  Allaha  iman  gətirənlərə 

bir  nəzərlə,  bir  ümmət  nəzərilə  baxar!..  Zəkat  qanununu  əvəz 

edən  «Əlkasibü  həbibüllah»,  «Külli  müslümün  üxüvvətin» 

deyən  və  «vələdi-qeyri-məşru»  namilə  Avropa  şəhərlərini 

dolduran hüquqi-mədəniyyədən, hüquqi-vərasətdən məhrum bir 

firqənin  törəməsinə  mane  olan  faizi,  mürabihəçiliyi,  hər  növ 

monopolya 

və 


inhisarlığı 

haram 


bilən 

islamiyyətin 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

133 


nasiyonalizmə ilə deyil, sosializmə ilə əlaqəsi vardır» [109, 113-

114].  Bununla  da,  Ə.Hüseynzadə  belə  bir  qənaətə  gəlirdi  ki, 

zamanın  mədəni  cərəyanları  islamiyyətin  və  sosializmin  deyil, 

kapitalizm  və  nasiyonalizmin  ziddinədirlər:  «Kor  qalıb  bunu 

görməyən,  fəhm  və  idrak  etməyən  camaatlar  bu  cərəyanlara 

müqabilə etdikcə içdən çıxılmaz girdablara düşəcəkləri gün kimi 

aşikardır»  [109,  114].  Deməli,  Hüseynzadə  bu  məqaləsində 

nəinki  sosializmi  birmənalı  şəkildə  rədd  etmiş,  hətta 

nasiyonalizmlə müqayisədə beynəlmiləl mahiyyət daşıdığı üçün, 

onun islamçılıqla oxşarlığından belə bəhs etmişdi. Bu baxımdan, 

Ə.Hüseynzadə  Marksın  sosializm  ideyasına  deyil  [109,  127], 

onun  törəməsi  olan  marksizm-leninzmə,  yəni  rus  bolşevizminə 

qarşı olmuşdur. 

XX  əsrin  əvvəllərində,  xüsusilə  1900-1910-cu  illərdə 

Azərbaycan türk ziyalıları arasında islamçılar və milli liberallarla 

yanaşı,  rus  bolşeviklərinə  yaxın  olan  milli  sosial-demokratlar  – 

milli  inqilabçılar  (M.Ə.Rəsulzadə  və  b.)  da  olmuşdur. 

M.B.Məmmədzadəyə  görə,  milli  ilberallar  və  milli  inqilabçılar 

taktiki  gediş  baxımından  fərqli  yollar  tutsalar  da,  XIX  əsrin 

ziyalıları  tərəfindən  elan  edilmiş  millətçilik  prinsiplərinə 

sədaqətdə  ortaq  olublar  [154,  19].  Ancaq  ümumilikdə,  Mirzə 

Bala  milli  inqilabçıların  və  milli  liberalların  prinsip  etibarilə 

müstəqil olmadıqlarını, rus bolşevikləri və rus liberalları ilə bağlı 

olduqlarını  vurğulamışdı.  Onun  fikrincə,  yalnız  1910-cu  illərdə 

onların  əksəriyyəti  bir  araya  gələrək  Azərbaycan  türklərinin 

müstəqil ideya cərəyanı olan müsavatçılığın – Azərbaycan milli 

ideyasının  təməlini  qoymuşlar  [154,  36].  M.Ə.Rəsulzadənin  öz 

sözləri  ilə  desək,  bu  dövrdə  milli  inqilabçılar  vətənlərini  işğal 

edən  çar  Rusiyasına  qarşı  mübarizədə  rus  sosial-demokratlarla 

bir  yerdə olmağı, digər cərəyanlarla (liberallar, islamçılar və b.) 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə