İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə39/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   35   36   37   38   39   40   41   42   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

119 


Bizcə,  1917-1920-ci  illərdə  Məmmədquluzadənin  əsər-

lərində milli ruh nisbətən önçə çıxmış, türklükdən türkçülüyə 

doğru  müəyyən  bir  istək  olmuşdur.  Ancaq  türkçülüyə  meyil 

əsaslı şəkildə olmadığı üçün o, milli aydın mövqeyini inkişaf 

etdirə  bilməmiş,  beynəlmiləlçiliyin  təsiri  altında  qalmışdır. 

Eyni  zamanda,  o,  bu  dövrdə  də  İslama  münasibətdə 

mövqeyini əsasən dəyişməmişdir. 

Ümumilikdə,  Məmmədquluzadənin  Rus-Avropa-Qərb 

mədəniyyətinə uyğun xətti jurnalın əməkdaşları arasında fikir 

ayrılıqlarına səbəb olmuş və onlardan bəziləri (Nemanzadə və 

b.)  buradan  uzaqlaşmış,  digərləri  (Qəmkusar,  Ordubadi)  bu 

yolda  onunla  sona  qədər  həmfkir  olmuşlar.  Məsələn, 

Məmmədquluzadədən  fərqli  olaraq  Ömər  Faiq  Nemanzadə 

yerli-yersiz  yalnız  müsəlman  din  xadimlərinin,  eyni  zamanda 

Ağaoğlu,  Hüseynzadə  kimi  mütərrəqqi  ruhlu  aydınlarımızın  

tənqidi  ilə  razılaşmamışdır.  Bunu  gizlətməyən  Nemanzadə 

açıq şəkildə yazırdı ki, İslam dinini ruhanilərin dilindən deyil, 

indiyə  qədər  pərdə  arxasında  qalan  dini  adət-ənənələrimizi, 

milli  mədəniyyətimizi,  eləcə  də  xilas  yolumuzu  göstərən 

Ə.Ağaoğlu kimi aydınlardan öyrənməliyik [165, 36-37].  

Nemanzadə  də  Ağaoğlu  kimi  hesab  edirdi  ki, 

müsəlmanlar  artıq  keçmiş  İslam  mədəniyyəti  ilə  öyünüb 

yerində  saymaqdansa,  zəmanə  ilə  ayaqlaşmalıdır.  Zəmanəyə 

görə  dəyişmək  hər  zaman  vacib  olmuşdur  ki,  bu  isə 

islamiyyətin  ilkin  mahiyyətinin  dəyişməsi  demək  deyildir. 

Ö.Faiqin  fikrincə,  indi  İslamın  əsil  mahiyyətini  dərk  etmək, 

onun dünyəvi elmlərlə bağlı cəhətlərini mənimsəmək vaxtıdır. 

Çünki  Quranın  özünün  də    böyük  qismi  dünyəvi  elmlərə 

aiddir:  «Bu  qəziyyələrdən  şu  nəticəyi  çıxarmaq  istəyirəm  ki, 

Quranı,  İslamı  bilmək,  Allahı  tanımaq,  kamil  insan  olmaq 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

120 



120 

üçün şəriət elmini bilmək on dərəcə lazımsa, dünyəvi elmləri 

bilmək üçün doxsan dərəcə lazımdır» [165, 147-148].  

«Millətpərəstlik  zamanıdır»  məqaləsində  o,  göstərirdi 

ki, Türk milləti arasında oyanışa nail olmaq üçün onun aparıcı 

ziyalıları  tək  vücud,  tək  rəy,  tək  cəhət-yol  altında  birləşməli 

[165,  75],  yəni  türklüyünü  dərindən  dərk  edib  millətə  təmən-

nasız yardım etməli, irəli aparmalıdırlar [165, 134]. Bu baxım-

dan, Qafqaz  müsəlmanlarının etnik kimliyinin və milli dilinin 

türk olduğunu bəyan edən Nemanzadə yazırdı ki, min illərdən 

bəri  təqlid  etdiyimiz  ərəb  və  fars  imlasından  da  imtina  edib, 

türk sözlərimizi və türk adlarımızı bərpa etməliyik [165, 169]. 

Gördüyümüz  kimi,  Nemanzadənin  ruhu  Ağaoğlu, 

Hüseynzadə yaxın idi, buna görə də  çox keçmədi ki, o, 1910-

cu illərin əvvəllərindən «Molla Nəsrəddin»lə yolarını ayırmalı 

oldu. 


Bizcə, 

Nemanzadənin 

«Molla 

Nəsrəddin»dən 



ayrılmasında  Məmmədquluzadənin    get-gedə  İslam  dininə 

munasibətdə  daha  kəskin  və  bəzən  qərəzli  mövqe  tutması 

bunun  əvəzində  avropalaşmağa  və  rus  bolşevizminə  meyil 

etməsi  mühüm  rol  oynamışdır.  «Molla  Nəsrəddin»dən 

ayrıldıqdan  sonra  Nemanzadənin  islama  və  türklüyə 

əvvəlcədən olan münasibəti daha da inkişaf etmişdir. 

Bizcə, C.Məmmədquluzadənin antislam və ifrat qərbləş-

mək xətti müəyyən qədər Mirzə Ələkbər Sabirə münasibətdə 

də ziddiyyətlərə yol açmışdır. 1905-ci ilə qədər daha çox dini, 

müəyyən  qədər  milli  şeirlər  yazan  Sabirin  birdən-birə 

«beynəlmiləlçi»  şairə  çevrilməsi  təsadüfi  ola  bilməzdi. 

Şübhəsiz,  Sabirin  «beynəlmiləlçi»  şairə  çevrilməsində 

Məmmədquluzadə  və  onun  jurnalının  az  əməyi  olmamışdır. 

Bizcə,  C.Məmmədquluzadə  və  onun  «Molla  Nəsrəddin» 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

121 


jurnalı  Sabirin  milli  ruhlu  üsyankarlığının  müəyyən  qədər 

«beynəlmiləl» ruha çevrilməsində pay sahibi olmuşdur. 

Bu  mənada  Sabir  «yırtıcı  heyvan»,  «xortdan»,  «cin», 

«xarici  mülkündə  də  hətta  gəzib,  çox  tühaf  insan»  görürəm 

qoruxmuram,  «harda  müsəlman  görürəm  qorxuram»    [197, 

125-126] dedikdə, İslam dinini deyil, onun adından çıxış edən 

yalançı ruhaniləri və avam müsəlmanları tənqid hədəfi götürsə 

də,  ümumilikdə  bu  mülahizə  toplumda  birmənalı  qarşılan-

mamışdır.  Çünki  bu  sözlərdə  ifrat  dərəcədə  müsəlmanları 

aşağılama  var.  Xüsusilə,  bu  aşağılamanın  ümumiləşdirmə 

(müsəlman) 

formasında 

öz 

əksini 


tapması 

çox 


düşündürücüdür.  Hər  halda,  müsəlmanın  yırtıcı  heyvanla, 

xotdanla müqayisəsi və  birincinin  sonunucudan  daha  qorxulu 

olması şüurlarda müsbət reaksiya yarada bilməzdi. 

Örnək  üçün  deyək  ki,  şairin  şeirlərində  fəhlənin  və 

əkinçinin  insanla,  müsəlmanın  yırtıcı  heyvanla,  xotdanla 

müqayisəsi  arasında  incə  bir  məqam  var.  Birinci  halda,  şair 

fəhləyə,  əkinçiyə  başa  çalmağa  çalışır  ki,  insan  olması  üçün 

onu  istismara  edənlərə  qarşı  mübarizə  aparmalıdır.  Bir  sözlə, 

insan olmaq üçün fəhləyə bir yol göstərməyə çalışır və onu da 

(«axmaq  kişi»  və  s.)  xeyli  dərəcədə  tənqid  edir  [197, 100, 

113]. Deyilə bilər ki, müsəlmanın əsil müsəlman olması üçün 

Sabir  onu  bu  şəkildə  tənqid  etmişdir.  Ancaq  burada  incə  bir 

məqam  var:  «fəhlə»,  «əkinçi»  və  «müsəlman»  fərqli 

anlayışlardır. Belə ki, fəhlə bir işçi kimi istismara məruz qalmış, 

istismarçılar  tərəfindən  haqqları  əlindən  alınmış  və  insani 

keyfiyyətlərdən  məhrum  olmuşdur.  Sabir  də  fəhləyə  demək 

istəyir  ki,  sən  bir  insansan  və  insanlıq  haqqlarına  sahib 

çıxmalısan. Digər tərəfdən, Sabirin tənqid etdiyi fəhlə ümumi bir 

anlayışdır.  Yəni  dini,  milli  kimliyindən  asılı  olmayaraq  işləyən 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə