İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə37/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   33   34   35   36   37   38   39   40   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

113 


ideologiyasına xidmət edən qərbpərəstliyi və beynəlmiləlçiliyi 

“mollanəsrəddinçilər”  davam  etdirmişlər.  Ancaq  bütün 

«mollanəsrəddinçiləri»  bu  sıraya  aid  etmək  haqsızlıq  olardı. 

Çünki    C.Məmmədquluzadə,  Ə.Qəmküsar,  M.Ə.Sabir, 

M.S.Ordubadi  «Molla  Nəsrəddin»  jurnalında,  eləcə  də  başqa 

qəzet-jurnallarda  yazdıqları  bir  çox  məqalələrdə  milli, 

xüsusilə  dini  adət-ənənələri  daha  kəskin  şəkildə  tənqid 

etdikləri  halda,  ancaq  «mollanəsrəddinçi»lərdən  digərləri 

Ö.F.Nemanzadə,  Ü.Hacıbəyli,  M.Ə.Sabir  isə  yaradıcılıq-

larında  milli  və  dini  məsələyə  daha  ehtiyatla  yanaşmış, 

marksizm-leninzmə  bir  o  qədər  də  meyil  etməmişlər.  SSRİ 

dövründə  Ə.Mirəhmədov  yazırdı  ki,  «Molla  Nəsrəddin» 

jurnalının tutduğu cəbhə əsas etibarilə bolşeviklərin minimum 

proqramına  yaxın  olsa  da  [29,  88],  jurnalın  əməkdaşlarından 

bəziləri  (Ö.F.Nemanzadə,  Ü.Hacıbəyli  və  b.)  milli 

burjuaziyaya  da  meyil  göstərmişlərdir:  «Söz  yox  ki,  bəzi 

mollanəsrəddinçilərin 

görüşlərindəki 

xırda 

burjua 


mütərəddüdlüyü,  onların  ictimai  hadisələri  anlamaqdakı 

məhdudluğu  jurnalın  səhifələrində  əks  olunmaya  bilməzdi» 

[29, 90].  Deməli,  SSRİ  dövrünün  Azərbaycan  müəllifləri   bir 

çox  hallarda  qəsdən  «mollanəsrəddinçi»lərin  hamısını 

bolşevikləşdirməyə,  yəni  marksizm-leninzmə  bağlamağa 

çalışmış  [122,  69],  ancaq  bəzən  də  məcburiyyətdən  onların 

arasından milli ruhda çıxış edənləri xırda burjualılqda ittiham 

etmişlər.  

Fikrimizcə, o zaman «mollanəsrəddinçi»lərin hamısını 

rus  bolşevizminə  bağlamaq  səhv  olduğu  kimi,  indi  də  zorla 

milli-demokratik  məfkurənin  nümayəndələridək  qələmə  ver-

mək də yanlışdır. Yəni bu məsələlərə obyektiv yanaşaraq ayrı-

ayrı  «mollanəsrəddinçi»lərin  görüşlərində  marksizmə  və 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

114 



114 

millətçiliyə  meyilliliklərini  doğru  təhlil  etmək  lazımdır.  Bu 

mənada,  «mollanəsrəddinçilər»i  milli-dini  dəyərlərə  və 

qərbləşməyə  münasibətdə  iki  qrupa:  1)    radikallara 

(C.Məmmədquluzadə,  Ə.Qəmküsar  və  b.);  2)  mötədillərə 

(Ö.F.Nemanzadə, Ü.Hacıbəyli, M.Ə.Sabir və b.) bölmək olar.  

Radikal  “mollanəsrəddinçi”lərin  başında  duran  Cəlil 

Məmmədquluzadənin ilk dövrlərdə Rus-Avropa-Qərb mədə-

niyyətinə və ideologiyasına üz tutmasında M.F.Axundzadə və 

M.A.Şahtaxtlı  mühüm  rol  oynamışdır.  Xüsusilə,  Şahtaxtlının 

onun  üzərində  mühüm  təsiri  olmuşdur.  Hər  halda, 

C.Məmmədquluzadənun mətbuata gəlişində və qərbyönlü  yol 

tutmasında  Şahtaxtlının rolu  heç  kəsə  sirr  deyil.  Bu  mənada, 

“Şərqi-Rus”un  bağlanmasından  sonra,  onun  maddi-texniki 

bazasında  C.Məmmədquluzadənin 

«Molla  Nəsrəddin» 

jurnalını  nəşr  etdirməyə  başlaması  diqqəti  çəkir.    Belə  ki, 

cəmiyyət  daxilindəki  bir  çox  həqiqətləri  ifadə  edən  «Molla 

Nəsrəddin»  jurnalının  bütün  bunlarla  yanaşı,  əsas  günahkar 

rolunda İslam dinini görməsi təsadüfi sayıla bilməzdi.  «Molla 

Nəsrəddin»  jurnalı  C.Məmmədquluzadə  demək  olduğu  üçün 

burada əsas və həlledici söz sahibi də o, idi. 

Xüsusilə, 1900-1917-ci illərdə İslam dini əsaslı istənilən 

birliyə  qarşı  çıxan  C.Məmmədquluzadə  açıq  şəkildə  olmasa 

da,  dolaysıyla  müsəlman  xalqlarının  inkişafına  əsas  əngəl 

kimi  İslamı  göstərmiş,  «İslam  birliyi»ndən  çıxış  edən 

mühafizəkar  (Ə.Axundoğlu  və  b.)  və  mütərəqqi  islamçıları 

(Ə.Ağaoğlu,  Ə.Hüseynzadə  və  b.)  birmənalı  şəkildə  tənqid 

etmişdir.  Özəlliklə,  bu  dövrdə  «panislamizm»in  ideoloqu 

sayılan Ə.Ağaoğlunun  «İslam millətçiliyi» nəzəriyyəsini qəbul 

etməyən C.Məmmədquluzadə hesab edirdi ki, bu təlim fəhlə və 

kəndlilərin  mənafeyinə  ziddir.  Onun  fikrincə,  Ə.Ağaoğlu 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

115 


əsassız  olaraq  bəylə  kəndli,  varlı  ilə  yoxsul  arasında  fərq 

qoymur  və  onları  eyni  zümrənin  nümayəndəsi  kimi  qələmə 

verir  [147,  76].  Bu  baxımdan  o,  1911-ci  ildə  yazsa  da  ki, 

««Molla  Nəsrəddin»in  məqsədi  nə  dinə  sataşmaqdır,  nə  də 

təzə  bir  məzhəb  icad  eləməkdir»  [147,  512],  ancaq  SSRİ 

dövründə  məhz  istəyinin  bu  yönlü  olmasını  etiraf  etmişdir 

[148, 288]. Cəlil bəy onu da etiraf  etmişdir ki, Ə.Ağaoğlu və 

Ə.Hüseynzadəni  də  məhz  İslamı  və  müsəlmançılığı  müdafiə 

etdiklərinə görə qəbul etməmişdir. Çünki o, milli ideoloqların 

əksinə  olaraq  hesab  etmişdir  ki,  müsəlman  xalqların  uzun 

əsrlər  fəlakət  və  cəhalətdən  qurtara  bilməmələrinin  yeganə 

baiskarı İslamdır [148, 63].  

Fikimizcə,  bütövlükdə  İslam-Türk-Şərq  mədəniyyətinə 

inamsızlığın, 

bunun 

əvəzində 



Rus-Avropa-Qərb 

mədəniyyətinə  bağlılığın  nəticəsi  idi  ki,  C.Məmmədquluzadə 

yalnız islamçılıqdan çıxış edən Ə.Ağaoğlunu deyil,  «osmanlı 

türkçülüyü»  əsasında  ortaq  türk  ədəbiyyatı,  türk  dili 

yaratmağa  çalışan  Ə.Hüseynzadəni  də  tənqid  etmişdir  [147, 

396-397,  519].  Buna  görə  də,  Cəlil  bəyin  çağdaşlarından 

Haşım  bəy  Vəzirov  «mollanəsrəddinçi»ləri  yerli-yersiz 

müsəlman  millətçilərinə  (Ə.Ağaoğlu  və  b.),  müsəlman 

mülkədarlarına (H.Tağıyev və b.) sataşmaqda ittiham etməkdə 

haqlı idi [28, 231].  

C.Məmmədquluzalənin  «İslam  birliyi»  və  «osmanlı 

türkçülüyü»nü  tənqidi  SSRİ  ədəbiyyatında  onun  «inqilabçı-

demokrat»  olması  və  marksizmə  yaxınlığı  kimi  izah 

olunmuşdur.  Sovet  dövründə  Mehbalı  Qasımov  yazırdı  ki, 

«mollanəsrəddinçi»lər  başda  C.Məmmədquluzadə  olmaqla 

«mülkədar  istismarını  ifşa  edir,  ruhaniləri  ələ  salır  və  burjua 

millətçilərinə  –  panislamistlərə  və  pantürkistlərə  qarşı  kəskin 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə