İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə33/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   29   30   31   32   33   34   35   36   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

101 


bunu  əvəzində  toplumda  və  dövlətdə  qəti  şəkildə  ağlın 

hakimiyyəti  üstün  olmalıdır  [236,  69].  Bu  isə  o  deməkdir  ki, 

milli və dini dəyərlər yaşatmaq üçün həmişə müasir ruhlu olmaq 

hər hansı millətin başlıca qayəsi olmalıdır. Yalnız müasir ruhlu 

milli  və  dini  dəyərlərə  sahib  millət  ayaq  üstə  durar  və  dünya 

durduqca var olar.  



 

1.3.  Rus-Avropa-Qərb  mədəniyyəti  və  ideologiyası: 

qərbpərəstlik,  «molla  nəsrəddinçilik»,  milli  sosial-

demokratiya, marksist-leninçi sosial-demokratiya 

 

Şimali  Azərbaycanda  milli  ideyanın  axtarışında  ikinci 



xəttə  meyil  göstərənlər  və  onun  fəal  təbliğatçıları  sırasında 

M.F.Axundzadə,  M.Kazım  bəy,  M.A.Şahtaxtlı,  C.Məmməd-

quluzadə,  Ə.Haqverdiyev,  M.S.Ordubadi,  S.M.Əfəndiyev, 

N.Nərimanov  və  başqalarını  göstərə  bilərik.  Bu  mənada,  çar 

Rusiyası  və  Sovet  Rusiyası  dövründə  bu  və  ya  digər  formada 

«isti»  münasibətlər  görən  bu  Azərbaycan  mütəfəkkirlərini 

birləşdirən ümumi cəhətləri aşağıdakı kimi qurplaşdırmaq olar: 

1.

 



İslam dini  əleyhdarlığı və ateizmə meyillilik; 

2.

 



Rus-Avropa-Qərb mədəniyyətinə ifrat aludəçilik; 

3.

 



Türk-İslam mədəniyyətini ifrat dərəcədə tənqid; 

4.

 



Milli mənsubiyyət məsələsinə türkçülük deyil, türklük 

səviyyəsində  yanaşma  (yəni  türk  kimliyini  qəbul 

etməklə  yanaşı,  türk  adət-ənənələrinə  köhnəlmiş 

törələr kimi baxmaq və s.). 

Fikrimizcə,  yeniləşməkdə  qərbləşmək  yolu  tutmuş  bu 

mütəfəkkirlər  xüsusilə  İslam  dininə  münasibətdə  əsasən  mənfi 

rəydə olmuş, müsəlman şərqi ölkələrində hökm sürən  cəhalət və 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

102 



102 

nadanlığın baiskarı kimi İslam dinini və mühafizəkar milli adət-

ənənələri görmüşlər. 

Yenilikçi və qərbçi M.F.Axundzadə. Yuxarıdakı tezisləri 

Azərbaycan  türkləri  arasında  ilk  dəfə  Mirzə  Fətəli  Axundzadə 

müdafiə  etmiş  və  kosmopolitizmə  yuvarlanmışdır.  İslam  dinini 

xurafat  və  mövhumat  kimi  dəyərləndirən,  Türk  mədəniyyətinə 

və Türk tarixinə əsasən aşağılayıcı gözlə baxan Axundzadə nicat 

yolunu  faktiki  ümümbəşəri  ideya  hesab  etdiyi  Avropa 

demokratiyasında və Hind-Avropa nəzəriyyəsində görmüşdü. Bu 

mənada, Avropa fəlsəfəsindən, demokratiyasından hərarətlə bəhs 

edən,  Sasanilər  dövrünü  qızıl  dövr  adlandıran  Axundzadənin 

Türk-İslam  mədəniyyətinə  və  tarixinə  isə  əsasən,  daha  çox 

gerilik və barbarlıq kimi yanaşmasını təsadüfi saymaq  yanlışlıq 

olardı. 


Çünki  Axundzadənin  Rus-Avropa-Qərb-Sasani-Fars-Zər-

düştizm  sevgisi  genetik-qan  yaddaşının  oyanmasından  çox 

şüurunda baş verən dəyişikliklərin nəticəsi idi. Mütərəqqi hadisə 

kimi  görünən  «əlifba islahatı»  (ilk baxışda mütərəqqi mahiyyət 

daşıyan ərəb  əlifbasında  ya dəyişikliklərin edilməsi,  ya  da latın 

əlifbasına  keçilməsi    ideyası  müsəlman-türk  birliyini  parçala-

mağa yönəlmişdir), «din islahatı» ideyaları altında əslində əsasən 

«İslam  birliyi»nin,  müəyyən  qədər  isə  türk  ruhunun  zədə-

lənməsinə  yönəlmişdir.  Hər  iki  məsələdə  əsas  məqsəd  ortaq 

əlifbanı  və  ortaq  İslam-Türk  mədəniyyətini  parçalamaq  idi.  Bu 

səbəbdəndir ki, M.F.Axundzadənin, M.A.Şahtaxtlının  «əlifba və 

din  islahatları»,  Mizə  Kazım  bəyin  «dil  islahatı»  Rus-Avropa 

alimləri  tərəfindən  rəğbətlə  qarşılanmış  və  onlara  lazımı 

dəstəklər  verilmişdir.  Vaxtilə  Əli  bəy  Hüseynzadə  bu  «islahat-

lar»ın  antislam,  antitürk  mahiyyətini  görərək  bildirmişdir  ki, 

«əlifba  islahatı»nın  (Buna  «din  islahatı»nı  da  əlavə  etmək 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

103 


lazımdır. Sadəcə, o dövrdə Axundzadənin antislam ruhlu «Kəm-

alüdövlə məktubları» hamı kimi ona da məlum deyildi) tərəfdar-

larının (Axundzadə, Şahtaxtlı) Tiflisdən bunu bəyan etmələri çox 

düşündürücüdür:  «Üç  yüz  milyon  İslamın  əlifbasının  altmış-

yetmiş  milyon  türkün  imlasını  bir  hökmi-qaraquşilə  türkün, 

İslamın  mərkəzindən  uzaq  olan  yuvalarından  birdən  dəyişmək 

istəyirlər!  Halbuki,  böylə  mühüm  bir  əmr  üçün  kəndilərində 

lazım  gələn  məlumatdan  əsər  belə  yox!  Türkün  imlasını  islahı 

üçün  deyil,  sərf  və  nəhvi  mükəmməl  bilmək,  bəlkə  bütün 

türklərin  tarixinə,  ədəbiyyatına,  etnoqrafiyasına,  fonologiyasına 

haqqı ilə aşina bulunmaq tələb edər» [111, 360].  

Fikrimizcə,  Ə.Hüseynzadə  xeyli  dərəcədə  haqlı  idi  ki, 

ortaq  türkcədən  ayrı  Azərbaycan  türkcəsinin  inkişafında,  eləcə 

də  əlifba  islahatı  məsələsində  əvvəlcə  çar  Rusiyası,  sonralar 

Sovet  Rusiyasının  maraqlı  və  icraçı  olmaları  təsadüfi  olmamış-

dır.  Hər  iki  halda  məqsəd  Azərbaycanı  Türk  dünyasından, 

xüsusilə Güney Azərbaycan və Türkiyə türklərindən ayırmaq idi. 

Ona görə də Ə.Hüseynzadənin vaxtında ruslaşdırmaq siyasətinə 

qarşı  irəli  sürdüyü  «Osmanlı  türkçülüyü»  ideyasına  haqq 

qazandırmamaq mümkün deyil. 

Bu ona işarə idi ki, «islahatlar» məsələsində Axundzadə və 

Şahtaxtlı  hansısa  sifarişləri  bilərəkdən  və  ya  bilməyərəkdən 

gündəmə  gətirirdilər.  Çünki  əlifba  və  dil  “islahatı”nın  əsas 

müəllifləri  çar  Rusiyası  və  Avropa  ideoloqları  idilər.  Onlar 

müsəlman  xalqlarının  «oyanışına»-«maarfilənməsinə»  xidmət 

adı  altında  müsəlmanların  ortaq  ərəb  əlifbasını,  türklərin  ortaq 

türk  dilinin  aradan  qaldırmaq  xətti  götürmüşdülər.  Ancaq  bunu 

inandırıcı  etmək  üçün  elə  bir  şərait  yaratmışdılar  ki,  həmin 

ideyaları məhz müsəlman-türk mütəfəkkirləri irəli sürürdülər.  



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə