İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə36/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   32   33   34   35   36   37   38   39   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

110 



110 

uğraşmışdır.  Ancaq  çar  Rusiyasının  ideoloqları  həmin  dövrdə 

bunu həyata keçirməyin mümkünsüzlüyünü görərək, Şahtaxtlıya 

ciddi dəstək verə bilməmişlər. 

Şahtaxtlının Rus-Avropa-Qərb ideologiyasına xidmət edən 

əməllərindən biri də Azərbaycan tükrlərinin adının azərbaycanlı, 

türk  dilinin  Azərbaycan  dili  adlandırılması  ilə  bağlı  olmuşdur 

[204,  28-29].  Şübhəsiz,  çar  Rusiyası  ideoloqu  tatar  dili  və  tatar 

kimliyinin  Azərbaycanda  özünü  doğrultmadığını  görür,  bu 

baxımdan  başqa  variantları  dənəyirdi.  Şübhəsiz,  digər  ideyalar 

kimi bu ideyanı da bir rusun deyil, bir türkün irəli sürməsi lazım 

idi.  Bu  mənada,  çar  Rusiyasının  ideoloqları  Şahtaxtlı 

faktorundan 

istifadə 

edərək  azərbaycanlı  kimliyini  və 

Azərbaycan dilini gündəmə gətirməyə çalışmışlar. Ancaq bunun 

da  həmin  dövrdə  gerçəkləşməsinin  mümkünsüzlüyü  ortaya 

çıxdıqdan sonra, bir müddət həmin məsələyə qayıdılmamışdır. 

Şahtaxtlının  İslam  dini  ilə  bağlı  bir  çox  yazılarında 

bütövlükdə,  dinə  münasibətinin  Axundzadədən  fərqlənmədiyini 

ifadə etmişdir. O, «Türkiyəni necə xilas etməli» (1901) əsərində 

Osmanlı  İmperiyasının  düşdüyü  acınacaqlı  vəziyyətdən  xilas 

olması  üçün,  türklərin  Qərb  siyasi  doktrinalarına  müraciət 

etmələrinin,  o  cümlədən  konstitusiyalı  dövlət  olmasının,  parla-

mentli  ölkəyə  çevrilməsinin  vacibliyindən  bəhs  etmişdi.  Onun 

fikrinə görə, əgər Türkiyə öz mövcudluğunu qoruyub saxlamaq 

istəyirsə  avropalaşmalı,  Avropa  mədəniyyətini  qəbul  etməlidir 

[204, 43-44]. Şahtaxtlı yazırdı ki, türk millətinin inkişafına isə iki 

amil əngəl olur: despotizm və ruhanilərin hakimiyyəti: «Savadlı 

idarə  üsulunun  meydana  gəlməsi  ilə  despotizmin  yox  olması 

kimi,  onlar,  ümid  var  ki,  öz  cürətli  hərəkətləri  ilə  ruhaniliyə  də 

qələbə  çalacaqlar»  [204,  45].  Ruhanilərin  dövlətdə  tutduğu 

mühüm  mövqeyi  tənqid  edən  M.Şahtaxtlı  yazırdı  ki,  ruhanilik 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

111 


insanın qanunları və biliyi ilahi qüvvədən hazır şəkildə aldığını 

öyrədir. Bu baxımdan İslam dini adından bütün fəlsəfi təlim və 

mübahisələr,  fikir  və  şüur  azadlıqları  ləğv  edilmişdir.  Eyni 

zamanda, dünyanın adət və tələbləri dəyişildiyi halda, dəyişilmə-

yən İslam qanunları cəmiyyəti əzir və təbii ədalət hissini məhv 

edir.  Bütün  bunları  aradan  qaldırıb  Osmanlı  cəmiyyətini 

dinsizləşdirmək üçün, ilk növbədə islam xəlifəliyi, dövləti İslam 

qanunları ilə idarə etmək ləğv edilməlidir [204, 46-48].  

Bu  məsələlərdə  M.A.Şahtaxtlı  müəyyən  qədər  haqlı 

görünsə də, İslam dininə münasibətdə aşırı radikallıq etməsi və 

birmənalı  şəkildə  Avropa-Qərb  dəyərlərinin  müsəlman-türk 

ölkələrində  tətbiq  olunmasını  iddia  etməklə  səhvlərə  yol 

vermişdi.  Bizcə,  M.A.Şahtaxtlı  bu  cür  radikal  qərbpərəst  və 

ruspərəst  mövqeyini  isə  «Şərqi-Rus»  qəzetində  dərc  olunan 

məqalələrində  daha  açıq  şəkildə  ifadə  etmişdir.  Belə  ki,  o,  bu 

qəzetdə  yazdığı  məqalələrdə  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə  və 

Ə.Topçubaşıdan  fərqli  olaraq,  müsəlman-türk  dünyasının 

problemlərdən 

çıxış  yolunu  islamçılıq  və  türkçülükdə 

yaranmasında  deyil,  ümumiyyətlə,  İslam  dəyərlərindən  imtina 

edilərək  qərbləşməkdə,  avropalaşmaqda,  hətta  ruslaşmaqda 

görürdü. Onun fikrincə, çünki İslam dininə  əsaslanan qanunlara 

qarşı mübarizə aparmaq, islahatlar həyata keçirmək çox gecdir. 

Bunun üçün istər islam, xaçpərəst, istərsə də məcusi, saibi üçün 

olsun çıxış yolu, indiki avropalıların vaxtilə keçdikləri körpü ilə 

keçməkdir:  «Daha  bu  körpünü  buraxıb  boğula-boğula  sudan 

keçmənin  nə  ləzzəti  var?  Bu  gün  aləmi-islamiyyətin  işıqlı 

yerlərində Avropada vücuda gətirilən açıq, asan, faydalı kitablar, 

əsərlər,  alətlər  gündən-günə  çoxalmaqda,  alimlər  onlardan 

istifadə etməkdədir» [204, 70].  




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

112 



112 

Beləliklə, türk-müsəlman xalqlarının mövcud problemlər-

dən xilas olması və inkişafı üçün radikal qərbçiliyi əsas prinsip 

kimi  götürən  M.A.Şahtaxtlı  bu  yolda  İslam  və  ona  əsaslanan 

«İttihadi-islam»ı əngəl kimi görür, mütərəqqi islamçılıqdan çıxış 

edənləri,  xüsusilə  Ə.Ağaoğlu,  Ə.Topçubaşı  və  başqalarını 

«panislamizm»ə,  yəni  «İslam  birliyi»nə  çalışmaqda  ittiham 

edirdi  [29,  232].  Şahtaxtlının  fikrincə,  «panislamizm»in 

mənəvi  zərəri  isə  xristian  dövlətlərini,  Avropa  mədəniyyətini 

müsəlmanlara 

düşmən 

göstərməsi, 



bu 

mədəniyyətə 

yiyələnmələrinə  əngəl  olmalarıdır  [204,  107].  Bununla  da 

Şahtaxtlı  Ə.Ağaoğlu,  Ə.M.Topçubaşı  başda  olmaqla  islamçı-

türkçü  ideoloqları  qeyri-səmimilikdə  ittiham  edir,  onları 

islamçılığın  və  türkçülüyün  qabaqcılları  kimi  görmədiyini 

qeyd edirdi [204, 105-106]. Ə.Ağaoğlu isə M.Şahtaxtlını daha 

çox  «Şərqi-Rus»  qəzetində  müasir  və  milli  ruhlu  islamçılığa 

qarşı  yönəlmiş  mülahizələrinə  görə  tənqid  etmişdi. 

Ağaoğlunun  fikrinə  görə,  «Şərqi-Rus»  bundan  xilas  olmaq 

üçün,  cəmiyyəti  Qərb  dəyərləri  ilə  tanış  etməklə  yanaşı, 

Şərqin  tarixi-fəlsəfi  cəhətdən  öyrənilməsinə,  həmvətənlərinin 

dünyaya  baxışının  və  mənəvi  həyatının  yeniləşməsinə  də  öz 

töhfələrini  verməlidir  [29,  230].  Xüsusilə,  M.A.Şahtaxtlının 

«hər  bir  şəriət  zaman  və  məkanilə  məhdudur,  heç  bir  şəriət 

tabeləri tərəfindən səmavi də hesab olunsa, əbədi və küll ola 

bilməz» fikrini tənqid edən Haşım bəy Vəzirov bütün bunları 

küfr  və  ruspərəstlik  kimi  qiymətləndirirdi  [28,  238]. 

M.T.Sidqi, F.B.Köçərli və başqa aydınlar isə bu qarşıdurmaya 

qarşı çıxaraq bunu, millətin birliyinə və inkişafına zərər hesab 

edirdilər [201, 178]. 

«Molla Nəsrəddinçilər» və ruspərəstlik. Axundzadə, 

Şahtaxtlıdan  sonra  Rus-Avropa-Qərb  mədəniyyətinə  və 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə