İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə41/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   37   38   39   40   41   42   43   44   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

125 


«Beynəlmiləlçi»liyin  təsiri  altında  olduğu  dövrdə  də 

Saibirin milli ruhlu ruhlu şeirlər yazmasının, Axundzadəni deyil  

H.Zərdabini  «mənəvi  atamız»  [196,  169]  adlandırmasının 

nəticəsidir ki, onun «beynəlmiləlişməsi» prosesi tam olaraq rus-

avropa 

ideoloqlarını 



qane 

etməmişdir. 

Hətta, 

bunu 


Məmmədquluzadə də etiraf etmişdir ki, Sabir müəyyən mənada 

onların  istəklərinə  uyğun  şeirlər  yazsa  da,  bütövlükdə 

beynəlmiləlçi,  inqilabçı  şair  ola  bilməmişdir.  Görünür,  bunu 

nəzərə  alaraq  sovet  dövründə  C.Məmmədquluzadə  yazırdı  ki, 

Qəmküsar «fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid 

və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı» [148, 287]. Çünki 

1917-ci  il  fevral  inqilabı  nəticəsində  çar  rejiminin  məhv 

olmasından  sevinənlərə  üzünü  tutub  Qəmküsar  yazırdı  ki, 

istibdadi-cismaninin yıxılmasından sonra siyasi, söz, mətbuat və 

b.  azadlıqların  yaranması  ilə  iş  bitmir.  Onun  fikrinə  görə,  vaxt 

varkən  istibdadi-ruhanini  də  yıxıb,  yaxanı  qurtarmaq  lazımdır: 

«Yoxsa,  istibdad  istibdaddır.  O  olmasın,  bu  olsun»  [135,  147]. 

Halbuki  Sabir  heç  vaxt  Şahtaxtlı,  Məmmədquluzadə  və 

Qəmküsar kimi İslam dininə bu cür yanşamamışdır. Bu mənada, 

Sabirin  ümumi  ruhu  «beynəlmiləlçilik»dən  çox  milli-dini 

ideyalarla bağlı olmuşdur. Ancaq bəzi şeirlərində ifrata varması, 

üstəlik sovet ideoloqlarının onunla bağlı bu istiqamətdə təbliğat 

aparması Sabirin milli-dini ruhunu kölgədə qoymuşdur. 

Fikrimizcə, həmin dövrdə «Molla Nəsrəddin»in mövqe-

yini  dəstəkləyənlər  arasında  Ə.  Haqverdiyev,  M.S.Ordubadi  də 

olmuşdur.  «Xortdanın  cəhənnəm  məktubları»  əsərində 

dolayısıyla da olsa, dini tənqid edən Əbdürrəhim Haqverdiyev 

İslam  dinində  qeyd  olunan  cəhənnəmin  əslində  bu  dünyada  

olduğunu göstərməyə çalışmış [98, 26], bütövlükdə Rus-Avropa-

Qərb  mədəniyyətinin  təsiri  altında  olmuşdur.  Bunu,  müəyyən 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

126 



126 

mənada  Ə.Haqverdiyev  də  sovet  dövründə  etiraf  edərək 

yazmışdır ki, Azərbaycan türk ədəbi dilinin formalaşmasında rus 

dilinin  mühüm  təsiri  olmuşdur:  «1890-cı  illərdə  ortalığa  atılıb 

ədəbiyyatla  məşğul  olmaq  istəyən  ziyalılarımız,  özümü  də  o 

cümlədən hesab edirəm, iki tərəfdən də avara olub məcburən 

rus  ədəbiyyatı  təsiri  altına  düşüb,  türk  dilində  rus  cümlələri 

işlətməyə üz qoydular» [98, 377].  

“Mollanəsrəddinçi”lərin mövqeyini dəstəkləyən Məm-

məd  Səid  Ordubadi  də  bu  dövrdə  milli  və  dini  məsələyə 

münasibətdə, daha çox İslamı və İslam birliyini tənqid etmiş, 

türklüyə  isə  müəyyən  qədər  meyil  göstərmişdir  [173,  5]. 

Ancaq  1910-1920-ci  illərdə  o,  millilikdən  də  tamamilə 

uzaqlaşaraq  «Molla  Nəsrəddin»  və  başqa  qəzet-jurnallara 

göndərdiyi  məqalələrdə  İslamla  yanaşı,  milli  birliyi  də  sərt 

şəkildə tənqid etməyə başlamışdır [173, 45].  

Çar Rusiyası və Sovet Rusiyası dövründə M.A.Şahtaxtlı, 

Ə.Qəmküsar,  C.Məmmədquluzadəni,  ümumiyyətlə  əksər 

«mollanəsrəddinçi»ləri    ona  görə  qəbul  edirdilər  ki,  onlar  bir 

tərəfdən  İslama,  digər  tərəfdən  «Osmanlı  ləhscəsi»  əsasında  

ortaq  türk  dilinin  hədəflənməsinə  yönəlmiş  ideyaya  qarşı 

çıxmışlar.  Hər  halda  rus  ideoloqları  nə  olursa-  olsun  «İslam 

birliyi»ni  parçalamaq,  ortaq  türk  dilinin  və  mədəniyyətinin 

yaranmamasına  çalışırdılar.  Bu  işdə    «şərqi-rus»çular  və 

«mollanəsrəddin»çilər  (burada  həmin  mətbu  orqanlarının  əsas 

ideya müəllifləri nəzərdə tutulur) heç də onların xeyrinə olan az 

iş görmürdülər. Başqa sözlə, Hüseynzadə və Ağaoğludan fərqli 

olaraq  üzünü  Türk-İslam-Şərq  mədəniyyətinə  deyil,  Rus-

Avropa-Qərb 

mədəniyyətinə  tutan  «şərqi-rus»çular  və 

«mollanəsrəddin»çilər rus ideoloqlarına lazım idilər. Fikrimizcə, 

məhz  bunun  nəticəsidir  ki,  çar  Rusiyası  hakimiyyəti  milli 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

127 


ideoloqları  (Hüseynzadə,  Ağaoğlu  və  b.)  Vətəni  tərk  etməyə 

məcbur  etdikləri  halda,  M.Şahtaxtlıya,  C.Məmmədquluzadəyə 

və  onlarla  həmfikir  olanlara  toxunmamışdır.  Çünki  milli 

ideoloqlardan fərqli olaraq şahtaxtlıların, məmmədquluzadələrin 

bir çox məsələlərə baxışları çar Rusiyasının maraqları ilə üst-üstə 

düşürdü. 

Maraqlıdır ki, müstəqillik dönəmində bir çox tədqiqatçılar, 

əsasən  də  sovet  dövrünün  yetişdirməsi  olanlar  hazırda 

Şahtaxtlını, Məmmədquluzadəni böyük  azərbaycançı ideoloqlar 

kimi  qələmə  verirlər.  Bu  cür  tədqiqatçılar  (Y.Qarayev, 

S.Vəliyeva 

və 


b.) 

hesab 


edirlər 

ki, 


M.Şahtaxtlı, 

C.Məmmədquluzadə  azərbaycançılığın  əsas  ideoloqlarından 

olmuşlar. 

Özəlliklə, 

buna 

ən 


bariz 

nümunə 


kimi 

Məmmədquluzadənin  bir  tərəfdən  xurafat  və  mövhumat  (İslam 

dini deyil) əleyhinə mübarizəsi, digər tərəfdən  «Osmanlı  dili»ni 

deyil  Azərbaycan  türkcəsini  müdafiə  etməsini  göstərirlər. 

Məsələn,  Y.Qarayev  onu  «islam  və  şərq  siyasi  mənliyinin 

ideoloqu»  [127,  242],  S.Vəliyeva  isə  azərbaycançılıq  ideyasını 

bütün  çılpaqlığı  ilə  ilk  dəfə  irəli  sürən  mütəfəkkir,  onun  banisi 

kimi qələmə verib [221, 31, 41]. 

Fikrimizcə,  bu  məsələdə  çox  şişirtməyə,  mübaliğəyə  yol 

verilir.  Doğrudur,  M.Şahtaxtlı,  C.Məmmədquluzadə  və  onlarla 

həmfikir  olanlar  Azərbaycan  xalqının,  Azərbaycan  türklərinin 

maariflənməsi  və  azadlığı  uğrunda  müəyyən  işlər  görmüşdür. 

Ancaq ümumilikdə, istər M.Şahtaxtlının, istərsə də C.Məmməd-

quluzadənin  tutduğu    yol  türkçülük  və  islamçılıqdan  yox,  Rus-

Avropa-Qərb mədəniyyəti ilə səsləşmişdir. Onlar hesab edirdilər 

ki, müsəlman ölkələrindəki bütün bəlaların əsas səbəbkarı İslam 

dinidir, bundan çıxış yolu isə İslam mədəniyyətindən imtina edib 

Rus-Avropa-Qərb  mədəniyyətinə  üz  tutmaqla  bağlıdır.  Onların 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə