İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə42/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   38   39   40   41   42   43   44   45   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

128 



128 

bu  xətti  vaxtilə  eyni  fikirlərdən  çıxış  etmiş  Axundzadənin 

yolundan çox da fərqlənmirdi. Bu yolu tutan Axundzadə əvvəlcə 

İslam  mədəniyyətindən,  daha  sonra  Türk  mədəniyyətindən 

imtina  etmişdir.  Şahtaxtlı,  Məmmədquluzadə,  Qəmküsar  və 

onlarla  həmfikir  olanlar  İslama  münasibətdə  birmənalı  şəkildə 

Axundzadənin  yolunu  davam  etdirdiyi  halda,  milli  mədəniyyət 

məsələsində  bir  qədər  ehtiyatlı  mövqe  tutmuşlar.  Ancaq  o  da 

maraqlıdır  ki,  bu  mütəfəkkirlər  milli  mədəniyyət  məsələsində 

ümumtürk  ruhunu  deyil,  daha  çox  Rus-Avropa-Qərb 

ideoloqlarına  sərf  edən  xüsusiliyi  qəbul  etmişlər.  Belə  ki,  milli 

mədəniyyət məsələsində ümumtürk ruhlu türk ədəbiyyatını, türk 

tarixini,  türk  dilini  müdafiə  etməmiş,  daha  çox  lokanik  tarix  və 

dildən çıxış etmişlər. Hər halda, onların ortaq türk dili əvəzinə, 

məhəlli  türk  dilini  müdafiə  etmələri,  eyni  zamanda  ortaq 

əlifbanın  aradan  qaldırılması  prosesində  müəyyən  əməkləri 

danılmazdır. 

Yeri  gəlmişkən,  çar  Rusiyası  dövründə  «İslam  birliyi» 

məsələsində  müsəlmanlar  arasında  təfriqə  salan  Rus-Avropa-

Qərb  ideoloqları  ilk  dövrlərdə  yerli  türkçülüyə  (Rusiyada  baş 

qaldıran  türkçülüyə)  bir  o  qədər  toxunmurdular.  Çünki  ilk 

mərhələdə  onlar  türkçülüyü  «İslam  birliyi»nin  parçalanması 

baxımından  mühüm  hesab  edirdilər.  Hətta,  bu  meyil  SSRİ-nin 

mövcudluğunun  ilk  dövrlərində  də  özünü  büruzə  verirdi.  Bu 

mənada,  «Molla  Nəsrəddin»  jurnalı,  Allahsızlar  İttifaqı,  «Yeni 

türk  əlifbası»  və  s.  məsələlər  «İslam  birliyi»ni  parçalamağa 

xidmət etmişdir. 

Beləliklə,  çar  Rusiyası  və  Avropa  ideoloqlarının  maraqlı 

olduğu əlifba və din islahtlarını SSRİ həyata keçirmiş oldu. Çox 

yazıqlar  olsun  ki,  rus-mason-bolşefaşistlərinin  əvvəlcədən 

planlaşdırılmış 

«islahatlar» 

oynunda 

M.A.Şahtaxtlı, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

129 


N.Nərimanov, C.Məmmədquluzadə, S.Ağamalıoğlu və başqaları 

yaxından  iştirak  etmişlər. Türk-müsəlman xalqlarının həyatında 

reallaşdırılan  «islahatlar»ın  nəticəsində  ilk  növbədə,  əlifba 

ayrılığı  baş verdi. Bununla yanaşı, çar Rusiyası dövründə təməli 

qoyulan ortaq türk dilinə qarşı yönəlmiş ləhcə fərqlilikləri SSRİ 

dövründə  daha  da  sürətləndirildi.  Əgər  XX  əsrin  əvvəllərində  

türksoylu xalqlar  az-çox bir-birlərinin ləhcələrini başa düşür və 

ortaq  türkcədə  danışa  bilirdilərsə,  SSRİ  dövründə  aparılan 

ruslaşdırma-avropalaşdırma  siyasəti  nəticəsində  bir-birlərini 

anlamayacaq  vəziyyətdə  gətirildilər.  Xüsusilə,  türklərin  böyük 

əksəriyyətinin  yaşadığı  Rusiyada  ortaq  türk  dilinin  Leninin  dili 

olan  rus  dili  ilə  əvəzlənməsi  və  rus-kiril  əlifbasına  keçid    bu 

məsələdə  mühüm  rol  oynadı.    Leninin  dili  olan  rus  dili  bir 

tərəfdən  ortaq  türk  dilinin  ayrı-ayrı  ləhcələr  şəklində 

formalaşmasına,  digər  tərəfdən  həmin  ləhcələrin  də 

ruslaşdırılmasına-avropalaşdırılmasına səbəb oldu. 

Bütün bunların nəticəsidir ki, hazırda türksoylu dövlətlərin 

liderlərindən  tutmuş  alimlərinədək  hamısı  bir-birləri  ilə  rus 

dilində  təmas  yaradırlar.  Hələ  də,  kiril  əlifbasından  dövlət 

səviyyəsində  istifadə  edən türksoylu xalqlar  (qırğızlar, qazaxlar 

və b.) var. Bu fərqliliklər İslam dininə münasibətdə də bu və ya 

digər formada özünü büruzə verir.  

Yeri  gəlmişkən,  «Molla  Nəsrəddin»  jurnalında  çar 

Rusiyasında  və  Sovet  Rusiyasında  dərc  olunmuş  məqalələri 

toplanaraq  ensiklopedik  şəkildə  yenidən  nəşr  edilmişdir. 

Maraqlıdır,  «Molla  Nəsrəddin»  jurnalının  ifrat  islamçılığını  və 

türk  mədəniyyətinə  də  bir  qədər  aşağılayıcı  mövqeyini  yeni 

nəsilə çatdırmaq nə qədər vacibdir?! Xüsusilə, çar Rusiyasından 

fərqli  olaraq  SSRİ  dövründə  «Molla  Nəsrəddin»  jurnalı  açıq-

aşkar  dinsizliyi,  allahsızlığı,  antisilamçılığı  təbliğ  etmişdir  ki, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

130 



130 

bütün bunları yenidən Azərbaycan xalqının şüuruna yeridilməsi 

başa düşülən deyildir. 

Milli-dini 

və 

ruspərəst-qərbpərəst-beynəlmiləlçi 

sosial-demokratlar.  XX  əsrin  əvvəllərində  Rus-Avropa-Qərb 

mədəniyyəti  və  ideologiyasından  çıxış  edən  cərəyanlardan  biri 

sosial-demokratiya  olmuşdur.  Çünki  bu  cərəyanda  liberalizm, 

liberal-demokratizm 

kimi  Azərbaycan  türk  toplumuna 

Avropadan-Rusiyadan    daxil  olmuşdu.  Ancaq  bir  çox 

müddəalarına  görə,  sosial-demokratiya  Azərbaycan  türk 

mütəfəkkirlərinin də diqqətini cəlb etmiş, onlardan bir qismi ya 

müəyyən  bir  dövrdə,  ya  da  sona  qədər  milli  ideya  kimi  ona 

tapınmışlar. Çünki sosial-demokratlar sinfi mübarizə adı altında 

bütün  millətlərin  azadlığı,  sosial  bərabərlik,  mütləqiyyət 

rejimlərinin  devrilməsi,  bütün  dinlərə  eyni  prizmadan  yana-

şılması ideyalarından çıxış edirdilər. Marksistlərə görə, milli və 

dini məsələ yoxdur, yalnız sinfi məsələ var, kapitalizmlə mübari-

zələri  də  milli  deyil,  sinfi  xarakter  daşıyır  və  imperalizmdən 

əziyyət çəkən bütün millətlərin azadlığı uğrunda çalışırlar. Sinfi 

mübarizədə  əsas  hədəfləri  isə  ayrıca  bir  millətin  deyil,  bütün 

dünya  millətlərinin,  heç  bir  ayrı-seçkilik  qoymadan  sosializm 

quruluşuna keçməsinə nail olmaqdır.  

Bu  kimi  müddəalar  çar  Rusiyasının  tərkibində  yaşayan 

bir  çox  millətlər  kimi  Azərbaycan  türkləri  üçün  də  yeni  və 

cəlbedici idi. Bu baxımdan marksizmin Azərbaycanda yayıldığı 

ilk  dövrlərdə  bir  çox  milli-dini  məfkurəyə  əsaslanan 

mütəfəkkirlərimiz (Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b.) ona rəğbət 

bəslədiyi, hətta bəziləri (M.Ə.Rəsulzadə, A.Kazımzadə, M.Ə.Rə-

suloğlu  və  b.)  sosial-demokratizmin  sıralarında  Azərbaycan 

türklərinin  mənafeyi  naminə  mübarizə  apardığı  halda,  digər  bir 

qismi 


ziyalılarımız 

(S.M.Əfəndiyev, 

M.Əzizbəyov, 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə