İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə47/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   43   44   45   46   47   48   49   50   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

143 


ruhanilərin əməllərinin üst-üstə düşmədiyini və bu dində faydalı 

cəhətlərin olmasından bəhs etmişdir [79, 191]. 

Ümumiyyətlə,  Nərimanov  SSRİ  dövründə  bir  neçə  dəfə 

əvvəllər  özünün  antislamçılıq  və  antitürkçülük  mövqeyində 

olması barədə fikirlər səsləndirmişdi. Ancaq Nərimanov beynəl-

miləlçiliyini  və  antislamçılığını  elə  bir  formada  təqdim  edir  ki, 

ziddiyyət açıq-aşkar hiss olunur. Məsələn, o yazırdı ki, Nikolayın 

süqutundan əvvəl panislamistlərlə bir yerdə işləsə də (!), onların 

ideyalarına ciddi yanaşmamışdır:  «.. hələ Nikolayın süqutundan 

əvvəl  mən  panislamistlərlə  işləmişəm,  bizim  bir  məqsədimiz 

vardı – Nikolayı yıxmaq, onlar da Nikolayı yıxmaq istəyirdilər, 

biz də.  Lakin onlar panislamizmdən danışmağa başlayanda, mən 

həmişə  gülüb  deyirdim:  Heç  vaxt  siz  millətəri  islam  bayrağı 

altında    toplaya  bilməyəcəksiniz,  heç  vaxt  fars  Türkiyənin 

bayrağının altında  yaşamağa razı olmayacaq, heç vaxt türk razı 

olmaz ki, başı üstündə İran tayfası ağalıq etsin» [259, 495]. 

Bununla da, Nərimanov 1917-ci il Rusiya burjua inqilabın-

dan sonra deyil, əvvəllər də beynəlmiləlçi və marksist olmasını 

sübut  etməyə  çalışmışdır  ki,  bu  məsələ  də,  onu  başa  düşmək 

çətin deyildir. O, sosial-demokratizmə təsadüfən üz tutmadığını 

əsaslandırmaq  üçün  özünü  beynəlmiləlçi  kimi  qələm  verirdi. 

Əgər  Nərimanov  1917-ci  il  fearal  burjua  inqilabından  sonra 

sosial-demokratizmə  deyil,  milli-demokratizmə  üz  tutsaydı  o 

zaman  da,  vaxtilə  türklük  və  islamla  bağlı  yazılarını  nümunə 

göstərəcəkdi. Hətta, bizcə, Nərimanov milli-demokratizm xəttini  

seçib, bu zaman mövqeyini əsaslandırmaq üçün vaxtilə islama və 

türklüyə  bağlı  olduğunu  iddia  etmiş  olsaydı  daha  inandırıcı  və 

gerçək  görünərdi.  Deməli,  sovet  dövründə  bu  fikri  ifadə  edən 

Nərimanov  siyasi-ideoloji  mühitə  uyğun  olaraq  çıxış  etmiş, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

144 



144 

bununla  da  1917-ci  ilə  qədərki  tərəddüdlü  mövqeyinə  bolşevik 

don geyindirməyə çalışmışdır.  

Ancaq hazırda bəzi tədqiqatçılar (A.Hacıyeva və b.) iddia 

edirlər  ki,  Nərimanovun  bu  cür  fikirləri  onun  vaxtilə  dinə 

münasibətdə “ittihadi-islamçılar”a (Hüseynzadə, Ağaoğlu və b.) 

nisbətən    daha  rasional  mövqe  tutması  ilə  bağlı  olmuşdur  [94, 

17].  Çünki  A.Hacıyevaya  görə,  «ittihadi-islamçılar»ın 

(Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b.) baxışları xülya olduğu halda, 

N.Nərimanov  gerçəkçi  olmuşdur.  Bu  mənada,  o  yazır  ki,  «dini 

xülyaların  sosializmlə  qarışıq  salınması  N.Nərimanovun 

baxışlarına  yad  idi»  [94,  61].  Hacıyevanın  «dini  xülya»  dediyi 

Ağaoğlu,  Hüseynzadə  tərəfindən  irəli  sürülən  müsəlman 

xalqlarının  oyanışı,  azadlığı  və  birliyi  idi.  Vaxtilə  sovet 

ideoloqları onların bu ideyalarını tamam başqa mənaya yozmuş 

və təhrif etmişlər. Görünən odur ki, indi də sovet təfəkkürünün 

bu  düşüncəsindən  bir  çoxları  qurtulmamışdır.  Ona  görə  də, 

günümüzdə  də  Ağaoğlu,  Hüseynzadə  «ittihadli-islamçılar» 

adlandırılır, onların islamçılıq və türkçülüklə bağlı fikirləri «dini 

xülya»  kimi  qələmə  verilir.  Bunu,  A.Hacıyevanın  «ittihadi-

islamçılar»ın  baxışlarını  ifadə  edərkən  yazdığı  sözlər  də  təsdiq 

edir:  «Müxtəlif  ərazilərdə  yaşayan,  müxtəlif  iqtisadi,  siyasi-

ictimai  inkişaf  yolu  keçmiş  xalqların  islam  bayrağı  altında  

vahid  millət  halında  birləşə  biləcəyi  utopik  bir  xülya  təsiri 

bağışlayır»  [94,  16-17].  Əslində  Ağaoğlu,  Hüseynzadənin 

nəzərdə  tutduğu  «vahid  islam  milləti»nin  yaranması  deyil, 

müsəlmanlar  arasında  mənəvi  birlik  və  mənəvi  oyanışın 

yaranması  idi.  Bütün  bunlar  SSRİ  dövründə  təhrif  edilmiş  və 

sovet  ideologiyasına  uyğunlaşdırılmışdır.  Bir  sözlə,  SSRİ 

dövründə milli ideoloqların fikirləri bir, rus bolşevizminə xidmət 

edənlərin düşüncələri isə digər istiqamətdə təhrif edilmişdir.  



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

145 


Bu mənada, rus bolşevizminin yolunu tutan Nərimanov və 

onun  məsləkdaşlarının  SSRİ  dövründə  mifləşdirilməsi  təsadüfi 

olmamışdır. Bu o dövrün mühiti və ideologiyası ilə birbaşa bağlı 

olmuşdur.  Bunda  yalnız  sovet  ideoloqları  deyil,  eyni  zamanda 

rus bolşevizminə üz tutanların özləri də maraqlı olmuşlar. Əgər 

problemə oybektiv yanaşsaq görərik ki, Nərimanov da 1917-ci il 

fevral  burjua  inqilabına  qədər  islam  və  türklüyə  bir  ideya  xətti 

kimi  baxmasa  da,  ümumilikdə    onları  birmənalı  şəkildə 

inkarçılıq  yolu  da  tutmamışdır.  Bu  dövrdə  bir  çox  Azərbaycan 

türk  aydınları  kimi,  Nərimanov  da  milli  ideya  axtarışında 

olmuşdur. Məhz bu səbədəndir ki, Nərimanov bir tərəfdən Türk-

İslam mədəniyyəti və ideologiyası xəttinə qulluq edən qəzetlərlə 

əməkdaşlıq  etmiş,  digər  tərəfdən  milli  sosial-demokrat  təşkilatı 

«Hümmət»in  üzvü  kimi  marksizmlə  də  maraqlanmışdır.  Bu 

baxımdan,  həmin  dövrdə  Nərimanovun  yazıları  ümumi 

xarakterlidir  və  ideya  baxımdan  konkretlikdən  çox  uzaqdır.  O, 

islamın  və  türklüyün  də,  sosial-demokratiyanın  da  müsbət 

cəhətlərini  göstərmiş,  ancaq  onlara  qarşı  hər  hansı  ciddi 

tənqidlərdən  yan qaçmışdır. Bütün bunları nəzərə alsar, hazırda 

Nərimanovun tədqiqatçılarından A.Hacıyevanın yazması ki, onu 

düşündürən  hansısa  bir  zümrənin,  sinfin  deyil,  millətin  taleyi 

olmuşdur,  bunun  özü  konkretlikdən  çox  uzaqdır:  «Onun 

mövzusu  əsasən  ümumcamaat,  ümummillət  dərdləridir,  istər 

Rusiyaada, istərsə dünyada siyasi və iqtisadi əsarətə məruz qalan 

müsəlmanlardır» [94, 57].  

Halbuki millətin dərdi hər bir mütəfəkkiri düşündürə bilər, 

ancaq o çıxış yolu göstərməlidir. N.Nərimanov isə həmin dövrdə 

konkret  bir  deya  seçə  bilmədiyi  üçün  ümumi  tezislərlə  çıxış 

edirdi.  Hər  halda,  ümummillətin,  müsəlmanların  dərdlərini 

düşünmək  bir  şeydir,  bundan  çıxış  yolu  kimi  hər  hansısa  bir 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə