İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə55/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   51   52   53   54   55   56   57   58   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

167 


konkret  Azərbaycan  türkçlüyünü  də  təbliğ  etmişdir.  O, 

«Azərbaycan  bayrağına»  şeirində  Türküstandan,  Turandan,  üç 

boyalı  türk  bayrağından,  türklərin  soykökündən,  türk  ellərinin 

birliyindən  söz  açmışdır:  «Qayi  xan  soyundan  aldığın  rəngi, 

Qocalmış  Elxanla  müsəlman  bəgi.  Elxanın  övladı,  dinin  dirəgi, 

Gətirdin  könlümə  səfa,  bayrağım!»  [58,  127].  Milli  istiqlala  və 

türkçülüyə bağlı olan Cəfər Cabbarlı «Azərbaycan bayrağına» 

adlı  şeirində  üç  boyalı-üç  mənalı  Azərbaycan  türk  bayrağının 

fəlsəfi-ideoloji  izahını  belə  vermişdir:  «Bu  göy  boya  Göy 

Moğoldan  qalmış  bir  türk  nişanı,  Bir  türk  oğlu  olmalı!  Yaşıl 

boya islamlığın sarsılmyan imanı, Ürəklərə dolmalı! Şu al boya 

azadlığın, təcəddüdün fərmanı, Mədəniyyət bulmalı. Səkkiz uclu 

şu yulduz da səkkiz hərli OD YURDU!» [55, 63]. Eyni zamanda 

Cabbarlı Azərbaycan türkçülüyünün Turanın bir hissəsi olmasını 

da  heç  vaxt  yaddan  çıxarmır:  «Yürəyində  bir  dilək  var,  o  da 

doğru kəsilsin, O gün olsun bir göy bayraq Turan üstə açılsın» 

[55, 63-64]. 

Siyasi-ideoloji  ədəbiyyatda  Milli  İstiqlal  ideyasının 

formalaşmasında  Üzeyir  Hacıbəyli,  Ömər  Faiq  Nemanzadə, 

Əlabas  Müznib  və  başqaları  mühüm  rol  oynamışlar.  Məsələn, 

Üzeyir  Hacıbəylinin  fikrincə,  Qafqaz  müsəlmanlarının  etnik 

mənşələri türk, dilləri türk dili olduğu halda, özlərini və dillərini 

«müsəlman»  kimi  qələmə  vermələri  doğru  deyildir.  Çünki 

«müsəlman» adında nə millət, nə də dil var; müsəlman  İslam 

dinini  qəbul  etmiş  bir  adam  deməkdir  [30,  567].  Beləliklə, 

ərəb  və  fars  təəssübündə  olmayan  Azərbaycan  türklərinin 

etnik  mənşəcə  türklüklərində  qaldıqlarını  bildirən  Hacıbəy-

linin  sözlərinə  görə,  Azərbaycan  türkləri  ilk  növbədə  türk 

dilini  qorumalı,  onun  tərəqqisinə  və  islahına  çalışmalıdırlar: 

«...bir  millətin  də  ki  dili  batdı,  onda  o  millət  özü  də  batar, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

168 



168 

çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb onun 

dilidir»  [30,  568].  Ü.Hacıbəylinin  ana  dili  məsələsi  ilə  bağlı 

mülahizələri  isə  nə  Osmanlı  Türkiyəsinə,  nə  də  Osmanlı 

türkcəsini  müdafiə  edən  Ə.Hüseynzadə  və  başaqlarına  qarşı 

yönəlmişdir.  Sadəcə,  Ü.Hacıbyəli  bu  məsələ  ilə  bağlı  hesab 

edirdi  ki,  bəzilərinin  ana  dilini  inkişaf  etdirmək  əvəzinə, 

osmanlı  şivəsini  bəyənməyib  onlarla  mübahisə  açması  doğru 

deyildir:  «Biz  türk  dili  üzrə  böyük  bir  padşahlıq  təsis  etmiş 

olan osmanlılardan, fars və rus tərcümələri altında bilkülliyyə 

xarab  olub  türklük  ruhunu  itirmiş  olan  dilimizi  təzədən 

öyrənmək  əvəzinə  hələ  osmanlıları  bəyənməyib  sırf  cahil 

olduğumuz  bu  məsələ  üstə  onlar  ilə  mübahisəyə  də  cəsarət 

edirik» [93, 209].  

Beləliklə,  Rusiya  müsəlmanları  arasında  ayrıca  milli 

kimliyə  və  milli  dilə  sahib  Azərbaycan  türklərinin  müstəqil 

millət  olduğunu  müdafiə  edən  Ü.Hacıybəli,  bu  mənada 

Qafqaz  türklərinin  milli  bir  ictimai  təşkilatın  yaranmasını 

zəruriliyindən  də  bəhs  etmişdi.  Üzeyir  bəy  hesab  edirdi  ki, 

artıq millət yolunda ümumi və təkrarçı sözlərdən işə keçməyin 

vaxtıdır  [93,  73-74].  Hacıbəyliyə  görə,    Rusiya  millətləri 

arasında sayına görə ikinci olan türklər arasında milli birliyin 

olmaması doğru deyildir. Onun fikrincə, türklər arasında milli 

birliyin olmamasının nəticəsidir ki, Dövlət Dumasında Rusiya 

türklərini, o cümlədən Azərbaycan türklərini siyasi sima kimi 

tanımırlar.  O,  bundan  çıxış  yolu  kimi,  Rusiya  türklərinin  bir 

millət  kimi  meydana  çıxmasının  vaxtının  çatdığını  yazırdı: 

«Hal-hazırda  əsil  bunun  vaxtıdır  ki,  biz  öz-özümüzə  məhəl 

qoyaq,  millətimizin  qədrini  bilək,  müsəlman  millətinin  içini 

və çölünü o cürə düzəldək ki, biz də bir millət olub millətlər 

arasına  girməyə  laiyq  olaq»  [93,  85-86].  Azərbaycan 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

169 


türkçülüyü  ideyasının  nəticəsi  olaraq  milli  istiqlalın  əldə 

edilməsini  təbii  qarşılayan  Hacıbəyli  «Bir  yaş»  məqaləsində 

yazırdı  ki,  Azərbaycan  Türk  dövlətinin  istiqlalı «türk  irqində 

sağlam  bir  milliyyət  hissi  oyatdı,  millət  nə  olduğunu 

milliyyətini  unutmuş  türklərə  bildirdi:  Onlara  –  sən  əvvəl-

əvvəl  bir  türksən  dedi  və  «türkəm»  dedirtdi»  [91]. 

Ü.Hacıbəylidə  olan  bu  milli  ruhu  inkar  edə  bilməyən  sovet 

müəllifləri  SSRİ  dövründə  yazırdılar  ki,  1920-ci  ilin  aprel 

işğalına  qədər  Ü.Hacıbəyli  marksizmə  yiyələnə  bilməmiş, 

«bəzi  digər  demokratik  ziyalılar  kimi,  müsavatçıların  «milli 

istiqlaliyyət»  pərdəsi  altında  apardıqları  hiyləgər  millətçilik 

siyasətinin  həqiqi  mənasını  düzgün  başa  düşməmişdi. 

Müsavatçıların  hakimiyyəti  illərində  o,  dərin  mənəvi  böhran 

keçirir, millətçilik təsiri altında ciddi ideya-siyasi səhvlərə yol 

verirdi»  [120,  7].  Sovet  müəlliflərinin  Ü.Hacıbəylidə  «ciddi 

ideya-siyasi  səhvlər»  kimi  qələmə  aldığı  məsələlər,  əslində 

onun vətəninə, millətinə, dininə və istiqlalçılığa bağlılığı idi. 

Azərbaycan türkçülüyünün formalaşmasında müəyyən 

rol oynayan Ömər Faiq Nemanzadə «Mən kiməm?!» (1917) 

məqaləsində  günümüz  üçün  də  aktual  olan  bir  çox  maraqlı 

məsələlərə  toxunmuşdur.  O  yazırdı  ki,  hər  kəs  öz  millətini 

tanıyıb  onun  uğrunda  mübarizə  apardığı  bir  zamanda  biz  öz 

millətimizi  sevmək  belə  deyil,  onun  quru  adını  da  bilməyib 

ortada  çaşıb  qalmışıq:  “Kim  olursa  olsun, insan bir  nəfər,  bir 

millət  və  ya  fikri-əməl  uğrunda  vaxt  can  yandırır  ki,  ona  o 

zaman  aşiq  olur  ki,  onu  yaxından  tanıyıb  ürəkdən  sevsin, 

yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil, 

bayağı dostluq belə olmaz. Mən iddia  etmək deyil, uca səslə 

bağırıram  ki,  biz  özümüzü  tanımırız,  biz  öz  millətimizin  boş 

adını belə bilməyiriz» [165, 233-234].  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə