İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə52/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   48   49   50   51   52   53   54   55   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

158 



158 

ci Dünya müharibəsi, 2-ci Rusiya burjua inqilabı və s.) və bir 

sıra  digər  amillər  (milli  özünüdərk,  inqilabi  ideyaların 

güclənməsi,  çar  Rusiyasının  əsarəti  altında  olan  müxtəlif 

xalqların azadlıq hərəkatı və s.) mühüm rol oynadı. Məhz bu 

tarixi  olayların  və  milli  azadlıq  hərəkatlarının  təsiri  altında 

Azərbaycandakı  milli  ruhlu  islamçılar-türkçülər,  liberallar, 

inqilabçılar vahid əqidə ətrafında birləşərək milli və müstəqil 

taktika  yürütməyə  başladılar.  Bu  dövrdəki  hadisələrin  gedişi 

isə  ideya  baxımdan  milli  liberalların  və  türkçülərin,  taktika 

baxımından  isə  milli  inqilabçıların  düzgün  yol  tutduğunu 

təsdiq  etmişdi.  M.B.Məmmədzadə  yazırdı:  ««İttiifaqçılar»ın 

liberal millətçilik taktikası məğlubiyyətə uğramışdı. Hadisələr 

inqilabçı  millətçilərə  haqq  verirdi.  Türklər  milli  haqlarını, 

milli  varlıqlarını  savaşda  qazana  biləcəklərdi.  İnqilabi 

taktikanı  seçən  millətçilər  ideoloji  baxımdan  ittifaqçıların 

milli  məsələdəki  ideologiyasından  fərqli  bir  ideologiya 

izləmirdilər. Onlar inanırdılar ki, çarizm yıxılmadıqca, türklər 

digər əsir millətlərlə birlikdə siyasi haqq və hürriyyətə malik 

olmadıqca bu proqramın tətbiqi qeyri-mümkündür» [154, 36].  

M.Ə.Rəsulzadə də bu məsələ ilə bağlı qeyd  edirdi  ki, 

əvvəllər  türk  ziyalıları  rus  inqilabçıları  və  rus  liberalistləri 

arasında  gedən  mübarizədə  dolayısıyla  iştirak  etsələr  də, 

sonralar  milli  ideyasını  irəli  sürdülər:  «1910-cu  ilə  kimi  rus 

liberalizmi ilə rus sosializmi arasında seçim qovğası ilə keçən 

siyasi  yaşam  bu  çağdan  etibarən  Qafqaz  türklərində  yeni  bir 

səhifəyə  girir,  üçüncü  müstəqil  bir  siyasi  düşüncə  axını  ilə 

yeni qurum  çalışmaları  başlayır, bu da milli  demokratizm  və 

milli  devrim  ideologiyasıdır.  …Bu  ideologiya  birinci  olaraq 

Qafqaz  türklərinin  siyasi  gələcəyini  Rusiyadan  ayrı 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

159 


düşünmüşdür. Bu ün (şərəf – F.Ə.) isə türkçülüyündür» [189, 

55].  


Qeyd edək ki, milli ruhlu ziyalıların 1911-ci ildə milli-

ideoloji  partiyalarını  («Müsavat»ı)  yaratmaları  və  etnik 

türkçülüyü  –  azərbaycançılığı  bir  doktrina  halına  gətirmələri 

milli-demokratik  məfkurənin  formalaşmasında  həlledici  rol 

oynamışdı.  Onu  da  qeyd  etməliyik  ki,  «Müsavat»  ilk 

dövrlərdə  (1911-1913),  zamanın  hakim  zehniyyəti,  yəni 

«islam  millətçiliyi»  şüarı  altında  fəaliyyət  göstərmiş  və  ilk 

proqramında  da  İslam  və  sosial  bərbarəlik  ruhu  əsas  yer 

tutmuşdur  [226,  29].  Ancaq  M.B.Məmmədzadənin  də  qeyd 

etdiyi  kimi,  «Müsavat»  «islam  millətçiliyi»  ideologiyasına 

qapanıb  qalmamış,  «Azərbaycan  cəmiyyəti  ilə  birgə  dinamik 

təkamül  yolu  keçmiş  və  Azərbaycan  cəmiyyətinin  milli 

şüurunu  tənzim  və  idarə  etməklə  onu  özü  ilə  birlikdə 

millətçiliyə,  türk  millətçiliyinə  və  Azərbaycan  istiqlalçılığına 

qovuşdurmuşdur»  [154,  42].  «Müsavat»ın  yalnız  islamçı 

deyil, həm də türkçü, yenilikçi və istiqlalçı bir partiya olması 

M.Ə.Rəsulzadənin 1913-cü ildə İstanbuldan Bakıya dönüşün-

dən sonra baş vermişdi. 

1910-cu  illərdə  millətə  verilən  yeni  tərifdə  etnik 

mənsubiyyət,  dil  və  mədəniyyətə  üstünlük  verilməsi  İslam 

ümmətçiliyindən  etnik-milli  türkçülüyə  keçiddə  mühüm  rol 

oynamışdı.  Bu  yöndə  Ə.Hüseynzadənin  «Füyuzat»ından 

sonra,  «Türk  Yurdu»nda  Y.Akçuraoğlu  və  Z.Gökalpın  

milliyyətçi və türkçülük baxışları Azərbaycan türk aydınlarına 

mühüm təsir göstərmişdi. 1912-1913-cü illərdə «Türk yurdu» 

jurnalında  dərc  etdirdiyi  «Türkləşmək,  islamlaşmaq  və 

müasirləşmək» başlıqlı silsilə məqalələrində Z.Gökalp yazırdı 

ki,  Türkiyədə  üç  fikir  cərəyanı  var:  müasirləşmək, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

160 



160 

islamlaşmaq  və  türkləşmək:  «Türkləşmək  və  islamlaşmaq 

ülküləri  arasında  bir  çatışma  olmadığı  kimi,  bunlarla 

çağdaşlaşmaq ehtiyacı arasında da çatışma mövcud deyildir… 

Sonucda,  hər  birinin  təsir  çərçivələrini  bəlirləyərək  bu  üç 

amacın  üçünü  də  qəbul  etməliyiz;  yaxud,  daha  doğrusu, 

bunların bir ehtiyacın üç müxtəlif nöqtədən görülmüş çevrələr 

olduğunu  anlayaraq  «çağdaş  bir  İslam  Türklüyü» 

yaratmalıyız» [239, 19-20]. Türkiyə tədqiqatçısı A.Gökdəmir 

hesab edir ki, Gökalpın bu üç kəlməsi türk sosial fəlsəfəsinin 

ən  geniş  çevrəsini  vermişdir:  «Türk  və  müsəlman  oluş,  tarix 

içində təkəvvün edən milli realitəmizdir: yəni bir həyat içində 

şəkillənməsinə,  qalxınmasına,  güclənməsinə,  yücəltilməsinə 

çalışılan  topluluq  Türk  millətidir  və  bu  millət  müsəlmandır. 

Qərb  mədəniyyəti  isə,  yeryüzündə  heç  bir  topluluğun  ilgisiz 

və dışında qalmayacağı bir böyük dünya gerçəkliyidir» [249, 

218]. 

Şübhəsiz,  Azərbaycan  türkçülüyü  ideyasının  – 



azərbaycançılığın  yaranmasında  və  inkişafında  da  əsas 

təkanverici,  katalizator  rolunu  türkçülük,  islamçılıq  və 

müasirlik  prinsipləri  oynamışdır.  Ancaq  onların  arasında  ilk 

yeri  türkçülük  tutur.  Rəsulzadə  də  qeyd  edir  ki,  1910-cu 

illərdə  Azərbaycan  türk  mətbuatında  milli  motivlərin,  o 

cümlədən türkçülüyün, türk birliyinin önə keçməsində Balkan 

savaşından  sonra  Türkiyədə  güclənməyə  başlayan  türkçülük 

cərəyanının  güclü  təsiri  olmuşdu  [189,  48].  Xüsusilə,  «Türk 

Yurdu» müəlliflərinin timsalında (Y.Akçuraoğlu, Z.Gökalp və 

b.)  Türkiyədə  başlayan  türkçülük  hərəkatı  Qafqazda  da  çox 

atəşli ardıcıllar bulmuşdur. Rəsulzadə yazır: «Müsəlman anla-

yışı  yalnız  dini  qurumlara  deyilərək,  başqa  yöndə  türk  sözü 

doğal  olaraq  işlənmək  haqqını  qazanmış  olur,  siyasət,  dini 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə