İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə60/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   56   57   58   59   60   61   62   63   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

182 



182 

Qeyd  edək  ki,  1910-cu  illərdə  qələmə  aldığı  yazılarında, 

xüsusilə  «Milli  dirilik»  (1914)  başlıqlı  sislilə  məqalələrində 

artıq M.Ə.Rəsulzadə milli ideyanın, milli ideologiyanın yaran-

masının  zəruriliyndən  bəhs  edirdi.  O  göstərirdi  ki,  yalnız 

cəmiyyətin intellektual qismi milli ideologiyanın yaradıcısı və 

təbliğatçısı ola bilər: «Ayrı-ayrı əməlpərvərlər tərəfindən təsvir 

və  təyin  edilən,  başqa  sözlə  desək,  hazırlanan  millli  əməllər 

layihəsi    xalqın  düşünüb  də  hiss  və  arzu  etdiklərinə  uyğun 

gələrsə,  sürətli  bir  şəkildə  xalq  arasında  yayılar  və  çoxlu 

tərəfdarlar  qazanar»  [186,  471].  Milli  ideyanı  əsaslandırmaq 

üçün  Rəsulzadə  ilk  növbədə,  ümmət,  milliyyət,  millət  və  xalq 

məfhumlanını izah etməyə çalışmışdır 

«Açıq söz» qəzetinin ilk sayında nəşr olunan «Tutacağımız 

yol»  (1915)  məqaləsində  isə,  Rəsulzadə  ilk  dəfə  Azərbaycan 

milli ideyasının başlıca prinsiplərini göstərmişdir. Onun fikrincə, 

milli  ideyanın  əsas  idealı  milliyyətdir  ki,  20-ci  əsrdə  milliyyət 

əsri olduğuna görə, Azərbaycan türkləri də milliyyət mərhələsini 

keçib millət olaraq meydana çıxmalıdır. Bu baxımdan 1-ci dünya 

müharibəsi nəticəsində dünyanın xəritəsinin dəyişməsinin labüd 

olduğunu qeyd edən Rəsulzadəyə görə, dünya xəritəsinin alacağı 

yeni  şəkilə  vətəndaşların  fədakarlığı,  dövlətlərin  təşkilatı  və 

orduların  əzəməti  ilə  bərabər,  aşkar  və  qətiyyətlə  peyda  olmuş 

milliyyət  məfkurələrinin  də  böyük  təsiri  var  və  olacaqdır: 

«Özünü  lüzumunca  bilib  də  istiqbal  üçün  müəyyən  bir  ideal 

bəsləyən  millət  şübhəsiz  ki,  böyük  bir  qüvvət  təşkil  edər. 

Şübhəsiz ki, sözün tam mənası ilə deyiləcək qədər dağ dağıdan 

topların hakim olduğu hərb meydanlarında təsirsiz qalmayan bu 

qüvvət  yaşıl  mahudlu  barışıq  masası  üzərində  əsaslıca  bir  əsir 

yapacaq. Hər hansı qalib tərəf az-çox sorunclu bir dinclik vücuda 

gətirmək istərsə, əsrin vicdanları üzərində ən çox təsir icra edən 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

183 


qüvvətli  milliyyət  məfkurəsini  ehmal  edəməz!  Bunun  böylə 

olacağı  arabir  gələcəyin  sülhü  haqqında  söz  söyləyən  Avropa 

mütəfəkkirlərincə  də  təsdiq  olunmaqdadır.  Sülhsunə  mənsub 

siyasilərcə,  milliyyət  əsasına  riayət  etməyəcək,  millətlərin 

hüququnu gözətməyəcək bir sülh əqdnaməsi çox çəkməz yırıtlar 

və sorunclu bir dinclik təmin edəməz» [186

a

, 171]. 


Milli  ideologiyanın  konkret  cizgilərini  cızan  milli 

ideoloq  qeyd  edirdi  ki,  təbii  hüququ  əlindən  alınmış  bir  millət 

əbədi  olaraq  bu  vəziyyətdə  qalarsa,  bir  tərəfdən  Avropa 

dövlətləri arasında daimi sülh əldə edilməyəcək, başqa tərəfdən 

onların  öz  vətəndaşları  arasında  ögeylik-doğmalıq  olduğu  üçün 

müutərəqqi və qüvvətli təşkilata çevrilə bilməyəcəklər: «Demək 

ki,  müəyyən  bir  məfkurəyə  və  əksər  fərdlərcə  tanınmış  amala, 

qayəyə  malik  olan  millətlər,  dövlətlər  arasındakı  münasibətdə 

əhəmiyyət  qazandıqları  kimi,  dövlətlərin  daxili  siyasətləri 

üzərinə də böyük təsirlər icra edəcəklərdir. Bu surətdə ayrı-ayrı 

millətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl 

özlərini  bilməli,  müəyyən  fikir  və  amallar  ətrafında  birləşərək 

bütün bir məfkurəyə, xəyal qayəsinə hədəf olacaq o işıqlı yıldıza 

sahib  olmalıdırlar.  Çünki  müttəhid  bir  ruh  və  müştərək  bir 

yıldıza malik olmayan millətlərlə yeni əsaslar üzərinə qurulacaq 

həyat  hesablaşamayacaq  və  böylə  silahdan  məhrum  qalan 

heyətlər  kimsəyə  söz  eşitdirməyəcəklərdir!»  [186

a

,  171].  O, 



fikirlərinə  davam  edərək  yazırdı:  «Tutacağımız  yolun  nöqteyi-

əzəmətini  (məramını)  təşkil  edəcək  əsas  –  milliyyət  əsası»dır 

[186

a

, 172].  



Bununla  da,  fikrimizcə,  Azərbaycan  tarixində  ilk  dəfə 

siyasi-ideoloji mənada «milliyyət» anlayışını ortaya atan və onu 

Azərbaycan türk milliyyəti kimi ifadə edən Rəsulzadə olmuşdur. 

Ancaq bu milli ideologiyanın əsas  hədəfi olan  «milliyyət»çilik, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

184 



184 

Rəsulzadənin  özünün  də  qeyd  etdiyi  kimi,  şovinist  millətçilik, 

yəni onlarca özgə millətləri hakim millət mənafeyinə fəda edən 

rus  millətçiliyi  deyil,  mütərəqqi  millətçilikdir:  «Halbuki  bizim 

tərvic  elədigimiz  əsas  bütün  milliyyətlər  üçün  bir  dərəcə 

hürriyyət və müsavat tələb edir ki, bununla biz rus camaatının da 

salim  düşünür  qismilə  heç  bir  ixtilafda  bulunmuyoruz»  [186

a



172].  

Onun  fikrinə  görə,  hər  bir  milliyyət  azad  yaşayıb  da 

tərəqqi  edə  bilmək  üçün  üç  əsasa:  1)  dil;  2)  din;  3)  zaman-

müasirliyə istinad etmək məcburiyyətindədir. Milliyyətin birinci 



əsası  dildir  ki,  dili  türk  olan  bu  xalqın  etnik  mənsubiyyəti  də 

türkdür: «Dilcə – biz türküz, türklük milliyyətimizdir. Ona görə 

də  müstəqil  türk  ədəbiyyatı,  türk  sənəti,  türk  tarixi  və  türk 

mədəniyyətinə malikiyyətimiz – məqsədimizdir. Parlaq bir türk 

mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızımız-

dır» [186

a

, 172].  



M.Ə.Rəsulzadə  milli  ədəbi dilin  formalaşması problemi 

ilə  bağlı  qeyd  edirdi  ki,  əski  Səlcuqlu-Türkiyə  və  Azərbaycan 

türkcəsi bir olmuş, «ortadakı ayrılığı yaradan şey isə Azərbaycan 

danışığının  daha  çox  Qaraqoyunlular,  Ağqoyunlular,  Səfəvilər 

kimi  türk  dövlətlərinin  yönətimi  altında,  Osmanlılardan  ayrı, 

məzhəb  baxımından  onlara  kəskin  qarşı  olan  başqa  bir  siyasi 

yönətimin  özəyini  oluşdurmuşdur»  [189,  41].  Bu  baxımdan  dil 

məsələsində  «osmançılar»  (Ə.Hüseynzadə  və  b.)  və  «azərbay-

cançılar» (C.Məmmədquluzadə, F.B.Köçərli və b.) arasında orta 

mövqedən  çıxış  edən  Rəsulzadə  bir  tərəfdən  türk  ədəbi  dilinin 

xalqın  dili  ilə  bağlı  olmasının  vacibliyini  qeyd  etmiş,  digər 

tərəfdən  isə  onun  həddən  artıq  «aşağıya»  enməsinin  əleyhinə 

çıxaraq  ortaq  türkcənin  yaranması  təklifi  ilə  çıxış  etmişdi: 

«Ədəbi  dil,  xalqın  anlayacağı  dildir.  Yazı  dili  xalqın  danışdığı 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə