İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə59/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   55   56   57   58   59   60   61   62   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

179 


yalnız  vətənimizin,  istiqalliyyətimizin  düşmənlərini  tuturam. 

Onlar  öylə  adamlardır  ki,  hər  zaman  fikirləri  bizim 

hüququmuza və istiqlalımıza təcavüz etməkdir və yaxud idarə 

tərzimizi  dəyişmək  üçün  çalışmaqdır.  Bunlar  bizim 

düşmənlərimizdir»  [35,  69].  Bütün  bunları  nəzərə  alaraq 

Rəsulzadə  yazırdı ki, ümumilikdə, Nəsib bəy xalqçı, idealist, 

millətpərvər, demokrat və liberal bir şəxsiyyət olmuşdur: «O, 

milli  Azərbaycan  demokratiyasının  yetişdirdiyi  ən  tipik 

müməssillərindən  biridir.  Elə  bir  müməssil  ki,  milli 

Azərbaycan  hərəkatının  istiqlala  müncər  olan  qayəsini 

formulə etmək onun ismilə mərbutdur» [134, 177]. 

Fikrimizcə,  M.Ə.Rəsulzadənin  silahdaşı,  məsləkdaşı 

Nəsib  bəy  haqqında  dedikləri  o  qədər  doğru,  dürüst  və 

səmimidir ki, bu deyilənlərə əlavə bir söz demək çox çətindir. 

Rəsulzadənin  Yusifbəyli  ilə  bağlı  dediklərində  diqqəti  çəkən 

məqamlardan biri də, Nəsib bəyi milli Azərbaycan ideyasının 

müəllifi  kimi  göstərməsidir.  Bu  onun  göstəricidir  ki, 

Rəsulzadə  memarı  olduğu  Azərbaycan  Cümhuriyyəti 

ideyasında  Nəsib  bəyin  rolunu  daha  üstün  verməklə  öz 

ləyaqətinin ucalığını ifadə etmişdir. Başqa sözlə, Rəsulzadənin 

bu fikirlərindən belə nəticə çıxarmaq olar ki, milli və müstəqil 

Azərbaycan  ideyasının  nəzəri-ideoloji  müəllifi  Rəsulzadə, 

siyas  hədəfçisi  isə  Nəsib  bəy  olmuşdur.  belə  ki,  Nəsib  bəy 

Rəsulzadənin  nəzəri-ideoloji  şəkildə  irəli  sürdüyü  milli  və 

müstəqil  Azərbaycan  ideyasını  siyasi  bir  tələb  kimi  ifadə 

etmişdir.  Deməli,  Azərbaycan  Cümhriyyəti  iki  böyük  liderin 

nəzəri-ideoloji  və  siyasi  praktiki  əməllərinin  nəticəsidir.  Bu 

mənada  bu  iki  böyük  Azərbaycan  Türkünün  Azərbaycan 

Cümhuriyyətinin  yaranması  və  inkişafında  göstərdiyi 

xidmətlər misilsizdir. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

180 



180 

Bu  dövrdə  Azərbaycan  türkçülüyü,  müstəqil  və 

demokratik Azərbaycan ideyasının əsas ideoloqu, Azərbaycan 

türklərinin  lideri  Məhəmməd  Əmin  Rəsulzadə  (1884-1955) 

olmuşdur.  O,  Azərbaycan  türk  aydınları  arasında  ilk  dəfə, 

«ümmətçilik»dən «millətçiliy»ə üz tutaraq milli ideologiyanın 

təməl  prinsiplərini  işləyib  hazırlamışdır.  Çünki  1915-ci  ildən 

işıq  üzü  görən  «Açıq  söz»  qəzetində  ilk  dəfə  olaraq  «müsəl-

man»,  «tatar»  əvəzinə  «türk»  sözünü  işlədən,  «Biz  türkük!» 

deyən  M.Ə.Rəsulzadə  bu  surətlə  «ümmət»  və  «ümmətçilik» 

dövrünü  rəsmən  qapamış,  «millət»,  «türk  millətçiliyi» 

dövrünün  başlandığını  elan  etmişdir.  M.B.Məmmədzadə 

yazır: «Şeyx Cəmaləddin Əfqani kimi, Məhəmməd Əmin bəy 

də  islamiyyətin  və  müsəlmanlığın  milliyyət  deyil, 

«ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, 

dil  və  mədəniyyət  birliyi  üzərində  qurulduğunu  və  bu  milli 

diriliyin  təməlini  təşkil  edən  milli  mədəniyyətin  ünsürlərini 

izah  edərək  milli  hərəkatın  ictimai  fəlsəfəsini  qurmuşdur» 

[154,  52].  Ə.Cəfəroğlunun  fikrincə  də,  milli  istiqlal 

məfkurəsinin,  milli  ideologiyanın  intişar  tapmasında,  «həqiqi 

milliyyətçiliyin  geniş  yayılmasında»  M.Ə.Rəsulzadə  və  onun 

baş  redaktoru  olduğu  «Açıq  söz»  qəzeti  mühüm  rol 

oynamışdır [63, 151]. Belə ki, M.Ə.Rəsulzadənin öndərliyi ilə 

ilk  dəfə,  həmin  qəzetdə  öz  əksini  tapan  ideyalar  get-gedə 

bütün Azərbaycan türklüyünü əhatə etmişdir. Cəfəroğlu yazır: 

«Onun  «Açıq  söz»  qəzeti  ilk  dəfə  milli  cərəyanı  ardıcıl  və 

şüurlu sistem halına saldı, milli mövzunun geniş oxucu kütləsi 

arasında  bir  ilham  mənbəyinə  çevrilməsinə  imkan  yaratdı» 

[63, 235]. 

H.Baykara  da  hesab  edir  ki,  Qafqaz  müsəlmanlarını 

ümmətçilikdən  millətçiliyə  yönəldən,  onları  türkçülük-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

181 


millətçilik,  Azərbaycan  milli  ideyası  ətrafında  birləşdirən  və 

«Açıq  söz»  qəzetində  bunu  təbliğ  edən  «Müsavat»ın  lideri 

M.Ə.Rəsulzadə  olmuşdur  [52,  186].  Baykaranın  fikrincə,  ilk 

dövrlərdə  sosial-demokratlarla  eyni  cəbhədə  çalışmış 

M.Ə.Rəsulzadə  1911-1913-cü  illərdə  C.Əfqaninin  yazılarının 

təsiri altında türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda 

bu  ideyanın  əsas  ideoloqu  olmuşdur:  «M.Ə.Rəsulzadənin 

Azərbaycan  istiqlalının  elanında  və  Azərbaycan  dövlətinin 

yaradılmasında  xidmətləri  əvəzsizdir»  [52,  192].  H.Baykara 

onu  da  əlavə  edir  ki,  Rəsulzadənin  lideri  olduğu,  «Müsavat» 

və  Bitərəf  demokratik  qrup  öncə  milli  ərazi  və  milli 

muxtariyyət tərəfdarı olsalar da, 1-ci və 2-ci rus inqilablarının 

gedişi,  Qafqaz  hadisələri  onları  özlərinin  öncədən  «uzaq 

məqsəd»  olaraq  planlaşdırdıqları  Azərbaycan  istiqlalı  yoluna 

sürükləmişdi:  «Azərbaycan  istiqlal  mübarizəsi  tarixində 

«Azərbaycan  istiqlalına»  nə  rast  gəlinmiş,  nə  də  baş  verən 

siyasi hadisə olmuşdur. Azərbaycan xalqının ruhundan doğan 

bu  istiqlal  hadisəsi  tarixin  axarı  içində  öz  yerini  tapmışdır» 

[52,  133].  Fikrimizcə,  Baykara  yuxardakı  sözləri  ifadə 

edərkən  əsas  vurğunu  «Azərbaycan»  anlayışına  salmış,  bu 

mənada  tarixən  «Azərbaycan  istiqlalına»  rast  gəlinmədyini 

iddia  etmişdir.  Məlum  olduğu  kimi,  1918-ci  ilə  qədər 

«Azərbaycan» anlayışı coğrafi ərazi mənasında işlədilmiş, bu 

ərazidə təşəkkül tapmış dövlətlər isə müxtəlif adlarla (Manna, 

İskit,  Atropatena,  Albaniya-Aran,  Şirvanşahlar,  İldənizlər, 

Qaraqoyunlular,  Ağqoyunlular,  Səfəvilər  və  b.)  tarixə 

düşmüşdür.  Dünya  tarixində  «Azərbaycan»  adlı  ilk  müstəqil 

dövlət  isə  1918-ci  ildə  yaranmışdır.  Baykara  da  məhz  bu 

faktordan çıxış etmişdir. 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə