İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə67/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   63   64   65   66   67   68   69   70   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

203 


milli ideologiyasının həlli yolları (millilik və 

beynəlmiləlçilik) 

 

2.1. 



«Sovet 

Azərbaycanı» 

ideyası: 

milli 

təmayülçülük və sovet beynəlmiləlçiliyi  

 

Azərbaycan  Cümhuriyyəti  Sovet  Rusiyası  tərəfindən 



işğal  olunduqdan  (1920)  sonra  ən  önəmli  siyasi-ideoloji 

məsələlərdən  biri  «Sovet  Azərbaycanı»  ideyasının  hansı 

şəkildə  reallaşması  ilə  bağlı  olmuşdu.  Başqa  sözlə,  ilk 

növbədə,  Sovet  Azərbaycanının  müstəqil,  yoxsa  Mərkəzdən 

asılı və onun rəhbərliyinin etnik tərkibinin hansı formada, yəni 

beynəlmiləl,  yoxsa  milli  kadrlardan  təşkil  edilməsi  məsələsi 

gündəmə  gəlmişdi.  Şübhəsiz,  bütün  bunlar  Sovet  Azərbay-

canının  digər  sahələrinə  –    mədəniyyət,  dilçilik,  etnoqrafiya, 

din, fəlsəfə, ədəbiyyat və sairəyə də öz təsirini göstərmişdi. Bu 

baxımdan  hesab  edirik  ki,  «Sovet  Azərbaycanı»  ideyası  ilə 

bağlı  siyasi-ideoloji  mübarizədə  aşağıdakı  bir  neçə  başlıca 

məsələ daima müzakirə obyekti olmuşdur:  

1)

 

Milli məsələ;  



2)

 

Milli mədəniyyət və ədəbiyyat problemi



3)

 

Milli dil və əlifba məsələsi



4)

 

İslam dininə münasibət. 



Şübhəsiz, bu məsələlər ideoloji xarakterli olduğu üçün 

bir-biri  ilə  bağlı  olmuşlar.  Xüsusilə,  milli  məsələ  birmənalı 

şəkildə  siyasi-ideoloji  məzmun  daşıması  baxımından  həmişə 

işğalın  ilk  ilindən  (1920)  son  ilinədək  (1991)  həlledici  rol 

oynamışdır.  Ona  görə  də,  işğalın  ilk  günlərindən  başlayaraq 

birnci  növbədə,  milli  məsələnin  hansı  şəkildə  həllindən  çox 

şey  asılı  idi.  Bu  baxımdan  işğalçı  ruslar  ilk  dövrlərdə,  bir 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

204 



204 

tərəfdən  həm  öz  maraqları  naminə,  həm  də  bir  qədər  də 

məcburiyyətdən,  sözdə  müstəqil  Sovet  Azərbaycanını 

tanıdıqlarını  bəyan  etsələr  də,  reallıqda  onun  siyasi,  hüquqi, 

iqtisadi  və  s.  azadlıqlarını  əlindən  alaraq  müstəmləkə 

vəziyyətinə salmağa çalışırdılar.  

Yeri gəlmişkən, istər ötən əsrdə, istərsə də günümüzdə 

bəzi  tədqiqatçılar  (Türkiyə,  Azərbaycan  və  b.)  hesab  edirlər 

ki, 

Azərbaycan  Cümhuriyyətini  xilas  etmək  üçün 



kommunistləri  hakimiyyətə  M.Ə.Rəsulzadə  və  onun 

silahdaşhları  dəvət  etmişlər.  Məsələn,  çağdaş  Türkiyə 

tədqiqatçılarından  Kənan  Ərzurumlu  «Türklüyə  baxış» 

əsərində  yazır  ki,  türkçü  düşüncənin  siyasət  və  dövlət 

həyatında aktiv yer alması, ancaq Atatürklə bağlıdır: «Dahası, 

Atatürkdən öncə siyasət  səhnəsində yer alan türkçü kadrların 

tamamı  maaləsəf  başarısız  olmuşlar.  Ənvər  və  Camal 

paşaların  aqibəti,  Orta  Asiya  və  Azərbaycanda  türkçü 

sosialistlər  deyə  biləcəyimiz  Sultan  Qaliyev,  Nəriman 

Nərimanov və Turar Rıskılovun sonları, böyük türkçü ideoloq 

Məhəmməd Əmin Rəsulzadənin 1918-də qurulan Azərbaycan 

Cümhuriyyətinə  qurtarıcı  olaraq  kommunistləri  dəvəti  bu 

başarısızlıqların göstərgələridir» [238, 16, 181]. 

Bizə  elə  gəlir  ki,  bu  türk  tədqiqatçı  Azərbaycan 

Cümhuriyyətini  qurtarmaq  üçün  Rəsulzadə  tərəfindən 

kommunistlərin hakimiyyətə dəvət edilməsini məsələsini səthi 

şəkildə,  məsələnin  mahiyyətinə  varmadan  qələmə  almışdır. 

Çünki həmin dövrdə Azərbaycan Cümhuriyyətinin süqutu  və 

yerli 

kommunistlərin 



hakimiyyətə 

dəvət 


edilməsi 

M.Ə.Rəsulzadə 

və 

onun 


silahdaşlarının 

türkçülük  

ideolojisinin  uğursuzluqları  ilə  deyil,  iki  önəmli:  1)  Sovet 

Rusiyası  ordusunun  Türkiyəyə  yardım  adı  ilə  Azərbaycan 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

205 


sərhədlərinə  yaxınlaşması;  2)  Sovet  Rusiyasından  hərbi 

yardım istəyən Türkiyənin buna ehtiyacının olması məsələləri 

ilə  bağlı  olmuşdur.  Deməli,  Sovet-Rus  ordusu  Azərbaycan 

Cümhuriyyətinin  milli  hökumətini  devirmək  üçün  Türkiyəyə 

hərbi  yardım  bəhanəsindən  maksimum  istifadə  etmişdir. 

Bolşeviklər  yaxşı  anlayırdılar  ki,  Azərbaycan  milli  hökuməti 

vaxtilə ona hər cür yardım edən xilaskar Türkiyənin əleyhinə 

heç bir addım atmayacaqdır. Bolşeviklərin təxmin etdiyi kimi 

də oldu, 1920-ci il aprelin 27-də Sovet-Rus ordusu Türkiyəyə 

hərbi yardım adı ilə Azərbaycanı işğal etdi. Belə bir anda, heç 

olmasa  Azərbaycan  adlı  bir  dövlətin  yaşaması  naminə,  milli 

hökumət:  Azərbaycanın  tam  müstəqilliyinin  qorunub 

saxlanılması,  yeni  yaranan  hökumətin  müvəqqəti  orqan 

olması,  hökumət  idarələrindəki  köhnə  qulluqçuların  tutduğu 

vəzifələrində qalması, hökumət və parlament üzvlərinin həyat 

və  mülkiyyətlərinin  toxunulmazlığının  təmin  edilməsi, 

Azərbaycan  ordusunun  saxlanılması,  siyasi  partiyaların 

sərbəst  şəkildə  fəaliyyət  göstərməsi,  XI  Qırmızı  ordunun 

dəmiryolu  ilə  birbaşa  Türkiyənin  yardımına  getməsi  şərtləri 

ilə hakimiyyəti yerli kommunistlərə təslim etdi [35, 978-979]. 

Bəzi  tədqiqatçıların  yazdığının  əksinə  olaraq 

Rəsulzadə həmin dövrdə Sovet Rusiyasının Türkiyəyə yardım 

bəhanəsindən  istifadə  edərək  Azərbaycanı  işğal  edəcəyini 

anladığı  üçün,  parlamentin  son  toplantısında  hakimiyyətin 

yerli kommunistlərə təslim edilməsinin əleyhinə çıxmışdır. O, 

bəyan  edirdi  ki,  Sovet-Rus  ordusunun  Türkiyəyə  yardım 

etməsi naminə Azərbaycanın qapıları bolşeviklərin üzünə açıq 

olsa  da,  bu  onun  müstəqilliyi  bahasına  başa  gəlməməlidir: 

«Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati 

adında  bir  türk  komandanı  durmuşdur.  Rusiyadan  gələn  bu 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə