İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə65/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   61   62   63   64   65   66   67   68   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

197 


milli-demokratik  cərəyan  Azərbaycan  ictimai-fəlsəfi  fikrində 

önəmli yer tutmuşdur. 

Bu  dövrdə  Azərbaycan  türk  aydınlarının  böyük 

əksəriyyəti  (Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə, 

Ə.M.Topçubaşı, 

N.Yusifbəyli 

və 

b.) 


milli 

fəlsəfi 


dünyagörüşlərində  əsas  üstünlüyü  milli-dini  xüsusiyyətlərə  və 

liberal-demokratik  dəyərlərə  vermişlər.  Bu  aydınlar  dövrünün 

tələblərini  və  ideyalarını  da  nəzərə  almaqla  milli  və  dini 

dəyərlərə  sadiq  qaldılar.  Onlar  Azərbaycan-türk  millətinin 

fəlsəfi, mədəni və dini dünyagörüşü əsasında yeni ideyalar irəli 

sürdülər.  Bu  ideyalar  idealist  dünyagörüşdən  əsasən  kənara 

çıxmamış  və  milli  fəlsəfi  fikir  zəminində  təşəkkül  tapmışdır. 

Məhz  bu  aydınların  irəli  sürdüyü  ideyalar  nəticəsində 

Azərbaycan  çar  Rusiyasının  müstəmləkəsindən  qurtularaq  azad 

və müstəqil bir dövlətə çevrilmişdi. Belə ki, ilk rüşeymləri XIX 

əsrin  ikinci  yarısında  qoyulan  və  XX  əsrin  əvvəllərində 

sistemləşən  milli  azadlıq  ideyası  Azərbaycan  Cümhuriyyətinin 

yaranması  (1918)  ilə  nəticələndi.  Ölkənin  siyasi-ideoloji 

mənzərəsinin  dəyişməsində    I  (1905)  və  II  (1917)  Rusiya 

inqilabları  çox  mühüm  rol  oynadı.  Şübhəsiz  ki,  bu  inqilablar 

dövründə  xalq  arasından  milli  liderlərin,  ideoloqların  xalqı  öz 

arxalarınca  aparmaları  müstəsna  yerə  malikdir.  Məhz  onların 

sayəsində  yeni  dövrdə  Azərbaycanda  milli  ideologiyanın  təməl 

prinsipləri müəyyənləşdirildi. Azərbaycanın siyasi azadlığı milli 

muxtariyyətdən  milli  istiqlala  qədər  çox  mühüm  bir  mərhələ 

keçmiş  oldu.  Ən  əsası  odur  ki,  «tarixi-coğrafi  Azərbaycan» 

deyimini, müstəqil və milli Azərbaycan anlayışı əvəz etdi. Milli 

istiqlalın  birmənalı  şəkildə  ideoloqu  olan  M.Ə.Rəsulzadə 

Azərbaycan 

türkçülüyü 

ideyasını 

Azərbaycan 

milli 


ideologiyasına qədər yüksəldə bilmişdi.  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

198 



198 

Doğrudur,  Milli  Şuranın  o  cümlədən,  Azərbaycan 

hökumətinin  böyük  uğurları  ilə  yanaşı,  onların  iradəsinin  zidd 

olan, ancaq məcburiyyət qarşısında «İrəvanın ermənilərə güzəştə 

gedilməsi»  kimi  bəzi  uğursuzluqları  da  olmuşdur.  Fikrimizcə, 

İrəvanın ermənilərə güzəştə gedilməsi indiki şəraitdə ciddi siyasi 

səhv  sayılsa  da,  həmin  dövrdə  Azərbaycan  Cümhuriyyətinin 

liderlərinin,  o  cümlədən  Xoyskinin  bunu  etməmək  üçün  böyük 

imkanları  olmamışdır.  Onlar  bu  addımı  atdıqları  dövrdə 

Azərbaycan  Cümhuriyyətinin  bir  əsgəri  belə  yox  idi.  Üstəlik, 

Azərbaycanın Bakı kimi mühüm sənaye və siyasi mərkəzi başda 

olmaqla,  şərq  hissəsinin  rus-erməni  birləşmələrinin  nəzarəti 

altında  olduğu  bir  dövrdə,  Azərbaycan  Milli  Şurasının  erməni 

milli şurasının bu təklifi qarşısında dirənməsi vəziyyəti daha da 

gərginləşdirə  bilərdi.  Bunu,  arxalarında  bir  sıra  beynəlxlaq 

qüvvələrlə  yanaşı  Sovet  Rusiyasının  dayandığı  erməni  milli 

şurası  da  yaxşı  anlamış,  məhz  Azərbaycan  üçün  son  dərəcə 

əlverişsiz  bir  şəraitdə  İrəvanı  onlardan  istəmişdi.  Bunu,  Fətəli 

xan  parlamentdəki  ilk  çıxışında  da  dolayısıyla  etiraf  etmişdir: 

«Hökumətimiz öylə bir zamada təşəkkül etmişdi ki, bir kənddən 

o  biri  kəndə  getmək  qorxulu  idi.  Gecə  yatanda  sabaha  çıxmaq 

ümidi  yox  idi.  Heç  kəsin  irzi,  namusu,  canı,  mali  əmniyyətdə 

deyildi… İdarələrin adı var isə də, özü yox idi. Hərə başına beş-

on  adam  yığıb  bir  hökumət,  bir  qanun  düzəltmiş  idi.  Güclü 

olanlar özünü ağa hesab edirlərdi» [87

b

, 112].  



Hər  halda,  heç  bir  əskəri  qüvvətə  malik  olmayan  Milli 

Şura  ondan  fərqli  durumda  olan,  yəni  bir  tərəfdə  Azərbaycaın 

şərq  hissəsində  faktiki  hakimiyyətə  malik  olan  S.Şaumyanın 

başçılıq etdiyi bolşevik-daşnaklara, digər tərəfdən Azərbaycanın 

qərb  hissəsində  İrəvan,  Naxçıvan  və  ona  yaxın  ərazilərdə 

işğalçılıqla  məşğul  olan  Andranikin  quldur  qüvvələrinə  qarşı 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

199 


çıxmaq  üçün  ciddi  əsgəri  qüvvəyə  ehtiyacı  var  idi.  Belə  bir 

yeganə ümid yeri isə Türkiyə idi. Xoyski də bunu etiraf edirdi: 

«Daxili  işlər  böylə  ikən  Azərbaycan  istiqlalı  elan  edilmişsə  də, 

heç bir hökumət tərəfindən təsdiq edilməmişdi. O zaman bütün 

Azərbaycan tərəfindən seçilmiş Milli Komitə bu hökuməti təyin 

edib  idarə  işlərini  ona  tapşırdı.  Məni  rəis  seçərək  idarəyə 

başladıq. Türkiyə ilə sülh əhdinaməsi tezliklə bağlandı. Bununla 

bərabər hökumət qanun və qayda barəsində aciz idi. Zira heç bir 

tədbir  qüvvəmiz  və  silahımız  yox  idi.  Aşkar  hökumət  təşkil 

etməyə məcbur idik, lakin bunu da edə bilməzdik. Ona görə bir 

qüvvəyə  lüzum  görürdük,  sülh  müzakirəsi  vaxtı  türklərdən  bir 

qədər  əskər  almaq  iltizam  edildi…  Bu  təklif  ilə  başqasına 

müraciət etmək mümkün deyil idi. İstəsək də bir fayda olmaz idi. 

Türkiyə həm dindaşımız, həm də millətdaşımız idi» [87

b

, 113]. 


Fikrimizcə,  bəlkə  Azərbaycan  və  Osmanlı  imperiyası 

arasında  hərbi  əməkdaşlıqla  bağlı  Batum  müqaviləsi  iyunun  4-

dən öncə imzalansaydı, məsələ bir qədər fərqli ola bilərdi. Ancaq 

bu da, faktiki mümkün deyildi. Belə ki, Gürcüstanın Zaqafqaziya 

seymindən  çıxıb  müstəqilliyini  elan  etməsi  (26  may),  bunun 

ardınca  erməni  milli  şurasının  İrəvanı  Azərbaycan  Milli 

Şurasından istəməsi (28 may) müəyyən qədər də olsa, onlar üçün 

bir  tərəfdən  gözlənilməz  olmuş  və  hazırlıqsız  vəziyyətdə 

yaxalanmış,  digər  tərəfdən  Xoyskinin  təbrincə  desək:  «Bu 

xüsusda  çox  sözlər  ola  bilər.  Fəqət  vaxta  baxıb  tərəziyə 

qoyulmalıdır  ki,  bu  işləri  hansı  hökumət  və  nə  vaxt  etmişdir? 

Tarixi,  sabiqəsi,  əskər  və  xəzinəsi  olan  hökumətmi?  Yoxsa  iki 

gündə  təşkil  olunmuş  pulsuz  və  əskərsiz  hökumətmi?»  [87

b



113]. 

Ancaq  bu  məsələ  də  o  da  nəzərə  alınmalıdır  ki,  Milli 

Şura  üzvləri  müəyyən  şərtlərlə  –  ermənilərin  İrəvan,  Naxçıvan 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə