İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə62/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   58   59   60   61   62   63   64   65   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

188 



188 

dövlətdən  ayrı  olması  öz  əksini,  Rəsulzadənin  təkidi  ilə 

partiyanın  yeni  proqramında  da  tapdı:  «Hökumət  din  və 

məzhbələrdən heç birini digərilərindən üstün tutub, onu himayə 

və  mühafizə  edə  bilməz»  [253,  77].  Cümhuriyyət  dövründə  də 

din  məsələsində  dünyəvilik  modelindən  çıxış  edən  Rəsulzadə 

üzünü  islamçılara,  xüsusilə  onların  siyasi  təşkilatı  olan 

«ittihadçılar»a  tutaraq  deyirdi:  «Din  və  məscid  öz 

müqəddəsliyini  qoruyub  saxlamaq  istəyirsə,  siyasətdən  kənarda 

qalmalıdır.  ruhanilər  siyasi  ehtiraslar  burulğanında  sülh  və 

anlaşmanın  daşıyıcıları  olaraq  qalmalıdırlar.  Bizə  deyirlər  ki, 

qaradovoy,  polis  ağac  ilə,  qamçı  ilə,  ruhanilər  isə  vəz  ilə 

gələcəklər.  Fəqət,  siz  məni  təmin  edərmisiniz  ki,  qaradovoylar 

qamçı  ilə  gəldikdə  bəzi  ruhanilər  lənətlər  və  küfrlərlə 

gəlməyəcəklər?  Qaradovoyun  əlində  ağac  varsa,  ruhanilərin  də 

küfrü,  lənəti  vardır.  Əgər  istəyirsiniz  ki,  məscid  möhtərəm  bir 

vasitə,  sülh  və  səlah  olsun,  qoyunuz  o  bitərəf  və  müqəddəs 

qalsın» [34, 731-232]. 

Onun  fikrincə,  milliyyətin  varlığının  üçüncü  əsası  isə 

zamandır-müasirləşməkdir:  «Zamanca  da  –  biz  texnikanın,  elm 

və  fənnin  möcüzələr  yaradan  bir  dövründəyiz.  Türk  və 

müsəlman  qalaraq  müstəqilən  yaşamaq  istərsək  mütləq 

əsrimizdəki  elmlər,  fənlər,  hikmət  və  fəlsəfələrlə  silahlanmalı, 

sözün  bütün  mənası  ilə  zəmanə  adamı  olmalıyız…  Demək  ki, 

sağlam,  mətin  və  oyanıq  məfkurəli  bir  milliyyət  vücuduna 

çalışmaq istərsək ki, zaman bunu tələb ediyor – mütləqə üç əsasa 

sarılmalıyız: Türkləşmək, islamlaşmaq və müasirləşmək. İştə 

millətimizin ictimai  həyatının islahı üçün üzərinə dayandığımız 

üç payeyi-mədəniyyət!» [186a, 172]. 

Bu «üçlü» düstura əsaslanaraq Azərbaycan türk muxtar-

iyyətini, eləcə də Rusiya daxilindəki digər türk ellərinin avtono-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

189 


miyası  uğrunda  mübarizəni  Rəsulzadə  1917-ci  il  fevral  burjua 

inqilabından  sonra  rəsmən  irəli  sürmüş  və  müdafiə  etmişdi. 

Bununla  da  o,  türkçülükdən  Azərbaycan  Milli  ideyasına  doğru 

önəmli bir addım atmış və azərbaycançılığın əsasını qoymuşdur. 

Azərbaycan türkçülüyü ideyasının yaxın hədəfi Azərbaycan türk 

muxtariyyəti, uzaq hədəfi Azərbaycan türk istiqlalı idi.  

Bu  baxımdan  Bakıda  irəli  sürdüyü  federativ  quruluş 

əsasında  milli-ərazi  muxtariyyət  ideyasını  Rəsulzadə,  1917-ci 

ilin mayında Moskvada keçirilən Ümumrusiya Müsəlmanlarının 

I qurultayında müdafiə etmişdi. Qurultaydakı çıxışında unitarist-

lərin (Ə.Salikov və b.) xristianlardan fərqli olaraq müsəlmanların 

vahid    bir  millət  olması  ideyasını  ciddi  şəkildə  tənqid  edən 

Rəsulzadə bildirirdi ki, millətin əsas əlaməti dindən daha çox dil, 

tarix və adət-ənənələr birliyidir: «İslam da digər dinlər kimi, heç 

şübhəsiz  ki,  öz  inananları  arasında  bir  bağlantı  yaratmışdır. 

Amma  bu  bağlantı  milliyyət  bağlantısı  deyil,  beynəlmiləliy-

yətdir.  Bu  beynəlmiləliyyət  xristian  qövmləri  arasında  xristian 

mədəniyyəti  deyilən  şeyi  vucuda  gətirdiyi  kimi,  müsəlman 

millətlər də bir ortaq İslam mədəniyyəti yaratmışlar. Amma, bu 

bütün  İslam  qövmlərini  bir  millət  halına  gətirmək  demək 

deyildir.  Xristian  milləti  olmadığı  kimi  müsəlman  milləti  də 

yoxdur» [240, 298]. 

Bununla  da,  vahid  «İslam  milləti»  anlayışını  rədd  edən 

Rəsulzadə  hətta,  vahid  «Türk  milləti»  konsepsiyasını  da  tənqid 

etmişdir.  Çünki  onun  fikrincə,  Rusiyadakı  türk-tatar  millətləri 

türk  oğlu  türk  olmaqla,  vahid  türk  dilindən  bəhrələnməklə 

yanaşı,  müstəqil  şəkildə  müxtəlif  şivələrə,  ədəbiyyata, 

mədəniyyətə və mətbuata malikdirlər. Rəsulzadə hesab edirdi ki, 

heç  bir  türk-tatar  milləti,  o  cümlədən  Azərbaycan  türkü  digər 

türk  millətinə  görə  dilinə,  ədəbiyyatına  və  adət-ənənələrinə 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

190 



190 

əlivda deməz [240, 166]. Bu baxımdan da, Rəsulzadə çıxış yolu 

kimi  Rusiyanın  federativ  dövlətə  çevrilməsində  görürdü: 

«Rusiyanın idarə forması demokratik respublika olmalıdır» [240, 

163]. Onun irəli sürdüyü milli-məhəlli (milli-ərazi) muxtariyyət 

ideyası  unitaristlərin  (Əhməd  Salikov  və  b.)  milli-mədəni 

muxtariyyət  ideyasına  qarşı  üstünlük  saxlamaqla,  qurultay 

nümayəndələrinin  əksəriyyəti  tərəfindən  qəbul  edilmişdi  [51, 

60].  

Milli  ideologiyanın  ana  xəttini  təşkil  edən  milli  dövlət 



ideyasını  «Müsavat»ın  1-ci  qurultayında  (1917,  25-31  oktyabr) 

da  müdafiə  edən  Rəsulzadə  haqlı  olaraq  qeyd  edirdi  ki,  milli 

amal  (milli  ideya)  və  milli  məfkurə  (milli  ideologiya)  olmadan 

milli  istiqlal  mümkün  deyildir.  Beləliklə,  istiqlaldan  öncə 

«insanlara  hürriyyət,  millətlərə  istiqlal!»  şüarı  ilə  çıxış  edən 

Rəsulzadənin bu ideyaları «Müsavat»ın yeni proqramında da öz 

əksini  tapmışdı:  «…  ən  müvafiq  və  ən  təbii  dövlət  milli 

dövlətdir, çünki milli istiqlal və ya muxtariyyətə malik olmayan 

bir millət hürriyyət və mədəniyyətini hifz edə bilməz» [253, 74]. 

Bu  baxımdan  çağdaş  tədqiqatçılardan  Nazim  Cəfərov  doğru 

qeyd  edir  ki,  həmin  dövrdə  «milli  azadlığın  alovlu  carçısı 

M.Ə.Rəsulzadə  milli  azadlığı,  milli  istiqlalı  yalnız  yorulmadan 

təbliğ  etmirdi,  həm  də  bəşər  mədəniyyəti,  ictimai  inkişaf 

baxımından  fikrini  əsaslandırır,  istiqlalın  labüdlüyünü  sübuta 

yetirməyə çalışırdı» [66, 78]. 

Milli  ideoloqun  istiqlal  ərəfəsində  «Azərbaycan»  adına 

müraciət etməsi isə, türkçülüyün yaxın  və uzaq milli hədəfi olan 

türk  dövlətinin  yaranması  ilə  birbaşa  bağlı  olmuşdur. 

M.Ə.Rəsulzadə  Azərbaycan  milli  ideyasını  –  azərbaycançılığı 

nəzərdə  tutaraq  yazırdı:  «Bu  yolla  qafqazlı  türk  yazıçıların  və 

şairlərdən  bir  çoxunun  ayrı-ayrı  çağlarda  gizli  olsa  da, 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə