İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə66/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   62   63   64   65   66   67   68   69   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

200 



200 

və  digər  ərazilərmizdən  iddialarını  əl  çəkməsi  və  müharibəni 

dayandırması  halında  belə  bir  güzəştə  getmişdir.    Ermənilərin 

buna  əməl  etməyəcəyi  təqdirdə  isə  Milli  Şuranın  həmin  qərarı 

qüvvədən  düşmüş  hesab  olunacaqdı.  Hər  halda,  Fətəli  xan 

Xoyski  və  onun  silahdaşları  (M.Ə.Rəsulzadə,  N.Yusifbəyli  və 

b.)  həmin  dövrdə  Azərbaycan  xalqı,  Azərbaycan  dövləti  üçün 

mümkün  olan  nə  var  idisə,  onu  da  etdilər.  Bununla  da  onlar 

müəyyən  uğursuzluqlara  baxmayaraq  adlarını  tarixin  qızıl 

səhifəsinə  yazdılar.  Şübhəsiz,  bunların  arasında  ən  alisi 

Azərbaycan Cümhuriyyyətinin istiqlalı  idi.  1918-ci  il  dekabrın 

7-də  Azərbaycan  parlamentinin  ilk  təsis  iclasında  Fətəli  Xan 

Xoyskinin çıxışının ana məzmunu o idi ki, Azərbaycan xalqı 

artıq milli bayrağı, milli ordusu, milli dili, milli demokratiyası 

və  sair  olan  müstəqil  bir  dövlətdir:  «Qüvvəmiz  qədər 

vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu 

cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol 

göstərən  işıqlı  ulduzu  bu  şüar  olmuşdur:  Millətin  Hüququ, 

İstiqlalı, Hürriyyəti» [34, 38].  

Xoyski  parlamentdəki  çıxışlarında  Azərbaycanda 

milli-dini ayrı-seçkiliyin olmamasını dəfələrlə bəyan etmişdir. 

O  deyirdi  ki,  Azərbaycandakı  müsəlman  türk  milləti  heç  bir 

zaman  bu  Vətəni  özlərinə  tək  övlad  kimi  görməyiblər.  Yəni 

Azərbaycan  Cümhuriyyəti  bütün  etnoslar  üçün  Vətəndir  və 

onların  bütün  hüquqları  və  azadlıqları  qorunur.  Ona  görə  də, 

Azərbaycanın  əsas  sütunu  olan  türklər  deyil,  bütün  etnoslar 

Milli  İstiqlalı  daima  qorumalı  və  müdafiə  etməlidirlər: 

«Hökumətin  qabağında  mühüm  bir  məsələ  var  isə  də,  o  da 

istiqlaliyyət məsələsidir. Bizim birinci məsələmiz budur. Buna 

diqqət  edəcəyiz.  Sizlərdə    buraya  hər  bir  yerdən  gəlmiş 

olduğunuz  onu  göstərir  ki,  bu  istiqlaliyyət  tək  adamların 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

201 


dediyi  olmayıb,  bütün  millətin  xahişidir.  Bir  yerdə  millətin 

xahişi olsa və o yerdə çalışsa, o millət azad olsa öz məqsədinə 

çatacaqdır» [87

b

, 129].  



Qeyd  edək  ki,  Xoyski  1920-ci  il  yanvarın  11-də 

Azərbaycan  Cümhuriyyətini  Paris  sülh  konfransının  iştirakçı 

dövlətlərinin (Fransa, İngiltərə, ABŞ və b.) tanımasını böyük 

sevinclə  qarşılamış  və  bununla  bağlı  parlamentdəki  çıxışında 

demişdir: «Bu yalnız bizim üçün deyil, ümum türk milləti və 

türk  aləmi  üçün  böyük  bir  bayramdır.  Böylə  bir  günü  dərk 

etmək  üçün  qeyri-millətlər  on  illərlə  çalışmışlar.  Biz  isə  onu 

az  müddətdə  bir  il  yarım  içərisində  qazandıq.  Böylə  az 

müddətdə  istiqlaliyyətini  alan  bir  millətin  onu  möhkəm 

saxlayacağına əminəm» [87

b

, 140]. Həmin dövrdə Azərbaycan 



parlamentinin  sədr  əvəzi  olmuş  Həsən  bəy  Ağayev  isə 

Azərbaycan  türklərinin  azadlığını  belə  dəyərləndirmişdi: 

«Türk  xalqı  azadlığı  qanı  ilə  satın  almışdır  və  onu  heç  vaxt 

əldən verməyəcəkdir. Azadlıq meyvəsini dadmış olan xalq bir 

daha zülmətli keçmişə qayıtmaz. Azad Azərbaycan - ziyalıdan 

tutmuş  fəhlə  və  kəndliyə  qədər  bütün  türk  xalqının  varlığına 

hopmuş bir idealdır»  [105, 74].  

Beləliklə,  İslam-Türk  dünyasında  ilk  dəfə  Cümhuriy-

yət  quran,  demokratiya  yolu  tutan  Azərbaycan  türklərinin  bu 

dövrdə  gördükləri  böyük  işlər  xələfləri-biz  Azərbaycan 

türkləri,  bütün  azərbaycanlılar  üçün  əbədi  olaraq  yolumuza 

işıq  salır.  Cümhuriyyət  dövründə  təməli  qoyulmuş  milli-

demokratik ənənələr - çağdaş dünyada hökm sürən dövlətçilik 

üsul  və  qaydaları,  insan  hüquq  və  azadlıqları  Azərbaycanın 

şimalında  yaşayan  türklər  üçün  gerçək  bir  əməl,  quzeyndəki 

soydaşlarımız üçün isə ümid işartılarıdır. Azərbaycan Cümhu-

riyyəti  kimi  tanınan  bu  milli-demokratik  dövlətin  qurucuları 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

202 



202 

önündə,  dünyanın  hansı  bölgəsində  yaşamasından  asılı 

olmayaraq hər bir Azərbaycan türkü, azərbaycanlı baş əyməli, 

onların  xatirələrinə  hörmət  göstərməlidirlər.  Ən  azı  ona  görə 

ki,  Cümhuriyyətin  qurucuları  Azərbaycan  türklərinə,  bütün 

azərbaycanlılara böyük və müqəddəs bir ad əmanət qoyublar: 

Azərbaycan Cümhuriyyəti!!! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Mənim zərrə qədər də şübhəm yoxdur  



ki, Serqo və Stalinin simasında AKP MK  

biz türklərə etibar etmir və Azərbaycanın  

taleyini erməni daşnaklarına tapşırır! 

Nəriman Nərimanov

 

 

II FƏSİL 

 

SSRİ dövründə (1920-1991-ci illər) Azərbaycan 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə