İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə48/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   44   45   46   47   48   49   50   51   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

146 



146 

ideyanı  qəbul  edib  onu  inkişaf  etdirmək  başqa  bir  şeydir. 

Məsələn,  N.Nərimanov  «Dərdlərimizin  əlacı»  (1916-cı  il) 

məqaləsində yazırdı ki, ümum müsəlmanlar üçün müqəddəs bir 

məslək İslam həqiqətinin nə olmağını bilməkdir. Onun fikrincə, 

müsəlman xalqların islam həqiqətini öyrənməklə yanaşı, özlərinə 

məxsus  məsləkləri  də  ola  bilər:  «Ümum  ideala  çatmaq  üçün, 

yəni  insaniyyətə  xidmət  etmək  üçün  millətə  lazımdır  özünü 

tanısın.  Bir  millət  özünü  tanımaz  isə  özü  ilə  qeyrisinin  fərqini 

düşünməyə  qadir  olmaz  isə  xüsusi  məsləki  dalınca  yeriş  edə 

bilməz. Bu  yolda  yeriş edə etməz isə ümumi müqəddəs məslək 

nə  olmağını  da  düşünməz.  İndi  biz  islama  qulluq  edən  bir  çox 

tayfalardan  biriyik:  məlum  bir  qanun  altında  yaşayıb,  özümüzə 

türk  deyib  də  xüsusi  bir  məslək  dalınca  getməliyikmi? 

Getməliyik  desəniz,  özümüzü  gərəkdir  tanıyaq.  Fəqət  tanımaq 

üçün  nə  lazımdır?  Milli  dil,  millli  məktəb,  milli  mətbuat  və 

qeyri-qeyri şeylər deyilmi?» [170, 377].  

Deməli,  N.Nərimanov  ümummillətin,  müsəlmanların 

taleyini  düşünür,  ancaq  onların  mövcud  durumdan  çıxış  yolu 

kimi  islamçılıq-türkçülüyü,  yoxsa  sosial-demokratiyanı  seçməsi 

məsələsində  tərəddüd  edirdi.  Xüsusilə,  də  sonuncuya 

münasibətdə daha çox inamsızlıq nümayiş etdirirdi. Sadəcə, bəzi 

məqalələrində sosial-demokratiyaya aid edilən sosial bərabərlik, 

insanların azadlığı və rifahı məsələlərinə də toxunurdu [167, 66]. 

Bu  dövrdə  Nərimanovun  sosial-demokrat  firqəsinə  rəğbəti 

mərkəzçi  marksistlərdən  daha  çox  milli  sosial-demokratlara 

yaxın olmuş, buna görə də o,  «Hümmət»də fəaliyyət göstərmiş 

və  RSDFP-nin  Bakı  Komitəsinə  üzv  olmamışdır.  Görünür,  bu 

kimi məsələləri gözə alaraq, SSRİ ədəbiyyatında qeyd edilirdi ki, 

«Nərimanov  1917-ci  il  fevral  inqilabına  qədər  marksizm 

nəzəriyyəsini  bütün  dərinliyi  ilə  mənimsəyə  bilməmiş, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

147 


marksizmin  başlıca  müddəaları  haqqında  səthi  təsəvvürə  malik 

idi»  [121,  74].  Ancaq  burada  akademik  F.Q.Köçərli  tərəfindən 

qeyd  edilən  o  fikirlə  razılaşmaq  mümkün  deyil  ki,  Nərimanov 

marksizmin  başlıca  müddəaları  haqqında  səthi  təsəvvürə  malik 

olduğu  üçün,  «sinfi  mübarizənin  elmi  marksist  anlayışı 

səviyyəsinə  qədər  yüksəlməmiş,  sinfi  mübarizənin  antaqonist 

cəmiyyətlərin  əsil  hərəkətverici  qüvvəsi  olduğunu,  proletariatın 

azadlıq  rolunu  və  onun  mübarizəsinin  proletar  diktaturası  ilə 

nəticələnəcəyini  tam  aydınlığı  ilə  dərk  edə  bilməmişdi»  [121, 

74]. Tərsinə, 1917-ci il fevral burjua demokratik inqilabına qədər 

Nərimanov marksizm-leninizm haqqında kifayət təsəvvürə malik 

olduğu üçün ondan uzaq durmuş, bir növ özünün də etiraf etdiyi 

kimi,  kommunizmin  qurulmasına  utopiya  kimi  baxmışdır.    Bu 

baxımdan,  o hesab  etmişdir  ki,  yaxın zamanlarda  yalnız burjua 

demokratik inqilabının gerçəkləşməsi mümkündür və kütləni də 

yalnız  onun  mənəvi-ruhani  həyatındakı  çevrilişə  hazırlamaq 

lazımdır [167, 210]. 

Fikrimizcə, uzun müddət Türk-İslam-Şərq və Rus-Qərb-

Avropa ikiliyi arasında  tərəddüd  edən  Nərimanovun sonuncunu 

seçməsində  1917-ci  il  Rusiya  fevral  burjua  inqilabı  və  sosial-

demokratizmə  bəslədiyi  ümidlər  mühüm  rol  oynamışdır.  Bu 

mənada,  o,  həmin  inqilabın  təsiri  altında  yalnız  sosializm 

quruluşunda  milliyyətindən  və  dinindən  asılı  olmayaraq 

insanların bir-birilə yoldaş olacaqlarını inanmışdır: «Bolşevkilər 

mənim  arzuladığım  dünyanın  qapısını  aça  biləcək  yeganə 

hakimiyyəti  –  xalq  hakimiyyətini  yenidən  yaratmaq  ümidi  ilə 

sinfi mübarizədə qan tökürlər» [167, 190]. 

Məhz o, sosial-demokratizmi seçdiyi üçün, sovet dövrün-

də  vaxtilə  daha  çox  meyil  etdiyi  islamlıq  və  türklüyü  deyil, 

beynəmiləlçiliyi  müdafiə  etmək  zorunda  qalıb.  Eyni  zamanda, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

148 



148 

Nərimanov  yalnız rus bolşeviklərinə qoşulduqdan, hətta onlarla 

birləşmək  fikrinə  düşdükdən  sonra  birmənalı  şəkildə  türkçülük 

və  islamçılığın  əleyhdarına  çevrilmişdir.  Bu  baxımdan 

Nərimanov  Azərbaycan  türklərinin  Osmanlı  türklərinə 

güvənərək  türkçülüyü  yaymasını  doğru  hesab  etmirdi  [38,  32]. 

Xüsusilə,  Nərimanovun  M.Əzizbəyov,  S.M.Əfəndiyev  kimi 

Azərbaycanın  gələcəyini  Rusiyada  görməsi  və  müstəqil 

Azərbaycana  qarşı  olması  sirr  deyildi.  Rəsulzadənin  təbrincə 

desək,  Nərimanov  üçün  artıq  ümid  yeri,  çıxış  yolu  yalnız 

bolşevik Rusiyası və onun lideri Lenin idi: “O zaman müsəlman  

sosialistlərin  ələmdarı  bulunan  “Hümmət”  firqəsi  başda  doktor 

Nəriman olmaq üzrə Azərbaycan muxtariyyətinin ədəvv-canı idi. 

“Hümmət”ə  görə  biz  milləti  fəlakətə  çəkir  və  mən  qeyri  həqq 

millət  naminə  söz  söyləyirmişik.  Azərbaycan  fikri,  türklük 

iddiaları xalqın deyil, bir sıra burjuapərəst “boşboğazlar”ın imiş. 

Müsəlmanların  mənfəəti  “qırmızı  əmələ  bayrağı”nın  altına 

toplanmaq və “Rusiya demokratiyası”ndan ayrılmamaqda imiş” 

[186b, 10]. 

1917-ci il oktyabr rus inqilabından sonra bolşevizmə bəs-

lədiyi ümidin artmasının nəticəsi idi ki, Nərimanov 1918-ci ilin 

əvvəllərində  «Hümmət»  qəzetində  dərc olunan bir məqaləsində 

üzünü müsəlmanlara tutaraq yazırdı: «Bir ümid yeriniz varsa, o 

da tazə hökumətdir (Şura hökumətidir – F.Ə.) və var qüvvənizlə 

ona kömək etməlisiniz. Sizin hər cəhətdən nicat yolunuz Leninin 

məramnaməsindədir» [169, 7].   

Fikrimizcə,  marksizm-leninizmin  Azərbaycanda  iflasa 

uğradığı  bir  zamanda  N.Nərimanovun  Rusiya  bolşeviklərinin, 

xüsusilə onların rəhbərləri Leninin və Stalinin taktikasına uyğun 

olaraq  «Azərbaycan  bolşevikləri»nin  lideri  kimi  önə  çəkilməsi 

təsadüfi  olmamışdır.  Bu,  Azərbaycanı  yenidən  müstəmləkəsi 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə