İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə54/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   50   51   52   53   54   55   56   57   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

164 



164 

türklərinin istiqlalı ideyasını irəli sürmüş və bunu  əldə  etməyin 

gərəkli  olmasını  bildirmişdi  [52,  167].  Çünki  Hadi  bir  tərəfdən 

dünya millətlərini göz önünə gətirərək  «yox millətimin xətti bu 

imzalar  içində»  [97,130]  yazmış,  başqa  tərəfdən  isə  gələcəkdə 

millətinin  xəttinin  bu  imzalar  arasında  olacağına  ümid  etmişdi. 

Milli  istiqlal  gerçəkləşəndə  isə,  «Türkün  nəğməsi»  şeirində  o 

yazırdı ki, türkün tökülən qanları, məfkurə yolunda gördüyü işlər 

hədər getməmişdir [53, 105]. Hadi birmənalı şəkildə Azərbaycan 

Cümhuriyyətini türk dövləti adlandırmışdı: «Ey Türk dövləti, və 

ya bəxti-növcavan» [175

a

, 164].  



Romantik  ədəbiyyatın  başqa  bir  nümayəndəsi  Abbas 

Səhhət də hesab edirdi ki, İslam dini və Türklük Milli ideyanın 

əsas  təməlləridir.  Bu  baxımdan  türklüyü  və  islamlığı  vəhdətdə 

götürən  Səhhət  müsəlmanları-türkləri  oyanmağa  və  birləşməyə 

çağırırdı: «Millət, ey banisi-həyati-vətən!  Oyan, ey milləti-əziz, 

oyan! Sənə vabəstədir nicati-vətən» [199, 41]. Səhhətin fikrincə 

millətin oyanışında Avropa dəyərlərini inkar etmək də [28, 327], 

onu ideallaşdırmaq da doğru deyildir. Çünki avropalıları təqlidən 

bütün  varlığımızı,  dini  imanımızı  və  milli  hürriyyətimizi  məhv 

edə  bilərik.  Qərbpərəstlərin  evlərində  yüz  cildlərlə  Avropa 

ədiblərinin əsərləri olduğu halda, bir vərəq türkcə yoxdur deyən 

A.Səhhət  qeyd  edirdi  ki,  «ruspərəstlər»  yalnış-doğru  rusca 

danışır,  türk  yox,  rus  qəzetləri  alırlar:  «Biz  bununla 

mədəniləşmirik,  fəqət,  avropalılara  bir  nəfər  də  avropalı 

qazandırırq,  «biz»  isə  yox  oluruq!  Canım!  Bu  qədər  laqeydlik 

olarmı?  Kim  ki,  iki  kəlmə  «net»  ilə  «yes»i  bildi,  dırnaqlarını 

uzadıb,  başına  altı  şahılıq  şapka  keçirdib  daha  islamiyyəti, 

milliyyəti  tanımır.  Əsla  türkcə  danışmağa,  oxumağa  rəğbət 

etmir» [150, 246-247].  




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

165 


Fikrimizcə,  Səhətin  bu  fikirləri  günümüzdə  nəinki 

aktuallığını  itirmiş,  əksinə  bəlkə  də  ondan  da  kəskin  şəkildə 

qarşımızda dayanmaqdadır. Əgər dünənə qədər uşaqların ruhunu 

daha  çox  «rus  dili»,  «rus  mədəniyyəti»nin  öyrənilməsinin 

vacibliyi  anlamında  zəhərləyirdiksə,  bu  gün  buna  «ingilis  dili», 

«ingilis  mədəniyyəti»  və  başqaları  da  əlavə  olunmuşdur. 

Şübhəsiz, o dövrdə olduğu kimi, indi də bu amillər milli şüurun 

formalaşması  prosesinə  ciddi  əngəllərdən  biri  olaraq 

qalmaqdadır. 

Romantik 

ədəbiyyatda 

Milli 


İstiqlalın 

aparıcı 


nümayəndəsi Hüseyn Cavid üçün Çingiz xan, Əmir Teymur və 

başqa  türk  hökmdarları  türk  tarixinin  ən  şanlı  qəhrəmanlarıdır. 

Onun  fikrincə  avropalılar  İskəndərləri,  Napoleonları  və  başqa 

həmyerlilərini  böyük  sərkərdə  adlandırıb  heykəllər  ucaltdıqları 

halda, türklərin öz qəhrəmanlarına qan içən, zalım, canavar kimi 

isimlər verib ləkələmələri haqsızlıqdır  [60, 70]. Eyni zamanda, 

o,  türklərin  həmişə  törələrinə  sahib  çıxmalarını  və  milli 

şərəflərini uca tutmalarını, xüsusilə qeyd etmişdir: «Bir zamanlar 

şərəfli Turanın, O cihani ğəyuri qavğanın, Qəhrəman, bərguzidə 

evladı, Türklərin adlı-şanlı əcdadı, Saldırıb titrədirdi yer yüzünü, 

Hökm  edər,  dinlətirdi  hər  sözünü»  [59,  52].  Vaxtilə  türklərin 

mərhəməti sayəsində canını qurtaran millətlərin indi türkə qənim 

kəsilməsini tarixin acı istehzası adlandıran Cavidin fikrincə, artıq 

türklər zamanın dəyişməsini  görməli, oyanmalı, özünü tanımalı 

və  yüksəlməlidir [59, 54].  «Qoca bir türkün vəsiyyəti» şeirində 

də  Cavid  qeyd  edirdi  ki,  ilk  vəzifəmiz  Türk  millətinin  şanlı 

tarixini,  mədəniyyətini  və  mənəviyyatını  öyrənmək  olmalıdır. 

Yəni  ilk  növbədə,  milli  mənsubiyyətimizi  tanımalı  və  türk 

olmağımızla fəxr etməliyik:  «Bir millətin tarixidir kökü,  yurdu, 

yuvası,  Tarixiniz  baş  ucundan  hərgiz  əksik  olmasın.  «Altay» 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

166 



166 

dağı,  «Makan»  çölü,  «Yasın»  ovası,  Birər  aydın  səhifədir,  hər 

türk  gərək  anlasın»  [59,  128].  Bu  baxımdan  Cavidin  fikrincə, 

artıq  yatmaq  vaxtı  deyil,  bütün  qonşu  millətlər  kimi  20-ci  əsrə 

üzüağ çıxmaq lazımdır. Bunun üçün isə, türkün keçmiş şanlı və 

şərəfli tarixini öyrənib fəxr etməklə iş bitməz, türkün şərəfini və 

şanını  20-ci  əsrdə  də  qorumaq  və  yaşatmaq  lazımdır.  Milli 

duyğuların  təsiri  altında  H.Cavid  yazırdı  ki,  millətin  milli 

azadlığı,  onun  birliyində,  oyanışında,  bütövlüyündə  və 

mübarizliyindədir. Millət öz haqqını almalı və geri verməməlidir 

[60,  255].  Azərbaycan  fəlsəfəsi  tarixi  tədqiqatçısı  M.Ağayevin 

fikrincə, H.Cavid bu çağrışları edərkən moizə və nəsihət yolunu 

tutmur, öz sözünü qəti və birbaşa söyləyir [14, 56]. 

Bu  dövrdə  romantik  ədəbiyyatda  milli  istiqlalın 

tərənnümçüləri  arasında  Abdulla  Şaiq,  Əhməd  Cavad,  Cəfər 

Cabbarlı  və  başqaları  da  mühüm  rol  oynamışlar.  «Arazdan 

Turana»  şeirində  turançılıq  məfkurəsini  ifadə  edən  A.Şaiqin 

fikrincə, Turan ellərinin arasına xainlər soxulmuş və onlar bu eli 

parçalamaq istəyirmişlər. Yüz milyonluq türk övladları xainlərə 

qarşı  birləşməli  və  bütün  Turanı  xainlərədn  azad  etməlidirlər 

[205, 61]. O,  «Marş» şeirində də turançılıq məfkurəsindən çıxış 

edərək yazırdı ki, türklər Turan yolunda birləşməli, ünlə, zəfərlə, 

şanla tarixini doldurmalı və düşmənlərinə yerini göstərməlidirlər: 

«Dalğalanır  üstümdə  şanlı  Turan  bayrağı,  Alovlanır  qəlbimdə 

«Ərgənəkon»  ocağı.  Haydı,  yola  çıxalım,  haqsızlığı  yıxalım, 

Turanda  gün  doğunca  zülmətlə  çarpışalım!»  [205,  52].  Əhməd 

Cavad isə şeirlərində həm turançılığı, həm də onun müstəqil bir 

qolu  olan  Azərbaycan  türkçülyünü  təbliğ  etmişdi.  Fikrimizcə, 

onun  turançılığı  «Çırpınırdın  Qara  dəniz»  şeirində  daha  aydın 

şəkildə  ifadə  olunmuşdu  [58,  140].  Cümhuriyət  dövründə  isə 

Ə.Cavad ümumi türkçülüklə, türk birliyi (turançılıqla) ilə yanaşı, 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə