İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə28/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   24   25   26   27   28   29   30   31   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

86 



86 

illərdə  milli  formaya  salınaraq  siyasi-ideoloji  mənada 

Azərbaycan türkçülüyü ideyası – azərbaycançılıq kimi meydana 

çıxmışdır.  

Bu  baxımdan,  1900-1910-cu  illərdə  Ə.Hüseynzadənin 

«Osmanlı  türkçülüyü»nü  bütün  Türk-İslam  dünyasının  oyanışı 

və birliyi kimi görməsinə başlıca amil, başqa türk millətlərindən 

(Azərbaycan  türkləri,  Krım  türkləri,  Türküstan  türkləri,  İran 

türkləri  və  b.)  fərqli  olaraq  onların  siyasi  müstəqilliyə  və  gücə 

sahib  olmaları  ilə  bağlı  olmuşdur.  O  hesab  etmişdir  ki,  məhz 

Türkiyə türkçülüyü bütün türk millətləri üçün bir güc və ideoloji 

mərkəzə  çevirildiyi  təqdirdə  başqa  türk  elləri,  o  cümlədən 

Azərbaycan  türkləri  də  uğur  qazana  bilərlər.  Bu  mənada  bəzi 

müəlliflərin  (A.Balayev  və  b.)  o  fikiri  ilə  razılaşmırıq  ki, 

Hüseynzadə  türk  birliyinə  əsaslanan  «osmanlı  türkçülüyü» 

ideyası  ilə  digər  türk  millətlərini  osmanlı  millətinin  içərisində 

əritməyə çalışmışdır [51, 27]. Bizcə, Ə.Hüseynzadənin «Osmanlı 

türkçülüyü»nü  bütün  türklüyün  nüvəsi  kimi  götürməsi 

Azərbaycan  türkçülüyünün  ziddiyyəti  kimi  deyil,  əksinə  təkan-

verici  amili  kimi  baxmaq  lazımdır.  M.Ə.Rəsulzadə  doğru  qeyd 

edirdi  ki,  həmin  dövrdə  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu  və  onların 

həmfikirlərinin irəli sürdükləri ümumi türkçülük ideyası ayrı-ayrı 

türk  etnoslarında  (azərbaycanlıları,  krımlıları,  tatarları, 

türkmənləri və  b.) müstəqillik  eşqi  yaradaraq onları inqilabiləş-

dirmişdi:  «Ancaq  onlar  ayrı-ayrılıqda  qarşılarındakı  yağıların 

çox böyük güclərinin qorxusundan özgürlükdən, müstəqillikdən 

söz belə açamazdılar. Bununla belə, onların kiçik ellər yox, ünlü 

tarixi,  eləcə  də  gələcəyi  olan  çoxmilyonlu  ulusun  üzvləri 

olmalarını  anlamaları,  doğal  olaraq  ümidlərini  artırıb,  yüzilin 

yağısı ilə dönmədən çatışmaya çağırırdı» [179, 52]. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

87 


Bu o deməkdir ki, Ə.Hüseynzadə həmin dövrdə ayrı-ayrı 

türk  dövlətlərinin  yaranması  ideyasını  müdafiə  etməsə  də, 

birmənalı  şəkildə  ona  qarşı  da  olmamışdır.  Sadəcə, 

Ə.Hüseynzadə  dövrün  reallıqlarından  çıxış  edərək  yeganə 

müstəqil  olan  Türkiyə  türkçülüyünü  gücləndirməyə  və 

möhkəmləndirməyə  çalışmış,  bu  yolda  digər  türk  millətlərinin 

ona dəstək verməsinin vacibliyini vurğulamışdı. Bu baxımdan o 

hesab  etmişdir  ki,  çar  Rusiyasının  əsarəti  altında  olan  türk-tatar 

xalqları  da,  ilk  növbədə  Türkiyə  türkçülüyünü  müdafiə 

etməlidirlər.  Fikrimizcə,  türkçülük  nəzəriyyəsi  açısından  bu 

mülahizə  həmin  dövr  üçün  gerçəkçi  baxış  idi.  Çünki  yenicə 

“İslam  birliyi”  ideyası  ilə  türkçülüyü  bir-birindən  ayırmağa 

başlayan  və  bunu  bəzən  istəməyərəkdən  edən  milli 

mütəfəkkirlər,  o  cümlədən  Ə.Hüseynzadə  üçün  türkçülük 

ruhunun  parçalanması,  yəni  ayrı-ayrı  etnik-milli  türkçülüyə 

bölünməsi çox yad və uzaq bir hiss idi. Bu məsələləri çox doğru 

dəyərləndirən  milli  ideoloq  Rəsulzadə  yazırdı:  «Panislamizdən 

qurtulan  türk  ictimai-siyasi  düşüncəsi  birdən-birə  indi  çatdığı 

gerçək  milli  ideyaya  o  anda  çata  bilməzdi.  Bu  psixoloji 

baxımdan  aydındır.  Müharibə  və  ümumi  təhlükə  şəraitində 

“İslam  birliyi”  kimi  böyük  və  əhatəli  şüardan  imtina  edən 

millətçilər  onun  əvəzinə  eyni  təsir  gücünə  malik  bir  şüar  irəli 

sürməli idilər. Bu, ancaq milli birlik ola bilərdi: «Din birliyi çağı 

keçdi, indi tarixi uluslar-millətlər irəli aparır. Yaşasın, Dunaydan 

Altayadək türk uluslarının birliyi!»» [179, 51-52]. 

Siyasi-ideoloji  türkçülükdən  etnik  türkçülüyə  keçid  isə 

yalnız  o  zaman  baş  verdi  ki,  1911-1913-cü  illərdə  Türkiyə 

Balkanlarda məğlub duruma düşdü və bununla da, türkçülüyün 

nüvəsi olmaqdan kənara çıxdı. Məhz bu hal türkçülükdə yeni bir 

dönəmin başlanğıcı oldu və bir çox türkçülər romantik-özəkçilik 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

88 



88 

türkçülükdən  (Türk  birliyi-Turan  birliyi)  müəyyən  qədər 

uzaqlaşaraq, etnik-milli türkçülüyə meyil göstərdilər. Doğrudur, 

Ə.Hüseynzadə bu halda da, daha çox Türk birliyi ideyasına sadiq 

qalmışdır.  Ancaq  bu,  Hüeynzadənin  ümumi  türkçülükdən 

yaranmış Azərbaycan türkçülüyünü və onun nəticəsi olan Azər-

baycan Cümhuriyyətini qəbul etməsinə heç də əngəl olmamışdır.  

Hər  halda  onun  Azərbaycan  Cümhuriyyəti  dövründə 

qələmə  aldığı  «Azərbaycanda  düşündüklərim»  adlı  məqaləsi 

bunun bariz nümunəsidir. Belə ki, 1918-ci ildə Türkiyə hökuməti 

tərəfindən Ə.Ağaoğlu ilə birlikdə milli dövlət qurulması məsələ-

sində  Cümhuriyyətin  ideoloqları  ilə  fikir  mübadiləsi  aparmaq 

üçün  Azərbaycana  gələn  Ə.Hüseynzadə  yazırdı:  «Hilali-

Əhməriyyənin bayrağı bizimkinin eyni olan fəqət al rəngli milli 

bayrağında bəyaz hilal qarşısında beş şualı  yerinə səkkiz şüualı 

bir  yıldız  bulunan  məmləkətdən,  Qafqasiya  Azərbaycanından, 

Azərbaycan  Cümhuriyyətindən,  daha  doğrusu  Qafqasiya  Türk 

dövlətindən bir az bəhs etmək istərəm» [111, 366]. O qeyd edirdi 

ki,  Azərbaycan  türk  dövlətini  çiyin-çiyinə  qoruyan  Türkiyə  və 

Azərbaycan  türkləri  bir-birlərini  mükəmməl  anlayırlar: 

«…Çünki  Azərbaycan  avam  xalqı  ilə  Anadolu  köylüsünün  dili 

lap 


bir-birinin 

eynidir! 

Bir-birini 

anlamayanlarsa 

rus 

məktəblərində  yetişib  lisanları  ruslaşmış  olan  Azərbaycan 



oxumuşları  və  İstanbulun  seçilmişlər  ailəsinə  məxsus  istilahlar 

işlədən  şəxslərdir»  [111,  367].  Azərbaycan  və  Türkiyə 

türklərinin bir-birinə qovuşmasını tarixi hadisə, təbii bir cərəyan 

kimi qəbul edən Hüseynzadənin fikrincə, hər iki türk millətinin 

bir-birinə  qarışması  ilə  bütün  türk  milləti  müasirləşmiş, 

güclənmiş  və  bütövləşmiş  olacaqdır.  Belə  ki,  imperializm, 

nasiyonalizm  və  sosializm  cərəyanlarının  faciəli  fəaliyyət 

mərkəzinə çevrilən Azərbaycan, Azərbaycan türkləri bu müxtəlif 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə