İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə25/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   21   22   23   24   25   26   27   28   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

77 


hökuməti  təşkil  etsin  və  bütün  hüquqlarına  ona  verməklə, 

özünü  ləğv  etsin  [154,  99-101].  Fikrimizcə,  Ə.Ağaoğlunun 

Milli  Şuraya  qarşı  tutduğu  kəskin  mövqe  həm  o  zaman,  həm 

də  sonralar  onun  ayrı-ayrı  müstəqil  türk  dövlətlərinin  deyil, 

vahid islam-türk dövləti ideyasının tərəfdarı olması mülahizə-

sinin yaranmasına səbəb olmuşdur.  

Ümimiyyətlə,  etiraf  etmək  lazımdır  ki,  Azərbaycanın 

milli  istiqlalı  məsələsində  Ə.Ağaoğlu  bir  qədər  ziddiyyətli 

mövqe  tutmuşdur.  Belə  ki,  istər  Nuru  paşanın  «siyasi 

müşaviri» və ilk Parlamentin millət vəkili olduğu dönəmlərdə 

Azərbaycanın  Milli  İstiqlalı  bağlı  fərqli  mülahizələrdən  çıxış 

etmişdir.  «Siyasi  müşavir»  kimi  Milli  Şuranın  ləğvinə  və 

Türkiyə ilə birləşmək istəyən «ilhaqçılar»a meyilli yeni höku-

mətin  təşkilinə  nail  olan  Ə.Ağaoğlu,  Türkiyədən  gələn  türk 

əskəri  Azərbaycanı  tərk  etməyə  məcbur  olduqdan  sonra, 

Bakıda çıxan rusdilli qəzetlərdən birinə verdiyi müsahibəsində 

Azərbaycanın  yenidən  Rusiyanın  tərkibinə  qayıtmasını  ən 

məqbul  variant  kimi  göstərmişdi:  «Azərbaycan  türklərinin 

indiyə  qədər  arxalandıqları  Türkiyə,  Dünya  müharibəsi 

nəticəsində  məğlub  olmuşdur.  Azərbaycan  müstəqil  yaşaya 

bilmədiyi  üçün  Rusiya  ilə  Türkiyədən  birinə  arxalanmalıdır. 

Türkiyə  məğlub  olduqdan  sonra  Azərbaycanın  öz  taleyini 

Rusiyaya  bağlamaqdan  başqa  çarəsi  qalmır.  Özü  də  mədəni 

cəhətdən Rusiya Türkiyə ilə müqayisədə daha yüksək pillədə 

durur.  Bütün  bu  mülahizələri  nəzərə  alaraq,  eləcə  də 

Azərbaycan  məsələsinin  Avropadakı  sülh  konfransında  qəti 

həllini tapmayacağı təqdirdə, Azərbaycan xalqı ÜmumRusiya 

Federasiyasının  tərkibinə  daxil  olmağa  razılaşmalıdır»  [51, 

148].  



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

78 



78 

Ancaq  Azərbaycan  Parlamentinin  yaranması  və 

mövcud  siyasi  böhranın  aradan  qalxmasından  sonra,  artıq 

millət  vəkili  kimi  Ağaoğlu  Azərbaycan  Cümhuriyyətinin 

istiqlalını  dəstəkləmişdir.  Bunu,  Ə.Ağaoğlunun  parlamentin 

iclaslarındakı  çıxışları  da  təsdiq  edir:  «Hökumətin 

bəyannaməsində  söylədiyi  Azərbaycan  istiqlalı  bizim 

hamımzın  əfzəl  (birinci)  amalımızdır!  Hər  bir  öz  şərəfini,  öz 

amalını  bilən  azərbaycanlı  bunu  duymalı  və  bu  yolda 

olmalıdır!» [34, 129]. Onun fikrincə, Azərbaycanın bir coğrafi 

isim  deyil,  yer  üzündə  yaşayan  bir  millətin  yurdu,  dövləti 

olmasını  artıq  bütün  dünyaya,  o  cumlədən  Avropaya  da 

tanıtdırmaq  lazımdır  [34,  130].  Bütün  bunlarla  yanaşı,  qeyd 

edək  ki,  Ağaoğlunun  siyasi-ideoloji  görüşlərindəki  bu  kimi 

ziddiyyətlər sonralar da davam etmişdir.  

Ə.Ağaoğlu,  Y.Akçuraoğlu  və  başqaları  ilə  yanaşı, 

1900-1910-cu  illərdə  islamçılığın  və  türkçülüyün,  xüsusilə 

İslam-Türk  birlyinə  əsaslanan  “Osmanlı  türkçülüyü” 

ideyasının  böyük  davamçılarından  biri  də  Azərbaycan  türk 

ideoloqu  Əli bəy Hüseynzadə  olmuşdur.  O,  hələ  1-ci  Rusiya 

inqilabına (1905) qədər, əsasən mədəni türkçülüyü və mədəni 

turançılığı təbliğ etmişdir [109, 32]. Bu baxımdan ilk turançı 

hesab  olunan  Ə.Hüseynzadə,  ancaq  turançılığı  şiddət  və 

qətiyyətlə  müdafiə  etməmişdir;  yəni  o,  daha  çox  mədəni, 

şairanə  turançı  olmuşdur.  Fikrimizcə,  bir  çox  müəlliflərin 

(Y.Akçuraoğlu  və  b.)  də  təsdiqlədiyi  kimi  Ə.Hüseynzadədə 

əsil  milliyyətçilik,  türkçülük  fəaliyyəti  Rusiya-Yaponiya 

müharibəsi ərəfəsində meydana çıxmışdır [22, 208].  

Ümumiyyətlə, 

Ə.Hüseynzadənin 

nəzəri-fəlsəfi 

yaradıcılığının  Azərbaycan  dövründəki  (1905-1910)  iki 

istiqaməti:  1)  «islamlaşmaq,  türkləşmək  və  avropalaşmaq» 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

79 


kimi  formulə  edilən  «üçlük»  düsturu;  2)  və  «Osmanlı 

türkçülüyü» ideyalarını fərqləndirmək lazım gəlir. 

Ə.Hüseynzadə  ilk  olaraq  1904-cü  ilin  noyabrında 

Misirdə  nəşr  olunan  «Türk»  qəzetinə  göndərdiyi  «Məktubi-

məxsus»  məqaləsində,  bəzi  istisnaları  nəzərə  almasaq, 

bütövlükdə  Y.Akçuraoğlunun  «Üç  tərzi-siyasət»  əsərindəki 



«osmançılıq,  islamçılıq  və  tükçülük»  ideolojisi  ilə  razılaş-

dığına işarə etmişdir. Belə ki, Ə.Hüseynzadə də Y.Akçuraoğlu 

kimi «osmanlı milləti» ideyasını rədd edərək, diqqətini müasir 

ruhlu  islamçılıq  və  türkçülük  üzərində  cəmləşdirmiş,  yeni 

ideyanın  islam-türk  anlayışlarının  bütövlüyü  ətrafında 

yaranmasını vacib saymışdır. Bununla bərabər, Ə.Hüseynzadə 

Yusif  bəyin  «üçlük»  proqramında  islamçılıq  və  türkçülüyün 

vəhdəti  halından  kənara  çıxarılaraq,  ayrı-ayrılıqda  götürülüb 

siyasiləşdirilməsinə  etiraz  etmişdir.  Ə.Hüseynzadə  hesab 

edirdi ki,  hələlik bu məsələnin siyasiləşdirilməsi, xüsusilə də 

islamçılıq  və  türkçülüyə  bölünməsi  doğru  deyildir.  Bu 

mənada,  o,  ayrı-ayrılıqda  «islamçılıq»  və  «türkçülük» 

ideyalarının  yaranmasının  əleyhdarı  kimi  çıxış  edir:  «Süni 

olaraq  ayrıca  pantürkizm,  panislamizm  adları  ilə  məslək 

icadına  nə  lüzum  vardır?»  [109,  30].  Sadəcə,  Ə.Hüseynzadə 

hələlik  mədəni  türkçülük  və  mədəni  islamçılıqdan  çıxış 

edərək,  hər  iki  ideyanın  bütövlüyünü,  birliyini  irəli  sürür,  bu 

mənada  bütün  türk  millətlərinin  milli-dini  birliyini  zəruri 

hesab  edirdi.  Əsilində  o  da  yaxşı  anlayırdı  ki,  türklərin 

həyatında  vəhdət  təşkil  etməklə  yanaşı,  islamçılıq  və 

türkçülüyun ayrı-ayrılıqda  özünəməxsus yeri və rolu vardır.  

Bu baxımdan Hüseynzadə mədəni birlik kimi islamı və 

türklüyü  bütöv  şəkildə  gördüyünü  ifadə  etsə  də,  siyasi 

cəhətdən  türk  millətinin  milli  kimliklərini  (türklüklərini)  və 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə